Alov. Yeni şeirlər.

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 26 Haziran, 2009

alovSirrlərini soyundun
Ürəyin lüt də gözəldir

***

Ağac vaxtı altında oturanlar
kötük vaxtı üstündə otururlar

***

Əgər arı olsaydım
bu gözəl çiçək rəsminə
qonardım

***

Sənə bir az heyran olsam
məndən çoxmu xoşun gələr?

***

Yaxşı ki, günəş
alllaha oxşamır,
hər kəsə bir gözlə baxır

***

“Yox”u necə deməyi bildim
sənə “hə” deyəndən sonra

***

Uşaqlar necə şirin olur
bunu hətta
ağcaqanadlar da bilir

***

“Bəzən” “həmişə”yə qarşıdı həmişə.
Bəzən “bəzən” yaxşıdı,
bəzən “həmişə”

***

Yalnız sənsən!
Bütün nöqsanlarımı
sevgi işığında görən

***

Gərək allaha inanam:
Sevinc hələ də
marketlərdə satılmır

***

Ömründə bir dəfə də
göydən düşən almalardan yeməyib,
bir gün də olsun,
ruhunu pəhrizdə saxlamayıb.
İndi necə
incə ruhlu olsun bu yazıq?

***

Divlər qurbağalara aşiq olanda
qurbağalar nazənin gözəllərə dönərdilər.
İndi gözəllər basıb aləmi
və divlər yoxdu…

***

Təpələri dağlar zənn etdi
çoxlu “zirvələr” fəth etdi

***

Hadisələr küllüyündə
eşələnən gözlər

***

Böyründə böyüyəni
böyük görə bilərsənmi?

***

Səni sevdiyim qədər
sənə aidəm

***

Mənim dənizim,
necə gözəldi,
çay kimi
elə heeey axıb sənə tökülmək.
Nə sən dolasan,
nə mən tükənəm

***

Yuxusuz gecələrin kölgəsi
gözlərin altına düşər,
yuxusuz gecələrin işığı
gözlərin içində oynar

***

Beynimin qırışları
qarmon kimi yığılıb açılır:
Xatirələr səslənir

***

Küçə lampaları –
gecənin sirrini bağırır,
ay –
gecənin sirrini pıçıldayır

***

Dalğalar bilirlərmi görəsən,
can atdıqları sahildə
köpük-köpük öləcəklər

***

Hər şey mənə qarşıdı bu saat
mətbəxdəki çirkli qablar da
bozumtul hava da
yubatdığım zaman da

***

Çörəyi yasdan çıxan mollanın
“Allah, ruzimi bol elə” deməyi –
nə demək?!

***

Gözəl olmayan qızların
güzgüyə nifrəti kimi
günahsız bir nifrətə tuş oldum

***

Payızı yaz bildi çiçək.
Tumurcuğunda öldü çiçək…

***

Qara gözlər qara görmür
mavi gözlər mavi.
Niyə hər kəs dünyanı
bir cür görür görəsən?

***

Mənə edəcəyin
ən böyük yaxşılıq
etməyəcəyin pislikdi

a.eyvazova@yahoo.com

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

54 Şərh var
Şərh yazın »

  1. Şeirə aid olan özəlliklər burda yoxdur. Yoxdur, çünkü adam bunları oxuduğunda hissən, ruhən özünü şeir dünyasında görmür. Belə anlaşılır ki, bunların hər biri bir şeir, ya da şeir parçasıdır. Hər bir kiçik söylənim külək kimi əsib keçir, sonrakı öncəkinin yerini alır. Oysa şeir insanı durdurmalıdır, duraqlarda, insanın bulunduğu ortadmdan bir qopuş sağlayaraq bir sevgi haləli dünyaya varışı şeir ola bilərmi? Sevgi olmasın başqa buna bənzər bir şey olsun. Bəlkə o ruh halını anladacaq sözü mən tapa bilmirəm, ancaq bu yarımçıq sözlər oxucunu o ruh halına vardıra bilmir. daha çox öyüdlər yığınıdır. Öyüdvermənin şeirlə əlaqəsi yoxdur. Bunu ən gözəl şəkildə Axundov söyləmişdir. Öyüdlər yığınını Axundov şeir deyil “nəzm” adlandırmışdı. Alovun da yazdılqarı qafiyəsi, vəzni itmiş, itirilmiş, iç düzəni dağılmış nəzmdir. Zavallı sözcüklər, nələr anlatmaq istəyirsiniz? Modern şeirlə də bir ilişkisi yoxdur. Modern şeir çağdaş insanın ruhunu dəlməyə yönəlmişliyi hədəf edinmişdir. Yəni modernitənin şeir planındakı çabaları “fərd və içdünyasınən romantik transformasiyası”dır. “Sınır ötəsinə yönəliş!” Biçim olaraq vəznini və qafiyəsini itirmişlik modern şeir deyildir. Klassik şeirin biçimini deyilləmə (inkaretmə) dış görünümlə çatışmadır, savaşdır. Dışlığın içliyin dürtülərinə bürünmüşlüyünü deyirəm. öyüdlərin həbsxanasında dustaq edilən sözcüklər var ya, onlara azadlıq gərək.
    “Mənə edəcəyin
    ən böyük yaxşılıq
    etməyəcəyin pislikdi”
    Örnəyin burada təzadsız bir yaşam istəklənir, düşlənir. Daimi yaxşılıq olmaz ki, o zaman insan pis bir durumu da özləmiş olur.
    Bəlkə xəyalımda dolaşan şeirsəlliklə anlatsam yaxşı olar.
    “altında uzanıb dinləndiyin ağac da sənə pislik edə bilər. Birdən çürümüş yekə bir qolu qopub başına elə bir zərbə vurar ki, ölməsən də bütün bildiklərin yadından çıxar. Rastlandığın adamı tanımasan “səni tanımamağımın səbəbkarı ağacdır, ağacın etdiyi pislikdir.” – deyərsən. Ya da ildırım çarpa bilər səni. İncə barmaqlarından ikisini qopara bilər. Bilirsənmi nədən? Çünkü həp çətin durumlarda insanın keçmişi xatırlanır. Ey Yaşıl geyimli gözəl, dodaqlarının bal bardağı olduğunu unutma! Bir kərə “bal bardağından keşkə sənə dadızdırmasaydım” söyləməyin də bardaqdakı balı sözlərə yüklənməsidir.”
    ………..
    Dodaqların təmassı unudulur, korlar yuxularında aydınlığı, işığı görürlər, anlaşılmaz şəkildə. Qanlarındakı zərrələrin təlqini ilə. Sonra da uzun illər sonra bal bardağı bəlkə bir röya kimi görünür yuxularda.
    ………………………….
    Həyat bu qədər gözlkən, nədən bu “varlıq” dəlik-deşik edilib gözəlliklər kəşf olunmasın? Bizim şairlərin dilini qıfıllayan komplekslər nədir, əcəba?
    Sevmirəm insanları pislikdən qorumaq istəyən şeirləri. Kiminə görə pislik görünənin digərinə görə yaxşılıq göründüyü. Bəlkə birinin pislik etmək fikr yoxdur. Sadəcə onun yaşantısı böylə. Sankı onun varlığı bir başqası üçün artıq göründüyündən davranışları pislik çağrışdırır. Pislik və yaxşılıq sürəc olaraq deyil, nəticəsində bəlli olur. Pislik bəzən adamı xoşbəxtliyə aparan səbəb olur. Həyat iştə.
    ……………………..
    Söyləmək istədiyim budur ki, şeirdən ayrılmayalım, şeirsiz necə yaşamaq olar?
    …………………..
    Yaxşı nəsihətlərdir bunlar…. Yazarın təcrübələrindən yoğrulan… Başarılar!

  2. Esl zemane poeziyasidir. Qeyd edim ki, bu janrda yazilan sheirlerden bir kitabi Seyid Ramin chixardib. “YASHASIN OLMEK!” adiyla…

  3. Alovcum, tebrikler

    adilikde mudriklik…

  4. beynimin qırışları qarmon kimi yiğılıb açılır
    xatireler seslenir…

  5. Sirrlərini soyundun
    Ürəyin lüt də gözəldir
    _________
    Nəsə “lüt” sözünü yaraşdıra bilmədim…”çılpaq” daha yaxşı olardı məncə…

    Mənə edəcəyin
    ən böyük yaxşılıq
    etməyəcəyin pislikdi
    _________
    Bu isə çeynənmiş fikirdi…
    İlk və son bəndkəri qeyd etdim…vaxtım azdı…
    Uğurlar!..

  6. Salam.Yazdiginiz seirlerde qafiye yoxdur.Men bunu serbest vezne de aid etmedim.Ancaq sirf buna gore tenqid etmek de duzgun deyil.esas odur ki,mena olsun,fikrin felsefesi olsun.bele seirler mutleq ugur qazanar.Yaxsi seirlerdir.bele davam edin.size bol ugurlar.sagolun.

  7. Bir qayda olaraq şeirlərlə birlikdə şərhləri də diqqətlə oxuyuram. Müəllif və oxucu qarşılıqlı münasibəti ədəbiyyatı doğuran şərtlərdəndir. Yüksək səviyyəli oxucu müəllifi tənbəlləşməyə, bir növ xalturaçılıq etməyə qoymur. Ryabina adlı şərhçinin poetik duyumu, şeirləri obyektiv saf-çürük etmək bacarığı çox xoşdur. Bunu xüsusi qeyd etmək istərdim.
    Keçək Alov xanımın şeirlərinə. Müsbət cəhət kimi lakoniklik, yığcam söz demək cəhdi yaxşıdır. Poetik duyumu var. Məsələn, “Yuxusuz gecələrin kölgəsi gözlərin altına düşər”, “Payızı yaz bildi çiçək.”, “Qara gözlər qara görmür mavi gözlər mavi.” Yaxud, aforizm şəkilli ifadələr, “Ağac vaxtı altında oturanlar kötük vaxtı üstündə otururlar” və s.
    Uğursuz cəhətləri. Bu qısa, bəzən lap qısa görünəsi şeirlərdə uzunçuluq da var. Yəni poetik informasiya daşımayan, bədii yükü olmayan sözlər. Misal gətirdiyimiz şeirinin davamı:
    Yuxusuz gecələrin kölgəsi
    gözlərin altına düşər,
    işığı içinə. və s.
    Müəllifin üslub və hüququna müdaxilə etmədən variant kimi belə ola bilərdi. Yəni, poeziya elminin tələblərinə görə, x+Y yazılırsa, =Z olmalıdır. Birinci iki şərt ixtiyari ola bilər, üçüncü isə nəticə olaraq çıxır, daha müəllifin də kefindən asılı olmur.
    “Niyə hər kəs dünyanı bir cür görür görəsən?” fikri dolaşıq düşərək müəllifin nəzərdə tutduğunun tam əksini verib. Bu idarə edilə bilməyən situasiyadır. Müəllif yuxarıda “müxtəlif cür” demək istəyirmiş yəqin.
    Qısa şeir forması Türk dünyasında Orxan Vəli və şair arkdaşları tərəfindən fransız və yapon şeirinin təsiiri ilə sərbəs şeirin bir forması kimi kifayətcə işlənib formalşmışdır. Azərbaycan şairlərinin də bu sahədə uğurları var.
    Qısa yazmaq göründüyü qədər də asan deyil, bu kəndir üstə yerimək kimi bir şeydir. Ya atalar sözlərinə, ya aforizmlərə, ya da mənasızlığa yıxılmaq təhlükəsi olur. Şərhçinin yazdfığı kimi “Öyüdvermənin” şeir olmadığına biz də razıyıq, həm də elə bir həyat təcrübəsi olmayanların verdiyi öyüddən quru bir söyüd yaxşıdır, ocağa atarsan, yanmasa da tüstüləyə. Qeydlərimiz təkcə bu müəllifə aid deyil, bu cür yazılarda ümumi rast gəlinənlərdir.
    Alov xanımın adamı isindirən misraları var, məncə elə onları da dəyərləndirilməyə dəyər.

  8. Seirler zeif, defelerle deyilmis, cinenmis fikirlerden ibaretdir

  9. Mən bu göndərişimdə yaman bir yanlışlığa tuş oldum!!!
    bağışlayın. Alov xanıma aida olanı başqa bir yazıyla qarışdırdığıma görə
    mənim üçün çox çox çox utanclar!!!

  10. salam muellime cox gozel hemise hevesle oxuyuram coooooooox gozel.

  11. Güney Azərbaycanı şairlərinin şeirlərini oxuyanda, açığı çox vxt qəlbimdə bir narahatlıq, bir çarəsizlik duyurdum. Ana dilində normal təhsil ala bilməyən insanların çırpıntıları yaralı quş nəğmələr kimi kövrək, həm də ağrılı, bir az da yarımçıqlıqla duyulurdu. Əziz Salaminin internet variantında şeirlər kitabını varaqladıca kövrəlsəm də toxdadım. Həyatın hər çətinliyindən keçmiş, ilhamını, şairliyini qoruya bilmiş şair gördüm. Bu asan görünə bilər, amma asan olmur.
    “Arsız açıq elsiz niyə yaşadın, Ölsün əƏləsgərtək qulların dağlar!” – demiş Dədə Ələsgər. Elsiz şair doğrudan da nə mənada isə ölür, qürbətin zarıncısına çevrilir. Şair kimi qalmaq istedadın böyüklüyündədir. Bu haşiyəm, onun yazıları haqqında, aşpazın qaşıqla xörəyin dadına baxması kimi bir şey olsun. Söhbətimiz Alov xanımın yazıları ətrafındadır, amma ümumi ədəbiyyat məsələsi olduğundan onun bir fikrini önə gətirirəm:
    “şeir ölçülərindəki zorlama harmoniya saxlaya bilməz. Bu sözün iç harmoniyasıdır ki, uzun illər boyunca qoyulan şüurlu bir əməklə əldə edilə bilər.” Harmoniyanın zorlanması və uzun illərin şüurlu əməyi, istər poeziya, istərsə də nəsr üçün vacib nəzərə alınmalı olmaqla elə Alov xanımın yazılarına d aiddir.

  12. Cox gozel

  13. Eliyə bülləm Sizə diyəm ki, öyüd-nəsihətçi poeziyanın Yapon hokku-suna, aforizmik poeziyaya heç bir dəxli yoxdur. “Bir inci saflığı varsa da suda, Çox içiləndə dərd verir o da” – öyüd nəsihətçi poeziya belə olur. Amma allah eşqinə deyin, hanı məslən burda öyüd-nəsihət: “Sənə bir az heyran olsam məndən çoxmu xoşun gələr?” Yaxud burda: “Əgər arı olsaydım bu gözəl çiçək rəsminə qonardım”. Yaxud burda: “Sirrlərini soyundun, Ürəyin lüt də gözəldir”. Yaxud burda: “Yoxu” necə deməyi bildim, Sənə ”hə” deyəndən sonra” və s.
    Ryabina, əsərinə görə müəllifi sancmaq nəyə lazım axı? Alov xanım məsələn demək istəyib ki, sirr ürəyin paltarıdır. Sultan Mərzili, ərz eliyim xidmətüzə ki, Alov xanım fəlsəfə doktorudur (PhD), indi isə fəlsəfədə harmoniya movzusunda tədqiqatla məşğuldur. O yaxçi bilir ki, poeziya dilin ali harmoniyasıdır və dilin yeni harmoniyası yeni poeziya ilə yaranır. Mən bunları onun özündən eşitmişəm, Siz də onun e-ünvanından yazıb özündən soruça bilərsiz.
    Amma mənim də tənqidim var. Alov xanım, bu janrda bundan qabaq oxuduğum şeirləriniz bunlardan daha güclü idi. Kəmfürsətlər pusquda! Uğurlar!

  14. AÇIQLAMA:

    Təəssüflə bildirməliyəm ki, bu yazını göndərdikən sonra bir neçə sətrin düşməsini və nüqsanlı olduğunu anladım! Gülməli bir iş olsa da, bir daha göndərirəm. Bu ümidlə ki bu səfər istədiyim olsun!

    *********

    Ölkəmizdə, hələ Sovet çağında da kiçik şeirlər yazan şairlərimiz vardı. Örnək olaraq Fikrət Sadığ-ı xatırlaya bilirəm. Bəlkə başqa yazanlarımız da olmuşdur ki, xəbərim yoxdur. Fikrət Sadığ-ın miniatür şeirlər başlığı altındakı kiçik şeirləri əslində şeir deyil, hər kəsin doğulan gündən ölən günə dək eşitdiyi “Əxlaq” sözləri, daha doğrusu, həyatda heç kimin dərdinə dəyməyən quru “Öyüd”lər idi. Bu şeir deyə yazılan miniatürlər, aforizmlər də deyildi. Çünki, onlarda heç bir müdriklik özəllikləri də yoxdu.

    Alov xanımın yaradıcılığıyla birinci dəfə”Alatoran”da tanış olduğumda, ədəbiyyatımızda çox boş bir yerin bir az dolduğunu duyub çox sevindim. O boş yer, gözəl kiçik şeirlər yeri deyil, gözəl aforizmlər yeri idi. Bu, o deməkdir ki, mən bu parçalardan şeir olaraq deyil, aforimzlər olaraq zövq aldım. Ancaq, onların, mənim üçün şeir olmadıqları, heç də az dəyərli olduqları deyildi. Kimsə deyə bilməz ki, yüksək ölçüdə yazılmış aforizmlərin dəyəri şeirdən az ola bilər. Hər birinin öz yeri və öz dəyəri vardır.

    Alov xanımın yazdıqları, bütünlükdə şeir olmasa da, quru, yararsız və çürük “Etika” öyüdləri də deyil. Belə düşünməyi çox haqsız bilirəm. Bunlar həm etikadan, həm fəlsəfədən, bir sözlə yaşamın hər bir sahəsindən qidalanır və dərin baxışlı bir insanın hər nədən aldığı düşüncələrin billurlaşması və aforizmlər biçiminə düşməsidir . Ancaq bu düşüncələr də quru bir biçimdə deyil, poetik bir şəkildə ifadə edilir. O qədər poetik ki, bəzən poeziya rənginə bürünür:

    Küçə lapaları-
    Gecənin sirrini bağırır.
    Ay-
    Gecənin sirrini pıçıldayır.

    Alov xanımın saçları, gənc bir xanım olduğuna görə hələ qaradırsa, ruhunun saçları ağappaqdır! Onun aforizmləri bu xanımın həyatın çox dərinlərinə baxa bilməsini göstərir və öz düşüncələrini bir çox halda ən gözəl biçimdə dilə gətirə bilir. Təkcə aşağıdakI bu iki sətir söz bir insanın nə qədər müdrik olduğunun sübutudur:

    Ağac vaxtı altında oturanlar
    Kötük vaxtı üstündə otururlar

    Və yaxud bu sözlərdə nə qədər gözəllik, nə qədər içdənlik və nə qədər poeziya var:

    Uşaqlar necə şirin olur
    Bunu hətta
    Ağcaqanadlar da bilir

    Alov xanımın sözləri quru öyüdlər yığını olsaydı, elə söyləndiyi yerdə də düşüb qalardı, quru odun parçası kimi. Amma onların bir çoxu hər dəfə oxuyanda yenidən başlayır, yenidən bizi düşündürür və heç sona çatmır:

    “Yoxu” necə deməyi bildim
    Sənə”hə” deyəndən sonra

    Bu kimi örnəkləri çox artırmaq olardı, ancaq bunları oxumaq istəyən hər kəs bu yaradıcılıqda bu örnəklərdən bolca tapa bilər.

    Bütün bu sözlərdən sonra demək istərdim ki, bu dəyərli yaradıcılıqda “Keşkə bunlar olmayaydı!” deyə biləcəyimiz sətirlər də var:

    Mənə edəcəyin ən böyük yaxşılıq
    Etməyəcəyin pislikdi

    Yaşıl bir ağacın bir az da quru parpaqlarının olması o ağacın dəyərini azaldarmı? Heç zaman!

    Alov xanımın dilimizdən yararlanması bir çox hallarda sağlam, axıcı, canlı və durudur . Nə yazıq ki, bunu bir çox şairlərimiz haqda belə demək olmaz! Söz gözəlliyi dilimizdə, özəlliklə poeziyamızda tanınmamış bir sahədir!
    Bu gözəlliyi nə qafiyə, nə tanınmış şeir ölçülərindəki zorlama harmoniya sağlaya bilməz. Bu sözün iç harmoniyasıdır ki, uzun illər boyunca qoyulan şüurlu bir əməklə əldə edilə bilər.

    Alov xanımın yazdıqlarını biri şeir olaraq da oxuya bilər və biri də mənim kimi “ŞEİR” deyil aforizmlər kimi də oxuyar. Bəlkə biri də hər ikisinin qarışığı olaraq. Hər halda çağdaş ədəbiyyatımızda bunların çox dəyərli bir yer tutmasına inanıram.

