Qaraqan. Tualetə getməyənlər şəhəri. (Hekayə)
Yazar: Admin | Bölmə: Proza | Tarix: 24 Haziran, 2009
Dedilər ki, o şəhərdə tualet yoxdu. Mənə çox qəribə gəldi. Necə yəni yoxdur? Bir neçə gün bu sual məni narahat etdi. Heç başa düşmürdüm. Onda o şəhərdən gələn bir yolçu ilə rastlaşdım. Hündür çinarın kölgəsində əyləşib danışmağa başladıq. Mən öz sonuncu əsərimdən, o da öz şəhərlərindən. Amma mən “sizdə tualet var?” sualını verəndə o mənə tərs-tərs baxdı. Sonra başını yelləyib dedi:
– Sən nə danışırsan? Ağzına nə söz gəldi alırsan. Utanmırsan? Tualet nədir? Bizdə heç kəs tualetə getmir!
Sonra o mənə şəhərləri haqda danışdı.
Tualetə getməyənlər şəhəri.
Biri var idi, biri yox idi, uca dağların başında kiçik bir şəhər var idi. Bu şəhərin sakinləri gülərüz, mehriban və çalışqan adamlar idi. Onlar günlərini tarlada, küçədə, bazarda, ofisdə işləyib gecələrini əllərində qəzetlə divanda yuxuya gedirdilər. Bu şəhərdə hər şey bütün şəhərlərdə olduğu kimi idi. Amma bizim hələ doğulmadığımız bir vaxtda bir nəfər – bazarda işləməyən və gecələr yatmayan saqqallı bir kişi tualetə gedərkən ayağı ilişib ağzı üstə öz nəcisinin içinə yıxıldı. Dahi alimlərin başına düşən alma kimi, onun da ağlına yeni bir fikir gəldi.
“Tualetə getmək olmaz!”
O bunu əvvəlcə heç kəsə danışmadı. O bilirdi ki, bunu kiməsə desə camaat ona güləcək. Ona görə öz fikirlərini hamıdan gizlətdiyi kiçik kağıza yazmağa başladı. Günlər keçir, onun tualetə olan nifrəti artırdı. O, hər dəfə ayaq yoluna gedəndə nəcisini ölçür və dünyaya nə qədər ziyan vurduğunu hesablayırdı. Hər gün 300 qrama yaxın nəcis. Bu o deməkdir ki, hər bir insan həyatı boyu 4 tondan çox nəcis qoyur. Bu o deməkdir ki, Bethovendən bir neçə simfoniya və 4 ton nəcis qalıb. Eləcə də bütün dahilər və müqəddəslərdən. İllər ötdükcə o, ayaq yoluna daha da çox nifrət eləməyə başladı və fikirlərini camaatın içində dedi. Əvvəlcə ona güldülər, sonra onu söyməyə başladılar. Lakin az-az insanlar onun yanına gəlib onun danışdıqlarını dinlədi. Sonra onlar da camaata dedilər – ayaq yoluna getmək olmaz. Bu heyvanlara aid xüsusiyyətdir. Amma biz insanıq. Biz ən üstün varlığıq. Biz dünyanı zibilləməməliyik. Biz əyilməməliyik. Biz çirklənməməliyik. Biz “üstün irqdən”, “namuslu millətdən”, “müasir insanlardanıq”.
Bu fikirləri ilə insanlar arasında hörmət qazanmağa başladılar. Sonra xeyriyyə adı ilə insanlardan ayaq yollarının təmizlənməsinə görə pul yığmağa başladılar. Bu pulu yığandan sonra xalq onlardan üz döndərdi. Dedilər ki, niyə pullarımızı alırsınız. Xalq saqqallı kişini tənqid eləməyə başladı. Amma tualetə qarşı olanlar öz başçıları saqqallı kişini gizlicə öldürəndən sonra o, xalqın qəhrəmanına çevrildi. Hamı onun qəbrinin üstündə şam yandırır, öz aftafasını sındırıb söz verirdilər ki, bir də heç vaxt tualetə getməyəcəklər. Saqqallının tərəfdarları isə şəhərin mərkəzindəki ayaq yollarını yandırıb dağıtmağa başladılar. Bütün şəhəri iy basdı. Ayaq yolları sınandan sonra ağacların dibi, bostanlar, bulaqlar iy verməyə başladı. Bunu görən şah xalqın nə istədiyini vəzirindən soruşdu. Onda vəzir hər şeyi ona danışdı. Şah onların qarşısını almaq üçün dəmirdən aftafalar, poladdan ayaq yolları düzəltdirdi ki, heç kəs sındıra bilməsin. Ayaq yoluna getmək istəməyən kütlə, bunu öz qeyrətli, namuslu, mömin, müasir, elmli, üstün, ədalətli millətlərinə haqsızlıq kimi qəbul etdi. Ondan sonra şahı tənqin edən şüarlarla ayaq yoluna getməkdə bütün günahın şahda olduğunu qışqırmağa başladılar. “Şah bizi qəfəsdə saxlayır. Biz ayaq yoluna getmək istəmirik, amma o bizi məcbur edir. Məcbur edir ki, dəmir aftafalarla yuyunaq. Məcbur edir ki, polad ayaq yollarına gedək. Şah ədalətsizdir. O bizim ayaq yoluna getməmək haqqımızı əlimizdən alır. Hər dəfə kimsə ayaq yoluna girəndə şahı söyür, sonra deyir ki, bu millət belə şahla düzələn deyil. Sonra tumanını