Səlim Babullaoğlu. Ordu günündə doğulan şairə
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Haziran, 2009
Hamı danışır deyə bir az şairdi, şair,
bu bizim peşəni yazmayanda maraqlı edir,
yəni, ən azı kənardan baxmaq olar,
bütün danışıqların hərəkətə, felə çevrildiyini sözsüz anlamaq olar.
Odur,bax, adamdı. Düşünür. Ürəyindən qara qanlar axır,
beynindən fikirlər keçir cürbəcür. Bunu onun ordu günündə fərəqət dayanmış,
gicgahını nışan almış şəhadət barmağı dübbədüz ifadə edir.
Odur,bax, adamdı, dişini qurdalayır. Bəlkə də sayır.
Əlbəttə olmayanları. Yoxluq dediyimiz şey həmişə varlıq boyda bir itkidi
Bir də nə qədər qəribə gəlsə də, bizdə hərflər də, dişlər də otuz ikidi.
Yəni olmalıdı. Çünki bir ağızdı bütün sözlər. Və biz sözləri təkcə demirik,
öz qabımızdan və qabağımizdan alaçiy olsa belə yeyirik. Adam d(y) eyir.
“Say gəti…” səslənir “Çay gətir!” yerinə. Boşluq boşluqla əvəzlənir.
Sən bütün bunları qarsonun bərəlmış gözlərindən ehtimal eləyirsən.
Çünki kənardasan, baxırsan. Odur, adamlar çətirlərin altında yeyib-içirlər.
amma səmanın altında olduqlarının fərqində deyillər.
Odur, bax, baxırsan adamdı. Yaxınlaşır. Təbəssümünü
və kədərini taxır. Çoxdankı tanış kimi hörmətlə əl uzadır.
“Uzaqdan gəlmışəm. Xəstəm var. Allah rizasına kömək edin,
imkan daxilində (oxu: daxılından).Bağişlayın, əgər…” Və sair və ilaxır.
Sən bütün bunları yenə də ehtimal eləyirsən. Baxırsan.
İki nəfər əlini cibinə salır. Kənara zıllənir biri.
Birisi biz ola bilərdik deyə özünü itirir, gözü dolur və susur.
Bəlkə sonra yazsın deyə.
Hamı susur deyə bir az şair deyil, şair.
Bu bizim peşəni yazanda maraqlı edir.
Hə, maraqlıdı yaşamaq. Hələ uzun illər sözün hərəkətə
və tərsinə çevrilişinə baxmaq. Qırx səkkiz nədi ki?
Bu ümidlə, adamdı, bax, eynəyinin şüşəsini silir.
amma ümidlər eynəyin şüşəsindən böyümür, irilənmir.
Yalnız təsvirlər. O təsvir sənə oxşayir, şair. Belini dik tut, Zal Elxan!
Sən sözün və sükütun sərhəddində duran əsl əsgər, qəhrəman,
ordu günündə doğulan həqiqi şairsən.
Bilirsən, bu bizim sənəti maraqlı edir.
25-26 iyun, 2009-cu il,
Höküməli





Yüklənir...
Şəkilə baxdım, 70-ci illərin poeziya gecələrini xatırlatdı.
Yadıma bir əhvalat düşüdü.
Mən idim, Telman Nəzərli idi, Alim Qasımov idi, dəstəstylə… Bizi komsomolun xətti ilə Sabirabada pambıqçılarla görüşə göndərmişdilər.
Lap elə indi olduğu kimi bərk istilər idi.
Tarlaya getdik.
Gün altında yanmış, qapqara qaralmış cavan qızlar üçün, qadınlar üçün Alim Qasımov elə Alim Qasımov kimi muğam oxudu.
Mən o adamların gözlərinə baxdım.
Hamının baxışları bomboş idi. Heç nə yox idi gözlərində… Axşam bizə qonaqlıq verdilər. Mən o qonaqlıqda əyləşə bilmədim.
Çıxıb getdim və çıxıb getdiym üçün bu gün də peşman deyiləm.
“Hamı susur deyə bir az şair deyil, şair.”
tebrikler !!!
BUNA DA SHEIR DEYIBEN CAMAATA TEQDIM ELEMEK OLAR?
maraqlı və dərin düşüncə tələb edən şerdi, hərkəs bacardığı qədər dərk edə bilər…
təbriklər!!!
Ordu günündə doğulan şair ifadəsi məni açmadı. Hansı ordunun hansı günündə? Amma maraqlı idi oxumaq.
“…Odur, bax, baxırsan adamdı. Yaxınlaşır. Təbəssümünü
və kədərini taxır. Çoxdankı tanış kimi hörmətlə əl uzadır.
“Uzaqdan gəlmışəm. Xəstəm var. Allah rizasına kömək edin,
imkan daxilində (oxu: daxılından).Bağişlayın, əgər…” Və sair və ilaxır. ..”
– həmişəki kimi, əladı.Səlimin şerlərini dəfələrələ oxumaq lazımdır ki, onun düşüncə səviyəsinə yaxınlaşa biləsən və yazdıqlarını dərk edəsən… sonsuz… uğurlar… arzusu ilə, oxucu
Maraqlidi, amma men uslubu aydinlashdira bilmedim, bu serbest janr ne eceb sheymish, istediyin formaya dushur… Amma maraqli fikirler var, oxudum…
P.S. Oz aramizdi, 70-ci illerin Yessentuki yaradiciligi hara, indinin Hokumeli yaradiciligi hara… -))
and olsun ALLAHA ki,Raset Pirisoyu, bu şerdə, bir kəlməni də axıra gədər dərk edə bilməzdi,70 illərin komsomolçusu hara,SƏLİM BABULLAOĞLUNUN- poeziyası hara…
ŞƏRLƏRİN ŞƏRHLƏRİ
1.Rasət bəy deyir ki,” Çıxıb getdim və çıxıb getdiym üçün bu gün də peşman deyiləm.” BUndan artıq nə deisn istedad vulkanının püskürməsinə?!
2. Təbriklərə mən də qoşuluram, amma nədənsə dilim topuq vurur, deyirəm “təpiklər!…”
3. Murad, bu hələ harasıdır, camaata “intenasional” oxutmaq lazımdır! BU “peşəni maraqlı edir!”
4.Bəli, hər kəs bacardığı qədər dərk etsin, dərk etməyənə təpiklər!
5. “Ordu”, yəni ovurdu zurna püfləməkdən şişmiş adamın ordu, qırx gün, qırx gecəlik toyda aşıqlıqdan sonra o bir “mənsuriyyə” də oxumalıdı!
6.Səlim şeirin V.İ.lelini imiş, dəfələrlə oxumaq oxumaq, yenə də oxumaq! lazımdır ki, axırda gedib Mavzoleyə yaxından baxanda bir şey başa düşəsən. Məsələn, niyə Leninin başında tük yoxdur, olmaya, Nadejda xanım yoluşdurub, ya Stalin qırxıb özünə bığ düzəldib?! Araşdırmaq lazımdır, şeirin içində cavab olmalıdır…
7.And olsun Allaha! and olsun keçilin qəzilinə! Ceyranın dal ayağna, Mirzə Səfərin qələminə, şarin poeziya aləminə, şorbanın həliminə, elminə, helminə, birə, yüzə, minə və bütün söyüddəriin çəpərinə! Bu qədər intullaxtual şeir mən hələ görməmişəm!
Bir bitmiş, qarımış-qartmış fikrə deyilir cümlə, bataqlığa axıb yatmış suya deyilir cülgə, bir ağacın kökünə bağlanmış, qaranlığa deyilir kölgə, bir, kiçik dadlı balığa deyilir kilkə, bir, kirpiyə bənzər ağaca deyilir yolka… bulka! bu da ehtiyat üçün.
Gözünə su ver ay dünya ədəbiyyatı, gör Babullaoğlu poeziyanı haralara qaldırdı, zenit raketləri o qələti eləyə bilməz, ulduzlardan yuxarı, 9-cu göydən o tərəfə, kalafalığa, əstəfürulla, xəlifəliyə çaçdı demək istəyirdim.
Ay Nobel, sən gorun, xəsislik eləmə,o mükafatının ən yekəsini ver bu uşaq xərcləsin, kef eləsin. Yoxsa birini də yazacaq, gətirib düz qəbrinin üstündə oxuyacaq, onda neyləyəcəksən?!
Sənə quzu kəsərəm, Babullaoğlu , bu millətə şeiri başa sal, elə bilməsinlər ki, yağdürməyidi!
Səlimin şerlərində söz öz işini görür, boşuna çarpışmır(çox zaman olduğu kimi), insanlara onlar anlamadıqlarını anlatmağa çalışır…
Səlim Babullaoğlu 21-cı əsrin , yani müasir oxucunun şairidir, istəsək də istəməsək də bunu qəbul etməliyik…
Məmməd Savalaninin sherhine baxin, ele bil nedense yanib tokulur.
Selim, sen EFIR shairsen!!!
Deyerli “Sovremennik” Rasət Pirisoyun şərhini düz anlamayıb. Əksinə Rasət bəy, şerə böyük kompliment edir, şerin müəllifini vaxtilə “anlamaz” auditoriyaya Alim kimi virtuoz muğam oxuyan kimi təqdim edir.Müqayisə edir.Qaldı o məclisi tərk etməsinə, bəlkə o bununla “şərhlər səhifəsini” tərk etməyi nəzərdə tutur.Hər halda mən onun şərhini bu cür anladım, hər kəsə uğurlar. İbo