Sevinc Çılğın. Şərq Dəftərindən (I Hekayə)
Yazar: Admin | Bölmə: Proza | Tarix: 04 Temmuz, 2009
Günün biri bezdim hər şeydən. Nə dəniz, nə sahil, nə də istirahət gəzintiləri əvvəlki kimi cazibədar görünmədi. Qaynar günəş üz-gözümüzü, qollarımızı yandırsa da, Henrinin istəyilə şəhərin pis qoxulu küçələrini dolaşıb isti asfalt üstündə yeriməyə qərar verdik. Səkilər boyunca sıraya düzülmüş dükanlarda buz kimi sular olmasaydı, nəfəs almaq müşkül olardı. Yarısı içə, yarısı dışa süzülən suların sərinliyi ötəri, başaldadan kimiydi. Dadını, ləzzətini itirmiş hər şey kimi günün istisi də mənasız idi. Qaş qaralıncayadək gəzmək, pinti adamların yaşadığı məhəllələrdə boşboşuna dolaşmaq sonuna tələsən ömrümüzə meydan oxumaqdı sanki. Dar küçələrin kələ-kötür səkilərində köhnə adamlar qara daminoları şaqqıldadır, uzun nərdin ətürpədən daşlarının şappıltısı əsəblərə toxunurdu. Yarımçıq qadınlarsa sapları çürümüş zivələrə nimdaş pal-paltarlarını sərir, arabir qənşərində əllərini belinə dayayan qonşularla mızıldanırdılar. Bu nuh əyyamından qalma məhəllənin uşaqları da balaca kişilərə bənzəyirdi. Biz tanış olmayan bu xudmani şəhərin qədim qoxan məhəlləsində addım-addım yeriyir, doğma Roma küçələrini yad edirdik.
***
Otelin səhər yeməyi mədəmi bulandırmışdı. Otağa dönər-dönməz tualetə üz tutdum. Bir az öncə yediklərim unitazın ortasında iyrənc və kobud görünürdü. Üstünə bir də tüpürdüm və suyu buraxdım.
Otağa keçdim. Sən demə, yeməyə düşəndə televizoru söndürməyi unutmuşuq. Ekranda üzünə yağlı boyalar çəkmiş, klounları xatırladan bir qadın yöndəmsiz əl-qol hərəkətləriylə mahnı oxuyurdu. Henri vanna otağından atılıb televizorun səsini artırdı. Oğrun-oğrun gülümsədi. Onun gözlərindəki ehtirası duymamaq mümkün deyildi.
***
Romada sonuncu günü xatırladım. Qocalar evinə apardığım anamın sadəlövh baxışları yadıma düşdü. Qayıdınca geri alacağıma, hətta elə həmin səhər onu atamın sümükləri çoxdan çürümüş məzarına aparacağıma ümid saçırdı o gün. Həyatını yad kişilərin qucağında sınıq-salxaq otel çarpayılarını cırıldatmaqla yaşayan anam indi məndən mərhəmət umurdu. Sayını itirdiyi xəyanətlərini unudub atama “bax sənə sadiqəm” deyə daha bir oyun oynayacaqdı.
***
Dolabın üstündən Henrinin burdan aldığı muncuqlar baxırdı. Füruzəyi rəngli muncuqların doxsan doqquzu noxud, ikisi isə düyü boydaydı. Düzü, Henrinin qara, uzun saqqallı, başında şərqin müqəddəslərinə məxsus örtüsü olan o saxtakar molla deyilən adama aldanıb üç yüz dolları buna necə qıydığını anlamırdım. Onu dolabın üstündən götürüb otağın sağ küncündə duran bədənnüma güzgüyə yaxınlaşdım. Boynuma taxdım. Axı bu mənasız muncuqlar boyunçun da yaramırdı. Henri bununla nə edəcəkdi?!
***
Sevdiyim tuflilərimi Romada qoydum. Necə olsa burda işə yalnız istiyə dözəcək sadə çəkmələrim yarayacaqdı. Ancaq bu gün hava dəyişdi. Çox ağılsız bir külək bayaqdan pəncərələrə çırpılır və mən bu qəfil çırpıntılardan diksinirəm. Henri bu qədər vaxtı bu dəlisov küləklərə necə səbr edib deyə heyrət edirəm. O ki sakitliyi sevən adamdır. Bu axmaq iş onu rahatlığından vaz keçirəcək qədər güclüdürmü? Axı o, Romada havalar dəyişər-dəyişməz qismən mülayim ölkələrə səfər edirdi.
