Cavid Ramazanov. Bir dəstə “dahi”

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 17 Haziran, 2009

141Azərbaycanın ən yeni tarixinin görkəmli nümayəndələrindən biri, dahi inqilabçı yazar, ədəbi tənqidçi, filosof, köşə yazarı, ziyalı (həm də!) Qan Turalı həzrətləri bir müddətdir ki, depressiyaya düşüb. Ölkədə bir qrup insan var ki, bu böyük şəxsiyyətin normal yaşamasına mane olur. Buna görə də həmin insanların əleyhinə yazılar yazmağa məcbur olur.

Hər kəsi tənqid etməyi qarşısına məqsəd qoymuş Qan (bir azdan onun Markesin romanlarını, Obamanın siyasətini, hətta gecələr onun zəhləsini tökən ağcaqanadları belə tənqid etdiyini eşitsəniz, təəccüblənməyin) bir müddətdir ki, “alma”çıları və “dalğa”çıları çılğınlıqla top atəşinə tutub. Belə ki, böyük yazar redaktoru olduğu bir həvəskar saytda onların əleyhinə kampaniyaya başlayıb. Dahi yazarın acılarına dözə bilməyən sədaqətli oxucular da bu kampaniyadan kənarda qalmaq istəməyib. Onların hər biri oxuduqları kitablardan “almaçı”larla “dalğaçı”ların əleyhinə sitatlar gətirərək, dahi yazıçının ağrı-acılarını yüngülləşdirmək üçün hər vasitədən istifadə ediblər.
Təki Qan Turalı çox dərd çəkməsin, bircə o yeni şeirləri, romanları haqda düşünsün, boş yerə enerji xərcləməsin!..

***

Yaxşı, gəlin başdan başlayıb, bütün bunların necə baş verdiyini anlatım sizə.
Yuxarıda sadaladığım müsbət keyfiyyətlərdən əlavə həm də mız qoyma elmləri namizədi olan Qan Turalı “köşə işğalçılarına üsyan!” adlı məqaləsində “Alma” qəzetinin bütün yazarlarını tənqid edərək, hətta bəzilərinin bir-bir adını çəkərək, onları biabır etmişdir.

Böyük yazar mənim adımı çəkməməklə, yəqin ki, milyonlarla oxucusuna məni reklam etməməyi məsləhət bilib. Hər halda o bunu mənə layiq bilməyib. Bunun mənə dəruni kədər hissləri yaşatmasına baxmayaraq taleyimlə barışmalı oldum.

24 yaşlı dahi yazar Qan Turalı, 25 yaşlı Vəfa Cəfərovanı və özündən vur-tut cəmi bir-iki yaş kiçik olan o birisi yazarları gənc yaşda olmalarına baxmayaraq, köşə yazmalarına görə tənqid edib. Dahi yazar onlara məqalə yazmamağı tövsiyyə edib, onların ən əvvəl reportaj hazırlamağını, oxuyub öyrənməsini, yalnız Qan Turalının yaşına çatdıqdan sonra köşə yazmalarını məsləhət bilib.
Yəqin ki, o bunu yazanda yaşına güzgüdə baxıb və 42 oxuyub…

***

İstərdim burda bir haşiyə çıxıb sizə bir hadisə danışım, çünki danışacağım əhvalat mövzumuzla sıx bağlıdır.
Deməli, 2006-cı ildə Dalğaçılar “fəlsəfi klub” təşkil etmişdilər. Qonaq kimi Zamin Hacı dəvət olunmuşdu.
Bu müzakirədə artıq neçə illərdi ki, dövrü mətbuatda neçə-neçə məqalələri çap olunan 21 yaşlı Qan Tural da iştirak edirdi.

O burda da çılğınlıq edib sualı sual dalınca verir, hər kəsin diqqətini cəlb etməyə çalışırdı. Axırda Z. Hacı onu fərq etdi və adını soruşdu. Qan adını deyəndə Zamin ona yazıları barədə bir kompliment dedi. Qanın sifətində avtomatik olaraq bir təbəssüm yarandı. O təbəssümü mən hələ də xatırlayıram.

Qan Turalı bəhs etdiyim yazısında Zamin Hacının özünə varis seçdiyi Turxan Qarışqanı tənqid edir, gənc yaşda olub, köşə yazmağa başlamasına irad tutur…
Turxan Qarışqanın dahi yazarın məsləhətlərinə qulaq asmasını tövsiyyə edirəm.
Bəli Qan Turalı və onun özündən əlavə ən yaxşı köşə yazarı hesab elədiyi bir neçə nəfərdən başqa heç kəs məqalə yazmamalıdır!
Dahi yazarımız belə məsləhət bilir!