çıxarıb oturur. Qurtaranda əgər qarşısına başqa bir adam çıxırsa, ona deyir, yenə məcbur elədilər gedim. Özüm heç istəmirəm ki. Məcbur edirlər. Onda qarşıdakı da deyirdi ki, elə məni də bu dəqiqə göndərdilər. Allah Saqqallı kişiyə rəhmət eləsin. Əgər o qalsaydı, indi heç kəs işəyib oranı-buranı bulamazdı. Bundan sonra ayaq yoluna getməyi təhqir sayanlar xarici ölkələrə məktublar yazmağa başladılar. “Burda hamı tualetə gedir, heç kəs burda təmizliyə riayət eləmir. Hamı içində saxlamaq istəyir, amma şah qoymur. Şah olmasa biz heç vaxt heç yanı bulamayacağıq”. Düşmən şahlıqlar bunu görüb düşmənçiliyi daha da qabartmaq üçün, xalqın sevgisini qazanmaq üçün cavab verir:
“Aaa siz nə danışırsınız? Heç elə şey olar? Getməyin. Hamı bir nəfər kimi imtina edin. Bizdə heç kəs tualetə getmir. Bizə tualetlər lazım deyil. Əgər bütün aftafaları sındıra bilsəz, bir-iki dəfə əliniz-dalınız çirkli qalsa, siz iyrənib bir də heç vaxt heç nə ifraz etməyəcəksiniz”. Bunu eşidən xalqın ümidləri oyandı. Onlar saraya hücum edib şahı öldürdülər. Sonra qəbrinə aftafa qoyub onunla bir basdırdılar. Daha sonra isə bütün aftafaları sndırıb bütün ayaq yollarını dağıtdılar. Böyük bir şənlik başladı. Onlar bayraqlarının üstündə təmiz dal şəkli qoydular. Bu onların dallarının heç vaxt çirkli olmadığının rəmzi oldu. Sonra televiziyalarda məşhur müğənnilər göz yaşları və utanc ilə sonuncu dəfə nə vaxt ayaq yoluna getdiklərini danışdılar.
“Xanım, siz gənc yaşlarınızda ayaq yoluna gedirdiniz?
– Bəli, çox utanıram indi bunu etiraf etməkdən, amma mən doğrudan da ayaq yoluna gedirdim. Hər dəfə söz verirdim, amma hər dəfə qarnım dolanda özümü saxlaya bilməyib ayaq yoluna gedirdim. Lakin bir gün ayaq yoluna böyük bir güzgü qoyub öz halıma baxdım. Ayaq yoluna gedərkən olan halıma baxdım. Onda özümə nifrət elədim. Və başa düşdüm ki, bizim millətə belə namussuzluq yaraşmaz, biz təmiz və günahsız, namuslu və qeyrətli olmalıyıq. O gün-bu gün ayaq yolu mənim üçün bitib.
– Neçə il olar təxminən?
– 5 ildir ki, mən ayaq yoluna getmirəm.
– Alqışlar, bizim dahi sənətkarımız 5 ildir ki, ayaq yoluna getmir”.
Bundan sonra dərsliklərdə ayaq yolunun pis cəhətləri haqda mətnlər uşaqların beyninə dolduruldu. Daha sonra ayaq yoluna gedən qızlara namussuz deyilməyə başladı. Daha sonra bütün xarici filmlərdəki ayaq yolu səhnələri kəsilib uşaqların tərbiyəsini pozar deyə, qadağan olundu. Bütün kitablardan ayaq yolu sözləri çıxarıldı. Bu şəhər məni çox təəccübləndirdi. Mən yolçudan yolu öyrənib ora getdim.
Şəhərə girən kimi əski ilə burnumu tutdum. Bütün şəhər iy verirdi. Hər yerdən iy gəlirdi. Amma bütün insanlar buna baxmayaraq çox rahat idi. Əvvəlcə mən elə bildim ki, yalnız mənə bu iy gəlir. Amma sonra başa düşdüm ki, onlar sadəcə bu iyə öyrəşdiyindən onu hiss etmirlər. Sonra restoranların birində əyləşib qarşı masadakı adamlara baxdım. Onlar qaqqıldayır, pivə içir və domino oynayırdılar. Elə bu an restoranın qapısı açıldı və içəri gözəl bir xanım girdi. O, içəri girən kimi qarşı masadakı kefi kök kişilərin qaşqabağı yerə-göyə sığmadı. Onlardan biri qışqırdı:
– Aftafalı əllərinlə bizim restoranın qapısını açma! Mundar, namussuz, qeyrətsiz, geridəqalmış!!!
Xanım qəmli gözləri ilə onları süzüb başını aşağı saldı. Elə bu an kişilərdən biri pivə şüşəsini onun başına atmaq üçün ayağa qalxdı. Mən tez onun qarşısını alıb enli qollarını nazik əllərimlə saxlamağa çalışdım:
– Eləmə! Sakitləş!
O mənə baxıb yekə qarnının bir hissəsini yağlı masaya söykəyib dedi:
– Sən buna bir bax. Tualetə gedən namussuzu qoruyur. Bilirsən o yemək yeyəndən sonra nə oyunlardan çıxır?
– Nə?
– O tualetə gedir. Eşidirsən? Deyilənə görə, xaricdən özünə aftafa alıb, evində də unitaz qoydurtdurub. Mundarın biri, mundar! Bizim təmiz qızlar kimi deyil o – çirklidi!
Mən gülümsəyib ona dedim:
– Guya sən heç tualetə getmirsən?
Bundan sonra heç nə yadımda qalmayıb. Bircə onu bildim ki, başıma iri bir şüşə dəyib çilik-çilik oldu. Özümə gələndə məni artıq məhkəməyə hazırlayırdılar. Mən çığırırdım.
– Niyə? niyə?!
Bütün zaldakı adamlar və hakimlər mənə tərs-tərs baxdılar. Onlar mənim əllərimi bağlamışdılar. Sonra bir nəfər ayağa durub mənə yaxınlaşdı.
– Dünən saat 17 radələrində siz restoranda namussuz, cinayətkar bir qadınla əlbir millətin namusu və müqəddəs dəyərlərini alçaltmısınız. Siz cinayətkarın qarşısını almağa çalışan bu qeyrətli vətəndaşın əlini sındırmaq istəmisiniz. Sizi vətən xaini elan edirik. Mən əsəbiləşib ayağa qalxdım.
– Ey siz, axmaqlar, cahillər, yalançılar! Guya siz özünüz ayaq yoluna getmirsiniz? Bəs yediyiniz haradan çıxır? Sizin bütün şəhəriniz iy verir. Hara gedirdim ağacların dibində nəcis var idi. Guya siz özünüz bulamırsınız? Hə? Nə namusdan danışırsınız? Nə qeyrətdən, müasirlikdən danışırsınız. Biz hamımız insanıq, hamımız da ayaq yoluna gedirik. Açıq, ya gizlin. Bunu gizlin edəndə siz namuslu olursunuz? Hə? Ayaq yoluna getməyən insan yoxdur. Əgər bu günahdırsa, əgər bu cinayətdirsə, onda niyə bütün insanlar belə yaranıb, hə? Siz öz hisslərinizi, öz arzularınızı öz ehtiyaclarınızı özünüzdən gizlədirsiniz. Siz ölü şairlərin, məktəb kitablarının, valideynlərin və cəmiyyətin qulusunuz. Onlar sizi idarə edir. Siz həmişə günahı başqalarında görürsünüz. Siz də aftafa almaq istəyirsiniz, amma utandığınız üçün gizli də olsa, çirkli gəzməyi ondan üstün tutursunuz. Və sizin arzuladıqlarınıza sahib olanları məhv edirsiniz. Yazıq millət, başıboş xalq. Siz hamınız ayaq yoluna getməsəz də…
Elə bu an hakim çəkicini vurdu. Məhkəmə işi sona çatdı. İnsanlar oturacaqlardan durub yavaş-yavaş dağılışmağa başladılar. Oturacaqlarda qalmış sidik-nəcisin iyi bütün zalı götürdü. Kimlərsə gizlicə bunu masanın altında edirdi, kimlərsə elə şalvarlarını çıxarmamış. Kimlərsə arxalarına torba bağlayırdılar. Kimlərsə ovuclarına götürüb oturacağın arxasına sürtürdülər. Kimlərsə eləyib qurtaran kimi, qaçıb polis çağırırdılar.
“Bura baxın, bura baxın kimsə bulayıb”.
Mən isə bir gün sonra zindana salındım. Deyilənə görə, bir neçə gün sonra o qızı kəndirdən asıb, ocaqda yandırdılar. Deyilənə görə, bir neçə gün xalq mənim ölümümü istəyib zindanın darvazalarını döydülər.
“Ayaq yoluna gedənlərə ölüm, namussuzlara, alçaqlara, çirklilərə, kafirlərə, geridə qalmışlara ölüm!!!”
Zindanda mənimlə bir başqa adamlar da qalırdı. Hərdən təzə adamlar gəlir və mənə digər şəhərlər haqda danışırdılar. “Fahişəlik etməyənlər şəhəri”, “İçki içməyənlər şəhəri”, “Rüşvət almayanlar şəhəri”, “Millətçilər şəhəri”, “Dindarlar şəhəri”, “Demokratik insanlar şəhəri”, “Xoşbəxt ailələr şəhəri”, “Milli musiqini sevənlər şəhəri”, “Bir-birinə xəyanət etməyən sevgililər şəhəri”, “Porno filmlərə baxmayanlar şəhəri”, “İtirilmiş torpaqları həqiqətən qaytarmaq istəyənlər şəhəri” və daha hansı tanımadığım gözəl şəhərlər.



(14 səs, hardasa: 4,14 ilə 5 arası)

Yüklənir...
Tualetə getmək insanın haqqıdır. Bu şəhərin rəhbərliyi insanlardan öz haqqlarından imtina etmələrini istəyirlər.
Yoox, bu olmadi… Bu kuche ushaqlarinin fantaziyalarini niye bele ciddi sayta qoyursuz..? Sabah bu ozundenrazi ushaq orda-burda ustumuze qabarib – kultaz’da chap olunmusham, deyecek, onda ne cavab vereceyik..? Mence bele seviyyesiz, idbar metnleri yayinlamayin…
Həddən ziyadə zarafat sevən və elə zarafatlarıyla da məşhur bir sənət adamı bir dəfə magistral yolda avtomobilini qadağan olunmuş yüksək sürətlə idarə edir. Bu zaman müfəttiş onu saxlayaraq, deyir: “cənab, siz bala düşmüsünüz” Adam əllərini açır və şükr oxuyur. Müfəttiş təəccüblə soruşur ki, nəyə şükr oxuyursunuz? Adam cavabında: “Şükr oxuyuram ki, həmişə p…a düşürdüm, çox şükür ki, bu dəfə bala düşdüm. ” Lətifəsi sizdən, bizdən uzaq, deyəsən, p..a düşdük, axı. Çox-çox sizdən üzr diləyirəm, yuxarıdakı ifadələrə görə. Nə isə… vallah-billah ayıbdır, ayıb!