***
Axşam yeməyini oteldə yeyib Henrinin kirayələdiyi evə baxmağa gedəcəkdik. Ev sahibi saat 9-dan sonra gəlməmizi istəmişdi. Henri yuyunub aşağı düşdü. Mən kətan donumu geyindim, yeni açdığım fransız ətrindən qulaqlarımın arxasına, biləklərimə və döşlərimin arasına səpdim. Henri səbirsizdir, pillələri sürətlə endim. Bayıra çıxdıq. Oteldən azca aralanmışdıq ki, qoca bir qarı üstümüzə şığıdı. Ah, yazıq Henri, necə də qorxdu. Geri çəkildi. Qarı əlini açıb öz dilində nəsə istədi. Əlbəttə, qarının üst-başından dilənçi olduğu bilinirdi və bunu Henri də duymamış deyildi. Lakin o, görkəmindən cin hürkən bu qarıya eyni dildə nəsə dedikdən sonra ovcuna qəpiklər qoydu. Qəribəydi, Henri qarının kirli əllərindən iyrənmədi elə bil. Hətta o an mənə elə gəldi ki, Henri nəzakətli kişi rolunu maharətlə oynaya bilər. Qarı Henriyə gülümsədi.
***
Henrinin sevdiyi mahnı yəqin ki, bu xalqa məxsusdur. Onu sevdiyini həmin səhər çaşqın baxışlarımla rastlaşınca söyləmişdi. Dünən istirahət günüydü. Henri aramsız yenə onu dinləyir, qaşlarını çatıb düşüncələrə qapılırdı. Mənimsə görünür tənhalıq, özümlə tək qalıb darıxmaq alnıma yazılıb. Uzun illər tək yaşadığım Romanı xatırladım. Henrini tapanadək keçirdiyim səssiz və darıxdırıcı günlər gözlərimdə canlanıb sevmədiyim bu şəhərdə canımı sıxdı. Dinləməkdən bezdiyim mahnı hələ də səslənirdi. Bu an naqillərin kəsilməsini, cərəyanın olmamasını arzu etdim. Henri mənim bu arzumu duysaydı, yəqin mənə nifrət edərdi. Ancaq cəsarətlənib düyməni basdım. Mahnı susdu. İndi zarıyan o qadının səsi otağı tərk etmişdi. Henri qəzəblə yerindən sıçrayıb: “Dəli olmusan-nədi?! Sənə kim dedi düyməni bas?”. Tanrım, mən Henrinin səsini bu günədək belə yüksəkdən duymamışdım. Heyrətlə onun üzünə baxdım və kəkələdim “Mən…mən…”. Henri “Kəs səsini!” deyib əlini yumruqlayıb yuxarı qaldırdı. İxtiyarsız başımı əyib gözlərimi tez-tez qırpdım. O, evliliyimizdən, hətta tanışlığımızdan bəri ilk dəfə idi ki, mənə əl qaldırırdı. Bu rəzil hərəkətlə məni təhqir edən ərim sanki “Mən daha yoxam” deyib bağırırdı. Henri nəsə danışırdı. Amma mən onun yalnız içimdə səslənən yoxluğunu eşidirdim.
***
Təyyarəyə bilet almaq çətin olmadı. Henri bu anı çoxdan gözləyirmiş kimi hər şeyi gecikmədən yoluna qoydu. Və mən indi göyün bilmirəm neçənci qatındayam. Buludların arasında bir az rahatlamışam sanki. Olub-keçənləri, Henrini, Romaya çatar-çatmaz görəcəyim ilk işləri düşünürəm. Yəqin Henri də indi fikirlidir. O isti yay günündə mənə sevdirə bilmədiyi bu şəhərin barbar, köhnə adamları, iyrənc, çirkli dilənçi qarıları, gəlmələrə kələk gələn ev sahibləri, saxta, hiyləgər mollaları ona yadsa da, köntöy bir müğənninin bir, yalnız bir mahnısı əzizdir amma. Henri daha doğma Romaya özgələşib. Roma üçün Henri daha başqasıdır. Romanın indi həyatını yad kişilərin qucağında sınıq-salxaq otel çarpayılarını cırıldatmaqla yaşayan, sayını itirdiyi xəyanətləri unudan insanlara daha çox ehtiyacı var, nəinki Henriyə.




