Yazıçı Natiq Rəsulzadə: “Detektiv maraqlı janrdır”
Yazar: Admin | Bölmə: Persona | Tarix: 02 Temmuz, 2009“Ədəbiyyyat, hansı janrda yazılırsa yazılsın, o ədəbiyyat yaxşı və pis yerə bölünür”
- Bu gün yazıçı Natiq Rəsulzadənin dəsti-xətti ilə gedən, onun yolunu davam etdirənlər çoxdurmu?
- Hər kəs bir janrda yazıb yaradır. Mən də ədəbiyyatın bir janrı ilə məşğul oluram. Düzünü deyim ki, dəqiq ad verə bilməsəm də, onu söyləyə bilərəm ki, şübhəsiz, davamçılar var. Bilirsiz, mənə bir çox yazıçılar deyirlər ki, bu gün Natiq Rəsulzadə məktəbi var. Mənim üçün təvəzakarlıqdan uzaq olsa da, haqqımda çox vaxt belə deyirlər. Hesab edirəm ki, əgər oxucular və yazarlar yaradıcılığıma məktəb adı verirlərsə, yəqin ki, yolumu davam etdirənlər də var. Detektiv janr doğrudan da böyük və maraqlı janrdır. İstər dedektiv, istərsə də kriminal janrı az müraciət olunan, lakin maraq və diqqəti çəkən bir janrdır. Məncə əsər, ədəbiyyyat, hansı janrda yazılırsa yazılsın, o ədəbiyyat yaxşı və pis yerə bölünür. Mənim təsəvvürümdə orta yer yoxdur. Hər hansı janrda yazmaqdan asılı olmayaraq , əsəri dərin, məzmunlu, maraqlı yazmaq lazımdır.
- Əsərlərinizin böyük əlsəriyyətini rus dilində qələmə almısınız. Bunun əsas səbəbi nədədir?
- Mən uşaqlıqdan Sovet İttifaqında böyümüşəm. Ömrümün böyük hissəsi məhz bu ittifaqda keçib. Adətən böyük şəhərlərdə şəhər əhalisi övladlarını rus məktəblərində oxudurdular. Ona görə ki, orada rus dili dövlət dili idi. Biz illərdir ki, müstəqil ölkəyik. Bundan əvvəl rus dili həm də çox populyar bir dil idi. Onu da qeyd edim ki, mən unistitutu Moskva şəhərində rus dilində bitirmişəm. Bütün bunlar əsərlərimin böyük əksəriyyətini bu dildə yazmağa rəvac verib. Paytaxtımızda böyük Tərcümə Mərkəzi fəaliyyət görtərir. Əgər onlar məsləhət bilsələr, əsərləri tərcümə edə bilərlər. Çox hallarda mən əsərlərimi Azərbaycan dilinə tərcümə edirəm, amma bu əsərlərin çoxu konstuktiv əsərlərdir. İnanıram ki, öz etdiyim tərcümələr yaxşı alınır. Amma nəsr əsərlərini tərcümə etməyə bir az çətinlik çəkirəm. Bununsa səbəbi mətndə çox incə məqamların olmasıdır. Belə əsərləri tərcümə etmək bir az çətindir.
- Əsərlərinin böyük əksəriyyətinin rus dilində olduğunu nəzərə alsaq, Natiq Rəsulzadə özünü həm də rus ədəbiyyyatının nümayəndəsi hesab edirmi?
- Yox. Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev və mənim kimi rus dilində yazan yazıçıların deyərdim ki, tərbiyəsi, savadı, təhsili rus dilindədir. Amma onlar öz xalqına lazım olan, öz xalqını sevən yazarlardır. Bu yazarlar hansı dildə yazmaqdan asılı olmayaraq, öz doğma vətənlərindən yazıblar. Bir çox tədbirlərdə də bu fikri dilə gətirmişəm. Demişəm, baxmayaraq ki, görkəmli yazıçıların çoxu rus, gürcu və yaxud başqa dillərdə yazıblar, onların ürəyi dogma vətənləri üçün döyünüb. Eləcə də mənim… Ürəyim hər zaman Azərbaycan üçün döyünüb… Məhz bu ürək çırpıntıları insanı öz xalqlna xidmət etməyə çağırır.
- Rusiyanın Yazıçılar Birlikləri ilə əlaqələriniz varmı?
- Rusiyanın Yazıçılar Birliyi ilə əlaqələrim yoxdu. Düzünü desəm, buna heç ehtiyac da görmürəm. Çünki Rusiyanın nüfuzlu jurnallarında əsərlərim çıxırdı və oradakı nəşiryatlarında kitablarım nəşr olunurdu. Bir çox avropa ölkələrində kitablarım nəşr olunub və olunmaqdadır.Yazıçılar İttifaqı elə bir təşkilatdır ki, istər rusiyada , istərsə də başqa ölkələrdə onlar kitabların nəşr olunmasında yazıçıya kömək etmirlər. Əgər insanda bacarıq, istedad və enerji varsa, o, özünü məşhur edə bilir. Yazıçılar İttifaqları yazıçını məşhur eləmir.
- Özünüzün fərqləndirdiyiniz, başqa kitablarınızdan bir az çox sevdiyiniz kitabınız hansıdır?
- Çətin sualdlr. Mən deyə bilmərəm… Düzdür, sevimli əsərlərim var, amma güman edirəm ki, bir müddət keçəndən sonra o əsərlər də o qədər sevimli olmayacaq. Mən gələcəklə yaşayıram, keçmişlə yox. Düşünürəm ki, gələcəkdə bu gün sevdiyim əsərlərimdən də maraqlı əsərlərim yaranacaq.
SİA





Yüklənir...