Zümrüd Yağmur. Xoşbəxtlik nədir? (Esse)
Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 12 Haziran, 2009
Dolub boşalan bulud, acıb solan cicək, doğub ölən kəpənək, cıxıb batan günəş, ölən-dirilən ümid…
Xoşbəxtlik hər kəsin arzusudur, amma hec kəsin deyil, cünki yer üzündə insan coxdu, xoşbəxtlik az… Zərrə- zərrə doğranıb parcalansa da bu qədər insana yetməz…
Bəlkə də yetər, amma məmnun edib xoşbəxtliyə catdıra bilməz o parca kimsəni…
Xoşbəxtlik əldə edə bilməyəcəyin, tutub ovucunda salamat qoruya bilməyəcəyindir, o üzdən yasaqlara meylli insan cata bilməyəcəyi o “xoşbəxtliyi” hardasa, kimdəsə arayır.
Bir evin küncündə, bir dənizin sahilində, bir baxçanın guşəsində, yaxud da birinin gözlərində… Bir kimsənin ciynində, sevdiyinin sinəsində… Amma o xoşbəxtliyi tutub saxlmaq olmur, cünki evin küncünü toz basır, dəniz sahilə qabarıb izləri yuyur, bağcanı soyuq, külək soldurur.
Bir kimsə ciynini cəkir, sevdiyinin sinəsində həyacan, hərarət buz kəsir… Gözlərindəsə … daha özünü görmürsən. Sənin yerini bir başqası, bəlkə xəyanət. bəlkə başqa bir sevda, ya da sevgisizlik alır.
Sənəsə o gözləri ağlar gözlərlə tərk etməkdən başqa carə qalmır.
Xoşbəxtlik nəyin arxasında, kölgəsində saxlanıb, yaxud da kim onun cırağını üfləyib söndürüb?! Bəlkə xoşbəxtlik cıraq kimi yanmayıb hec, elə köz olub, insanlar onu söndürmək ücün yox, əksinə alovlandırmaq ücün üfləyib, o közdən bir qığılcım düşüb onu üfləyənə, o da alışıb yanıb…Yəqin elə belə olub. Axı xoşbəxt olmaq istəyənlərin hamısı bu arzudan yanıb, atəşə verib özünü. Bilərəkdən, bilməyərəkdən… Sonra göz yaşları söndürüb alovları, kül qalıb, daha sonra zəif bir meh o külü sovurub, qara torpaqlara qarışdırıb…
Qara torpaqsa soyuq olur, bumbuz, üşüdücü…
Xoşbəxtlik insanlığın özü ücün uydurduğu nağıldır, başqasının dediyindən, əməlindən, xoş sözündən, məmnun baxışından özü ücün uydurduğu nağıl… Sonra nağıl bitir, son yaxınlaşır, amma göydən hec nə düşmür, tək düşən qəlbə düşür. Qəlbəsə “dərd” adlı bir əzabın yükü, əzab boyda yanğı düşür, qəlb yanğından alovlanıb yanır, icin-icin, sakit-sakit, bəzən hıçqırıq, bəzən hayqırtı, azacıq etiraz, amma nə etsən də son ucu yenə kül olmaqdı…
Kül olmağın taleyindəsə sovrulmaq var…
Bəlkə də bunların hec biri deyil… Bəlkə də xoşbəxtlik hardasa, o tozlu yolların sonundakı tənha ağacın kölgəsində gizlənib, bəlkə də düzdə acmış çiçəyin ləcəkləri arasında, ya da nə bilim bir körpənin övucunda. Yaxud qoxusinda, gülüşündə… Bilmək özü xoşbəxtliyi bilmək qədər sirr, məchul, görönməz…
Amma xoşbəxtlik deyilən bir şey varsa qorxuncdur. Ümidverici boşluqdur. Ilğım qədər aldadıcıdır. Susuz səhra qədər öldürücüdür, əlcatmazlıq cazibəsidir. Öncə qəlbə meh əsdirir, bütün ruhunu əsir edir, sonra əldə etdimi xəncərini saplar, sənə göz yaşı, nalə, ah düşər…
Xoşbəxtlik istəyindən qazanc qəm, kədərdi, əzabdı, bir də boşluq. O boşluqda əzabın döydüyü qapılar elə hey acılıb örtülər, amma kimsə icəri girməz, gəlməz- getməz…
Sonra insan o əzaba alışar, qucaqlaşar onunla, hətta o əzabsız darıxar, gözü onu axtarar…
Amma əzab da səninlə qalmır, onun da döyəcəyi qapılar var, ağladacağı fidan qəlblər var, o üzdən o da səni tərk edir, yerini boşluğa burağır. Boşluqsa sükutdur, sükutsa ölüm…
Bu dünyada xoşbəxtliyin döymədiyi qəlb qapısı, sonra da viran etmədiyi qəlb yoxdur. Və xoşbəxtlik deyilən bu ümiddə elə bir məstedicilik var ki, sanki dünya səninkiləşir, hər şey sənindir. Az, lap az sonra bəlli olur ki, hec nə sənin deyil, sənə hec nə verilməib, əksinə səndən alınıb, qoparılıb… , arzu, ümidlərin, gələcəyin, kecmişin, illərin, ömrün…
Xoşbəxtlik ümidinə qapılmaq özünü amansız qatilin əllərinə təslim etməkdir bəlkə… Yaxud da o qatil taleyin, ömrün özüdür, xoşbəxtlik özü də bunların qurbanlığıdır…
Milyon illər, milyon insanların arxasınca qaçdığı xoşbəxtlik bəlkə yorulub, əldən düşüb, dünya kimi qocalıb, tükənib, bitib? Nə baş verib, bəlkə xoşbəxtlik insanlardan doyub, onların kasadlaşmış qəlbinə məskunlaşmaq istəmir.