(3 səs, hardasa: 3,67 ilə 5 arası)

Yüklənir...
Oxudum,hemiseki kimi eladi,beyendim hekayeni,ellerine saglig. . .Tesekkur. . .
Henri kimdir? belə başa düşdüm ki,”milli”adını dəyişmiş azərbaycanlıdır.əgər beləsə hər şey aydındır. şəhərlərin və insanların müqayisəli təsviri… quruluşu sxematik olsa da məncə alınıb. uğurlar!
Sevinc, ardını gözləyirəm və eyni zamanda Jaləni müjdələmək istəyirəm buradan…zira “qəhrəmanın adı Henri olmasın…” kimi bir açıqlaması yadıma düşdü…-))
Uğurlar!..
İnkişaf etmiş Qərbin və geridə qalmış Şərqin müqayisəsində həmişəki kimi şərqə məxsus hiss qalib gəlir. Henri, yəqin ki, 1941-1945-ci illər müharibəsində əsir düşmüş azərbaycanlının nəvəsidir–başqa cür ola bilməz.
Maraqlı idi, təşəkkür.
Tercumeye benzeirdi, ne demek istediyinizi tam anlamadim, Cilgin, amma yazi diliniz ela idi
Cilqin xanim bu hekayedeki tesvir bir azerbaycanli yazarin qeleminden cixan sozlere benzemir,sanki xarici bir edebiiyat numunesi oxudum.Eser tam alinmasa da uslub ve diliniz cox orijinal idi.Azerbaycansayaqi deyildi,bu cox lezzet eledi mene.Serlerinizden ferqli olaraq hekayeniz qerbli tefekkurunde yazilmisdi.Daha da irelileyisler gozleyirem
Sevinc Çılğının “Şərq dəftərindən (1 hekayə “) adı ilə təqdim etdiyi yazısını çətinliklə də olsa özümü məcbur edib müəlifinə hörmət xatirinə sonadək oxudum. Əvəlcə elə bildim Aleksandır Dümanın yeni əlyazması tapılıb. Sonra oxucu şərhlərinə də diqqət yetirdim. Bu çox maraqlı bir nəqamdır. Yazanla oxuyanın səviyyə müqayisəsi, yazının oxucu tərəfindən, həm də müəəyyən ədəbiyyat savadı olan oxucu tərəfindən qarşılanması. İndisə, obyetiv olmağa çalışaq.
Yazının ilk əvvəlində müəllif büdrəməsi var. Hekayə yazan adam istifadə etdiyi dilin qrammatikasını ən azı otra məktəb səviyyəsində əməl etməlidir, xüsusən , müəllif təhkiyəsində. Sevinc yazır: “Günün biri bezdim hər şeydən.” Tariyel Azəritürk bunu haqlı olaraq erməni budaq cümləsi adlandırardı. “Günlərin bir günü bezdim hər şeydən” olmalı idi. “Yarısı içə, yarısı dışa süzülən suların sərinliyi ötəri, başaldadan kimiydi.” Bu da yaraşıqlı cümlədi.
Bəzən şeir yazanlar özlərindən o qədər razı olurlar ki, nəsr yazmağı “yarı icə, yarıdışa tpökülən” su içmək kimi anlayırlar. Göründüyü kimi nəsrdə baş aldatmaq şeirdən çətin imiş.
Müəllifin “hekayə” kimi təqdim etdiyi yazısında Sevincə inansaq, İtaliyanın Roma şəhər sakini olan xariçi bir xanım, söy kökü azərbaycanlı əri ilə adı çəkilməsə də Bakı hesab oluna biləcək şəhərə səfərlərindən bəhs edilir. Yazı yol qeydləri kimi verilib. Naturalizm səhnələri olmaqla. Unitaz məsələsi. Fransız ətiri ilə qəhrəmanın mədəni səviyyəsi göstərilmək istənilir. Naturalizmdə ətirin də adıi, qoxusu təsvir olunmalı idi ki, xanımın zövqü haqqında təsəvvür yaransın. ” Pis qoxulu küçələr” də ümumi, başdansovdu təsvirdir. Hər halda o xanımın nə gəldi yeyib qaytarmağından pis qoxulu olmazdı. Henrin şərhçilərin qeyd etdiyi kimi adı inadırıcı olmasa da, davranışıı daha inanılmazdır. Avropa tərbiyəsi görmüş adamlar televizora baxmaq üstündə savaşıb boşanmırlar, sadəcə, n qədər televizor ala bilirlər. Uzaqdan ata-baba yurduna gəlmiş adam, avropalı, birinci növbədə muuzeylərə, tarixi yerlərə baxar, zibilliklərdə bomj kimi sülənməz. Niyə müəllif qəhrəmanlarını Şirvanşahlar sarayına, əfsanəvi Qız qalasına, nə bilim haralara aparmı? hekayənin içində də pulunandı, ya həvəsi yoxdu?! hələ Ulu Öndərin heykəllərinin ziyarətini demirəm.
Aşıq gördüyünü çağırır. Gördüyü işə görməmişlikdir. Bəyəndim, bəyənmədim, elçilik söhbətləridir, ədəbiyatda isə oxucu sözü olmalıdır. Şeirlərinizi yazın, Sevinc xanəm, Ətağa cəddi, onlar bunlardan maraqlı olur.
Cilqin xanim bu hekayedeki tesvir bir azerbaycanli yazarin qeleminden cixan sozlere benzemir,sanki xarici bir edebiiyat numunesi oxudum.Eser tam alinmasa da uslub ve diliniz cox orijinal idi.Azerbaycansayaqi deyildi,bu cox lezzet eledi mene.Serlerinizden ferqli olaraq hekayeniz qerbli tefekkurunde yazilmisdi.Daha da irelileyisler gozleyirem…
Sabahınız xeyir!
Oxuduğunuz və münasibət bildirdiyiniz üçün hamınıza mersi-))
Henri də İtaliyalıdı, amma iş üçün uzun müddətdir ki, bu şəhərə gəlib və burda yaşayır. Artıq qərar verir ki, arvadı da gəlsin, burda onunla qalsın. Ancaq arvadı buranı bəyənmir, “pis qoxulu” mənim münasibətim deyil, o, o qadının düşüncəsidir. Və Henrinnin davası televizor üstündə deyil, Henrinin burda aşiq olduğu “yağlı boyalı” müğənniyə münasibəti üstündədir. Henri başa düşdüyünüz kimi “azərbaycanlılaşıb”!-)))
Zarafat bir yana, hekayə bilərəkdən bu dildə yazılıb, daha doğrusu, hekayə Romalı qadının gündəliyindən “tərcümədir”. Hələlik bu qədər…
seva , hekayənin dili ve üslubu çox gözəldir. romalı qadını əla dərk etmisən. məncə hekayən alınıb. bir – birinə zidd olan şərhlərdən də bunu anlamaq mümkündü… fəqət , şəhərimizə nifrətim artdı. doğurdanmı, bizi belə görürlər ??? Henri mügənniyə aşiq olubsa şayət, o, 100 faiz İtaliyada doğulan və ya valideynləri sonradan bu ölkəyə gələn cənubi azərbaycanləlardı və ya xud elə şimali azərbaycanlılar.bir dostumuzun övladı kimi. ana – ata azərbaycanlı , amma uşaq avropada doğulub. adı da tommy . nədənsə ağlıma bu gəldi. xülas , yazını oxuyub fəxr etmədim ki, mən azərbaycanlıyam…
ardını gözləyirəm… super eserdi
Rahat oxudum. Aradabir “ilişsəm” də, tez atlanıb keçə bildim)
Sevinc, bu yazı bir tam kimi yox, hansısa böyük əsərdən bir parça kimi göründü mənə. Məsələn, çoxdan bu pinti şəhərə gəlmiş kişinin burada “pintiləşib” qalması, yerliyə çevrilməsi, onun qadınının sonradan gəlib buna dözə bilməməsi, davaları, dünyagörüşlərinin dəyişməsi səbəbindən münasibətlərində dərin uçurumlar yaranmış cütlük, sivilizasiyaların müharibəsi və əslində duyulmağa, görülməyə, sevilməyə layiq bir şəhərin can verməsi və s. bəhs edən bir roman-)))
Nəsə belə bir şey yazmağın vacib düşündüm bu an.