***

Dayanın! Mən sizə Qan Turalı kimi böyük yazıçının bədii əsərlərindən danışmadım. Bu haqda mütləq danışmalıyam!
Qan “Çiyələkli gecənin pornoqrafiyası” adlı əsərin müəllifidir. Bu əsəri avtobioqrafik hesab etmək olar. Yazar dahi şəxsiyyətlərə məxsus keyfiyyətlərə sahib olduğunu göstərməmək üçün nə qədər dəridən-qabıqdan çıxsa da bu onda alınmayıb.
Əsərin baş qəhrəmanı yazarın özüdür.

Bu əsərdə oxuculara prezervativin fəlsəfəsindən bəhs edilir. Əsərdə yazar içir, sağlıq deyir, bazlıq edir, özünün seksual qabiliyyətlərindən danışır, Dostoyevski sayağı fahişələrin psixologiyasını açır, barda qızmışlıq edən gədələrə Nitsşedən sitatlar gətirib, həm də onları maarifləndirir. Bəli, əsl yazar belə olar, maarifləndirmək üçün hər fürsətdən yararlanar!
Bu əsəri oxuduqdan sonra mən elə dəhşətli hislərə qapılmışdım ki, uzun müddət əlimi kitablara vurmaz oldum. Bunu hər yazar edə bilməz!
Qısası bu əsərin Qan Turalı kimi böyük şəxsiyyətin həyatının öyrənilməsində gələcək nəsillərə böyük faydası olacağına əminəm! Qəti surətdə!

***

Əvvəlcədən də qeyd etdiyim kimi, Qan Turalının oxucuları ona görə bərk narahatdılar. Bu narahatlığı bir iki gün əvvəl baş verən hadisə daha da artırdı.

Belə ki, “dalğa”çılar özləri də bilmədən depressiyaya düşmüş Qana ikiqat zərbə vurublar. Onlar Taleh Şahsuvarlının “Canlanma” romanını gəncliyin kitabı elan ediblər.

Taleh Şahsuvarlı bu romanı təzə yazıb. Özü də müəllif kitabı yazdıqdan sonra onu dəhşətli dərəcədə çox tərifləyir. “Canlanma” nın Qan Turalının, Seymur Baycanın və onların dəstəsindən olan bəzi yazarların kitablarından qat-qat üstün olduğunu iddia edir. Kəsəsi, Şahsuvarlı onlarla kəskin ədavətdədir.

Qan Turalı kimi böyük şəxsiyyətin kitablarına şərikmi qoşmaq olar? Haşa!

Bu hadisə böyük yazarın oxucularını və dostlarını çilədən çıxarmışdır. Onlar artıq dözə bilmirlər və hesab edirlər ki, “dalğa”çılar bu hərəkəti etməklə Qana və Baycana ikiqat zərbə vurmuş, onların əsərlərinə şərik qoşaraq küfr etmişlər!

Məhz buna görə də yazarın dostları təxirəsalınmaz addımlara əl atmağı qərara almışlar.

Dərhal həvəskar saytlarında “Sadə vətəndaş” adlı yeni bir layihəyə start veriblər.

Layihənin rəhbəri bir vaxtlar 18-19 yaşlarında “Alma” qəzetində siyasi məzmunlu köşələr yazıb, qocaman siyasətçilərə öz dəyərli məsləhətlərini verən Elmin Həsənlidir.

Elmin Həsənli Fuad Cəfərov adlı sadə bir vətəndaşdan müsahibə götürüb.

Müsahibə qara, iri hərflərlə yazılmış “Adım kimi əminəm, dalğaçılar o romanı oxumayıb” başlığı ilə oxuculara təqdim edilib.

Müxbir müsahibəyə başlayan kimi dərhal sadə vətəndaşdan Dalğa GH barədə fikirlərini soruşub. Sadə vətəndaş 2005-ci ildə hərəkatın üzvü olduğunu, bu hərəkatın onun həyatını məhv elədiyini, indi özünün bu təşkilata üzv olmadığına görə çox xoşbəxt hiss etdiyini bildirib. Sonra sadə vətəndaş “dalğa”çıların T.Şahsuvarlının “Canlanma”-sını simvol seçdiklərinə görə və başqa məsələlərdəki mövqelərinə görə yıxıb sürüyüb. Sadə vətəndaş o qədər səmimi danışıb ki, bəzi oxucularla yanaşı, mən də göz yaşlarımı saxlaya bilməyərək, hönkür-hönkür ağlamışıq. Hətta bir neçəsi hələ də özünə gələ bilməyib.