Ya da insanlıqdan qisas alır xoşbəxtlik?…
Axı hərənin, hər dövrün, hər bir ölkənin belə öz xoşbəxtlik bucağı var. Ya bu coxluqdan başı hərlənıb, ya da bir xoş pıcıltıdan pul xışıltısına enən, endirilən xoşbəxtlik diksinib. Ikrah edib onu bu günə salanlardan…
İndi qəlbini düşünən, yaxud qarşısındakının qəlbinin nə istədiyini düşünən varmı?
Qəlb istər ki, bir pıcıltı qopsun dodaqlardan, onu oxşasın. Qəlb istər ki, bir damla göz yaşı düşsün gözlərdən, onu yuyub təmizləsin. Qəlb istər ki, bir ağuş olsun, onu isitsin. Qəlb istər ki, bir qəlb olsun “ səni sevirəm” desin…
“Səni sevirəm”… Qəlbin vulkan anı. Amma ən boyük “vulkanlar” sönür və aydın olur ki, səni sevmirmiş “səni sevirəm” deyən, səndə görmək istədiklərini, gözlərini, saclarını, gülüşünü, gəncliyini sevirmiş…
Bir sözlə, öz istədiklərini, özünü sevirmiş, sonra istədiklərinin bucağı, rəngi, səsi, daha nə bilim nələrisə dəyişir, başqa bir “özünü” secib yenidən “ səni sevirəm” deyir.
Bu qədər adi, bəsit, sadə… Və nankorcasına “səni sevən” olmur…
“Sənin sevirəm” aldanışdı, başdan-ayağa yalandır, saxtadır, cünki “sən” deyilən birisini sevən yoxdur. Hər kəs “mən”ini sevir.
Sevgidəki məncillik də bundandır, cünki mahiyyəti “mən”dir sevginin, “mən”in məmnunluğu, istədikləri, arzuları, aldıqları, nələr, nələr…
Böyük, susuz, sonsuz, isti bir səhra… Gercək olan budur., nə xoşbəxtlik, nə sevgi… Hər şey ilğımdır, səhranın aldanışıdır. Ümidin ölməməsi ücün gözə görünən sudu, xilas olmaq ümidinin cazibəsidir. Amma bütün bunlar gercək deyil…
Tək gercək olan əslində olmayandır…



(4 səs, hardasa: 4,50 ilə 5 arası)

Yüklənir...
yazi bir az mene qeribe geldi, fikir natamamligi kimi… hetta mene ele geldi ki deyilenler xowbextlik haqda yox sevgi haqdadir, birde maraqli cumle var idi-amma goyden he4ne duwmur, tek duwen qelbe duwur…birde onu da qeyd edim ki, hami xowbextliyi sevmez, menim bedbextlikden xowum gelir:))) onda heyat da menali olur, insanlarsa maraqsiz
) xowbext olanda ise insanlari 4ox sevirsen….neise, deyesen subyektiv fikirlerimle movzudan 4ox uzaqlawdim
) size daha maraqli esseler, yaradiciliq ugurlari arzusuyla
) (wablon)
Məncə Zümrüd xanımın bu essesi bədi çalarları fəlsəfi məchuulluqla sitez edərək xoşbəxtlik anlayışının nisbiliyini, mahiyyətdə isə xoşbəxtliyin də insanlığın ehtiyac duyduğu aldanış olduğunu , əslində abstraktda onun bədbəxtliklə eyniləşdiyini ifadə edir.Doğurdanda həm bədbəxtlik, həm xoşbəxtlik bizim yaratdığımız yanaşma, dərketmə, duyum biçimlərdir.Zümrüdün bu yazısı məndə belə bir fikr yaratdıki, biz xoşbəxtliyi axtarmamalı, dalınca düşməməl, sadəcə onu özümüz üçün yaratmalıyıq.Bacaranlar xoşbəxt, bacarmayanlar isə öz təbi halında bədbəxt qalacaq.Bu bacarığımız tükəndiyində isə biz yenədə bədbəxtliyə məhkumuq.Əsas odurki,boşluq olmasın.
Zumrud xanim,xosbextlik her kese 1 cur nesib olur ve her kes de onu derk ede bildiyi qeder anlayir.kimisi mahiyyetine varir,kimisi yox.yazida felsefi fikir var,bu danilmazdir.ancaq unutmayin ki,bedbextlik eslinde xosbexliyin qedrini bilmek ucundur.insan butun omru boyu xosbext ola bilmez.o 1ce andir gelir-kecir.sonradan dusunende ise yaddasinda qalan teessuratin adini ‘xosbextlik’ qoyursan.size ugurlar.
Lal Sevgi’den sonra sherh yazmagin mesuliyyetini basha dushurem, xususen sohbet menasiz soz yiginindan gedirse…
Zümrüd xanım men ne xoşbext olmağı bacarıram, nedeki bedbext olmağı. Bir qism insalar varki onlar menim kimi heçlik içerisindedir.Siz növbeti essenizde heçlik barede yazın.Birdeki felsefi esseleri başa düşmek seviyyesinde olmayan , saytlarda gezib avaralanan, guyaki şerhler yazıb metlebi derk etmek seviyesinde olmayanlara fikir vermeyin. Size uğurlar.
Google’a da baxdim, Bora, sen heqiqeten bir hechsenmish… (PMF) Gorun chatlasin, Nitshe, bu nihilist nesille Qarabag almaq olar..?
Məncə belə şeirlər olmasa daha yaxşıdır!
Novarg,eslinde menali ya menasiz,lazimli yaxud lazimsiz,eslinde herseye mesuliyyetle yanasmaq lazimdir.Xususen sohbet reyden gedirse.Menim serhimden sonra mesuliyyetnizi anlamaginiza sevindim.Ancaq,”xususen sohbet menasiz soz yiginindan gedirse” cumlesine aydinliq getirseydiniz minnetdar olardim.Cunki,cumle fikir baximindan natamamdir.Gozleyecem…Helelik.
Lal Sevgi (ezaba bax), o bir az derin metlebdi, amma sen yene de minnetdar olmaga davam et…
Aqressiya neinki edebiyyata, artiq werhlere de sirayet edib
) kimse kiminse toyuguna kiw edir, kimse kiminse bostanina daw atir…kimse de werhlere… bu camaat niye bele olubeee
(((((((
Novarg,evvela,bele dusunurem ki,menim ezeb cekib-cekmemeyimin ne size nede bir basqasina aidiyyati yoxdur.konkret sualima geldikde ise,inanmiram ki,burada dediyiniz kimi ”agir metleb”olsun.cunki bunu yazi terzinizden ve serhinizden gorurem.menim burada kimese soz atmaq,yaxud medeniyyetden kenar sozler isletmek de fikrim yoxdur.hesab edirem ki,bu size (sene yox,SIZE) artiq son ismarcimdir.sonda tovsiyem fikir yazarken cumleye,muraciete.yanasma terzine baxib da sonra ne yazacaginiza qerar verin.(tebii ki,bu subyektiv fikirdi.qebul etmeye de bilersiz).Yene de oz daxili medeniyyetimden ireli gelerek eziyyet cekib oxudugunuz ucun TESEKKUR edirem.sagolun.
Zumrud xanimin yazisinda sanki qetiyyetsizlik var ve ya axtardigini tapa bilmeyen insanin cagirishi var.
Xosbextlik ele bir sheydir ki onu ne tapmaq olur ne de ki itirmek.Xoshbextlik insanin icinde olur;ozu gelir seni tapir.
salam men RESIDOV TOGRUL MEN XOSBEXTLIYI NEDE GORUREM HAQINDA INSA AXTARIRAM . SIZCE OSBEXTLIK NEDIR?