Bizim Bakılıdan daha artıq Bakılı olmağımıza imkan verməyin;)
Uğurlar!!
Nehayet… Ortaya iddiasiz, reklamsiz-filansiz bedii numune’den bir parcha qoyuldu, tebrik eleyirem, eyni sheyi men bashqa bir xanimdan da gozleyirem… Chilgin, amma uslubun bu tempde davam etmelidi, azaciq budresen her shey mehv olacaq… Ugurlar…
billur, eldar və Jal, fikirləriniz maraqlıdı, mənə belə səmimi münasibətlər lazımdı həmişə.
J, anladığın qədərilə yazılan romandan bir hekayədir bu. Ardı yazılır. Ancaq bəri başdan deyim ki, gerisi bu üslubda, bu dildə deyil. Hər hekayənin dili və üslubu fərqli olacaq, inşallah.
O ki qaldı bakılılığa, söz verməyə ehtiyac görmürəm sadəcə, Bakının ən doğru və gözəl təsvirini özüm edəcəyəm. Onu mənim kimi duyan olmaz!
Novarq, sənə də mersi, ablacım.
Sevinc xanim, təbrik edirəm, Uğurlu bir yazıdı.
Sevinc xanim hekayenizle beraber yazilan serhleri de oxudum.
Bir shey diqqetimi celb etdi:
Siz ne qeder iddiasizsinizsa, serh yazanlar da o geder iddiali gorunmeye chalisblar. Tebii ki, hami yox, bezileri..
Men Sizin seirlerinizi mutemadi (internetde yayimlananlari) izleyirem ve beyenirem. Hekayeniz de xoshuma geldi. Uslubunuz mene xususile lezzet eledi.
Icazenizle bir-iki tengidi qeydimi de deyim:
Hekayenin dilinde mueyyen gusurlar var. Sultan Merzilinin iradi ile razi deyilem. O cumleni o sekilde vermek olar. Men daha ciddi dil gusurlarina toxunmag isteyirem. Ikinci ve sonuncu cumleniz Azerbaycan turkcesinin qrammatikasina zddir.
1. \Nə dəniz, nə sahil, nə də istirahət gəzintiləri əvvəlki kimi cazibədar görünmədi\ (gorundu olmalidi)
2. \Romanın indi həyatını yad kişilərin qucağında sınıq-salxaq otel çarpayılarını cırıldatmaqla yaşayan, sayını itirdiyi xəyanətləri unudan insanlara daha çox ehtiyacı var, nəinki Henriyə\
Uzeyir Hacibeyov oten esrin evvelerinde yazirdi ki, Kafkazda turk dilinin en gozel bilicilerinden sayilan Elibey Huseynzade deyir ki, cumlede neinki sozu varsa, demek o cumle turk dilinde deyil.
Mene ele gelir ki, bunu Siz de hiss edersiniz, o cumleni bir daha oxusaniz.
Bu tipli qeydleri uzatmaq da olar. Meselen, uzun nərdin ətürpədən daşlarının şappıltısı yox, uzun nərdin daşlarının ətürpədən şappıltısı olmalidir.
Size ugurlar arzulayiram! Esas odur ki, hekayeniz alinib.
Qalib Togrul guya cumleni duzeltmisen, shapiltisi yox saqqiltisi olmalidir, su shappildayar. hekaye cox zeifdir. Romada 1 defe olmayan adam Romadan nece yaza biler? “Romanın indi həyatını yad kişilərin qucağında sınıq-salxaq otel çarpayılarını cırıldatmaqla yaşayan, sayını itirdiyi xəyanətləri unudan insanlara daha çox ehtiyacı var, nəinki Henriyə.” Romada siniq-salxaq carpayisi olan otel var? uje azerbaycanda bele sey qalmayib o ki qala Roma la/ “sayini itirdiyi xeyanet” ne demekdir, avropali dusuncesinde bele sey yoxdur, xeyanet bir defe olar, yalniz azerbaycanli qadib “defelerle” xeyanet ede biler/ Henri adi italyan adi deyil. ve s. hekaye eger buna hekaye demek olarsa noqsanlarla doludur/
Hörmətli Qalib Toğrul!
