Məqsəd Nur AzTV-nin “Xəbərlər” studiyasının rəhbəri oldu

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 21 Temmuz, 2009

meqsed_nur1AzTV-nin “Xəbərlər” informasiya studiyasının direktoru vəzifəsinə yazar-jurnalist Məqsəd Nur təyin edilib.
Bu barədə “Media forum” saytı xəbər verir.
Məlumata görə, “Xəbərlər” proqramı baş redaktor müavini Vəli Əkbər isə studiya direktorunun müavini vəzifəsinə irəli çəkilib. M.Nur və V.Əkbər uzun müddət “Lider TV”də çalışıblar.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Xatirə Qasım Məqsəd Nurla bağlı xəbəri təsdiqləyib: “Vəli Əkbərin studiya direktorunun müavini vəzifəsinə irəli çəkilməsi haqda isə məlumatsızam”.
İyulun 17-də “Xəbərlər” informasiya studiyasının direktoru Faiq Hüsiyev vəzifəsindən azad edilib və cəmiyyətin sədr müavini təyin olunub.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın