“Azərbaycanfilm” yeni serialın çəkilişlərinə başlayıb
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Haziran, 2009“Tahirənin intiqamı” 4 hissədən ibarət olacaq
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yazıçı Etibar Sturvinin “Tahirənin intiqamı” romanının motivləri əsasında eyniadlı serialın çəkilişinə başlanıb. Filmin ssenari müəllifi xalq artisti Yasin Qarayev, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, bəstəkarı İsmayıl Dadaşovdur.
Dörd seriyadan ibarət olacaq filmdə baş rollarda əməkdar artist Məsmə Aslanqızı və aktyor Nicat Kazımov, xalq artisti Tariyel Qasımov, əməkdar artist Telman Əliyev çəkilir.
Özünün də aktyor kimi oynadığı filmin birinci seriyasının artıq çəkildiyini bildirən Y.Qarayev sentyabradək serialın ekranlara çıxacağını söyləyib.





Yüklənir...