Rəsmi qəzetdə gənc yazarlar tənqid olundu
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Haziran, 2009
Mədəniyyət Nazirliyi və Turizm Nazirliyinin orqanı “Mədəniyyət qəzeti”ndə “Hamam, hamam içində və yaxud gənc yazarların roman cəhdləri” adlı yazı dərc olunub. Yazıya heç bir şərh vermədən onu oxuculara təqdim edirik:
“Hamam, hamam içində və yaxud gənc yazarların roman cəhdləri”
Cavan nasirlərimiz (bəzən sadəcə nəsrə iddialılar) bir-birinin ardınca yeni-yeni romanlar ortaya qoymaqdadırlar. Əlbəttə, onların bəzilərindən danışanda “roman” sözünü dırnaq işarəsi içərisində yazmağa mənəvi haqqımız çatır. Bu yazıda üç nasir (yaxud nasir adına iddialı) yazardan söz açmaq istəyirik. Adlarını bəri başdan deyirəm ki, çox da intizarda qalmayasınız – Elçin Səfərli, Elxan Qaraqan və Taleh Şahsuvarlı.
E.Səfərli rusdilli yazıçıdır, kitabları Moskvada rus dilində çap olunur. Əsasən Türkiyəyə qazanc dalınca getmiş rus qızlarının, türklərin sözü olmasın, nataşaların həyatından yazır. İndiyə qədər “Bosforun şirin duzu”, “Ordan geriyə yol yoxdur” və “Mən qayıdacağam” kitabları işıq üzü görüb və insafən də deyək ki, oxucular arasında müsbət rezonans doğurub. İlk romanı “Bosforun şirin duzu” ilə diqqəti cəlb etmiş Elçin haqqında istər Rusiya, istərsə də Türkiyə mətbuatında tənqidçi və jurnalistlər müsbət rəylər verməkdədir. Onu hətta Şərqin ən populyar yazıçılarından biri hesab edir, “Gənc Orxan Pamuk adlandırır”lar.
Bir qayda olaraq həyatın dibində olan insanları romanlarının baş qəhrəmanına çevirən Elçin yazır: “İş elə gətirib ki, mən uşaqlıqdan sadə adamlarla əhatə olunmuşam. Nə bir siyasətçi, artist, yazıçı, teleaparıcı görməmişəm. Amma elə sadə adamlar arasında böyümüşəm ki, əslində onların qeyri-adi həyatı var. Məhz onların həyat tərzini mənimsəmişəm. Onlar haqqında hər cür pafosdan, bəlağətdən, bər-bəzəkdən uzaq bir dillə yazmağa çalışmışam. Hər yeni romanımı yazmağa başlayanda qarşıma məhz onlardan yazmaq məqsədi qoyuram. Halbuki onlar çox vaxt ədəbiyyatın kölgəsində qalıb, ikinci planın personajları olublar. Ona görə sadə adamları simasız kütlədən ayırıb, onların taleyi ilə oxucunu tanış etməyi özümün bir yazıçı kimi əsas vəzifəm hesab edirəm”.
İstər hərarətli melodramatik üslubda yazılmış “Bosforun şirin duzu”, istərsə də sərt realist-psixoloji tonlarla təqdim olunan sonrakı romanlarında Elçin həyatın acı həqiqətlərindən danışır. Bundan başqa, o, bədii ədəbiyyatın süniləşdiyi, bədii obrazların robotlaşdığı indiki durumda yenidən insanı, onun daxili əzablarını, etiraflarını, sevgisini, xoşbəxt olmaq həsrətini diqqət mərkəzinə çəkir. Onun romanlarının istər Rusiya, istərsə də Türkiyədə hərarətlə qarşılanmasının əsas səbəbi də yəqin ki, elə budur.