  15. Çox sağ olun, Sultan Mərzili…
    Həm şərhimə diqqətinizə görə, həm də bu harmoniya söhbətini xatırlatdığınız üçün…
    Bu, indiki ədəbiyyatımızın ən ağrılı yeridir…

  16. Alov xanım, mənim sizin yazdıqlarınızdan xoşum gəlir. Ürəyinizə qüvvət!

  17. Hörmətli Töhid Ahur!
    Xatırladım ki, Kultaz.com-un daimi fikir iştirakçıları arasaında (özümü nəzərdə tutmuram) kifayət qədər ədəbiyyat savadı, müasir dünyagörüşü, şeir zövqü və yazıb-yaratmaq qabiliyyəti, həm də səriştəsi olan adamlar var. Əks halda, burda heç saqqal tərpətməyə dəyməzdi. Sizin Alov xanımın fəlsəfə elmləri doktoru olduğunuzu açıqlamanız xoşdu, lakin o heç nəyi dəyişdirmir, əksinə məsuliyyət hissini artırırr. Füzuli Süleyman oğlunun neçə əsr oncə dediyi “Fəqihi-mədrəsə inkari eşq eyləsə məzurudur,Yox özgə elminə inkarımız bu elmə….” arxasını davam etdirmək istəmirəm. Məlumdur. Yaxud, N.Hikmət, “Sən şair oal bilərdin Rəfili, amma, professor oldun!” Mikayıl Rəfili doğrudan da şair idi. Təvazökarlıqdan qırağa çıxb deyə bilərəm ki, sərbəst güləşmə üzrə Qarabağ çempionu olmuşam. Amma bu da o deümək deyil ki, mənimlə söz güləşdirmək olmaz. Olar, deməli, müəyyən qaydalara qarşılıqlı əməl etməklə.
    Fəlsəfə elmləri doktoru olmaq, hələ filosof olmaq da deyil, fəlsəfədən müəyyən qədər xəbəri olmaqdır. Çünki, fəlsəfəyə filan yeni postulatı gətirmişəm deyəsi filosof bu saat yoxdurr. Min illərin fikirləri sağa-sola çırpılıb günə qoyulur ki, güvə yeməsin, yumşaq desək! xatırladım ki, Fəlsəfə elmin ümumi qanunauyğunluğunu, xüsusi bir elm sahəsinin misalında öyrənir, ordan da ümumiləşdirmələrə keçir. (Fizika, kimya, riyaziyyat, tarix və. s. və i.) Və kimin hansı dar sahədən gəlməyinin də vacib təsiri olur. Tarixçi filosofun dünyagörüşü təbiətşünas filosofun görüşlərindən fərqlənir. Söhbət kimin üstünlüyündən də getmir.
    Poeziya isə, bunu da çoxları bilir, sadəcə xatırladıram,dünyanı dərketmənin elə bir formasıdır ki, ağılla hissin, şüurla təhtəlşürun, materiya ilə ideyanın sərhədlərində, harmoniyasında və milyon cürə sadalana biləcəkliyində dayanır. Peyğəmbərlərin də, alimlərin də, filosofların da, hökmdarların da, varlıların da, kasıbların da və s. və i. zaman-zaman can atdığı, can qoyduğu, zirvə kimi fəth etməyə şalışıdğı, çox zaman yumbalanıb məhv olduğu, ya da gülünc şəkildə yıxıldığı bir ucalıqdır. O zirvəyə kim nə qədər yaxınlaşdığını gözü olanlar və görmək istəyənlər aydlnca görə bilirlər. Mən bunları şairlərimizin şərəfini qərəzli-qərəzsiz şərəfsizlərdən qorumaq xatirinə dedim. İlk qedlərimdə “Alov xanımın adamı isindirən misraları var” demişdim. Məncə bu poeziya üşün normal qiymətdir. Hamınıza doğru məqsəd yolunda uğurlar!
    Arxadan Q. Nəcəfzadənin “yeni şeirləri” gəlir, qalanını ona saxlayaq.

  18. Tohid Ahur, sizdə günah yoxdu, nəsə bu Öküz ili gələndən mənim daşım yaman ağırlaşıbdır…-))
    Ryabina deyən az idi, indi siz də dilinizi qabar edin…
    Mən Alov xanımı niyə sancım ki..?

    Və heç bir filosofdan,heç bir şairdən, heç bir yazıçıdan da əskik qız deyiləm…hərəni onun öz dilində cavablandırmağa gücüm və başım çatır, şükürlər olsun…
    Mən deyirəm yaraşdırmadım orada Alov xanıma “Lüt” kəlməsini, siz yaraşdırdınızsa, daha nə deyim…

  19. 1. Burda şeirə aid heç nə yoxdur… Yapon şerinə də bənzətmək olmaz… Duyğular buxarlandırılb…
    2. Burda fəlsəfi bir şey də yoxdur… Fəlsəfə ideyalarla məşğul olur… İdeyalar anlayış və onun təzahürü, mövcudluğu deməkdir…
    3. Məntiq …. Əqli nəticələr şairanə irrasional verilməyib… İrrasionallıq daha ciddi rasionallıqdır(batini rasionallıq)… Hissələrin məntiqinin doğru olub-olmadığı haqda heç nə demək fikrim yoxdur… Çünki sözə hörmət etmək lazımdır.. Yəni ki, hissələrdə yürüdülən mühakimələr natamam və istinadgahsız(müvazinətsiz) olduğundan onların səhv və ya doğru olmasını söyləmək də bir o qədər müvazinətsiz alınar…

    Sanmayın ki, aldığım ilkin, təcrübəsiz təəssüratdn ağzıma gələni yazıb Sizi incitmək fikrinə düşdüm.. Qətiyyən! Sadəcə oxuyub, nə (necə) gördümsə sakit-sakit yazdım..

    Arzu edirəm daha uğurlu yazasınız…

  20. Tohid Ahur!!!
    Mən az öncə fars dilini çox gözəl bilən bir dostdan xahiş etdim , tərcüməsini istədim mənim adıma yazdığınız sözlərin…
    Melum oldu ki, söyüşdür
    təəsüfləndim

  21. salam Ryabina, burada elə mənim adımı da verə bilərdin. Tohid Ahur kimdir bilmirəm, ancaq yazdığı bu söyüşlə utanmalıdır. Axı hansıysa bir şeirdə hansıysa bir sözcüyün yerində olub olmadığını dartışan birinə götürüb belə sözlər yazmağın məntiqi nədir? Bura açıq medyadır ölçünüzü ona görə götürməlisiniz. Özünü sıxma Ryabina, yaşadığımız bu dünyada, harda olduğunu bilməyənlərin sayısı daha da çoxdur.
    sayqılarımla

  22. Nəsə mənə elə gəlir ki, siz Tohidə çox humanist yanaşdınız…

    Lənət şeytana, day ara sakitləşib…

    Əxlaqdı, mədəniyyətdi, tərbiyədi…bunlar içdən çölə çıxandı, çöldən içə gələn yox!

  23. Jaləsi, sənə elə gəlmirmi ki, mən artıq çoxdandı kultaz divarlarına qara kömürlə bu bəndi həkk eləmişəm..?
    ***
    Burda ağbirçək yox, nə də ağsaqqal,
    Bura “kult” yeridir, “ura” deyib qal,
    Hamıya it hürər, sənə də çaqqal,
    Keç, karvanım, keç…
    ***
    -))

  24. Salamun eleykum!
    Xahiş edirəm məni məzur görəsüz ki, fikir dartışmasında bülənizə layiqincə qoşullanmırım. Buna zaman hənuz müsaidə etməməkdədir.
    Məndən əqdəm Əziz Salam öz şərhində bəzi qaba sözlər yazmışdı. Sonra nədənsə bu cümlə onun şərhindən silindi. Mən də onun fikrinə dəstək vermişəm öz şərhimdə. Qayəm kimisə həqir görmək deyil əlbət.
    Ryabinaya başa salmaq istəmişdim ki, kobudluğa eyni mizanda kobudluq edilə bilər. Çünki Ryabina 20-30 şeirin bir başını oxuyur, bir də ayağını, sonra da təkəbbürlə “çeynənmiş fikirlərdir, vaxtım da azdı” deyib, iki cümləlik şərhi ilə müəllifin qəlbinə dəymək cəsarətində bulunmuşdu. Mənim də bir az sərt etirazım Ryabinaya buna görə olmuşdur. Bəndəniz Tovhid Ahur da bunu hər hansı bir məhsul müəllifini (şeirlər yazıçısını) mühafizə etmək gərəkdiyinə görə etmişdir. Nəhayətində, yazdığım əsla söyüş deyildi. Çünki o cümlə fars dilində yox, Əziz Salaminin yazdığı dildə yazılmışdı… Maateessüf admin onu da silmişdir.
    Hörmətli, şərhçi J., təkəbbürlü kobudluq, ağayana şərhçilik sizin ölkənizdə humanizmi sayılmaqda?
    Qaldı fəlsəfə məsələsinə. Mən fəlsəfə bilmərəm. Yaxçi olardı ki, Alav xanımın biləsini bu müzayeqəyə daxil edəsiniz, fəlsəfəni bilən odur, fəlsəfi dartışmaları o idrak edər, bülənizə də kəndisi muxatab olar. Mən sadəcə xəbərçilik etdim, yoxsa iddiam fəlsəfədə təfəkkür etmək deyil.
    Misir panteonundan bura şərh yazan insan Günəş ilahəsi yaxçi fəlsəfə idrak edir. O deyir ki, fəlsəfə ideyalarla məşğul olur:). Mənsə ona insana sevgi arzu edirəm, sadəcə sevgi. Sizlər niyə birbirüzü sevmirsiz?
    Hamıza salamlarımı yetirirəm, siz yazın, mən də zaman müsaidə etdikcə yazacam.

  25. Tohid Ahor ağanın ərayizi-qəribəsi məni əmiqn düşünməyə vadar edib şeir və fəlsəfə haqqında əfakarımı bəyanatda bulunmaq mükəlləfiyətində buraxdı. Tohid Ahor zənn edir ki, adam fəlsəfə bilərsə, o zaman o adam əşari-lətifə də qələmə ala bilər. Fəlsəfə bilmək şeirin yan söyləmi ola bilər, ancaq fəlsəfə və şeir fərqli mövzulardı. dünyada bir çox lətif təbi olan və qalarğı şeirlər yazan şairlər olmuş ki, bunların fəlsəfədən heç xəbərləri olmamışdır. Şeir yazmaq üçün Şəhriyarın da dediyi kimi, anadan şair doğulmalısan: “Şair olmazsan anan doğmasa şair…”
    Alov xanımın yazdığından anlaşılan odur ki, fəlsəfəni də yaxşı bilmir. Fəlsəfəni yaxşı biləcək imkanlardan məhrumdur. Fəlsəfi bilgilərin kitabların dilimizdə mövcud deyildir. “Modern şeir” hər kəsə sanki şair olmaq haqqı tanıçışdır! Qafiyədən, vəzndən məhrum edilmiş söz yığınını şeir adlandırmazlar Tohid Ahor əfəndi.
    Qulluği-ba səadətinizə ərz edim ki, əmvaci-şairanə Alovun yazdıqlarında yoxdur. Şeir genəldə bir varışdır, bir durumdan başqa bəlli olmayan duruma varışdır. Oxucunu orada yaxlayıb saxlayan və qısa sürədə olsa varılmış bu yerdə bəlli olmayan bir ruh halında olmaq. Alov əfəndinin yazdıqları şeir deyil, özü də bunun bilincində olsa gərək. Fəlsəfi söyləmlər gəlişdirmək istəmişdir. Lakin fəlsəfi yapısı olmadığı üçün onu da başarmamışdır. Nədən? Çünkü fəlsəfi bilgi ilə filosof olmaq fərqli konulardır, Tohid Ahor əfəndi. Bu tür qısa həcmli söylənənlər şeir sayılmaz. Bəlkə Taqorun Azərbaycan dilinə yarım-yamalaq tərcümə edilmiş sözlərinin etkisi altında qalmışdır Alov xanım. Ancaq Taqorun qısa həcmli sözlərinin dərinliyində Hindistanın sirli ormanlıqlarının gözəllikləri saxlıdır, Alovun söylədiklərinin dərinliklərində Şirvanın duzlaq çöllərinin, Muğanın cəhənnəm təbiətinin, Təbrizin boğucu havasının, Bakının sevimsiz çöllüyünün tablovsu hiss olunur. Yəni bu ölkədən və onun insanlarının əlindən qaçıb qurtarmaq istəyən Alovun gizlin niyəti bəlli olur. Çevrəsini pisliklər bürüdüyü üçün hər kəsdən pislik gözləyir, tarixdən pislik qaynayır, indiki zamandan pislik qaynayır, gələcək də keçmişin və bu günün uzuntısı olduğu üçün fərqli olmayacaq. Ona görə də taqorun yaşıl duğularının etkisi yoxdur Alovun yazdıqlarında, Taqordan yalnızca biçim alınmışdır, bir baxımdan Alovun suçu yox, Alov nə zaman, hansı tarixdə yaşıl davranışlar görmüş, ya da sezmişdir? Bu üzdən də Alov biçimi Taqordan almış, bu biçimin içindəki Hindistanın yaşıllığını boşaldıb, yerinə quraqlıq duyğularını yükləmişdir, Tohid Ahor əfəndi. “Quraqlıq duyğuları” bizim ədəbiyatımızın ana söyləmidir. Məmməd Araz deyir: “Qoru sən özünü həndəvərindən.” nədən belə deyir? Çünkü doğru söyləyir, çünkü şeir dünyamızda da quraqlıq duyğuları dalğalanır. Alov kimi enerjili bir qadın, cəsur bir qadın quraqlıq duyğularını içində daşıyan insanlardan yaşıl davranışlar görə bilməz, ona görə də hürkür, hürkəkdir. Tohid Ahor əfəndi, hamısını buraxıb bir tək parçanı təfsir edirsiniz söyləməməlisiniz. Çünkü ələşdiri bir tək parçanın üstündə durub çox yeni söyləmlər gəlişdirə bilər. Ruhunda, tarixində quraqlıq duyğuları dalğalanan cəmiyətin içindən qadın şair çıxmır. Çıxmamışdır. Natəvan, Məhsəti bunlar elə də böyük şeir ustaları deyildir. Çünkü toplumun ruhunu sarmış quraqlıq duyğularını aşmaq çətindir. Burdakı dartışmalar da ruhunu quraqlıq vurmuş insanların yaşıl röyaları düşləməsindən başqa bir şey deyildir.
    Sən yaşıllığı davranışlarına yansıdamazsan gözəlim.
    Mən bunu səndən nə zaman bəklədim ki?!
    Yaşılca düşünməyəlim,
    Yaşılca davranmayalım,
    Ancaq yaşılca düşləyəlim.
    Bir yaşıl budaq görsən, qır onu!
    Qır ki, davranışlarımıza yansıyar yaşıllığın qoxusu.
    Köksü yağmursuzluqdan cadar cadar cırılmış torpaq kimi
    Sökülsün sinəmiz sevgisizlikdən.
    Bilirsənmi?
    Biz sevmədik əsla!
    Sevgini düşlədik daima
    Türkistanda bir evrim olmuş!
    Yerin altı üstünə çıxmış
    İnsanlar köç etməyə başlamışlar
    Köç edirlər 5000 ildir.
    5000 ildir sevgi peşində.
    Bu torpaq nə zaman qumsallıq hisslərini itirəcək, birlən varmı?
    5000 il sonra yenə də Türkistanda, Qafqazlarda yeni bir evrimlə yerin altı üstünə çıxacaq.
    10000 il boyunca yerin altında həbs edilmiş duyğular yerin üstünə çıxacaq.
    Üzülmə, iri qara gözlərinlə yaxınlara baxma, uzaqlara bax, 10000 il sonraya.
    Qorxma!
    dodaqların yurdumuzun dəşhət çölləri kimi quraqlıqdan param-parça olmayacaq.
    Dodaqlarımdakı son nəm nəfəsimlə dodaqlarını suvaracağam.
    Dodaqlarını bərk-bərk somuraraq
    Quraqlıq duyğularını somurub çıxaracağam bədənindən.
    Yaşıl duyğular əvvəldən yox, quraqlıq duyğularını da mən çəkəcəyəm canıma cəsurca.
    Boşluq içində qalacaqsan. Boşluqlar içində qıvrılacaqsan
    Boşluq və qorxunun əlindən şeiriyətə sığınacaqsan
    şair olacaqsan o zaman gözəlim!
    Şeirə sığındığın zaman şair olacaqsan.
    ………………………………………………..
    Əvət Tohid Ahor əfəndi, nəzmin dun (aşağı) olduğu bu əyyamda şeiriyətin kəşfi üçün afaq və ənfosun seyrinə dalmaq müküldür.
    Ancaq müşküllərin öhdəsindən gəlmək də kəramati- insaniyə xasdır.
    ………………………..

  26. Tohid ağa, Ryabinanın yazdığı yalnız bir sözcüyün yerində olub, olmadığını dartışırdı, şeirlər üzərinə də öz anlayışını bildirmişdi. Kiməsə söyüş söyməmişdi. Mənim yazdığım söyüş deyil deyirsiniz, adamın cinsiyətini belə təhqir edən bir dildə yazdığınız o sözlər söyüş deyilsə nədir?
    Ryabinanın anlayışına görə o şeirlər çeynənmiş fikirlərdir, bu səni niyə sıxmalıdır? sən də öz anlayışını yazırsan və oxucular da oxuyub özləri qənaətə gəlirlər.
    İstər Əziz Səlamini müdafiə üçün, istər başqa nədənlər üzündən olur olsun, sizin yazdıqlarınız bu arada fikir paylaşmaq deyil, ad olaraq birinə təhqir yazmaqdır. Bax dostum, Raybina o şeirlərə görə öz fikirində qala bilər, ancaq sən Raybinaya yazdıqlarının üstündə qalanmazsan, buna nə ədbi ictimaiyətimiz, nə də saytın prinsipləri yol verməz. Sən sadəcə yazdığın o söyüş üçün Raybinadan bağış diləyə bilərsən.
    uğurlar olsun

  27. Sayğılı vətəndaşım TOVHİD bəy,
    mən yazılan bütün şərhləri oxumadığım üçün sizin də mənim adım olan şərhnizi oxumamışdım.
    Bu gün bir daha bu bölməyə baş vurarkən dəyərli Ryabina xanımın sizə qarşı şikayətini oxuduqda
    qayıdıb sizin şərhnizi oxudum. Sayğılı Tohvid bəy! sizi belə bir aşağılanmağa nə səbəb olmuşdur?
    Siz bir vətəndaşımızı, həm də bir xanımı Eşşək adlandırmaqla bilirsinizmi özünüzün nə olduğunuzu
    göstərmiş olursunuz? Cənab AHUR! ola bilsin ki, hər hansısa səbəbə görə belə bir davranışınızın fərqində
    olmamışsınız, bizlərdən belə şeyləri gözləmək olar!!!! Hər halda şərəfli bir insan bilmədən kimə qarşı
    bir haqsızlıq edərsə, mütləq sonradan onun fərqinə varar. Mənim sizin də belə bir insan olmağınızda heç
    şübhəm yoxdur. Siz sevimli bir vətəndaşımızı yaralamışsınız, siz öz insanlıq dəyərinizi sübut etmək
    üçün bu sayğılı xanımdan ürəkdən üzr istəməlisiniz. Sayğılı vətəndaş! Siz bunu etməsəniz, bilin ki,
    ömrünüzün sonuna qədər bu yaraladığınız xanımın sizi bağışlamamağa min dəfə haqqı var!
    Arzum budur ki, dərhal bunu başa düsəsiniz. Səhvimizi boynumuza olmaq həm özümüzü rahatladar
    həm də başqa insanlarla bizim aramızda istilik, dostluq yaradar, bilirəm ki, siz də belə düşünürsünüz.

    Sayğılarla.

  28. Əziz Səlami, nəyə və ya kimə and içə bilərsiniz ki, həmin murdar söhbəti siz açmadınız və o Ahur da sizə təpki olmadığını görərək daha canyananlıqla üstündən hələ bir möhür də basdı..?
    Mənim belə murdarlıqlara qarşı necə acıdil olmağımı hamı bilir, yerini və həddini bilməyənlər üçün əsl zəhər tuluğu olmağımı da.
    Amma bu dəfə elə böyük eşşəkliklə qarşı-qarşıya dayanmalı olmuşam ki, 100m hündürlükdə nazik kəndir üstə yeriməyə bənzəyir…müvazinəti saxlamaq məcburiyyətindəyəm, zira saxlamasam bəzi şərhçilərin öz istifadəçi adlarıyla kifayətlənməyərək də üzərindən hələ şərhlər içində əsl simasının adını belə ləzzətlə ard-arda yazmağı özünün kişiliyinə və insanlığına yaraşdıranların və onların ən yaxın qadınlarının səviyyəsinə enəcəyəm…
    Ahu isə heç demə bizim kultaz sakinləri üçün Ahura-məzdaymış da bir nəfər məni müdafiə eləmədi…
    Neynək, bu da qalsın sizin vicdanınıza…
    Bir Hadi Qaraçay dilləndi…təşəkkür edirəm…
    Hər halda Güneylə məni bağlayan bir müqəddəslik var da ona etdiyim hörmətə qurban olasınız deyirəm..bundan sonra nə üzrünüz, nə mısmırığınız vecimə də deyil…

    İndi isə daha açıq və daha dəqiq…
    Alovun bu “Yeni şeirlər”i kimlərə isə “Yeni ayələr” kimi görünsə belə mən öz gördüyümdə və verdiyim dəyərdə qalıram…
    Bunlarda nə poeziya var, nə fəlsəfə var, nə də müasirlik…
    Pah,forumların romantik bölmələri belə yazılarla doludur…noolsun…

  29. Cavidan xanım, bu arada dilimizin də gəlişmə prosesini izləməyi unutmayın. Ahurun son kamenti və sayın Kəleybərlinin kamentində dilimizin son 5000 il içində verdiyi ən səmimi yazınsal örnəkləri verilmişdir. Allah Ərəb dilinin və Fars dilinin sözlərini artırsın. Savadlı olmağın bərəkəti bunlardadır.

  30. Şer yazmaq xətirinə şeiri yazmırlar, əsl şeir özü həzin meh kimi, həzin musiqi kimi, çeşme kimi, bulaq kimi özü süzülüb gelir və şairə yalnız onu vərəqə köçürmək qalır.
    Alov xanimin yazdıqlarında doğurdanda şeirə xas olan heç bir xüsusiyyət yoxdur.
    Əgər nöqsanları unudub yalnız yaxşı bir ad axtarmalı olsaq, Asif ATA fikirlərinə bənzətmə “fikirlər”, “Aforizm sayağı kəlamlar”, “Qarışıq fikirlər” və s… yalnız başqa bir ad …. amma şeir yox.

  31. Burdan uzumu Cenubi Azerbaycan’dan yazanlara tuturam, seadetinize erz eleyirem ki, agayi Musevi size guvenib o boyda herekata bashlayib, burda ozunuzu felsefe haqqinda beyanda bulunmaqla mukellef hesab edib vaxt itirmekdense gedin o kishiye destek olun, belke siz de bir ag gune chixasiz…

  32. Ryabina xanımın gileyində çox haqlılıq var. Ahuranın yazısını cəfəngiyyat hesab etdiyimdən diqqətsiz nəzərdən keçirib fikir veməmişəm. Amma kiminsə özünü ulaq yerinə qoyması öz işidir, bu şərtlə ki öz axurdan yesin. Ona-buna təpik atmasın, xüsusən mədəni, ziyalı bir qadına qarşı. Azərbaycanlılıq elə Bəzz qalasına yüyürşmək, fars dəyənəyi yemək deyil, ana-bacılarımıza qoyduğumuz hörmətdir, sevgidir, ehtiramdır. Və bu mənasız inqilablardan da çox üstündür.
    Güneyli qardaş-başılarımız bizim üçün də çox əziz və çox da dəyərlidilər. Yazıqlar ki, çoxlarının ədəbi səviyyələri qüzeyden 50-100 il arxada qalıb obyektiv səbəblərdən əlbəttə. Keleyberlinin də yazıları bunu göstərir. Molla Nəsrəddinçilərin dili səviyyəsində, bəzilərindən də qəliz şəkildə. Vur-tut 200 ildə bu səviyyəyə çatmışıq. İndi isə, şükrlər olsun, əxlaqi, mənəvi və təfəkkür baxımından, etika baxımından yavuqlaşmağa elə bir maneə qalmır. Elə internet aləmi dil, mədəniyyət yaxınlaşmasına maneələri aradan qaldır.
    Bu günlər, 2300 ildən çox Azərbaycanda yaşayan tatlar adlarına yəhudi deyib İsrailə gedir, yaxud sinaqoq tikib onun təsibini çəkirlər. Bizim vəzifəli, dövlətli, imkanlı türklərimiz isə türk görəndə hürkürlər. Səbəbi də çox sadədir, milli kökündən uzaqlaşmaq, qaz yerişi, yaxud fars yerişi, urus yerişi yerimək eşqi. Yerisinlər, son günüdə Səhriyar türklüyünə qayıdan kimi yenə də qayıdacaqlar, amma bilməlidirlər ki, qapıların bağlanan vaxtı da olacaq, tələsmək lazımdır. Ağayi musəvilər də, isəvilər də, məhəmmədilər də bilməlidirlər ki, ağayi Türki olmaq heç birindən əskiklik deyil.
    Şeir sözüi əxlaq məsələlərinə çəkdi, əxlaq da millətə bağlandı. Yəni milləti olmayanın əxlaqı da olmaz, budur həqiqət.

  33. Novargin kim olduğunu bilmirəm, ancaq bu saytda çoxdan yazır. Sən bizə kimin ardınca düşməiyimizi öyrətməyə qalxma, bildiyin işə qarış. Musəvi hansı yuvanın quşudur, bunu da biz bilirik. sən başarırdınsa Azərbaycan Respoblikasında 21 ci əsrdə ana yasanı dəyişdirib şahlıq etmək istəyən Əliyevlərin qarşısında samballı bir muxalifət qaldırmağı düşünərdin. Bu ədəbiyat saytında bizi yenidən siyasətə qaytarma . Çox sağ ol.

  34. İndisə Sultan Mərzili bəy, sizin dediklərinizdə böyük gerçəklik var. Güney Azərbaycanda siysi olaraq Azərbaycan milləti yoxdur. siyasi olaraq varlığını subut etməkdə döyüş aparan bu güneylilər, zərbaycan Respoblikasının milləti ilə eyni millətdir, yoxsa başqa bir millətdir? Azərbaycanlıları Dünya diplomasıyasında Güneyliyə, Quzeyliyə bölmək olar, ancaq bunların başqa başqa millətlər olduğunu idda etmək böyük yanlış olar. Xahiş edirəm buna diqqətli olun.
    sayqılarımla

  35. hadi Qaraçaya!
    “Güney Azərbaycanda siysi olaraq Azərbaycan milləti yoxdur” bu sizin yazınızdan sitatdır. Əgər bu fikirlər fars-şavonist siyasi aftafalarına məxsusdursa, mən də onları nəinki siyasi, heç adam da saymıram.
    iknci sitat: “Azərbaycanlıları Dünya diplomasıyasında Güneyliyə, Quzeyliyə bölmək olar, ancaq bunların başqa başqa millətlər olduğunu idda etmək böyük yanlış olar. Xahiş edirəm buna diqqətli olun.”
    Cümlənizin təmtəraq üslübnu bir yana qoyub, diqqətli olmaq məsləhətinizi də qəbul edirəm. Ancaq İradə İsaq adlı bir xanım kimi, yazılarımız arasında ekranda 15-20 cm. lik bir məsafədə göz görə-görə mənə aid olmayan fikirləri mənə sırımamağınızı da tələb edirəm! Xalqın gözü var, amma gözübağlaycılar da istədiyi şeyi varmış kimi gıstərə bilərlər. Mən harda Güneylilərlə Quzeylilərin ayrı-ayrı millət olduğunu demişəm?! Təbrizlilərin Gəncəlilərdən, Marağalılardan, yaxud Bakılıların Şəkililərdən müəyyən fərqləri ola bilər, amma biz hamımız bir millətik! Dövlətlərin bura dəxli yoxdur. Gələri-gedəridir. Mllət, xalq isə qalarıdır. Necə ki, hərə öz bostanını çəpərləyir, bununla onun Vətən torpağı olması şübhə altına alına bilməz. İnternet saytlarında axtarsanız mənim “XXİ-ci əsrdə milli məsələ” adlı silsilə məqalələrimi tapa bilərsiniz. Bu məsələlərin həlli verilib. Və vətən, millət, xalq, etnik qrup, tayfa, icma və s. nə olduğunu da hamının anlayacağı şəkildə araşdırılıb. Sizin üçün də faydasız olmaz. Və Siz də diqqətli olun lütfən, adamın etmədiyi bir şeyi onun boynuna atmaq İslamda da günah hesab olunur və biz də miilətimiz türk, dinimiz islam olduğundan o qydalara hər iki cəhətdən əməl etməliyik. Burda güneyə qüzeyə bölünməyin də yeri deyil, sadəcə hər adam öz anlam və bilik səviyyəsini yetərincə dərk edib ona uyğun hərəkət etməlidir. Türkçülükdə də, islamda da bunların qaydaları yetərincədi, bunları biməyənlərin Azərbaycanlı olmağına da şühəm var.
    Qəşəm Nəcəfzadənin adı da, düşüncəsi də türklüyə azərbaycançılığa tam aiddir. İnsan adı şərəfləndirir, ad insanı yox. Şeirlərinin təhlilində isə, hər kəs öz fikrini deyə bilər., səviyyəsi çatarsa, əlbəttə.

  36. Sultan Mirzəli bəyə!
    “XXİ-ci əsrdə milli məsələ” adlı silsilə məqalənizi oxuduqdan sonra bəlkə deyəcək sözüm olacaq. indilik bildiyim bircə söz var : siz haqlısınız, millətimizi ikiyə bölməmisiniz. Bu mənim yanlış düşündüyümdənmiş. Bunu daha öncə də təcrübə etmişdim, üzü yuxarı tüpürmək olmaz, adamın tüpürcəiyi adamın öz üzünə tökülür.
    Bir daha bağışlayacağınızı umuram.

  37. Sultan Mirzəliyə!
    google.com da axtardımsa da sizin dediyiniz yazını tapanmadım. Bəlkə bir adres verəsiniz?
    Sultan Mirzəli XXi-ci əsrdə milli məsələ

  38. Sultan Mərzili üçün.
    Alovun “şeir”lərinin Taqor biçimindən təsirləndiyini düşünmüşdüm. Bir arxadaş Asif Atadan təsirləndiyini yazmış. Asif Ata kimdir, bilən varmı?

    Sultan Əfəndi dəyərləndirmənizdə 100-də 10 haqlısınız. 100-də 99 haqsızsınız. Bu gün Güney Azərbaycanda modernşeir çox gəlişmiş. odern şeirdə istifadə edilən dil də çox geniş qapsamlıdır. Bakıda da dilimiz öz kökü üstündə böyümədi. Böyük problem var orda da. Bakıda da hər kəs öz cəhalətinə vurulmuş. Heç bir dil akademiyası, dil qurumu, dil qoruma mərkəzləri olmadan dil haqqında elmi olmayan baxışlar var. devrik cümlələr, fəlsəfi dərinliyi olmayan bir məişət dili. Bu dillə böyük mədəniyətlər yarışına girmək olmaz, ən azından fars dilinin qarşısında bu dil dirənə bilməz. dövlət özəl tv-radiolara diqqəti olmalı. Yabancı sözlərin dili eroziona uğratması əngəllənməlidir.
    “Mərz” türkçə söz deyildir, farscadır. “Mərz” fars dilində “sınır” deməkdir. Sizin kəndin adının farsca olmasının səbəbi nədir? Orada tatlar da yaşamışlarmı? Bu arada mən millətçi olmadığımı da başdan bildirim ki, yanlış anlaşılmasın. Sadəcə sözlərin etimologiyası baxımından bu sualı soruşdum. Yoxsa mənim dünyamda bütün insanlar bərabərdir. Etnik kimlik üstünlük sayıla bilməz. Mənim bir tək məsələm dildir, dilimizin talehi.

  39. Hörmətli Əziz Səlami, Hadi Qaracay,Keleyberli və Alov xanım, yeri gəlmişkən mən “Azərbaycan” jurnalının 5-ci sayında Güney ədəbiyyatımızın xeyli sayda gənc mümayəndələrinin şeirlərini cap eləmişəm. Oxumağınızı istərdim…

  40. Alov xanımı mən çoxdan tanıyıram xətirini də olduqca çox istəyirəm; çox açıq ürəkli, açıq fikirli, ağıllı qızdır, amma deyim ki, yazdıqlarına şeir demək olmaz.
    Şeiri şeir yazmaq xətirinə yazmırlar, xüsusi istedadlı admalara şeir həzin meh kimi, çağlayan bulaq kimi, çeşmə kimi, həzin müsiqi kimi özü müəyyən zaman kəsiyində axıb gəlir və həmin şəxs də yalnız onları qələmə alır vəssalam. Heç bir əziyyət çəkmədən. Bu olur əsl şeir. Onu qələmə alan üçün isə fərq etmir ona uçuzlaşmış o “şair” adı deyilecek yoxsa yox.
    Azərbaycanda isə səsi olmayanlar zorən müğənni olmaq istəyir, istedadı olmayanlar isə zorən şair.
    Alov xanımın isə yazdıqlarına (nöqsanları nəzərə almadan) yaxşı bir ad axtarmalı olsaq ASİF ATAdan qidalanaraq qələmə aldığı o cümlələrə “Kəlamlar”, “Qısa düşüncələr”, “Qarışıq fikirlər” və s. demək olar, amma təkcə şeir deməyin….. Alov xanıma ugurlr və daha müdrik kəlamlar arzusuyla…..

  41. hörmətli Hadi Qaraçay! Öz nöqsanını dərk edib islah etmək insanın yüksək ağıl və əxlaq göstəricisidir. Üzrünüzü ürəkdən qəbul edirəm. Sizin və Keleyberlinin diqqətinə: “XXİ-ci əsrdə milli məsələ” adlı yazılarım 2008-ci il “Təzadlar” qəzetində,( http://www.tezadlar.az) 27, 29 iyun , 15, 22, 29 iyul, ve 05 , 12 avqust nömrələrində çap olunub.
    Hörmətli Keleybani! “Mərz” sözünün mənasını da oğru buyurursunuz “sinir” mənasını verir, bəlkə də ərəb dilindən farsa keşmiş. Mənim də bütün etnik qruplara, xırdalı-böyüklü millətlərə hörmətim, ehtiramım var. Millətimizi biz seçmirik, onu da ata-analarımız kimi bizə Tanrı veiri. Və kökcə arı azərbaycan türkü olmaq mənə tale yazısı düşüb. Qarabağın Ağdam rayonunun (Xanlığın yaradıcısı Pəhah Əli Xan bu torpaqdan çıxıb) qədim Mərzili kəndi tərəkəmə (yəni, yarı köçəri) olduğundan ata-babalarımızın çox geniş torpaq mülkləri olmuşdur. Və bu əsasən, düzəngah yerlərlərdə mülklərin arasından siz deyən kimi xışla “mərz” çəkirmişlər, ona görə bizim yaşadığımız məhlə sonradan ayrıca kənd kimi belə adlanıb. Tarixi sənədlərdə, Gülablı, Abdal, Çəmənli, Kəbirli və s. kəndlər də Mərzililərlə bir el olmuşlar, Qarabağ xanlığının təşkilində mühüm rolları olub və qədim Bayat ellərinin bir qoludur. Məhəmməd Fzulinin də mənz bizim eldən çıxdığı elmdə də güman olunur. İstər ana xəttimizdə, istərsə də ata xəttimizdə türkük! Bu işin bir tərəfidir, insanın düşüncəsi, əxlaqı, mədəniyyəti türk olması daha əsasdır. Öğuz Xan demiş: Tanrı, tənbəl türkü məhv et! Yəqin ki, bu gün sağ olsaydı, əlavə eddərdi: Millətindən dönən türkü də məhv et!
    Təxəllüs götürməyimin səbəbi də budur.
    Adımın o biri hissəsini şərh eməyə ehtiyac yox. Özümü təkcə güzeyli deyil, O taylı, Bu taylı, Arazın da, o paslı, tikanlı məftillərin də bölə bilməyəcəyi Azərbaycanlı kimi duyuram, buna çalışıram.
    Alov xanımın Lit.az. saytında hekayələrini oxudum. Əfsanə, rəvayət və nağıl şəklində yazılmış fibrəırtamiz hekayələr təsiri bağışladı. (Güzgü, Kentavr və su pərisi). hekayələrində daha kamildir.

  42. Sultan Merzili, milli mesele qeder ciddi bir movzunun arashdirmachisi olaraq, Quzey Azerbaycan’daki movcud siyasi rejime konkret munasibetinizi qisa shekilde yaza bilersinizmi, ziyali movqeyiniz nedir gunumuzle bagli..?

  43. Hörmətli Novard!
    Açıq elektron saytının verdiyi imkan daxilində Quzey Azərbaycandakı, yaxud da İrandakı mövcud siyasi rejimə qarşı münasibətim ordakı soydaşlarımızın çoxluğunun münasibətləri ilə tam üst-üstə düşür, onlar necə, mən də elə! Günümüzlə bağlı onu deyərəm ki, istər son illərin hərəkatı, istərsə də otən yüzilliyə qısa nəzər salsaq, belə bir əsas nəticəyə gələ bilərik ki, fars və erməni şovonistlərini söyməkdən qalan asudə vaxtlarımızda oturub papağımızı qarşımıza qoyub bunun səbəbini də düşünməliyik. Necə olur ki, bu azlıqlar başımızda bostan əkir. Necə olur ki, 5-6 mafioz dövləti əlinə ala bilər, milyonlar isə yox?! Deməli heç də vuruşma yeri küçələrdə olmurmuş! Tankın, topun qarşısına əliyalın çıxmaq igidlikdir, qorxusuzluqdur, amma nəticəsi əvvəldən məlumdur. Konfutsi deyib, böyük ürəkli comərd adamlar günahı özündə, xırda ürəklilər isə özgədə axtarar. Koroğlu da belə deyib: Mərd özündən görər, namərd özgədən.
    Müxtəsəri, mən son yüz ildə Güney Aazərbacanda , həmçinin Qüzeydə azərbaycanlı türklərin milli hərəkatının uğursuzluğunun əsəs səbəbini, ictimayi-siyasi hərəkatın liderlərinin ideoliji, nəzəri hazırlııqlarının, təşkilati qurumlarının zəif olmasında, bu səbəbdən də taktiki və strateji mübarizə formalarını nəzəri və əməli cəhətdən düzgün işləyib, hazırlayıb həyata keçirməməsində görürəm. (Cümlənin qəlizliyi elə işin də qəlizliyindəndir.) Kütlə, xalq saysız-hesabsız qurbanlarını verir, hər dəfə daha da uduzmuş vəziyyətdə qalır. Bu dözülməzdir, buna yol vermək olmaz! Bu ya siyasi korluqdur, ya da xalqına qarşı etinasızlıq. Dərsinə hazırlaşmayıb allaha ümid edən uşaq həmişə qeyri-kafi alacaq.
    ” İnsanın insandan üstünlüyü bil, yalnız elmindədir, başqa şey deyil!” N.Gəncəvi deyib, yəni zor yolundansa, ağıl yolu üstün tutulmalı. Şah Abbasın vaxtında farslardan kim küçəyə cıxıb nümayiş edirdi? Taxt-tacı yağla-bala əlimizdən aldılar. Bİz türklüyümüzə sadiq qalırıq, amma düşməni də nəzərə almaq lazımdır, oyun qaydaları dəyişilib. Əgər Güneydəki türkərin iradə birliyi olsaydı, nə problem vardı ki?! Farslarda da bir iş yox əslində. Məsələ türkün özünü dərk etməyindədir, bəla da orasındadır ki, savadsızı, kasıbı savadlısından, varlısından üstün dərk edə bili bunu. Musəvi türk deyilmi? y a o birisi ağsaqqal?!Yaxud onların harası türkdü? Bax elə bəlalı məsələnin həlli burdadır!
    Uzağı 5 ilə, 10 ilə, ən uzağı 30 ilə bütün məsələləri qan tökülmədən həll etmək olar! mübarizə yolu doğru seçilmiş olsa. Əks halda elə yerindəsayla məşğul olacağıq.

  44. hər şeydən danışdıq şeir qaldı.
    Bir oxucu haqlı şikayətlənir ki, bu tənqidçilər niyə özləri bir şey yazmırlar!
    Yazaq. Lap qısa nümunə:
    Bu abırsız dünyada
    hətta göylər də mavidi!…
    ( rus dilindən tərcümə)

