İSA QƏMBƏR “CANLANMA”NI TƏRİFLƏDİ

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 Haziran, 2009

164Tənqidçi Əsəd Cahangir və telejurnalist Qulu Məhərrəmli də Taleh Şahsuvarlının əsərini bəyəniblər

“Reytinq” qəzetinin bazar günü çıxan son sayında Müsavat Partiyasının başqanı İsa Qəmbər oxuduğu son bədii əsərdən söz açıb. Adətən gənc yazarlar haqqında verilən suallardan yayınan Müsavat Partiyasının yüksək ədəbi zövqü ilə fərqlənən başqanı bu dəfə Taleh Şahsuvarlının “Canlanma” tarixi metaromanından ağızdolusu danışıb. Onun əsər haqqında yüksək fikirlərini məşhur ədəbi tənqidçi Əsəd Cahangir və tanınmış telejurnalist Qulu Məhərrəmli də bölüşüb. Yazını olduğu kimi təqdim edirik:

***

“”Mədəniyyət” qəzetinin son sayında üç gənc yazarın – Taleh Şahsuvarlı, Qaraqan və Elçin Səfərlinin əsərləri kəskin tənqid olunub. Maraqlıdır ki, həmin yazıda müəllif Sabutay Nağıyev son zamanlar gənc yazarlar tərəfindən çap etdirilən üç əsərin bədii məziyyətlərini peşəkar səviyyədə təhlil etməkdən daha çox adıçəkilən müəlliflərin yaradıcılığına kölgə salmağa çalışıb. Onun bu yanaşması isə özünü postmodernist adlandıran bəzi yazarların Taleh Şahsuvarlı və Qaraqan imzalarının ədəbiyyatda populyarlaşmasına qarşı davranışları ilə üst-üstə düşür. Odur ki, gənc yazarların əsərlərinə nüfuzlu şəxslərin münasibətini öyrənmək qərarına gəldik.

Ədəbi tənqidin avtoritetlərindən hesab olunan Əsəd Cahangir bizimlə söhbətində qeyd etdi ki, uzun müddət Azərbaycan ədəbiyyatında postmodernizmlə bağlı manipulyasiyalar mövcud olub. Lakin Taleh Şahsuvarlının “Canlanma” əsərinin çapdan çıxması bu sahədə ciddi irəliləyiş yaradıb: “Onun postmodernizmin nəzəriyyəsini dərindən bilməsi və əsərində ondan peşəkarlıqla istifadə etməsi uğurlu bir nəsr nümunəsi ortaya qoymasına şərait yaradıb. Düzdür, əsərdə müəyyən qüsurlardan və kəm-kəsrlərdən danışmaq mümkündür. Amma bütün bunlara baxmayaraq, Taleh cavanlar arasında yeganə müəllifdir ki, ilk qələm təcrübəsi ilə bu cür uğurlu əsər yazıb. Onun kitabını oxumuşam və çox bəyənmişəm”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər gənc yazarların yaradıcılığın izləməyə çalışsa da, onların hamısının kitabını mütaliə etməyə vaxt tapmayıb. Bununla belə “Canlanma” əsərini təzəcə oxuyub və onu yüksək qiymətləndirib: “Mən bu sahənin mütəxəssisi olmasam da, oxucu kimi deyə bilərəm ki, Taleh Şahsuvarlının kitabı bir təşəbbüs kimi çox xoşuma gəldi. Hiss olunur ki, müəllif dərin araşdırmalar aparıb və ədəbiyyatda yeni söz deməyə çalışıb. Mən onun fərqli əsər yazıb-yaratmaq təşəbbüsünü çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, həm tariximizə, həm bu günümüzə yanaşmalar, həm də ədəbi priyomlar baxımından “Canlanma”nı Azərbaycan ədəbiyyatında mühüm yenilikdir”.

Məşhur telejurnalist Qulu Məhərrəmlinin də oxuduğu sonuncu bədii əsər Taleh Şahsuvarlının tarixi metaromanıdır. Həmin əsərdə Qulu Məhərrəmlinin diqqətini fəlsəfi konsepsiyalar və müəllifin hadisələrə orijinal yanaşma tərzi cəlb edib. Həmin əsərin “Dalğa” Gənclər Hərəkatı tərəfindən “Gəncliyin kitabı” elan edilməsinin təqdir edən Qulu Məhərrəmli “Canlanma”nın gənc nəslin maariflənməsində böyük rol oynayacağına ümid edir.

Tanınmış telejurnalistin fikrincə, əsərin ən uğurlu cəhətlərindən biri dilinin gözəlliyidir: “Mən çox sevinirəm ki, bu cür mükəmməl, təmiz dil ortaya qoya bilən gənc yazarlarımız var. Taleh Şahsuvarlı xeyli cilalı bədii dil və üslub ortaya qoymaqla ədəbiyyatımızın ən yaxşı ənənələrini inkişaf etdirir”.

ORXAN HACIYEV”

1 səs2 səs3 səs4 səs5 səs (5 səs, hardasa: 3,20 ilə 5 arası)
Loading ... Loading ...

9 Şərh var
Şərh yazın »

  1. Azərbaycanın ən ciddi siyasətçisinin, jurnalistinin və tənqidçisinin “Canlanma” kitabını təqdir etməsi Taleh Şahsuvarlının yazıçı kimi uğurunu gözügötürməyənlərə tərs şapalaq oldu. Onun əleyhinə cılız məqalələr yazanlar, orda-burda qeybətini qiranlar utanacaqlarmı görəsən? Bundan o yana soz yoxdur!

  2. Iki variant var burda…

  3. Mən bu kitabı oxumaq istərdim.Mən bilən satışda yoxdur.Hardan tapmaq olar .Oxuyaq sonra qiymət verək

  4. Hmmm… Gərək biz də nə ise deyək belə yerdə:

    Hamı elə bilirdi ki, Taleh Şahsuvarlı hamının qura bilmədiyi PR qurub. Amma onu başa düşmürdülər ki, Taleh Şahsuvarlı Taleh Şahsuvarlı olduguna görə PR qurub. PR-na bu qədər enerji xərcləyən adam onun yüz qatını da kitaba qoyub, araşdırıb, yazıb, redaktə edib. Kimin gözü onun PR-nı götürmədi, kiminin intellekti onun kitabını anlamaga yetmədi- hərə bir daş atdı. Azərbaycanda ədəbi və ədəbsiz cameədə hər kəs öz aqressiyasını onun üzərinə tökdü. Amma böyüklük onu tələb edirdi ki, Taleh Şahsuvarlı önünə çıxan əngəlləri aşsın. Aşdı da. Bir cəmiyyət uğura qarşı, istedada qarşı, peçəkarlığa qarşı bu qədər amansız ola bilməzdi. O cəmiyyətin içində vicdanlı, peşəkar və zəhmətə qiymət verən adamlar mütləq vardır. Mən Taleh Şahsuvarlının neçə oxucuya ümid etdiyini bilirəm. O, bu kitaba cəmi 3 oxucu axtarırdı. İndi soruşsan 10-15 nəfər var deyər yəqin. Söhbət xalis oxucudan, əsl oxucudan gedir. Böyük rəqəmdir. Demək bu xalqın gələcəyindən əl üzməməyə ümid 3-4 dəfə böyükdür.Hələki nikbin olmaga əsas var. Hələ ki, İsa bəy var! İsa bəy var olduqca bu cəmiyyətin vicdanı ölməyəcək. İndi artıq Taleh danışmır, “Canlanma” danışır: İsa Qəmbərin, Qulu Məhərəmlinin, Əsəd Cahangirin dili ilə danışır. Amma mən Talehə d ə demişdim, indi də təkrar edirəm. “Canlanma” bir kitab olaraq cəməyətə inamla təqdim olunmasında ən böyük rol İsrail Musayevə məxsusdur. Əgər onun verdiyi stimul olmasaydı, Taleh ilk sözü qafası və qəlbi dar adamlardan eşitsəydi, o cür inamla danışa bilməzdi bəlkə də. Mən ona sevinirəm ki, “Canlanma” murdar xislətləri açığa çıxartdığı kimi, vicdanlı və səviyyəli adamları da toparladı və onlar arasında körpüyə döndü. Harada olmagımızdan asılı olmayaraq BİZ CANLANDIQ!

    P.S: QAFQAZDA İLK TARİXİ METAROMANIN TƏQDİMATINA BÖYÜK DƏSTƏK VERƏN AZƏRBAYCANIN BÖYÜK ZİYALISI ZAHİR ƏZƏMƏTƏ HƏM ÖZ ADIMDAN, HƏM DƏ RESPUBLİKA TARİX LİTSEYİNİN BÜTÜN MƏZUNLARI ADINDAN DƏRİN TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.

  5. “Canlanma”nın elektron variantini tapmaq ucun googlede kitabin adini axtarmaq bes edir…

  6. Talah bey, kitabınız hayırlı olsun

  7. Orxan Haciyevsn bu yazaısının da əsl müəllifi Taleh Şahsuvarlıdır. Orxan hardan bilir ki, Əsəd heç, Qulu Məhərrəmli( ədəbi ekzpertiza şurasının sədri) bu kitab haqqında elə odəqiqə rəy deməyə hazırdır? Bəs nə üçün əsəri tənqid edə biləcək şəxslərdən nə isə soruşulmur? Ədəbiyyatımızın ən yaxşı ənənələri deyəndə Məhərrəmli(yəqin ki, uğursuz şair) nəyi nəzərdə tutur? Bəlkə bu müəllifin piar adına oynadığı ucuz şounu nəzərdə tutur?Görəsən məqalənin şərikli müəllifləri mənim rəyimi öyrənə bilməzdilərmi? İsa Qəmbər siyasəti öyrənib başa çatdırsın sonra canlansın. Əsədi vaxtvarkən söyənlər çətinə düçəndə ona as deyirlər. Görəsən bu as yarlığını orxan icad etdi, yoxsa söz baqajı zəif o birisi? Ümumiyyətlə uşaqlar uduzub ağlayanda “böyüklərin” üstünə qaçır. Məsələn, dünən gənc ədiblər məktəbində Rəşad Məcid mənə “ölüm hökmü” oxuyub.Deyib ki, mənim qanadıma sığınmışları nə cürətlə ağladıblar.Rəşad Məcidin ədəbi zövqü ilə hesablaşmağa borclu deyiləm. Mənim orda olmadığımdan cürətlənən Rəşad Məcid deyib ki, Sabutay qorduğundan burada yoxdur. Guya ki, məni duelə çağırıb mən gəlməmişəm. Bu adam heç olmasa vızv atmayıb ki, ay bala sənə sözüm var…Bir adam da deyib ki, ay müəllim o, 4-5 aydır bura gəlmir. Sabutay olaraq deyirəm ki, nəinki işdən çıxarılmağımdan(bu təcrübədən istifadə edilib)nəinki 525-dənə mətbuatdan, nəinki əl altda onun-bunun üstünə salınan cocuqlardan, nəinki Talehin dərs aldığı müsavatvari şantajdan qorxan adam deyiləm.Həyatın bütün tərəfləri mənə məlumdurvə bu tiplərin çoxunu yola salmışam.Kimin kim olduğu, kimin qulağından girib çıxdığı da mənə yaxşı məlumdur,unikal ədəbi obrazlardır.Saytlarda da Taleh kimi qondarma adlarla yox öz adımla danışıram. Talehvari Zahiri böyük ziyalı da adlandırmaq fikrində deyiləm, ən azı bu saytın yiyəsi odur. Növbəti məqaləm də Rəşad Məcid daxil (tələsin sifarişlə 525-ci qəzetə asıb-kəsən məqalələr verməyə) nasir adlandırılanlardan olacaq. Ortaya adam kimi roman qoya bilməyəndə onu ya poman-reportaj adlandırarlar, ya da met(a)ro romanı….İki metrədə cəmiyyətdə baş verənləri hekayələşdirə bilməyənlər yalnız şou düzəldə bilərlər.Modern şeir yazanlar özlərini postmodernist adlandırdıqları kimi. Aygün Kazımovanın şousu ilə piarı dəyişik salmayın.Taleh, qaç indidə Aygünün yanına de ki, sənin haqqında qərəzli danışırlar. Qorxma, sənin kimlə nə danışdığın da mənə məlumdur. Əsas odur ki, sən məni qurduğum oyunda fırlanırsan.Bu isə sənin postmodernizmi mənimsəmədiyinin göstəricisidir. Sözügedən məqaləm isə ilk dəfə cer-civesiz.azeriblog-da yerləşdirilib.

  8. İsrali Musayevin ” Alma” da çap etdirdiyi romançadan sonra ona-buna xeyr-dua verməsi təbii idi. Su axar…

  9. allah sizə rəhmət eləsin, ölülər!!!

Şərh yazın