Bu romanların hər üçündə insanın taleyi iki qütbün, iki mentalitetin, iki fərqli psixologiyanın – Şərq və Qərbin qarşılaşdırılması fonunda əks olunur. Məhz bu cəhət onun romanlarını adi melodram səviyyəsindən çıxarıb onlara qlobal sosial-fəlsəfi anlam verir. Qətiyyətlə demək olar ki, Elçin Səfərlinin son romanları öz üslub axıcılığına, mövzunun işlənmə dərinliyinə görə Paolo Koelyonun romanlarından heç də geri qalmır. Ünlü türk kinoaktrisası Yasimin Atasoyun fikrincə isə hətta Elçinin “Ordan geriyə yol yoxdur” romanı ilə müqayisədə P.Koelyonun “On bir dəqiqə”si sadəlövh təsir bağışlayır. “Görərsiniz, bu roman təkcə Qərbdə yox, Şərqin özündə də sensasiyaya çevriləcək”, – deyə Y.Atasoy roman barədə fikirlərinə yekun vurur və biz buna inanmaq istəyirik.
E.Qaraqanın “A” romanının adı istər oxucular arasında, istərsə də mətbuatda kifayət qədər populyardır. Romanın müəllifinin cəmi iyirmi yaşı var. O, HOST rep qrupunun üzvlərindən biridir. Amma, məncə, “A” romanının rezonansı romanını özü ilə müqayisədə xeyli böyükdür.
E.Qaraqanın romanında da P.Koelyonun aşıq-aşkar təsiri hiss olunur. Amma Elçindən fərqli olaraq, Elxan Koelyonu sadəcə təqlid edir, özü də, məncə, bunu o qədər uğurla eləyə bilmir. Bu təsirin hansı səviyyədə olduğunu Koelyonun “Portobelli cadugər” əsərini oxuyanda daha aydın hiss edirsən.
E.Qaraqanın romanı da təxəllüsü kimi ekzotikdir. Hansısa gənclər bir gizli təşkilat yaradır və romanın qəhrəmanı fantastik dərəcədə ağlasığmaz hadisələr nəticəsində o qrupa daxil olur. Qrupun başçısı A adlı bir nəfərdir. Amma o, mason təşkilatının başçısı kimi özünü gizlədir. Qrupun üzvləri müxtəlif sosial-anarxist səciyyəli planlar qururlar: əvvəlcə fahişələri tutub damğalayır, guya bununla fahişəliyin qabağını alır, sonra liftdə rüşvətxor müəllimləri cəzalandırırlar və s. bu qəbildən olan cəfəngiyyat. Axırda isə belə məlim olur ki, bütün bunlar əsərin əsas qəhrəmanının hallüsinasiyaları imiş.
Məncə, nə postmodernist üslubun şərtləri, nə müəllifin yaşının azlığı, nə də “A”-nın onun ilk roman cəhdi olması kimi amillər belə bu dərəcədə zəif bir əsəri nə roman adı ilə dərc etdirməyə, nə də Rəşad Məcidin, Vaqif Yusiflinin, Cavid Zeynallının onu “qruppovoy” şəkildə tərifləməsinə hələ əsas vermir. Çünki ət yeyən quş dimdiyindən, istedadlı yazar isə elə ilk əsərindən özünü büruzə verir.
Hansısa bir qəzetin baş redaktoru, yaxud həvəskar gənc yazarın belə məsuliyyətsiz, şişirdilmiş təriflərə yol verməsi başadüşüləndir. Amma söz Vaqif Yusifli kimi özünü professional tənqidçi sayan bir adamdan gedəndə bunu başa düşmək bir qədər çətin olmur. Təkcə E.Qaraqan haqqında yazısı yox, ümumən cavanlardan bir çoxu haqqındakı yazılarında Vaqif Yusiflinin məntiqi və tənqidçi mövqeyi başa düşülmür. Axı gəncliyə sevgi bütün əlinə qələm alan, həvəskar səviyyədə yazılar yazan cavanları ağına-bozuna baxmadan tərifləmək demək deyil. Bu, heç bir parametrdən düzgün deyil. Bizim ədəbi mühitdə indi az qala elə bir meyl formalaşıb ki, guya cavansansa, hökmən istedadlısan və hökmən haqlısan. Əslində isə istedad və həqiqət gənc-qoca təbəqəsinə uyğunlaşdırılmır. Gənclərin də, qocaların da arasında istedadlılar və istedadsızlar var. Məncə, “A” romanının müəllifini hələ ki bu iki qütbün heç birinə aid etmək mümkün deyil. “A” isə uzaqbaşı həvəskar səviyyədə adi bir qələm (qoy olsun lap kompyuter) məşqidir. Görək, “B” necə olacaq?!
