Ofeliya Sənani: “Savadsız aparıcıları görəndə…”

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 29 Haziran, 2009

162“Bu gün bizim televiziya və radio çox pis gündədir”. Bu sözləri respublikamızın xalq artisti Ofeliya Sənani bildirib. Televiziya və radio aparıcılarının bu günki durumuna münasibət bildirən xalq artisti bildirib ki, dilimizin təmizliyi üçün mübarizə aparmalıyıq.
“Biri çalışır ingilis ləhcəsində, biri çalışır rus ləhcəsində danışsın, kimisi də deyir ki, mən “ruskayazıçnıyam”, onu öldürə bilmərəm” – deyən O.Sənani qeyd edib ki, nitq mədəniyyəti, danışıq mədəniyyəti və dilimizin qorunması üzrə aşağı səviyyədəyik.

“Rimski Korskva-Rimski Korsakov, İvanova-İvaanov deyəndə az qalıram televiziyanın şüşəsini sındıram, ya da özümə gəlmək üçün eyvana çıxıram”-deyən 48 illik efir təcrübəsi olan aparıcı son zamanlar efirdə və radio dalğalarında savadsız aparıcıların çoxalmasının günahını naşı rəhbərlərdə gördüyünü vurğulayıb.

“Televiziya və radioda kimi gəldi işə götürürlər”- deyən xalq artisti bildirib ki, aparıcılar müsabiqə yolu ilə mütəxxəsislər tərəfindən seçilməli, onların savadı, dünyagörüşü və diksiyası yoxlanılmalıdır.

“Türkiyədə aparıcılıq, jurnalistlik məktəbi, böyük bir universitet var. Ona görə də onları rahat və sərbəst buraxırlar. Mənim də təklifim budur ki, bizdə də belə institutlar açılsın və orada uşaqlarımız təhsil alsın”-deyə o qeyd edib. // SİA

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. TAMAMILE RAZIYAM…BU GUN SE4ILEN APARICILAR YA KIMINSE “DOST”U, YA DA …NEISE…
    KASTINQLERDEN DE DANIWMAGA DEYMEZ…
    BU NADIR TAPINTI APARICILARI BILMIREM HARDAN TAPIRLARDA

  2. ofelya xanim, siz baki medeniyyetini ozunuzde tecessum etdiriordiniz. indiki cobanlara bir soz tapmiram!!

Şərh yazın