  45. Ənnaği, nəyi təbrik edirsiniz?
    “adilikde mudriklik…”
    burda təbrik olunası nə vardır axı? “adilikde mudriklik…” nə deməkdir? Bunun şeirlə nə əlaqəsi var Tanrı eşqinə söylərmisiniz? Güya fəlsəfə ilə ilintili olan bu boş sözlərin qarşısında niyə heyrətlənirsiniz? “adilikde mudriklik…” nə deməkdir? Bu sözlərin epistemologiyasını sizə anladım, sonra siz də gəlin yanlış yapdığınızı burda etiraf edib. “adi” sözü tarixdə və günümüzdə yayqın olan yaşam tərzidir. Yəni dünyaya gəlmək, böyümək, sevmək, sevilmək, evlənmək, doğmaq və doğurmaq… Bunlar həyatın instinktiv tərəfidir. İnstinktin nə olduğunu sizə anladım. İnstinktiv ehtiyaclar, o ehtiyaclar bütünüdür ki, əgər təmin olmasa insan ölər, insanın sonu gələr. Məsələn yemək yemək, su içmək, seks yapmaq və s. bütün bunlar instinktiv ehtiyaclardır. Adı həyat dediyiniz də budur. Niyə buna adi həyat deyirsiniz? Adi həyat olmasa, qeyri-adi olaraq tanıdığınız, tanımladığınız həyat necə ola bilər? Məsələn “analıq” kimi yüksək bir duyğu bu adi həyatin özəlliyidir. Bunun harası pisdir?”kitab oxumaq”, “zehni fəaliyətlərdə bulunmaq” və. s instinktiv həyat şəkli deyil. Çünkü bunlar olmasa da insan məhv olmaz, həyat davam edər. Həyatın davamlılığını sağlayacaq olayları düzənə soxmadan qeyri-adi həyatı, yəni mədəni həyatı necə qurmaq olar? Ənnaği xanım, Şərqin əski özəlliyidir bu. Ya ifrat, ya da təfrit, Ya aşırılıq, ya da düşürülük. “Ya hər şey, ya heç şey”. Hər şey əbədiyətin konusu olan mövzudur. Böyük ideallar daşımayan, sadəcə öz ailəsində mutlu olan bir insan sizə görə və Alova görə zavallının biridir, çünkü adi həyat sürür və adilikdə müdrikliyin nə olduğunu bilmir!
    “Müdrik” sözünün kökü “dərk”dir. “Müdrik” yəni dərk etmiş, yəni bizim ana dilimizdə bilgin. Bilginlər qədər toplumun düzəninə zərər verən olmamışdır, Konfutsi deyir. Çünkü onların bilginlikləri, müdriklikləri saxta bilgilər içərmiş bəzən. 100 il bir saxta bilginin arxasınca gedilmiş, sonra saxta olduğu ortaya qoyulmuş. bir nəsl fəda edilmiş. Örnəyin Alov xanım da fəda edilmiş, saxta fikir yolunda enerjisini itirmiş bir insandır. İstedadını saxta şeylərə adamış enerjili bir xanım. Ancaq bəlli ki, beynini daha öncə adadığı oyunbazlıqlardan hələ də arındırmamışdır. Çürük almalarla saf almalar bir səbəddə isə, onları necə ayırd etmək olar? Bir tək yol var. Səbədi boşaltmaq lazımdır. Çürük almalar yerdə qalmalı və saf almaları yenidən səbətə yığmalı. Alov da siz də beyninizi boşaltmalısınız. Beyninizdə yuva salmış “adilikde mudriklik…” kimi anlamsızlıqlar yerdə qalsın. Beyin boşaldılması fərdi inqilabdır. Hər bir fərd bunu öz nəfsi üzərində gerçəkləşdirməyi başarmalıdır.
    Alovun buradakı yazdıqları da beynində yuva salmış qaranlıq yönümlü baxışların ürünündən başqa bir şey deyildir. Nəyini təbrik edirsiniz bu qaranlığın? Bunların şeirlə nə əıaqəsi var, söylərmisiniz? Mən Füzulinin şeirlərini mənsurlaşdırıb sizlərə burada yazsam, onu modern şeir şəklinə dönüşdürsəm görərsiniz ki, modern şeirin dərinliyi nə deməkdir? Əslində sitə yönətimi də “Alovun şeirləri” başlığını bu söz yığınına verməməli idi. Başqa bir ad vermək olardı. Bəlkə başqa ad verməklə bunun ədəbi və fikri özəlliyini təsbit etmək olar, ancaq bunlar şeir deyillər Ənnaği əfəndi.
    Bir qadın ruhundan yoğrulan şeir qədər insanı etkiləyəcək başqa bir şey olmamalı. Şeir həm də oxundiğunda yadda qalmalı. oysa burada yadda qalacaq bir tək verimli və duyğusal, düşsəl bir parça yox. Şeirin tərifi üzərinə çox şeylər yazılmış. Ən məqbul variantını mən bu şəkildə qəbul edirəm: “Şeir, xəyalın və düşüncənin musiqidə bütünləşərək gerçəkləşmə olqusudur.” bunun harasında xəyal dərinliyi var. harasında musiqi var? Təfəkkürün dərinliyi şeir deyil. Ona duyğusal yönü olmayan quru, qup-quru bir sözbirliyi deyə bilərsiniz. Şeir isə oturduğun yerdə sənin içində gizlin bir melodiyanı oyatmalıdır. Nə qədər düşünmək olar? Bəzən də düşünməyib və öz xəyalında bilinməz yerlərə getmənin nə ziyanı var? Şeir budur, yəni səni öz ruhunun bilinən qatlarına deyil, bilinməz qatlarına aparan güc. Məslən Dostyeviskinin romanlarında şeiriyət var. Çünkü yalnız onun romnaları vasitəsi ilə ruhunun elə qaranlıq, ya da ilk dəfə uğradığın aydınlıq tərəfinə gedə bilirsən. Bəzən bir kitab əvvəlindən sonuna qədər bir şeir parçası ola bilər, bəzən də tək bir parça.
    Alovun duyğularının və düşüncələrinin çıxış nöqtəsi bəllidir və bu bəlli olan yerdə şeir yoxdur, olmamışdır. Alov xanım, şeirə baxış bucağını dəyişdirməlidir, bu günə qədər alışdığı həyata baxış bucağından vaz keçib, başqa açıdan baxarsa öz istedadını şeirdə də denəyə bilər. Çünkü şeir hər an yeni baxış bucağı oluşdurmaq və hər an yeni şeyləri görmək, göstərməkdir. Mən yeni bir şey görmürəm Onun yazdığında yaxşı bir oxucu olaraq.
    Ön pəncərədən bir şey görmək olmursa, yan tərəfdən bir pəncərə açalım.
    Öz içində burxulmuş və dəyişim gücünü itirmiş insanın gördükləri maraqlı olmaz, əfəndim.
    Mən şeir istəyirəm. Şeir. Məni duyğulandırsın, mənim içimdəki qarışıqlığa mutluluq qatsın, ya da məni daha da mutsuz eyləsin. Uçursun məni. Bir an da olsa ruhi orgasma çatdırsın məni və orada anlıq görüş sağlansın görmədiyim, görəməyəcəklrimlə. Və yalnız şeir insanı oraya çatdıra bilər, yəni ruhən orqasm olma zirvəsinə….

  46. hörmətli Keleyberli!
    Hətta bu səhifədə ilk və son yazılıarınızın dilində müasir ədəbi dilimiz baxımından xeyli uğurlu fərq gördüm.
    “Mən şeir istəyirəm. Şeir. Məni duyğulandırsın, mənim içimdəki qarışıqlığa mutluluq qatsın, ya da məni daha da mutsuz eyləsin. Uçursun məni.”
    Bu yazılarınızdakı ışartılar sizin şeiri duyan, şeiri sevən bir insan olduğunuzu göstərir.
    Elekton ünvanınızı bilsəydim şairlərimizin sizin düşndüklərinizə uyğun ola biləcək şeirlərindən nnümunəllər göndərərdim. Məsələn:

    Bəlkə də borcundan çıxmadım, Vətən!
    Ömür bahar deyil bir də qayıtsın.
    Ölsəm də qoynunda qoy ölüm ki mən,
    Çürüyüm, bir ovuc torpğın artsın!

    müəllifi, Musa Yaqub.