Mən belə başa düşdüm: Avtoritar hakim zorla insanları düzəltməyə çalışır, insanlar isə düzəlmir, köhnə “saqqallı kişi”nin dedikləri ilı oturub-dururlar…
HOST qrupunun bu mövzulu repi haqda danışırdılar: “insanlar düz deyilsə, hakimiyyət neyləsin.”
Yazıqlar olsun… Özü də mərhum 2. prezidentin ad günündə dərc etmisiniz bunu…
Qaraqan, 99% hakimiyyət günahkardır. Mən “kişinin fahişədən mələk düzəltməsi”nə daha çox inanıram, nəinki “hər xalqın öz sezarına layiq olması”na.
Oxudulmaqa deyen hekayedi.Esil xalqin malidi. Hörmetli Novarg qardash: kuceler bizim kucelerimiz,ushaqlar da öz ushaqlarımız,öz kicik qardashlariməzdi.İxtiyar ise hem de onlarındi.
cox hormet beslediyim Firudin Allahverdi; kohne saqqalli kishi ile ölen saqqalli kishi ferqli anlamlar.
Hekayede mehs çiğiran fikirle her birimiz nein ki,tanıshiq,hetta hamııiz adı geden şeherin sakinleri olduqumuzu en azı adımız qeder bilirik.
ne ise…çaləşaq heç olmasa şerhlerimizde bulamıyaq.
Qaraqan,elimden geleni edecem ki,sene paxıllıq etmeyim. uğur olsun!
Əzizim Sadiq.
Mən də bir zamanlar günahın daha çox xalqda olduğunu düşünürdüm, amma indi əksinə, günahın çoxunun idarəetmədə olduğu qənaətindəyəm. Buna görə də bu cür düşünən gəncləri anlayıram.
Sənin dəyərli fikirlərinə hörmətlə yanaşmaqla bərabər, HOSTçu gənc vətəndaşlarımızın probemlərə hakimiyyətə bəraət qazandırmaq məqsədi ilə yanlış prizmadan baxdıqları qənaətimdə qallıram.
Bütün bunlarla rəğmən Qaraqan adı altında yaradıcılıqla məşğul olan gənc insanımızın istedadlı olduğu qənaətindəyəm. Ona uğurlar arzulayıram. Ümid edirəm ki, istedadı ona problemlərə daha doğru prizmadan yanaşmağa kömək edəcəkdir.
Mənə elə gəlir ki, burada ifadə ilə təsvir arasında profesionallıq kasadlığı var. İdeya maraqlıdır, sadəcə müəllif bu ideyanı elə qabardır ki, ədəbilikdən uzaqlaşır. Xüsusən məhkəmədəki nitqi bir az Kefli İsgəndərin monoloqunu xatırlatsa da, hekayə boyu oxucuya aşılanmaq istəyən fikirlərin təkrarından başqa bir şey deyil və əsərin ideya gücünü azaldır. Eyni zamanda deyim ki, mən də maraqla oxudum. Və bəzilərindən fərqli olaraq hesab etmirəm ki, bu küçə uşağının fantaziyasıdır. Cilalanmaya, yaradıcı inkişafa ehtiyac var. Uğurlar
Müəllifin nə demək istədiyi, nəyi nəzərdən keçirmək istədiyi məlumdur.
Amma o demək istədiklərini təqdim etdiyi obrazda axıra qədər ala bilməyib.
Obrazın yazıçı tərəfindən təyin olunmasında xeyli ziddiyyətlər var.
Ümumiyyətlə bu günki Azərbaycanın obrazlarla təqdimatı xeyli gecikir.
Bu da az – çox qələmi olan yazıçıların bir başı siyasətçilərə bağlı mətbuat tərəfindən köşə yazarı kimi satın alınması ilə bağlıdır..
Publisitika Azərbaycan ədəbyyyatında bu gün özünü çox biabırıçı şəkildə göstərir.
Səhv etmirəmsə, mən ya Fürudin Allahverdinin, ya da Elmir Mirzəyevin müsahibələrinin birində lad söhbətinə rast gəlmişdim. Bu lad məsələsi bizim müasir ədəbiyyatın da ən ciddi problemlərindən biridir.
Məsələ burasındarı ki, biz yeni ladda işləyə bilmirik.
Qaraqanın hekayəsi buna misaldır.
Biz Azərbaycan insanını hələ ki, maarfçi kimi nəzərdən keçirmişik.
Bu da özünü üç mərəhələdə göstərib.
Axundov mərəhələsində bu xeyli ümidlər doğururdu. (bütün əsərləri)
Mirzə Cəlil mərhələmsində sarsıntılarla müşayət olunurdu. («Ölülər» və s)
Üzeyr bəydə isə maarifçilik iflasa uğarmış proses kimi təzahür edirdi.. (Məşədi İbad və ətrafı)
Məsələ burasındadır ki, Azərbaycan yazıçısının Azərbaycan insanını «mujik kimi» nəzərdən keçirmək təcrübəsi xeyli zidiyyətlidir.
Bu da Azərbaycanda zədaganlıq institutunun olmaması ilə bağlıdır. (Hərə bunu bir cürə adlanldıra bilər – kimi milli burjaziya, kimi elita və sair)
Zadəganlıq isə dövlətçilik təcrübəsi ilə bağlı məsələdir.
Biz bunun ağrısını həmişə çəkmişik.
İdeya, Qaraqanın demək istədiyi, nəyi nəzərdə tutduğu və s. Rasət bəy demişkən, məlumdur. Mənim ümumi olaraq xoşuma gəldi, rahat, birnəfəsə oxuya bildim bir oxucu kimi. Ancaq həm də bir yazar olaraq oxuduğuma görə mənimçün bir nömrəli kriteriya olan dil qüsurları oxumağa maneə yaradırdı. Səlis deyil. Üslub adamı tanımasaydım da, deyəcəkdim ki, rep üslubudur. Gözümün qabağına bir reperin bir nağılı canlandırması gəlirdi hekayə boyu, nə bilim əl hərəkətləri-filan. Ancaq məncə, gənc yaşda adamın ağlına belə maraqlı bir mövzu gəlirsə, bu işin sonrası daha maraqlı olacaq. Uğurlar təbii ki.
Qaraqanin qanimi durultmagi!
Sozun acigi onun haqqinda meqale yazmaq isteyirem ve basligi da mutleq bele olacaq. Cunki Qaraqan son derece istedadli ve gelecek ved eden bir yazardir. Kitabini tam oxumamisam, amma hekayesi cox xosuma geldi. Bir metn olaraq redakte edile biler, mueyyen ideyalari daha serrast ifade etmek olar- butun bunlari Qaraqan zaman kecdikce mehz ozu anlayacaq ve duzeldecek adamdir. Amma en esasi onun yazici duyumu var , problemi istedadla qoyur ve hell edir. Qaraqan men Sene ugurlar aruzlayir ve hemise xos soraginin gelmesini isteyirem. Host-a gelince men inaniram ki, Azerbaycana ozunu pishik Gunel bakire elan eden kimi aydan ari, sudan duru gosteren, Gencler nazirliyinin mukafatini alanda ise sabunu Palmolivin reklamini bele batiran, pataloji nifret dagarcigi olan media şəratanlarindansa Qaraqan kimi istedadlarin genc yasinda hebsxanaya dusmemesi yaxsidir! Qaraqan, Seni tebrik edir ve basharilarinin davamini sebirsizlikle gozleyirem!
T.Shahsuvarli
mətn quruluşu baxımından nədəsə qusurlu ola bilər.ancaq ideya və fantaziya Qaraqanın istedadlı olduğuna şübhə qoymur.vulqar səslənmə isə ideyadan irəli gəlir.çox istərdim ki onun başqa yazılarını da oxuyam. uğurlar arzulayıram!
Nureddin Shaya…
Sen ushaq vaxti hechmi bele shey oxumamisan..? Hechmi kranlarindan sud axan olke haqqinda, ya da hechmi heqiqet danishilmayan olke haqqinda hele avropalilarin yazdiqlarini oxumamisan..? Ne ideyasi..? Ne fantaziyasi..? Bu motive siz “ideya ve fantaziya uguru” deyirsiz..??? Eslinde qinamiram seni, o seviyyesiz sheirlerin muellifi bele metne de terif demelidi…
Sen ve senden yuxarida agizdolusu terif yazanlarin intellektual seviyyesine shubhe eleyirem men, bu metn chox ugursuz shekilde ishlenib, neinki ishlenib, hetta zorlanib, tecavuz edilib, dar dalanda minilib… Tebii ki, uslubdan xeberi olmayan sen ve seninkimiler uchun yox, az-chox dunya edebiyyatindan xeberi olanlar uchun deyirem bunu…
P.S. Tanish, basha dushmedim, meqale yazmaq istediyini burdan niye elan eleyirsen ki..? Sen beyem bele ali mexluqsan ki, haqqinda meqale yazdigin xoshbext olur..? Uzgorenlik elemeyin, yeke adamlarsiz…
vay-vay ureyim agzima geldi
) Qaraqanin neye iware etmeyi, wikayeti tebii bellidir, lakin ideyani nece ifade etmesi, onu nece oxucuya 4atdirmasi…dehwet
Novarq,sən canın,yaz görüm sən kişisən,yoxsa qadın? əgər kişisənsə çıx üzə,öz adınla danış.bu olmasa məlum məsələ! mənim yazılarım səviyəsizsə,çalışaram səviyəsini düzəldəm.sən isə öz tərbiyənlə ciddi məşğul ol! mən başqaları kimi mətn haqqında öz fikirlərimi yazdım.niyə məhz məni hədəf seçdin və nə haqla? səndən fərqli olaraq kimisə təhqir etmədim ki? amma bu dəfə edirəm:əgər qadınsansa,qadın yazarlarımızın şərhlərini oxu,ibrət götür.kişisənsə sənə uzaq başı marşrutda konduktor işini tapşırmaq olar.ədəbiyyatın sənə dəxli yoxdur.öz içində yoxsa dünya ədəbiyyatını oxumaqla heçnə alınmayacaq,ay bisavad! az-çox oxumuşam hər cür ədəbiyyatdan,sənin obrazından olmaz!.
