Vəfa Cəfərova. SSRİ-də azadlıq!?

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 29 Haziran, 2009

138Yaxud stilyaqalar haqqında bir neçə söz

“Saksafondan – soyuq silaha keçməyə insanı bir addım ayırır”
(Komsomolçu Katyanın monoloqundan)

Bakıda problemlərdən, görüşlərdən iki saatlıq da olsa, canını qurtarıb, normal insanlarla zövqlə seçilmiş filmə baxıb, daha sonra heç kimin sözünü kəsmədən kino ətrafında müzakirə apara biləcəyimiz yeganə yer kimi İçərişəhərdə “Art Qalereyada” hər şənbə günü təşkil olunan “Cineman klubu”nu tanıyıram.

Keçən həftə Cinemanda Tadarkovskinin “Stilyaqa” filmi göstərilirdi. Bilməyənlər üçün, stilyaqa – 20-ci əsrin 40-cı və 60-cı illərində yaranmış gənclərin subkulturasıdır. Stilyaqalar siyasətdən uzaq, xüsusi slenqləri və geyim tərzləri olan, Amerika və Avropa mədəniyyətinin heyranları idilər. Onlar sovet əxlaqına, ya da bizim insanlara daha əziz səsflənən milli mənəvi dəyərlərə qarşı çıxırdılar. Onları gənc komsomollar tutur, saçlarını qayçılayır, min əzabla, qeyri-qanuni yolla alınmış Amerika istehsalı olan paltarlarını cırırdılar. Bəzi hallarda onları işdən və universitetlərdən də stilyaqa olduğu üçün qovurdular. Stilyaqalar bütün SSRİ ərazisində var idi. Bakıda da o cümlədən. Rus saytlarından oxuduğuma və Rəhman Bədəlovun danışdıqlarına görə, deyə bilərəm ki, Bakıdakı stilyaqalar Moskvadakılar kimi, təzyiqlərlə üzləşmirdilər. İnsanlar onlara daha dözümlü, ya da laqeyd idilər. Bakıda həm də Jazz musiqi öz yerini tez tapır. Düzdür, bizdə stilyaqalar 40-cı ildə deyil, 60-cı illərdə yaranmağa başladı. Ən yaxşı paltarlarımızı geyinib “Torqovıy”a gəzməyə çıxmaq adəti bizə Bakı stilyaqalarından miras qalıb. Rəhman bəyin dediklərinə görə, Bakı stilyaqaları məhz “Tarqovıda görüşür və burda tur atırdılar, loru dillə desək, özlərini göstərirdilər.

Nə isə, qayıdaq filmə. Myuziklı janr kimi sevmirəm. Amma istisnalar var, məsələn, “Qaranlıqda rəqs edənlər” filmi. “Stilyaqa” da bu istisnalar sırasına daxil oldu.

“Sovet dövründə hər şey yaxşı idi” nostaljisi ilə yaşayanlara bu film əla cavabdır. Rejissor film boyu 80-ci illərin ən sevimli ifaçılarımın- “Nol” qrupu, Tsoy, “Nautilus” və “Bravo” qruplarının mahnılarından istifadə edərək, sovet reallığının bütün acısını bizə elə kəskin, eyni zamanda qlamur səhnələrlə ötürür ki, sovet dövrünün bütün eybəcərlikləri və insanı zombiyə çevirmə metodları daha aydın olur.

Eyni zamanda bu film bir insanın dəyişməsi, öz yolunu tapması haqqında hekayədir. Mels – filmin baş qəhrəmanının adı- tələbə, kommunistdir. Yermolnikin qəhrəmanının dediyi kimi, “bu mehriban oğlanın alnında böyük hərflərlə KQB sözü yazılıb”. Amma filmin əvvəlində stilyaqalardan Çuvixa Polliyə (çuvixa- stilyaqa slenqində “qız”) aşiq olan Mels dəyişib stilyaqa olmaq qərarını verir. Geyim, həyat təzi dəyişsə də, özü dediyi kimi, “Ket, mən axı həmin adamam, sadəcə geyimim dəyişib”. Amma Rubrikon keçilib və Mels (Marks, Engels, Lenin və Stalin adlarının abriveaturası) adından S hərfini atıb, Stilyaqa Mel-ə çevrilir. Komsomoldan atılır, universitetdən qovulur. Amma azadlıq musiqisi- jazz onu xilas edir. “Komsomolka”da “Jazz – bizim musiqi deyil” yazısından sonra soyuq silaha bərabər olan saksafon alıb restoranlarda, yas mərasimlərində çıxış etməyə başlayır. Amma böyümür, dəyişmir. Filmdə Yankovskinin qəhrəmanı diplomat oğlunu stilyaqalardan ayıranda ona çox sinik cümlə deyir: “Uşaq xəstəliklərini uşaqlıqda keçirmək lazımdır”. Mel “made in Amerika” etiketli geyimlərini dəyişib nifrət etdiyi boz kütləyə qarışanda da, o koksunu (irokezini) kəsmir. Stilyaqaların zəifliyi onda idi ki, – onlar stil idilər, etiraz stili. Onların arxasında ideologiya durmurdu. Məqsədsiz, plansız, etiraz naminə etiraz edənlər heç nə qazanmayıb yoldan kənarda qalırlar.

Əslində bu filmi yungül janr adlandıranları və ya filmdə mesaj qıtlığından şikayət edənləri anlamram. Burda bir neçə mesaj var, məsələn, komsomolçu Katıya iclasda “bir ideya zənciri ilə buxovlanmışıq- vətən anamız, komsomol atamız” deyən gənc qızın faciəsini, diplomat oğlunun stilyaqa dostlarına xəyanət edib adi sovet diplomatı yolunu seçməsi və onun sonrakı həyatının nə qədər uğurlu, amma boz olması…

Məncə “bizim mübarizəmiz necə olmamalıdır” baxımından stilyaqalar bizə yaxşı dərsdir!

Məişət bizim üzərimizdə qələbə çalmamalıdır! Biz bundan yüksəkdə olmalıyıq!

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. -))

  2. bravo!
    Sizin heyranivizam

Şərh yazın