O ki qaldı Taleh Şahsuvarlıya, burda məsələ bir az qəlizdir. Çünki biçarə Talehin Qaraqandan fərqli olaraq, tərifçilər ordusu yoxdur. Qara qanlar onun təxəllüsündən yox, ürəyindən axır. Taleh özü özünün reklamçısıdır. Özü də pis reklamçı deyil. Hələ kitabı çıxmamış başlanan hay-küy, verilən intervülər, misli-bərabəri olmayan, fantastik Nobel iddiaları, özünü postmodernist elan eləmək, artıq kifayət qədər məşhur “postmodernistlər” üzərinə nəzəri hücumlar və s. hamısı birbaşa təbliğata hesablanmışdı.
Bütün bunlar Talehin özünü piar eləmək baxımından postmodernist nəzəriyyəni yaxşı mənimsədiyini sübut edir. Amma məncə, Talehin postmodernizmi özünü piar eləməkdən uzağa getmir. Çünki “Canlanma” adlanan kitabı nəşr olunandan sonra məlum oldu ki, bu kitab neçə vaxtdan bəri susqunluq duyulan ədəbi mühitdə şoudan başqa elə bir şey canlandıra bilmədi. Taleh yaxşı şoumendur, amma romanı roman deyil.
Taleh də eynilə Qaraqan kimi, hansısa gizli təşkilatdan – yəhudilərin kabbala inancına (Taleh səhvən və ya qəsdən “kabala” yazır), masson qurumuna, italyanların karbonari təşkilatına və sairəyə uyğun gələn mistik, konspirativ və tarixə yön verən Azərbaycan lojasından bəhs edir. Guya bu Lojanı idarə edən Babək Xürrəminin yeni tarixi şəraitdəki canlanması – təcəssümü olan Azər Kürəçi adlı bir nəfərdir. Onu dünyanın müxtəlif gizli təşkilatları izləyirlər, guya Azər Kürəçi axırda Bəzz qalasına dönür və s. Bir sözlə, Fatma nənənin nağılları. Amma Qaraqandan Talehin iki fərqi var. Birincisi, o, portuqal yazıçısı yox, öz halalca türkümüz Necati Şaşmazı təqlid edir. İkincisi isə romandan yox, teleserialdan ilhamlanır.
İndi gəlin görək özünü Nobelə iddialı bilən Talehin dünya postmodernizminə gətirdiyi yeniliklər nədən ibarət imiş. Müəllifin adı və soyadının baş hərflərindən romanının bəzi fəsillərində istifadə olunmaması! Kəsəsi, Taleh də Qaraqan kimi ədəbiyyatın hələ hərfləri ilə oynayır, əlifbasını məşq edir. Onların hər ikisi əlifbamızın otuz iki hərfini tez-tələsik öyrənsələr, yaxşı olar.
Amma Talehin romanı bir cəhətdən məni çox razı saldı. Elə hey məni yazdığım yazıların dilinə görə tənqid edirlər. Talehin qatmaqarışıq, bərbad dillə yazılmış romanını oxuyandan sonra özümə şükür elədim. Ümumiyyətlə, Talehin dili, yazı üslubu bədii əsərdən daha çox, qəzet publisistikasını xatırladır. Elə bil ki, bu romanı yazıçı yox, müxalifət qəzetinin müxbiri, dramaturq Ə.Əmirli demişkən, “mıxbiri” yazıb.
Romanın ən maraqlı cəhətlərindən biri Talehin qəribə optimizmidir. Oxucu romanı oxuyub başa vurandan sonra bu optimizmin müqabilində deməyə bircə söz tapır: yuxun çin olsun, Taleh!
Bəli, ədəbiyyatımız “inkişaf edir”. Elçin də roman yazır, Elxan da, Demokratizmin bolluğundan istifadə edib Taleh də roman yazır. Elçin yaxşı yazır, Elxan yaxşı yazmır, Taleh yaman yazır. Necə deyərlər, hamam hamam içində, xəlbir saman içində… Gerisini yazmayacam, çünki özünüz yaxşı bilirsiniz. Axı Elxanın və Talehin nağıllarını eşitməmişdən neçə-neçə illər əvvəl Fatma nənənin nağılına qulaq asmısınız. Nağıllarda isə işin gerisini demirlər. Özünüz bilirsiniz də gerisi nədir?
Sabutay Nağıyev





Yüklənir...
1) Nagiyev yazir:
“Taleh də eynilə Qaraqan kimi, hansısa gizli təşkilatdan – yəhudilərin kabbala inancına (Taleh səhvən və ya qəsdən “kabala” yazır), masson qurumuna, italyanların karbonari təşkilatına və sairəyə uyğun gələn mistik, konspirativ və tarixə yön verən Azərbaycan lojasından bəhs edir”.
- “Kabala” terminini bu sekilde yazmaq Azerbaycan dilinin aheng qanuna uygun deyilmi? Axi bu sozu Taleh cibinden cixartmayib ve hetta harun Yayha da hemin sozu mehz Kabala seklinde isledib. Elave:
http://www.harunyahya.org/kitap/kabalavemasonluk/kvm01.html
Nagiyev yazir:
Guya (Fİkir verin soze!!!- Sn) bu Lojanı idarə edən Babək Xürrəminin yeni tarixi şəraitdəki canlanması – təcəssümü olan Azər Kürəçi adlı bir nəfərdir. Onu dünyanın müxtəlif gizli təşkilatları izləyirlər, guya Azər Kürəçi axırda Bəzz qalasına dönür və s.
- Bu adam goresen “fiction” sozunu esidib omrunde bir defe?
- “Babək Xürrəminin yeni tarixi şəraitdəki canlanması – təcəssümü olan Azər Kürəçi” seklinde cumle qurmaga calisan adamin kimese dil meslehetleri vermesi HEYASİZLİQDİR! Her sey cehenneme, bu adam tecelle ile tecessum sozunu bilmir!
“Bir sözlə, Fatma nənənin nağılları. Amma Qaraqandan Talehin iki fərqi var. Birincisi, o, portuqal yazıçısı yox, öz halalca türkümüz Necati Şaşmazı təqlid edir. İkincisi isə romandan yox, teleserialdan ilhamlanır”.
- Azin Kureci kimi öldürür Polad Alemdare benzeyib?
“Taleh yaxşı şoumendur, amma romanı roman deyil”.
- ne qeder adamlara basa salmaq olar ki, ay beni insanlar bu roman deyil METAROMANdir!
- Muellifin adi ve soyadi ile bagli oyunlarin ustasi Paul Austerdir, Sen belə fendleri Talehde gorende de anlamamisan ay postmodernizmin ancaq adini esitmish! Hemin fendlerin menasi odur ki, muellif metnin agasi deyil! Postmodernizmin bir qaydasi da ele budur.
“Talehin dili, yazı üslubu bədii əsərdən daha çox, qəzet publisistikasını xatırladır!”
- Meselen harada? Kitabin anonsundan konkret cumleleri kocurub “tenqid” yazmisan, ele bilirsen hami coreyi qulagi ile yeyir? Niye fakt gostermirsen? Sen bilirsen ki umumiyyetle qerbde publisitika adli bir anlayish yoxdur? Onun yerine hansi terminden istifade edilir ve hemin terminıe postmodernizm nece baglasir?