Novarg,
artiq necenci defedir ki, Qaraqani oxuyanda qanimin duruldugunu hiss edirem. Odur ki, ilk olaraq basliqdaki cumleni yazdim ve sonra fikirlesdim ki, bu basligi sadece bir commentde heyf elemek yox, hem de daha genish auditoriya ucun istifade etmek daha faydali olar. Aciq demek gerekirse, men Firudun Allahveridinin sherhinden sonra Qaraqana qarsi daha bir kampaniya baslana bileceyini dusundum (Firudin bey sag olmushun shexsen ozunden sohbet getmir), ona gore de elan etmeye calisdhim ki, Qaraqana qarshi gelenler cavabsiz qalmayacaqlarini basha dushsunler. Her halda xeberdarligin unvani Sen deyildin, amma Sen niye qiciqlandin onu anlamadim dogrusu. Eyni zamanda, bir muellifin onun haqqinda yazi yazilacagini bilmesi esgerliye gethagetde musbet impuls ola biler. Qaraqan kimi istedadin arxa planda qalmasi, medianin diqqetinden kenar dusmesi istedadsizlarin tugyan elemesine revac verir ve men yasindan, mene munasibetinden asili olmayaraq butun istedadli adamlara oz muttefiqim kimi baxiram. Qaranin metnlerine helelik ne boyuk dunya edebiyyatinin, ne de standart professional kriteriyalardan yanashmaq lazim deyil. O, orta mektebi teze qurtarib ve shexsen menim nezerimde qos-qocaman Rasim Qaracanin “Eger senin dostun” adli hekayede buraxdigi sehvlerle muqayisede gencecik bir oglanin yuxaridaki hekayesi daha selis ve qusursuzdur. Altini cizerek yaziram, sohbet Qaraqanin istedadindan, o istedadin verdiyi umidden ve bir urek olaraq safligindan, semimiliyinden gedir. Azerbaycandaki diger qanlarla muqayisede Qara təsir altinda deyil, daha musteqil ve mutereqqidir. Bele bir shexse destek vermeyi men bir yazici, jurnalist ve hamisindan once vetendash olaraq vicdan borcu sayiram. Ramiz Rovshen demish, bu olkede qanad qiran adamlar qanadlarindan adamlardan coxdur ve o az adamlar Qaraqan yasinda (jurnalistikada) defelerle mene destek olublar ve menim onlara menevi borcumu qaytarmaq usulum yeni nesillerde istedadlari alqislamaqdir. Bilesen ki, ne jurnalistikanin, ne de edebi tenqidin hansisa muellifi xosbext ve ya bedbext etmek kimi bir meqsedi ve funksiyasi yoxdur. Hansisa muellifi oz meqalesi ile xosbext ve bedbext edeceyini dusunen adam xestedir. Ornek: iki deqiqeden bir yazilarinda qaninin it qanina donduyunu vurgulayan şeirdə və publisistikada pishik Gunel kimi silsilə ugurlar qazanan tip.
Sabahiniz xeyir, bayraminiz mubarek…
Tanish, biz her sheyi sifirdan bashlamali deyilik, bizim mueyyen bazamiz var ve o bazaya sahib cemiyyetin esgerliye gedecek gencinden gozlenilen metn de bu metn deyil… Yerler sehv dushur ve butun belalarin koku de bundadi… Bir neche il bundan evvel Zahir foruma 11-ci sinif shagirdinin adi sehv elemiremse Mektebdi, ya Mezun, ya da 25 May olan bir sheirini qoymushdu, dehshete geldim men, 11-ci sinifde oxuyasan, bu qeder seviyyesiz sheir yaza bilesen, dedim… Istedad nedir, istedad mes. Nureddin Shaya’da olmayan sheydi, amma istedadi olanlari da terifle bogub mehv elemek lazim deyil… Qanad qirmiram men, meslehet gorurem, o motivde dunya edebiyyatinda, ele ozumuzde chox gozel eserlerin oldugu hamiya melumdu, onlari oxuduqdan sonra Qaraqan arxadashin qelemini bir qeder de itilemesi lazimdi…
P.S O pishik Gunel haqqinda da ikinci defedi yazirsan, xeyir ola, shou-biznese maraq gorurem sende… -))
Novarg,
men bir yazarin adini axtarish verdim ve onun texminen 30-a yaxin yazisina goz atdim. Ondan evvel de texminen 10-nu birbasa qezetden oxumusdum. (Onu da deyim ki, bu yazarin 3 yazisini cox beyenmishem.) Cox maraqli neticeler emele geldi.
1) Azerbaycanda kitabi cixan istenilen yazara bu adamin patoloji nifreti yaranir
2) O, qelem ehline shou-biznesdekilerle muqayise etmeyi sevir. Meselen, “Seymur Baycana edebiyyatin Reqsanesi” adlandirir.
3) Pisik Gunel ozunu nece utanmadan bakire elan edirse, bu da ozunu ele aparir.
4) Bu adam 2003-de Bakiya gelib, 2004-de AYB-den istefa verib. Men onu 2004-cu ilde BQP-de, 2005-ci ilde BQP-den uzaqlashan bir genc dostumuzun secki qerargahinin rehberi kimi gormishem, sirf jurnalistika baximindan yazilarinin 90 faizini sehifeye qoymaq mumkun deyil, butun epilepsiyadan eziyyet ceken adamlar kimi cinler onun da basindan eskik olmur. Ozu de Gencler Nazirliyinden bir defe mukafat alib, AZ.TV-de nece medhiyye deyibse, YAP-in ekser deputatlarini derd goturub. Kstati, onu en cox qorxudan sheylkerden biri de bizim tay-tuslardan hansininsa deputat secilmek ehtimalidir. Ozu de enc cox pisiklere seir yazir, pisiklere de Murdar adi qoyub. Karoci, mukemmel bir ozunu ifade…
Yazdigin o 3-cu punktdaki xesteliye choxlari mubtela olub, qalan xususiyyetlerde ise 2 nefer taniyiram, ona gore emin deyilem hansini nezerde tutmusan… Bir qeder de achiqlaya bilersenmi..?
novarg,sənin istedadı müəyyənləşdirəcək “nəsnələrin” nədən ibarətdir? sən doğurdanmı bu qədər kütsən? və ya bu qərəzin səbəbi nədir? sən əksər şərhlərində tüpürə-tüpürə danışırsan.heç bir dəfə özünə də tüpürmüsənmi? nə “dünya ədəbiyyatı”deyibən hayqırırsan? yəni doğurdanmı mütaliyə bazan məndən üstündür? bunu bir bu qədər kütlüyünləmi təyin etdin? bir də qayıtdım sənin bir çox şərhlərinə,müqaisə etdim və bu qənaətə gəldim ki,sənin Rafiq həkimə ehtiyacın var!
bəzi qənaətlərimi yazıram:
1.psixologiyadan məlumdur ki, keçmişi travmalı insan həmişə nifrət edə-edə yaşayır.
2.pedaqogikadan məlumdur ki belə insanları islah etmək çətin məsələdir.
3.tibb elmindən məlumdur ki cərrahiyə geni dəyişməyə qadir deyil.
bütün bu səbəblərdən o nəticəyə gəlmək olar ki, sağalması çətin xəstəsən.
çox təəssüf ki ,belə yazmalı oldum ,sənə layiqdi,özümə layiq görmürəm! çox təəssüf…
novarg,hər hansı məxluqsansa da bir də mənim adımı çəkmə.bunu sənə qadağan edirəm! və əgər hayasızlığına salıb təkrar etsən,bunu da təbii qarşılayacağam.
Son gunler maraqli, hetta men deyerdim axmaq bir tendensiya yaranib, kimi bir azaciq tehlil eleyirsen adimi chekme, ne bilim, delete ele meni, deyir… Ozu de ele bashdan demir haaa, evvelce sicilleme bir girish eleyir, arxadashlar demish, konuya, axirda deyir adimi chekme… Mezen olsun, ay Nureddin… Ne ise, daha mane olma, burda cumle qurmaga chalishiram:
Tanish, soyub-soyub quyrugunda dayandin, ureyimizi chekme, de gorek kimdi 2003-de Baki’ya gelib 2009′da seni bele cirnadan yazar..?
P.S. Ufuqde yeni heyecan gorurem… -))
hə novarg,belə-belə işlər… nəyi və necə təhlil edirsən? utanmırsan heç,buna təhlil deyirsən? sənə bir məsləhəti düz etməmişəm.həkimə getmə,xeyri yoxdur. hə novarg,belə -belə işlər…
Qaraqan, həqiqətən istedadlı gəncdir. Əvvəla ot kökü üstə bitər. Bu gəncin ata nənəsi və babası Sovet dövrünün ən tanınmış jurnalistlərindən, söz adamlarındandır. Əmisi doxsanıncı illərin nüfuzlu qəzetlərindən birinin bir neçə il baş redaktoru vəzifəsində çalışıb, anası da həmçinin çox istedadlı jurnalistlərimizdəndir. Bir sözlə Qaraqan sözün qədrini, qiymətini, dəyərini bilən bir nəslin, bir ailənin yetirməsi, davamçısıdır. O, son dərəcə gur, parlaq bir işıqla gedir sabaha, gələcəyə. Amma mənə elə gəlir ki, bu işıq gözləri kor etmək yox, nurlandırmaq amacındadır. Ona görə də kimsə təşvişə düşməsin!..
Qaraqan, sənə uğurlar!.. Zəka Vilayətoğlu.
Novarg,
Cirnatmaq- bu ozune hormet eden yazarin yarada bileceyi etki deyil, ozune hormet etmeyen yazar ise meni cirnada bilmez!!! Sonuncu ip ucunu verirem. Bu yaxinlarda Aqsinin diger saytda yayinlanan seirini hemin shexs “yixdi-surudu”. Seir zeif olsa bele, mahiyyet etibari ile normal adami o sekilde qiciqlandira, qezeblendire bilmezdi. Oysa ki, Aqsinin seiri mence yaxsi idi. Amma “Pisik Gunel” agzindan od puskurdu. Sebeb o idi ki, Aqsinin yeni kitabinin xeberi cixmisdi… 2003 cu ilde Bakiya gelib, 2009-can siyasetde, QHT-de, secki kampaniyasinin teskilinde Pisik Gunel kimi uğurlar qazanan, AYB-den, BQP-den cixan, olkede ilismediyi adam qoymayan kes 20 sehifelik bir seir kitabi cixarda bilmeyib. O gun de bir seirini oxumusam, namussuzlar, serefsizler deye soyur ha… Prosto, hecvleri de xosuma gelmedi. Gelse sirf hecv kitabini cixmasina dostdan-tanisdan para bulardim )))
çox mexvi:şeherde divarleri bezeyecek bir söz var “host”. ne demek bu? göy üzü buludludu!!!
Salam! Məni başa düşmək üçün dinləmək istəyənlərə salam olsun! Vallah bəlkə də bekarçılıqdan bele bir cızma-qaranı “icad” etdim. Hörmətli oxucular cəkinmədən oxuyun, çünki mənim qanım qara deyil! bu yayın ciraha-cırında qara köynək geyib, üzərində DOST (yeni-HOST) sözünü həkk eləmək qərbdən gələn radiasiya şüalnmasını “neytrallaşdırmaq” üçündür Bzim hörmətli Qaraqan müəllimin görəsən həqiqətəndə qanı qaradı yoxsa hekayənin yayımından sonra keyfinə soğan doğrayıblar və “qanıqara” olub. Araşdırma nətıcəsində aydınlaşdıtdim ki, əslində Qaraqan – HOST deməkdir, yəni basha düşməyənlər üçün dost. Eziz dostlarım calışın qanınızı qaraltmayın. yeyin, içın , şəlnənin. Qaninizi qaraltmaq istəsəniz araşdıqmağa İvrit dilini öyrənməyə çalışın.