“Sevinc xanim hekayenizle beraber yazilan serhleri de oxudum.” Cümlənizi mən də bunları oxuyanda sizin zidiyyətli fikirlərinizdən baş aşmadım. Axı, göz qabağında olan kiçik bir mətn açılmayan inteqrallar kimi, yaxud, çaydan bir qayıqda keçiirləsi keçi, kələm, canavar məsələsi də deyil, amma təəsüf ki, ondan da mürəkkəb görünür. Məsələn, yazırsınız, “Hekayenin dilinde mueyyen gusurlar var. Sultan Merzilinin iradi ile razi deyilem. ”
“Elibey Huseynzade deyir ki, cumlede neinki sozu varsa, demek o cumle turk dilinde deyil.” “Bu tipli qeydleri uzatmaq da olar. Meselen, uzun nərdin ətürpədən… ” Mənim qüsur tutduğum cəhətləri sol əl ilə inkar, sağ əl ilə təsdiq etməyiniz nə deməkdir? Unutqanlığınızdan irəli gəlir, ya üslubunuz budur. Sevinc xanımın hekayəsinin btün qüsurlarından söz açılsa, iki o hekayə boyda yazı yazılmalıydı bəlkə, amma arifə bir işarə də kifayətdir düşündük.
“Size ugurlar arzulayiram! Esas odur ki, hekayeniz alinib.”
Bu bir az, balaca uşaq söhbətlərinə bənzədi,” yox, sən demə, qoy mən deyim!” Allah xatirinə, hər kəs öz fikrini desin, başqalarını təkrar etməsin, adi şərhlərdə də müəllifliyə hörmət edilsin. Bu bizim ümumi ziyalı mədəniyyətimizin çox vacib tərkib hissəsidir. Heş kəs başqasınını nimdaşını geyinmək istəmədiyi kimi ( toy paltalarınını prokatı istisna olunmaqla) fikirlərin də nimdaşına ehtiyac yoxdur.
Biz də Sevinc xanıma ürəkdən uğurlar arzulayırıq və onun oxucularındanıq. Hekayənin alınmasına gəlincə isə,
çox təəssüf ki, dünya bazarlarında, neft, qaz, pambıq, torpaq və ağac kimi hekayə birjası yoxdur, əgər orda xanımın hekyəsi alınmış olsaydı, mən də iki əlli, yanındada da bir papaq deyərdim! Təbriklər, alındı!
Hormetli Sultan Merzili!
Siz bu qeder qizdiracaq bir soz dediyime, chox teessuf ki, emin deyilem.
Siz de emin olmayin!
Hörmətli Qalib Toğrul!
Sizi şəxsən tnımasam da internet səhifələrindən oxuduğum yazılarınıza görə dəyərli bir ziyalı olduğunuza gümanım var.
Əlbəttə, sizin sözlərinizdə adamı qızdıracaq bir şey yox. Sadəcə bir çox düşünənlərimizin təfəkkür tərzindsə çox geniş yer tutan bir əlamətə görədir. Hər bir həqiqət, yaxud elm axtarışı çıxış nöqtəsində sübuta ehtiyacı olmayan məlum həqiqətlərin təsdiqindən başlanır. Əksər fikir mübadiləsində belə həqiqətlərin subyektivcəsinə, kütləvi olaraq inkarı görünür. Məni narahat edən belə bir düşüncənin milli düşüncə şəklinə keçmək qorxusudur.
Təkrar olunan hərəkətlər vərdişə, vərdiş xasiyyətə, xasiyyət isə taleyə çevrilir.
Toxunaqlı bir söz olmuşsa üzürlü sayın.
Qəşəm bəy, Xəqani bəy, Qalib bəy və Sultan bəy, çox təşəkkür edirəm ki, o gərəkli zamanınızı balaca bir hekayəyə sərf edirsiz (bu günlərdə zamanın nə qədər dəyərli və yetmədiyini daha gözəl anladım, hər şeydən çox zamana ehtiyacım var bu aralar).