Əlbəttə, mən özünə gələ bilməyən bu biçarələrə Fuad Cəfərov adlı bu sadə vətəndaşın Qan Turalının doğma qardaşı olduğunu deməyə məcbur oldum. Mən həm də onu deməyə məcbur oldum ki, Fuad Dalğaya 2005-ci ildə, hərəkat yeni qurulanda deyil, 2007-ci ildə gəlib-getmişdir. Onun Dalğa gənclər hərəkatına üzvlüyünü belə xarakterizə etmək olar. Deməli, Fuad Şəhriyar Sarıca ilə “körpü” dostudur. Şəhriyar da Dalğanın üzvü olub. Fuad Şəhriyarla ayrılmaz dost olduğundan, onunla birgə Dalğanın ofisinə gəlib-getməyə məcbur olub. Sonradan Şəhriyar əsgər getdi, Fuadın da ayağı Dalğadan kəsildi.

Yalnız bütün bunları danışdıqdan sonra bəhs etdiyim biçarələr özlərinə gələ bildi.

Bu müsahibə götürüləndə yəqin ki, həm Elmin Həsənli, həm də Fuad Cəfərov Qan Turalının dərdindən, türklər demiş, bayılmışlar. Yoxsa sadə vətəndaş adıyla dərhal Qanın qardaşından müsahibə götürülməzdi. Ya da ki, bunu Elmin Həsənlinin dostuna, Fuad Cəfərovun isə qardaşına olan dəruni məhəbbətiylə izah etmək olar. Yoxsa onlar belənçinə qələt edib, qərəzçilik eləməzlər!
Ülvi və saf məhəbbət hər şeyə qadirdir!

Müsahibənin ardı da maraqlı alınıb. Hiss olunur ki, Fuad Cəfərov Qan Turalı kimi zırıltı şəxsiyyətin dərin, fəlsəfi fikirlərini həzm-rabedən keçirə bilməyib, bu da onda qıcqırma effekti yaradıb.

Fuad Cəfərov müsahibəsində gender bərabərliyinə qarşı çıxaraq, qadının kişi ilə bərabər tutulmağının əleyhinə olduğunu bildirib. O qadının evdə oturub bozbaş bişirməsinə tərəfdar olduğunu və evlənəcəyi qadın da bozbaş bişirib evdə onu gözləyərsə, daha xoşbəxt olacağını həvəslə bəyan edib. Hətta o, müsahibədə evlənəcəyi qadının qəzetə gözucu belə baxmasının onun üçün dözülməz olacağını vurğulayıb…

Müsahibənin davamı şən ritmlərlə yadda qalır. Fuad AYO-nu və Qan Turalının dostlarını tərifləyib göylərə qadırıb.

Əlbəttə, Qan Turalı kimi milyonlarla insana dərs keçən, məsləhət verən insanın qardaşının belə ağılsız fikirlər söyləməsi dəhşətlidir. Amma onu Qan Turalının möhtəşəm şəxsiyyətinə, dərin biliyinə və dəyərli məsləhətlərinə görə bağışlamaq olar.

* * *

Əziz oxucular, burada Qan Tural kimi min ildə bir dünyaya gələn şəxsiyyətdən bəhs etdiyimiz yazını bitiririk. Əlbəttə, mən bilirəm yazımın belə qısa olması sizi dərindən kədərləndirir. Sizi onun kimi məşhur bir şəxsiyyət haqda daha geniş yazmamı arzu edərdiniz. Bilirəm, mənim yazdıqlarım kifayət deyil.

Onsuz da hər bir dahi şəxsiyyətə dövründə deyil, çox sonralar qiymət verilir. Ümid edirəm ki, gələcək nəsillər onun şəxsiyyətini qiymətləndirəcək, onun ədəbi irsinin özlərindən sonrakı nəsillərə də çatdırılması üçün əllərindən gələni edəcəklər…
İnşəallah.

1 səs2 səs3 səs4 səs5 səs (12 səs, hardasa: 4,25 ilə 5 arası)
Loading ... Loading ...

13 Şərh var
Şərh yazın »

  1. Cavid, chox uzun yazmisan, bu uslub uzundere sohbetleri sevmir, satiran da zeifdi, amma bir halda ki, motiv Qan Turali’di, onda yaz getsin, problem yoxdu… -))

    Yaziya 5 ses verdim, sonra daxili ses dedi ki, Novarg, birden kimse dushuner bu sesi Cavid ozu verib ozune, chix ortaya, etiraf ele… -))

  2. Adaş, Kultazla tanışlığım çox yenidir. Ürəyimcə olan yazılardandır yazdığınız yazı. Əslində Qan Turalının başı heç də pis baş deyil, amma heyif ki, “qarpız” yetişdirməyə işlədir.