“Elə bil ki, bu romanı yazıçı yox, müxalifət qəzetinin müxbiri, dramaturq Ə.Əmirli demişkən, “mıxbiri” yazıb”.
- Medeniyyetde cap olunan yazini ise MİX İKİ yazib!
“Romanın ən maraqlı cəhətlərindən biri Talehin qəribə optimizmidir. Oxucu romanı oxuyub başa vurandan sonra bu optimizmin müqabilində deməyə bircə söz tapır: yuxun çin olsun, Taleh!”
- Optimist olmaq bu olkede qadagandir meger? Talehin yuxusu cin olsa, bu olkede “Medeniyyet” adli qezet olmayacaq. Mix2-leri ise normal qezetde ise goturmezler!
Snaryad. narahatçılığını başa düşürəm, çünki, cəbbhən boşdur. Vaxtım olan kimi sənə necə lazımdır cavab verəcəyəm, ünvanımı Zahirdən götü, məktub yaz. Ən əsası müəllif ölmür,məhz müəllif mətnin ağasıdır. necə ki, Taleh snaryad adını kitabının müəllifi olaraq seçməyib. Belədir ya yox? Belədirsə ortada sən nə gəzirsən? Müəllif ölüb,əsas mətndir oyunununun tarixindən isə xəbərin yoxdur. Bu da məhz postmoderin oynun bir hissəsi, sənin kimilərin aldadılmasıdır. Bu şüarı irəli sürən öz adı ilə tanınırsa daha başqa nə söz ola bilər, ey barıtsız? Müəllif ölmür, bunu elə onların özü deyir sonralar. Sözün var, söz de….Zahir bəy, mənim yazımı nə üçün gənc yazarlara qarşı hesab edildiyini izah et, lütfən. Bu yazarlardan qat-qat istedadlı gənclər var. Siz hansı mənzərəni yaratmaq istəyirsiniz? Şou?
Sabutay muellim, Siz niye hirslenirsiniz? Xahis edirem eseblerinizi cilovlayin, sakit olun. Men “kabala” ile bagli qeydinizi ve “Babekin yeni tarixi seraitde canlanmasi” cumlesini oxuyandan sonra Size edebiyyatin ancaq bash herfi ile muraciet olunmasinin daha munasib oldugunu dusunurem. Amma shexsen Taleh Shahsuvarlinin soumenliyine- biz ona oz aramizda itoynadanliq deyirik- arxayin oldugumdan etmirem. Mence Siz cox maraqli bir aciqlama vermisiniz Sizden xahish edirem acin bu postmodernizm oyununu edebiyyatin basina getirenlerin ic uzunu! İfsa edin qerb filoloqlarini, yazarlarini, axi onlar ne bilir ey edebiyyat nedir, soz nedir, muellif nedir? Qoy muellifin cehenneme vasil olmaginin tarixini her kes bilsin, genclerimiz Taleh Shahsuvarli kimi mirt roman yazanlara aldanmasin! Ax seni qerb, namerd qerb, sen butun bu postmodernizm oyununu qesden dusundun, istedin ki, sherqi aldadasan, esl edebiyyatdan bixeber qoyasan! Amma fikirlesmedin ki, Sizin Kalvinionuz, Ekonuz, Derridaniz varsa, bizim de Sabutayimiz var! Cixar bu adam ortaya ve yazar “müəllif ölüb,əsas mətndir oyunununun tarixini”, Sizin de dedenizin gorunu catladar be adam?! Shexsen men Sizi destekleyirem Sabutay muellim, Taleh kimdir, Qaraqan kimdir? Amma Size bir sualim da var, “guya Azər Kürəçi axırda Bəzz qalasına dönür” yazmisiniz. Kitabi oxumusunuzsa bilirsiniz ki, GUYA AXİRDA AZİN KURECİNİ EYNULLA FETULLAYEV, QENİMET ZAHİD, MİRZE ZAKİT (İNDİ AZADLİQDADİR), RUSLAN BESİRLİ KİMİ GUYASİZ -ZADSİZ BASİRLAR İCERİ VE ELE BU ZAHİR EZEMETİN QEZETİNİN ADİNA OXSAYAN “DORCUNCU ALMA” QEZETİ SEHER “AZİN KURECİYE AZADLİQ” TELEBİ İLE CİXİR. Sizin bu guya hissesini yazmaga neyiniz catmayib? Tekce istedadnizmi?
Sabutay Nağıyevin nəzərinə:
Bu məqaləni üzvü oldugum bütün qruplara yaymışam. Sizin PR-la məsgulam, belə baxanda. Zahir Əzəmətə də mən göndərmişdim. İstəyirəm hər kəs görsün ki, məni, Snaryad demiş, mıx2-lər “tənqid” eləməyə calısır. Sizin bu yazınızı Elnur Astanbəylinin yazısı eyni səviyyədədir. İkiniz də çox uğurlu qələmsiniz.Tak cto, yazının tirajlanması üçün Elnura təşəkkür elə!
Mıx2 ilə bağlı gəlin Sizə bir lətifə danışım.
Deməli, Bərdədə dəllək İspan adlı bir kişi varmış. Yayda Turşsuda qəssablıq edirmiş. Bir gün bir Qaz 24 saxlayır və içindən hamilə bir gəlin düşür. Düşər düşməz qışqırır ki, “Müxbir, müxbir, hələ gəlmə”… Bu sözü İspanın qulağı alır. Gəlinə ət çəkir və pulunu almır.
- Vallah, özümüzün əti var, bu quzu da qayadan düşmüşdü, xarab olmasın deyə yolun qırağında camaata paylayıram.
Gəlin bir söz demir, əti götürüb gedəndə, maşından bir uşaq düşür. Gəlin ona qışqırır:
- Ə, Müxbir, demədim, düşmə!
Qəssab İspan dodağının altında deyir:
- Qarnındakının da adını mıx iki qoyarsan!
Mıx2 o adama deyirlər ki, bir əsəri tənqid etməyə çalışanda adı AZİN Kürəçi olan qəhrəmanı AZƏR KÜRƏÇİyə döndərsin!
Sabutay, biraz ədalətli ol əzizim.Mən Elxanı ” qruppavoy” təriləməmişəm.Roman haqqinda yaziya bir də nəzər sal. Yazida romanın dilini, hadisələr arasindaki rabitəsizliyi, erməni adlı hissənin artiqliğini və ifrat mübaliğə , şişirtmə yerlərini tənqid etmişəm. Təbii ki, romanda məni qane edən tərəflər var idi və ona görə müsbət fikirlərimi də yazmişam. Tənqidçilik iddiasina düşmüsənsə çox yaxşı, sənə uğurlar. Amma hərdən Əsəd Cahangirin yanına baş çək ki, tənqidin nə olduğunu sənə anlatsın.
Cavid Zeynallı, men Sizin yazilari oxuyuram. yazlarinizdan obyektiv, istedadli ve aciqureklilik hiss olunur. Qan Tural kimi tesir altinda deyilsiniz, Elnur Astanbeyli kimi nifretle yazmirsiniz, Sabutaydan ferqli olaraq istedadlısınız. Xahish edirem ozunu neinki edebiyyatda, hetta edebiyyata munasibetde tesdiq ede bilmeyen bele odiozlara bend olma. Onlar cox geridedirler… Artiq Azerbaycan edebiyyatinda esl genclik uze cixir. Siz de mehz bu cur gencliyin sayilan imzalarindansiniz. Gormursunuz Sabutayla mezelenirler? “Azin”i “Azer” yazan “tenqidci” ile basqa ne ederler ki?
Snaryad,Diqqətə görə Təşəkkür edirəm .