  47. Sultan bəy Mərzili
    Sağ olun ki, buradakı münasibətləri diqqətlə oxuyursunuz. Bu çox önəmlidir, bu dartışmalarda bəzən bəlkə arxasınca qaçdığımız fikirləri kəşf edə bilərik. Hər bir tənqidin bir az acı tərəfi olur əlbəttə. Çünkü qarşıdan gələn bulud kimidir. Fikirlərin toqquşması çox önəmli.
    Dəyərli Sultan bəy!
    Biz türklər olarıq, tarixdə fikrən başqalarına məğlub olub gələnlərdənik. Biz qələm savaşına başlamadıq. Gec başladıq. Qələmlərimizi farslara, ruslara həsr etdik. İndinin özündə də Azərbaycanın (Bakının) güclü qələm sahibləri rusca yazırlar, Heydər Camal, Çingiz Abdullayev və… Eləcə də İranda Rza Bərahəni kimi sirli roman yazarları farsca yazırlar. Ona görə də içim nifrətlə doludur, sevimli nifrət. Keçmişimizə mən Rəsulzadədən, Çəməbnzəminlidən, Salman Mümtazdan daha çox nifrət edirəm. Bu üzdən də bu nifrət üslubuma yansısa, çox bağışlayın. Dilimizi sevdiyim üçün də türkçə yazmaq sevgisi içimi doldurur dərinliyinə varamadığım anlamlarla… Hər ikisinə də sayqım var, həm nifrətimə, həm də sevgimə. tarixlə qarşı-qarşıya dayanıb qələm çalmaq zor bir iş əlbəttə. Mənim e.mailim: yukselmish@yahoo.com.
    Yani Ramiz Rövşən demişkən:
    “Bizsiz yazılıbdır bu taleh bu baxt
    Sopanddan atılmış bir cüt daşıq biz
    Bəlkə bu dünyada on-onbeş il yox
    Min il bundan qabax ayrılmışıq biz.
    Əzəldən yolumuz səhv düşüb nəsə
    Minillik bir səhvə qurban getmişik…”
    Bizim dərdimiz, şeir və kimlik problemimiz bu misralarda saxlıdır Mərzili əfəndi.
    Sultan bəy, Musa Yaqub şeirlərinin hamısını sevməsəm də böyük bir qismini sevirəm. Onun şeirləri içimdəki üsyanlara, çarpışan təzadlara sakitlik gətirir. Mənim də sevmək kimi bir haqqım var düşüncəsini, xəyallarını içimdə yaradır. Bir çox qızlara Təbrizin küçülərində arxalarınca yeriyərək yavaş-yavaş əzbər bildiyim Musa Yaqubun şeirlərini oxumuşam. Sevdiyim qızlara da yazıb göndərmişəm məktub olaraq:
    “O əllər mənimki olmayacaqsa
    O tellər mənimki olmayacaqsa
    Sən allah özünə öyrətmə məni….
    Hicran qorxusuyla göynətmə məni…
    Mənim dərdlərimin ayaqları var
    Harda olsan gəlib tapacaq səni
    Yaxıb yandıracaq bu ocaq səni…”
    Bilirsiniz ki, Musa yaqub filosof deyil. Sadə bir insandır. Şair olmaq üçün mütləqa fəlsəfə bilmənin şərt olduğu deyə bir şey yoxdur əfəndim. Filosof şair olsa çox yaxşı olar, əsərləri qalarğı olar. Əsərləri yalnız quru fikirlərdən oluşmaz. Platon və Nitşe kimi. Lakin şairin filosof olması şərt deyil. Şəhriyar da filosof deyildi. Ancaq “Heydər babaya salam” içimizi elə yandırıb yaxar ki, bütöv yurd, bütöv dil yolunda romantik qəhrəmanlara dönüşmək istərik. Bir çox tanıdığım böyük adamlar var ki, vəsiyət etmişlər öldüklərində başlarının üstündə “yasın” deyil, “Heydər babaya salam” əsərini oxusunlar. Mən də öyləsinə vəsiyət etmişəm. Gənc də olsam, insan nə zaman öləcəyini bilməz. Öləndə də, yaşayanda da türk olmaq. Bu bizim haqqımız. Bu haqqı bizə Şəhriyar vermişdir.
    Musa Yaqub faciənin şeiriyətini də anlatmağı başarır. “Bu dünyanın qara daşı gövərməz.”- deyir. Bu tək misra bir divan kimi təsir bağışlayır adama. Ancaq hansı adama? İçində faciə daşıyan, ya da faciənin nə olduğunu duymuş olan adama. Sizin fikrinizlə razıyam. Musa Yaqub tam anlamı ilə şairdir.
    “Nə bu ocaq közərəsi, sönəsi.
    Nə o günlər bir də geri dönəsi…
    Qəm eləmə, könlümün bir dənəsi,
    Bu dünyanın qara daşı göyərməz. ”
    İnsanları düşündürmək kimi saxta bir missionu şeirlərinə yükləmək istəmir. Şeir düşüncədən yüksəkdir. Bilirsiniz gənc oğullarının ölüm xəbərini duyan analar, hətta atalar belə, heç bir sığınaq tapa bilməyib yalnız və yalnız şeirə sığınarlar:
    “Bu dağlar ulu dağlar
    Çeşməli sulu dağlar
    Burda bir igid öldü
    Göy kişnər bulud ağlar.”
    ********
    “Əzizim, üzgün ağlar
    Qaş-gözü süzgün ağlar
    Oğlu ölmüş analar
    Bir gülsə, yüz gün ağlar”
    Görürüsünüzmü Mərzili bəy, çarənin kəsildiyi yerdə bir tək çarə var: Şeir. Bu üzdən də şeir mənə çarəsizliyin dadını yaşatsın istərdim. Çarə axtarıram. Məsəla bizim böyük ulusolma ədəbiyatımız yoxumuzdur. Gerçəkdən yoxumuzdur. Fransa-Rusiya savaşını romanlaşdıran Tolstoy bir millətin var oluş macərasını “Savaş və barış” romanında yazmışdır. Rus mədəniyətinin altyapısı var. Tolstoyu var. Həm də modern bir üslubda. Bizimkilər Tolstoyu oxumadılar. Tolstoy isə romanının 60 səhifəsini fransızca yazdı. isbat etdi ki, fransızcanı fransızlar kimi yaza bilir, ancaq öz ana dilində yazmağı tərcih edir. Niyə biz belə bir dahi yetişdirə bilmirik ki, o da romanının 100 səhifəsini rusca, ya da farsca yazıb sonra başlasın ana dilində yazmağa.
    Naraziyam bu tarixdən, narahatam. Çox narahatam. Ona görə də əzmək istətyirəm. əzilib yüksələnlər olsun barı. Əzilib təcridə çəkilib təşxis (sezgi-intuation) zorunda buraxılanlar.
    Bir qaranlıq gecənin içində doğan qığılcım…
    Tanrım mən nədən bu qədər yerimdə deyiləm!?
    Bəlkə Savalanın zirvəsinə tez-tez çıxdığımdandır?
    Zirvədəkilər hər şeyi fərqli görərlər.
    Dərədəkilər zirvədə nələrin olduğundan xəbərsiz.
    Bir dəfə qışın tam ortasında Savalanın zirvəsinə çıxırdıq. Ayağım sürüşdü və düşüdüm uçaraq dərədəki yumşaq qarların üstünə. Ölüm səfəri idi. Böyük bir mutluluqla ölümə doğru uçurdum. Qayalar, buludlar duydular bu bağırtımı: “Belə ölməyi sevirəm… ahhhh ölümə gedirəm… yaşasın azadlıq… eehhheeeeyyyy azad ruhlar, sevirəm azadlığımı….”
    Ölmədim, ayağım şikəst oldu. Demək başqa hədəflər üçün də həsr olunacaq həyatım varmış. dağlara vurğunluq yetərli deyil. Şəhərin içində gözəl qızlara şeir oxumaq duyğusunu yadırqamışdım. Uzaqdan təşxislə, yaxından təşxis başqa imiş. Evimizin üstündən günbatan çağları baxıram Savalanın zirvəsinə. Sanki onlarca kərə zirvəsinə dırmaşdığım dağ deyil. Uzaqlığın cazibəsi və yaxınlığın görmədiyi. Ey dadi-bidad! Heç bir zaman bu dağı yaxından duya bilmədim.
    ………………………………..
    Saxta ideologiyalar, yalançı fəlsəfi “fikir”lər vurmuşdur şeirimizi. Tarixdən, keçmişdən, günümüzdən tam olaraq içini boşaldıb boşluğa yuvarlanıb orada çabalayan, vurnuxan və sonra da şeirin yardımı ilə qurtuluşa ərən şairlər lazım. Düşgünlüyü bu şəkildə ortadan qaldırmaq mümkün. Yüksəliş də bu boşluğun içindən doğar yalnız. Məsəla haqqında danışdığımız Alov xanım elinasion (cin vurmuş) bir şeir yazır. Duyğuları, düşüncələri öz könlündən fışqırmır. Nə zamansa bir ideologiyaya vurulmuş və bu vurğunluğu ruhundan söküb ata bilmir. Ruhunu öz əlləri ilə qaranlıqlara gömmüş, azadlığını itirmişdir. Azadlığını itirmiş bir ruhun hədyanlarından başqa bir şey deyildir. Alov adında bir xanımın dilində başqa birisi danışır. Kəndisi qaynaq deyil, yanqıdır. Yanqı, yanı dağdan geri döpnən səs. Oysa şeirin ilkin şərti ruhu əsarətdən qurtarmaqdır. Bunu ən gözəl şəkildə Füzuli anladır:
    “Əgərçi iynə tək keçdim cahanın cümlə varından
    Hənuz ardımcadır qeydi-təəllüq zülfi-tarından”
    Yəni iynə kimi dünyanın bütün varlığından keçsəm də, sənə aid olma sapım dəliyimə saplanaraq arxamca həp süründü, səndən qopmadım. Füzulinin buradakı aidolma sapı dediyi nədir? O Tanrı sevgisidir. İynədə tanrı xüsusiyatı var həm də. Yaradar, gözəlləşdirər, ziynət verər, ancaq özü tər-təmiz kənarda qalar.
    bunu nədən söylədim bilirsinizmi? Bizim bəzi gənc yazarlarımızın arxasına saplanan saxta ideologiyaların sapıdır, ondan qopa bilmirlər. Hara girsələr arxasınca o ideoloji minsubiyət duyğusunu da arxalarınca sürüyürlər. Necə ki, Alovun arxasına taxılan ideologiya da bəllidir. Uşağın göbəyinin kəsib atıldığı kimi ideoloji mənsubiyəti kəsib atmadan özgürlük mümkün deyil, özgürlük duyğusu, özgürlük xəyalı və düşüncəso olmayan yerdə şeir ola bilməz.
    ………………
    Ən önəmli sorunumuz isə tənqidin olmayışı. Tənqid yaradıcılıqdan daha zor. İştə bu qədər…

  48. Şairin şeir haqqında bilgisi də olmalıdır. Füzuli “Bilgisiz şeir əsassız divar olur və əsassız divar qayətdə bietibar olur.” demişdir. Şeirin ümumi strukturu, missionu haqqındakı bilgi şairin kəndisini kəndi şeirinin tənqidçisi edər. Şeir və rəsm əsəri haqqında bənzərliklər var. Rəsm əsəri donmuş bir xəyalə, şeir isə hərəkətdə olan xəyalı rəmzləşdirər. Bəlkə də uyğun sözlər tapa bilmirik hələ və “xəyal” deyirik. Estetik duyum şeirdə olduğu qədər başqa sənət növündə yoxdur sanki. Bəzi rəsm məktəblərin də şeirin bağrından yoğrulub şəkillənmişlər. Örnəyin minyatur sənətinin atası şeirdir. Şeirin düşləri minyatur əsərində donmuş hala gəlir. Şeirin təsviri tam olaraq görünməz. Tam olaraq görünmədiyi üçün hər bir minyatürcü sənət adamı görə bildiklərini rəsm edər. Şeirin ilk görəvi sənətsəl duyumu dərinləşdirmək və gözəllikləri kəşf etməkdir. Hər şeyin gözəlləşdirilməsi sürəci kimi anlayalım bunu. Erotik duyum da şeir də yer alaraq sənət şəklində görünə bilir. Şeir nə qədər fəlsəfi dərinlikdən bərxurda olsa, bir o qədər şeirsəllikdən uzaqlaşar. Sırf zehnin bir tür işi olaraq ortaya çıxar. Oysa şeir sırf zehni bir olqu deyildir, insanın varlığını duyğusal, duyumsal yönləri ilə içərən, içinə alan geniç bir sahədir. Xalq yaradıcılığı əsərlərdə fəlsəfilik olmadığı üçün daha yayqın, hər kəs tərəfindən anlaşılan və zövq alınan duruma gəlmişdir. Yoxsa adı xalq kütləsinin, əmək adamlarının zehni fəaliyətdə bulunmağa, fəlsəfə oxumağa imkanları, zamanları yoxdur ki.
    Bu parçadakı gözəlliyə diqqət edin:
    “Əziziyəm göz qara
    Kiprik qara, göz qara
    Bir sürməsiz göz gördüm
    Sürməli gözdən qara.”
    Sadə gözəllik qatrşısındakı insanın heyrəti bu şəkildə sözlərə yansıdığında şeir yaranır və bu parça gerçəkdən də şeirdir. Bayatıları isə filosoflar yazmamışlar. Əmək ilişkiləri ortamındakı billurlanışdan başqa bir şey deyildir.

  49. Alov xanım bunlar şer yox fəlsəfi deyimlərdir.Lütfən şeri belə kiçildib,dəyərsizləşdirməyin.

  50. Ela, Ugurlar – Cox gozel idi . Men standardligi ozune oturacaq etmiw diger Azerbaycan wairleriyle muqayisede cox gozel demirem. Sizi onlarla muqayise etmeyim, Onlara wair demeyim qeder menasiz olardi.

    Alov xanim – sizin bezi saytlarda bu terz-de diger weirlerinizi de oxumuwam. Heqiqeten ela – Her oxudugum setirde Sizin istedadinizdan wubhe etmeye caliwan dusuncelerime pewmanliq yawatdiginiz ucun tewekkurler

  51. Alovun GUNAZda sohbetini dinledim. Bu qədər bilgiyə sahib olan bir xanım nədən flsəfi məzmunlu məqalələr, çərhlər yazmır? Çünkü bəzi olayları doğru bucaqdan baxır.

  52. bir az əvvələ qayıdaq: əslində şeyir ilk öncə lirika və fəlsəfə kimi qarşımıza çıxırdı .indi buna kim qarantiya verir? . mən Alovun mətnlərində(belə demək mümkünsə)şeyir görmədim.bunları deməyə dərin düşüncə lazım deyil.Nəsirəddin Tusini oxuyun ,əzizlərim! onda mənim dediyim daha aydın olar!

  53. Mən (Faiq Mustafayev-AU) Alov xanımın tələbəsi olmuşam. Hesab edirəm ki, Alov xanımın bu fikirlərində bəşəriyyət öz problemlərini görə bilər

  54. Bu şeirlər fəlsəfi gücə malikdir. Burada müasir problemlər ortaya qoyulubdur

Şərh yazın