Qaraqanın hekayəsi orjinaldı, təbrik edirəm! ancaq heyf ki qani qaradı. Bir az da Tarixi- Nadirə keçək.
1. Hörmətli Qaraqan! Türk arakadaşınızin keyfi necədi? (bu yaxınlarda keyfinə soqan doğramışdılar…)
2. Səni tarixi şəxslərimizdən biri Nərman Nərimanovla (absurt müqayisə olsa da) müqayisə etdim: O, oğluna yazdığı məktublarında etiraf etdiklərini sən kimə edəcəksən? (Bunun açıqlamasını Tanışdan öyrənə bilərsən)
Haminiza can sağlığı arzulayıram! ÖZÜNÜZÜ QARADA-QIRMIZIDAN QORUYUN !!!…
Yeqin buda bizim Azerbaycana aiddir.İtirilmiş torpaqları həqiqətən qaytarmaq istəyənlər şəhər
Nitshe…Stilin tekrari gorunur bu yazida….bashligida kocurmedi…nitshe stilinnen behrelenme gorurem….Baxishlari da eynidi demek olar ki…
exxxxxxxxxxx mende ……..
Mence bir çoxları QaraQana paxıllıq edir,o çox istedadlıdı,hekayenide oxudum maraqlıdı.QaraQan sene ugurlar arzulayıram.Bu milletin esasende genclerin senin kimi istedadlı genc ehtiyacı var.
QARAQAN SENİ ÇOOOX SEVİREM,KAŞ BUNU BİLEYDİN.ALLAHA EMANET OL! SENE UGURLAR!
qaraqan hekeyelerin hemiweki kimi cox maraqlidi.sebrsizlikle yeni kitabni gozleyirem
BELINSKInin diliyle desek, INSANLA HEYVAN ARASINDA ESAS FERQ: heyvanin qurtardigi yerden insan basliyir… Bu milletin 99%_i INSANIN BASLADIGI YERE hele GELIB CATMIYIB !! ONA GORE DE SENI ANLAMAGLARINI ISTEME ONLARDAN.ONLAR INTIBAHA LAYIQ DEYILLER, DOSTUM… SEN FERQLISEN DOSTUM.BIZ HEMISE YANINDAYIQ QARAQAN,SEN SUPERSEN…
men hostu cox xoslayiram.mahnilarina qulaq asiram.host her seyin düzünü deyir.lakin tualetsiz weher menca manasizdir.bela weylar tebii ki nagillarda olur.hosta 2ildir qulaq asiram ve butun konsertlarinda istirak ediram.host yekdir ve tekdir.sag olun
Bezi zeif cehetlerine baxmayaraq,maraqlidir.Amma men Qaraqanin “Soyuducudan mektub”,”Damdan ashagi” adli kicik hecmli eserlerini de oxumushdum ve mene ele gelir ki,bu iki eser,xususen de 1-ci daha maraqli idi.elbette,bu eserde chatdirmaq istediyi ideya daha yuksekdir,amma fikrin ifadesinde bezi qusurlar nezere charpir.Bu da yeqin ki,genc yazarin qeleminin hele puxteleshmemesi ile baglidir.Chox isterdim ki,Qaraqanin eserlerine(mehz eserlerine,mahnilarina yox)sherh yazilarken ona bir reper kimi yox,muasir edebiyyatimizin yetishmekde olan genc yazari kimi yanashilsin ve bu cur qiymetlendirilsin,ele yazilarindaki hansisa zeif cehetlere gore haqli shekilde tenqid olunsun.Daha reperleri sevmeyib,onu da rep dediyine gore “kuche ushagi” adlandirmaq ve eserin muzakiresinden uzaqlashmaq duzgun deyil,mence.Son yazdigi kitabi da oxudum.o eser haqda yazilacaq sherhleri oxumaq maraqli olardi.Amma deyim ki,eserde bezi meqamlar xoshuma gelmedi:muellifin dilinde bezi qusurlar vardi.Ve muellifin qadinlar haqda subyektiv fikirlerini ifade ederken bezi xoshagelmez xususiyyetleri umumileshdirerek butun qadinlara aid etmesi hech de obyektiv deyil ve teessuf dogurur.Chox hormetli genc yazar,Omru boyu chorek yeyib bir defe et yeyenden sonra daha harinlashib chorek yemeyen nankor pishikler-qadinlari da buna benzetmishdiz sehv etmiremse!bunu butun qadinlara aid etmek ne qeder duzgundur?Ve erini chox seven Firanin xeyanetin eshiyine suruklenmesini muellif suretlendirmishdir.Ve erinin intiharindan sonra xeyaneti defelerle tekrarlamasi + obraz olan bu qadinin bu qeder tez ve asan _ obraza cevrilmesi bir az inandirici deyil.amma final chox tesirli idi,her sheye regmen.
maraqli hadiselerdir
Leqebimi ona gore H.O.S.T-cu olmaq isteyen qoymusam ki , hele kimlerdense asliyam.Hec kimden asli olmayanda yeni , azad olduqda ozumu H.O.S.T-cu sayacam.Qaraqanin tualete getmeyenler hekayesi cox xosuma geldi ve ondan yeni hekayeler gozleyirem.