Ədəbiyyat qəzetlərinin mənzərəsi
Yazar: Admin | Bölmə: Manşet | Tarix: 20 Haziran, 2009Cavid Zeynallı
Rəsmi və dəbdəbəli girişə ehtiyac duymuram. Əhatəli və hərtərəfli mövzu olsa da mətləbə dolayı yollarla yox, birbaşa, yəni mətnin içindən yol salmağa çalışacam.
Əbəbiyyat haqqında ictimai rəy formalaşdıran qəzetlərin səviyyəsini, üzərinə düşən vəzifələrə “kəmiyyət sindromu” prinsipi ilə yanaşmasını onsuz da halı xarab olan ədəbiyyatın ağır durumuna xəyanət töhfəsi kimi də qəbul etmək olar. Bunu görmək üçün sadəcə həmin qəzetləri vərəqləmək, materiallarla tanış olmaq yetərlidir.
Müasir Azərbaycan ədəbiyyatını təmsil edən qəzetlər haqqında dəfələrlə səslənən tənqidlərə baxmayaraq, üzərinə məsuliyyət düşən şəxslərin ya bilərəkdən, ya da çarəsizlikdən yaxasını kənara çəkməsi cəmiyyətdə ədəbiyyat haqqında formalaşan yanlış təssəvvürlərin miqyasını daha da genişləndirib. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri olsa da, məni, bizi və ümumilikdə oxucunu qətiyyən maraqlandırmır. Daha dəqiqi, oxucunu iş prosesi yox, nəticə maraqlandırır. Əgər nəticə haqqında danışmağa dəyərsə…
Üzərinə ədəbi qəzet vəzifəsini götürən “Proloq” , “Yazar”, “ Yeni Nəfəs”, Ədəbiyyat”, “Ədəbiyyat naminə”, “ Bizim söz” və s. kimi nəşrlərin biri digərindən bir boy böyük olan qeyri-peşəkarlığı və ədəbiyyat adına dəxli olmayan yazıların səviyyəsi , oxucu marağına hesablanmaması bu yazını yazmağıma səbəb oldu. Təbii ki, uzun müddət apardığım müşahidələr hesabına.
Müəyyən fasilələrlə dərc olunan yeddi-səkkiz qəzetin yalnız üçü haqqında yazmaq niyyətindəyəm -“Yazar”, “Yeni nəfəs” və “Ədəbiyyat qəzeti”. Sözügedən digər qəzetlər barədə eyni fikirdə olsam da ya vəlvələdən, ya da zəlzələdən onları köşklərdə tapmaq mümkün olmadı. Ən dəhşətlisi budur ki, satıcılar özləri də “Ədəbiyyat qəzeti” istisna olmaqla bu nəşrlərin adını bilmirlər. Bəziləri, “deyəsən, nə vaxtsa gəlirdi” deməklə faydasız müştərisini başından edib əlavə suallar eşitməmək üçün üzünü yana tuturdu.
Öncə nəşr tarixi uzağa getməyən “Yazar” haqqında.
Pis fotoalbom, ondan da pis mətn seçimi
Əslində, beynimdə çoxdan bəri dolaşan bu yazını yazmağıma səbəb məhz “ Yazar” qəzeti oldu. Bir müddət öncə qəzetin təsisçisi və baş redaktoru Yafəs Türksəsin “gənc yazıçı əsl ədəbiyyat qəzetini oxumalıdır” deyib də çantasındakı bir yığın qəzetdən birini şəstlə mənə hədiyyə etməsi ilə başlayan tanışlığımız elə yerindəcə qəzetlə də tanışlığıma səbəb oldu. Əlbəttə, Yafəs bəyin “əsl ədəbiyyat” ifadəsini qəzetin yanına qondarmasını elə ilk baxışdaca gördüm. Amma buna baxmayaraq, hədiyyəsinə və qəzetini gənclərin üzünə təmənnasız (!) açıq elan etdiyinə görə minnətdaram. “ Yazar” qəzetinin ədəbi tərcümə buraxılışı olan nəşrdə tərcümə mətninə rast gəlinməsə də “ədəbi tərcümə” ifadəsinin hansı səbəbdən işlədilməsi müəmmalıdır. Amma bu qüsur məsələnin ən yüngül tərəfidir. Qəzetin birinci səhifəsindəki şəkillər əsl fotoalbom təssüratı bağışlayır. Qeyri-peşəkar və keyfiyyətsiz dizayn işi qəzetin ilk səhifəsindəcə içindəki mətnlər haqqında oxucuda ilkin təssüratları yaradır. Baş redaktorun müavini Kənan Hacının şəklinin üstünə yazılan 10-11-13 rəqəmləri səhifələrin sayını göstərir və şübhəsiz ki, Yafəs Türksəsin müəllif sarıdan korluq çəkməsinin bariz nümunəsidir. Kənan Hacının yazılarının dəyəri onun dörd səhifəni zəbt etməyinə bəraət qazandırsa da, dördüncü və beşinci səhifələrdəki qalstuklu bir müəllifin təmsilləri deyəsən dördüncü və beşinci sinif şagirdləri üçün də nəzərdə tutulmayıb.
Qorxuzmuş idi
Yamanca şallaq,
Ayı səhnədə
aşdı mayallaq.
Yafəs bəy Ayının mayallaq aşması haqqında olan iki səhifəlik təmsilləri yaxşı olardı ki, “ Bala dili”, yaxud “ Cırtdan “ uşaq jurnallarına təkrar nəşr üçün təqdim etsin. Amma müəllifin adını yazmağı unutmasın. Müəllifin şəklinin altındakı birinci təmsilin adı Xəyanət olduğundan ilk baxışdaca oxucuda imza ilə eyni assosiasiya doğurur. 12-ci səhifədəki şair Əjdər Olun şəkli böyük formatda –az qala səhifənin yarısını tutsa da, şeirlərdəki imza Rafiq Hümbətə məxsusdur. Bilmək olmur Yafəs bəy imzanı səhv yazıb, yoxsa yarım səhifəlik şəkli gözdən qaçırıb?! Hörmətli baş redaktorun 55 illik yubileyi ilə əlaqədar verdiyi müsahibəsindəki təzə aldığı toyuqlar haqqında məlumat almaq üçün mütləq müsahibəni oxumaq lazımdır.
Qəzetlə tanışlıqdan sonra son səhifədəki yaradıcı kollektivin adlar siyahısında istedadlı tənqidçi Əsəd Cahangirin adını görəndə təəssüf qarışıq təəccübüm daha da çoxaldı. Baş məsləhətçi vəzifəsində olan Əsəd Cahangirin bu səviyədə qəzetə məsləhətçi olması məndən ötrü sadəcə qaranlıq məqam idi. “Körpü” jurnalının bir məqaləsinə belə dəyməyən qəzetə məsləhətli vaxt ayırmaqdansa dərginin növbəti sayını oxucuların ixtiyarına vermək ədəbiyyat üçün görülən faydalı işlərin də növbətisi olardı.
“Yeni nəfəs”siz qəzet
Mübariz Məsimoğlunun baş redaktorluğu ilə nəşr olunan “ Yeni nəfəs” qəzetinin ədəbi dəyərinin “Yazıçı” ilə müqayisədə üstünlüyü danılmaz faktdır.”Yazıçı”dakı qeyri-peşəkar dizayn işi bu qəzet üçün xarakterik olsa da, bura köhnə üslublu mətn başlıqları və birrəng, zövqsüz rəng seçimini də əlavə etmək lazım gəlir. Qəzetdəki mətn seçiminin maraqlı, sahəvi və rəngarəng olması təqdirəlayiq olsa da, korrektura işinin yarıtmazlığı maraqlı mətnləri də dəyərdən salır. Düzdür, bu, baş redaktor Mübariz Məsimoğlunun “ Vaqif Bayatlı Odər, yaxud Göy adamının Yer həyatı” yazısında özünü göstərmir və güman ki, Mübariz müəllim öz yazısından başqa qəzetdəki digər materialların korrektə işi ilə maraqlanmağı lazım bilmir. İmran Axundov adlı müəllifin Barat Şəkinskaya haqqındakı bir səhifəlik yazısı başdan-başa korrektura xətaları ilə doludur. Məsələn, bir neçə cümləyə nazər salaq: “Barat xanım Şəkinskaya İbrahim xanım nəslindəndir. İbrahim xanım arvadlarından biri Cavab xanım qızı olub. İbrahim xanım arvadlarından biri isə açar kinyazı Abaşidzenin bacısı olub. Şəkinskaya nəsli Abaşidzedən gəlb. … Barat Şəkinskayanın zatirimdə səhnə həyatı ilə bağlı olan xatirələr yaşayırdı. … O zamanlar çox acır ağlıq illəri idi.”
Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.
Ümumiyyətlə, İmran müəllim Barat Şəkinskaya haqqındakı yazını tədqiqat işi hesab etsə də, bu mətn xanım Şəkinskaya haqqında oxuduğum digər yazıların- məsələn, teatrşünas İlham Rəhimlinin “Körpü” jurnalında dərc olunan “Baratın özü, İlhamın sözü” məqaləsi ilə müqayisədə Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbəsinin kurs işi səviyyəsindədir. Təəssüf ki, cənab Axundov on il əvvəl yazdığı məqaləyə (?) yenidən nəzər salmadan Mübariz Məsimoğlunun rəhbərliyi ilə qəzet səhifəsinə çıxarıb və “ardı var” ifadəsindən görünür ki, qəzetin növbəti sayında qeyri-peşəkar redaktor-müəllif işi ilə oxucuları yenidən üz-üzə qoyacaqlar.
Qəzetin 13-cü səhifəsini “poeziya” adlandırıb və Bakir Əli Misiroğlunun şeirlərini dərc edəndə baş redaktorun hardansa yadına düşüb ki, tanınmış aktrisa Demi Murun dişləri tökülüb. Daha doğrusu, Lent.az internet saytından məlumatı götürərkən son səhifəni “Camış əti”nin (hekayə) və aforizmlərin ixtiyarına verdiyindən poeziya səhifəsini ən münasib yer bilib. Amma “Nobel” ödüllü Orxan Pamukun hindistanlı sevgilisi Kiran Desaini də yaddan çıxarmayıb. Qəhrəmanlıq, cəsarət, mərdlik və qorxaqlıq haqqında olan hikmət çələngi də Demi Murun “tökülmüş dişləri” ilə bir səhifədədir.
“Ədəbiyyatın həqiqi yolu və ədəbi mühiti saflaşdıran qəzet” kimi pafoslu şüarla çıxış edən “Yeni Nəfəs”in növbəti saylarını göstərilən qüsurlardan uzaq, adı kimi Yeni Nəfəsli olmağını istərdim.
Sadəcə “Ədəbiyyat qəzeti”
75 illik nəşr tarixi olan “Ədəbiyyat” qəzeti haqqında yazmaq şübhəsiz ki, çətin və məsuliyyətli bir işdir. Ən azı Azərbaycan ədəbiyyatının bir əsrlik güzgüsüdür. Qəzetinin keçmişi haqqında yazmaq, keçdiyi yolu vərəqləmək niyyətindən də uzağam. Mənim üçün maraqlı olan “Ədəbiyyat qəzeti”nin üzərinə düşən vəzifələrin öhdəsindən hansı səviyyədə gəlməsidir. Çağdaş Azərbaycan oxucusunun ədəbiyyat haqqında formalaşan ilkin rəyi ilk növbədə bu qəzetin adı ilə bağlıdır. Görəsən, qəzet müsbət rəy formalaşdırmağa, oxucunu maraqlandırmağa, ədəbiyyat daxilində gedən prosesləri özündə əks etdirməyə qadirdirmi? Ümumiyyətlə, “Ədəbiyyat Qəzeti”nin reytinqi mənsub olduğu mühitdən kənara çıxa bilirmi? Ədəbi mühit qəzet haqqında hansı fikirdədir?
Əvvəlcə ondan başlayaq ki, qəzetin fəaliyyəti, səviyyəsi dəfələrlə sərt tənqid edilib. Bir müddət əvvəl hətta maliyyə işləri ilə bağlı ciddi ittihamlar səsləndi. Bildirilən iradlara, səslənən tənqidlərə baxmayaraq qəzetin rəhbərliyi, daha doğrusu, Ayaz Vəfalı bütün deyilənləri sadəcə sıradan olan məsələ kimi qəbul edib, üstündən sükutla keçdi. Nəyinsə dəyişdiyini, qəzetin bədii səviyyəsindəki irəliləyişi görmürük. ”Ədəbiyyat qəzeti” hələ də köhnə nəfəs, köhnə üslubunu əziz-xələf kimi qorumağı qarşısına məqsəd qoyub və belə gedərsə, uzun müddət hansısa dəyişikliyi görməyəcəyik. Ən dəhşətlisi və acınacaqlısı budur ki, ədəbi mühitdəki nüfuzunu, dəyərli müəlliflərini getdikcə itirən qəzet, səhifələrini informasiya tipli məqalələrlə doldurmaq zorunda qalıb. Məsələn, 12 iyun sayında informasiya tipli 10 məqalə dərc edilib və bütün yazılardakı yorucu üslub, pafos, çıxışçıların bütün danışığının təfərrüatı ilə verilməsi oxucunun haqlı olaraq bezməsinə gətirib çıxarır.A.Əbilov imzalı müəllifin “Ulduz” jurnalı haqqındakı informasiya yazısını gərəksiz mötərizələrin əlindən birnəfəsə oxumaq mümkün deyil.
S.Hüseynoğlunun məqalələrinin oxunaqlı, axıcı dili olsa da “kəmiyyət sindromu” ilk baxışdaca oxucuya yazıdan kənar qaçmağı, olsa-olsa sadəcə nəzər salmağı məsləhət görür. Qəribədir ki, “Ədəbiyyat qəzeti”ndə gənclərin marağına hesablanan, diqqət çəkən çox az sayda yazılara rast gəlinir. Ayaz Vəfalı baş redaktoru olduğu qəzeti sanki məqsədyönlü şəkildə yaşı yetmişi keçən insanlar üçün nəzərdə tutub. Bəlkə qəzetin manşetinə nə vaxsa belə cümlə çıxarmaq lazım gələcək: “Yaşı yetmişdən aşağı olan şəxslərin oxuması tövsiyə edilmir.”
“Ədəbiyyat Qəzeti”nin dizayn işi yuxarıda adı çəkilən “Yazıçı”, ”Yeni Nəfəs” kimi qəzetlərdən yaxşı vəziyyətdə olmasa da, digər texniki işlərdə sözügedən qəzetlərdən bir neçə addım irəlidədir. Amma bu heç də qəzeti təqdir və özünü müdafiə haqqı vermir.
Növbəti yazı digər ədəbiyyat qəzetləri haqqında olacaq




(2 səs, hardasa: 4,50 ilə 5 arası)

Yüklənir...
Biri birinə dəyməz, biri də heç birinə…-))
Cavid…nəyə lazımdı ?
“A.Əbilov imzalı müəllifin “Ulduz” jurnalı haqqındakı informasiya yazısını gərəksiz mötərizələrin əlindən birnəfəsə oxumaq mümkün deyil.”
Bu qəzetin özü saysız mötərizələrin içindədi.
Başın tükü töküldü, tük əkdir.
Dişin töküldü, diş əkdir.
Amma “Ədəbiyyat” qəzetinin başı keçəl və dişləri mırığdısa, Aydaınxanı çıxart, yerinə Qəşəmxanı qoy, Əsədxanı qoy, canım sənə desin Qulu xanı, Rüstəmxanı, Elchin …..xanı qoy, lap elə Polad Ələmdarı qoy nə dəyişəcək?
Cavid, hər şənbə Rəfail Quseynovun “5255″-ci qəzetdə palazları çıxır, o palazları çırpsan, inan bu məmləkətdə burnunu tutmayan tapılmaz.
Ayaz müəllim qəzeti ona görə eyni eyni tempdə çıxarır ki, o, vəfalıdır və məmləkətdə onun anoloqu yoxdur.
cavid bəy salam!
Yazı üçün təşəkkürlər
Dərindən fısıltılı bir ah çəkib deyirəm, hayıf o günə qalan qəzetə, səhifələrində gəmcliyə də, yetkinliyə də yol açan qəzetə. Ədəbi mühitə “Əh!” edib, əbədi mühitinə dalan qəzetə.
“Ədəbiyyat” qəzetinin internet saytına kirəndə elə bil kor quyuya girirsən, daısqal, qaranlıq, vahiməli. Yusifi Kənan nə çəkirmiş bilirsən. Allah onu quyudan çıxarsın!
Salam Sultan müellim. minnetdaram.təəssüf ki bu belədir. Gelen hefte yazinin ikinci hissesini yazacam.
gecdə olsa demək lazım gəlir. Əsədin Körpüsündə o qədər naftalinli yazılar çıxıb ki….Lap 525-dəki naftalin ədəbiyyat kimi. düzünü yazmayana düzünü yaz demək düz deyil. Bilərəkdən həqiqəti təhrif edənin is
ə adı yoxdur.