  3. Yazini qezetde oxuyanda 4ox xowuma gelmiwdi :) ) ureyimden tikan 4ixmiwdi ele bil :) ) duzdu ola biler ki Qan 4ox bilsin savadina dunyagoruwune wubhem yoxdu, amma hamini inkar edib sinesine doyerek etdiyi menem-menemlik adami lap qiciqlandirir…yeqin onun da konlunden weherin merkezinde adina bir heykel qoyulmasi ke4ir:)) dahidi axi :) )
    qaldi ki yaziya, semimi ve yumoristik yanawma terzi var idi, en 4ox da “bunun mene deruni keder hissleri yawatmasina baxmayaraq taleyimle bariwmali oldum” cumlesi :) )))))))))))))))))
    bir sozle, werikli 4orek kinosunda demiw-MALADES SENE. UWAQDA FERASETE BAX :)

  4. bu qarpız məsələsi Nəsirəddin Tusinin həyatı ilə bağlı bir “fraqment”dir.bunu hamının bilməsi yaxşı olardı.
    mətnə gəlincə bədii imkanlardan əla istifadə edilib.o biri tərəfi də əladır.Dahilərimizin qədrini bilməsək də ,ən azı onları unutmamalıyıq)))

  5. Cavid yaxşi yazidir. Əllərinə sağlıq. davam elə

  6. Tfu, ushaq-mushagin bu “satirik” yaziya gulmesi, daha dogrusu hirildamasi mende gelecek nesille bagli xeyli endishe yaradir… Ay sizin savadiniza, size ders deyen dil-edebiyyat muelliminin savadina!…

  7. Novarg senin bir yazidan xoshunu geldiyini gormedik.Ela yazidir,Cavid ughurlar.Novarg Qan Turalinin virtual variantidi,hamiya miz qoymaghi oyreshib.Novarg ozunun virtual heykelinin qoyulmasina chalishir.Xalq senin zehmetini qiymetlendirecek Novarg sebr ele bir az da gozle…
    Cavid bele davam ele…

  8. Abbas, bu yazi zeif yazidi… Qan Turali cavab yazsa bu yazinin muellifi travma alacaq, yeke-yeke danishmayin, hech kime de bosh yere umid verib yazmaga heveslendirmeyin, onsuz da sag-sol doludu “yazar”larla…

  9. Novarg bu yaziya Muradi,Zamini,Samir Sarinin meqalelerini oxuyandan sonra qiymet verme.Bir de ki Qan Turalini bu qeder sisirtme etim tokulur,”Ciyelek” xosunami gelib yoxsa?.hec kim yeke-yeke danishmir.Biz yazara demirik ki senden yoxdur,en yaxsi yazar sensen,deyirik ki yazi yazmaqda davam ele.Niye kimse neyese cehd edende ona miz qoyursan?Eksine insanlari heveslendirmek lazimdi ki yazi yazsin,oxusun oyrensin,ne qeder yazilsa bir o qeder xeyirlidir.Eybi yox cox yazilsada bele-bele yaxsi yazarlar yetisecek.Her seye miz qoymaq lazim deyil insanlara pozitiv enerji vermek lazimdi…

  10. Novarg, deyirsenki Qan Turali bu yaziya cavab yazsa muellif travma alacaq. Bawqa bir yazida ise Qan Turaliy4un deyirsen ki, “Sen kimsen? Edebiyyata dexli olmayan biri” ve s. dediyinle yazdigin duz gelmire nedense!!! bir daha mene aydin oldu ki, senin iwin pewen burda butun yazilari agina-bozuna baxmadan tenqid etmekdi…neise! bu defe dogrudan hirildamaq istedim :) ) ))))))))))))))))))))))))))))))

  11. Yegish, burda muhum bir point var, gozum… Izah edirem: meqsed Turali’dan Cavid’e cavab almaqdi, basha dushdunmu..? Indi ozun fikirlesh, bele daha maraqli olmazmi..? -))

    Nisbet var orda, Turali Cavid’e nisbeten nese yaza bilir, bu melum meseledi…

  12. Yegish, gozum??? bayaqdan yaddawimda “poisk” vermiwem amma bu “semimiyyet” papkasini taba bilmirem ki bilmirem de…

  13. Budur, yene metleb qaldi bir terefde, senin fikrin getdi semimiyyet meselelerine… -))

Şərh yazın