“Oskar” uğrunda 10 film mübarizə aparacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 25 Haziran, 2009

Amerika Kino Akademiyası “Oskar” mükafatı üğrunda namizədlərin sayını artıraraq 10-a çatdırıb. Bu barədə Akademiyanın yaydığı press-relizidə bildirilir. Kino Akademiyasının prezidenti Sid Qenis bildirib ki, 60 yaşlı Akademiya keçmişə qayıdır.
Xatırladaq ki, əvvəllər ən yaxşı film uğrunda mübarizəyə bir neçə deyil, çox film qoşulurdu.
Sonuncu dəfə mükafat uğrunda 10 filmin mübarizə aparması 1943-cü ildə olub. O vaxt 10 film arasında mükafatı əfsanəvi “Kasablanka” filmi almışdı.
“Nəticə eyni olsa da, yəni yalnız bir filmin qalib gələcəyinə baxmayaraq, mübarizəyə 10 film qoşulacaq” deyə Qenis bildirib. Onun sözlərinə görə, filmlərin sayının artırılması mübarizəyə sənədli və animasiya filmlərinin də qoşulma şansını artıracaq.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın