Ayaz Salayevin filmi yenidən çəkilir!
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Temmuz, 2009
“Ehram TV” filmi ətrafında qalmaqalın yeni detalları
“Ehram TV” filmi Mədəniyyət və Turizm Nazirliyini əməlli-başlı yerindən oynadıb. Tanınmış kinorejissor Ayaz Salayevin nazirliyin sifarişi və maliyyə dəstəyilə ekranlaşdırdığı bu film ətrafında qalmaqallar, dedi-qodular günü-gündən böyüyür.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin kino istehsalatı sektorunun rəsmisi Cəmil Fərəcov bir müddət öncə “Bakı-Xəbər”ə bildirmişdi ki, filmdə bəzi məqamlar onların xoşuna gəlməyib və film üzərində redaktə işləri aparılır.
Əldə etdiyimiz məlumata görə isə, filmdə redaktə işləri aparılmayıb, filmin ssenarisində dəyişikliklər edilib, bu səbəbdən də “Ehram TV”nin böyük bir hissəsi yenidən çəkilir.
Adının çəkilməsini istəməyən operatorlardan biri filmlə bağlı ilginc bir xəbər verdi. Onun bildirdiyinə görə, Mədəniyyət və Turizm Nazirliyinin istehsalata buraxılacaq filmlərin seçilməsi üzrə ekspert şurasının üzvləri artıq istefaya göndərilib. Buna səbəb kimi A.Salayevin “Ehram TV” filmi göstərilir.
Operatorun sözlərinə görə, hətta bu filmin istehsalata buraxılması üçün Qəribəsi odur ki, Ayaz ekspert şurasının üzvü ola-ola öz filmini istehsalata buraxmışdı. Bu anormal haldır”.
Xatırladaq ki, ekspertlər şurasında Ayaz Salayev, Cəmil Fərəcov, Elman Bədəlov, Cahangir Məmmədov və başqa kino mütəxəssisələri təmsil olunurdu.





Yüklənir...
Sovet dövründə belə hallar tez-tez baş verirdi. O vaxt bu, normal idi. İndisə… ala-bula boz keçi.
Ishe bax, demek sen dovlet hesabina film chekesen, ozun de orda “bezi meqamlari” ustuortulu chatdirasan serychiye… Dovlet choreyi qulagina yeyir..? Ele sovet hokumetini de bele sheyler yixdi… Duz eleyib Nazirlik, tam destek verirem…
sevinc pervane xanim efendi
biz beyem baska bir dovrdemi yasayirig
en boyuk demokratiya geride galdi xanim efendi
yazik olur ayaz salayeve hayif filml halen gormemisik ama deyilenler dogrusa ayaza da yazik oldu