Qərəzli-qərəzsiz bütün fikirlərinizi dəyərləndirməyə çalışacağam, hətta bəziləri ilə razılaşıram da. Amma əslində bir şeyi bilmənizi istərdim. Bu, romandan bir hekayədir. Ortaya çıxardım ki, insanların reaksiyasını görüm, açılmayan detalları romandan başqa hekayələrdə görərik inşallah. Hər halda var olun. Var olun ki, yazmağa da həvəsimiz olsun. Ancaq bir xüsusu qeyd etməyi vacib bilirəm özümçün – Sultan bəy, o nə sözdür “Şeirlərinizi yazın, Sevinc xanım”?! Sizcə, mənim nə yazmalı olduğum sizin fikrinizdən asılıdır? Nə hansı formada ortaya çıxırsa, çıxır. Durub hesablamalıyam ki, kimsə bu formada yaz demişdi?! Yaşlı adamsız, hörmətlə yanaşıram özünüzə də, fikirlərinizə də. Saygısızlıq etmək ağlıma da gəlmir. Ama lütfən siz də sözlərinizi ölçüb-biçin, mənə ayıb gəlir sizə qüsur tutmağım. Lütfən bunu da saygısızlıq kimi dəyərləndirməyin. Sadəcə nəsə yazıb ədəbiyyat adına ortaya nəsə qoyan gənc adamla belə rəftar olunmasa daha yaxşı olmazmı deyib sizi dostluğa səsləyirəm – nəsillərin dostluğuna.
Vallah, nəsə qüsurlu alındısa, çox üzr istəyirəm, bu dəqiqə hər şeydən az ədəbiyyat hayıındayam, dərdim başımdan aşır. Təki oxucularım diqqətsiz qalmasın deyə cavab yazdım və həm də türklər demişkən, görev gereği şəhrlərə baxdım.
Saygılarımla
ESER DAHADA GOZEL OLA BILERDI. AMMA XOSA GELENDI. SIZE UGURLAR. MURAD
Sevinc xanım, cavabılarınızı və iradlrınızı da səmimi qəbul edirəm!
Narahatlığımız da elə o siz deyən nəsillərin bir-birinə qayğısı və dostluğudur.
İslah olunmağa çalışaram. Sizə də arzularımız istedadınızın daha da inkişafı üçündü. Qabiliyyətsiz adamlara heç bir məsləhətin, hətta kötəyin də faydası yox. Dərdiniz dağlara-daşlara, xanım! Hərçəndi dərdi şairliyin sərmayəsi deyiblər, Allah sizin şairlik-yazıçılıq sərmyənizi yalnız adınız kimi çılğın sevinclərdən etsin!
“şeirlərinizi yazın” ifadəsini oxucu arzusu kimi işlətmişdim, redaktə edirəm, “şeirlərinizi, hekayələrinzi, şərhlərinizi və.s. yazın, bir oxucu kimi oxumağa söz veirəm”. Zənnimcə, islah olundum, inciklik də aradan qalxdı. Mən gördüyünüz kimi, tərif olmasın, gənclərə qulaq asmağı da bacarıram, nə gəncliy, nə də yaşlıılığı təbii və keçici bir şey olduğundan insan üçün eyb bilmirəm.
Sizə bir daha uğurlar!
Sevinc xanım! Sizi təbrik edirəm! Kiçik bir hekayə ilə böyük bir müzakirəyə səbəb ola bilməniz sizin uğurunuzdur. Məncə, arabir bax, belə ekzotik hekayələr oxumağın da ayrı ləzzəti var. Mənə çox maraqlı göründü. Məncə, müəllifə hər hansı bir məsləhət verməyə ehtiyac yoxdur, çünki o, gənc ədəbi nəsil içərisində öz imzasını artıq təsdiqləmiş bir yazardır. Müəllif bu hekayədə qəsdən fərqli ədəbi priyomdan istifadə edir, hər halda bu üslubda yazmağa davam etsə, çox böyük uğurlar qazana bilər. Bir daha uğurlar!
hecne oxumadim sevinc hec vaxt ugursuz iw gormur belede ki tebdik edirem.