Qəşəm Nəcəfzadə ilə görüş keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Kasım, 2009

Bakı Dövlət Universitetinin filologiya fakültəsində  şair Qəşəm Nəcəfzadə  ilə görüş keçirilib. Tədbir  universitetin nəzdində fəaliyyət göstərən “Metafora” ədəbiyyat  dərnəyinin  təşkilatçılığı ilə baş tutub. Dərnəyin rəhbəri Kəramət Böyükçöl şair haqqında tələbələrə qısa məlumat verib.
Görüşdə Qafqaz və Azərbaycan İncəsənət Universitetinin tələbələri də iştirak edib. Qəşəm Nəcəfzadə tələbələrə yeni şeirlərini oxuyub və onların çox saylı suallarına cavablandırıb. “Mən  Gəncədə tələbə olanda – 1981-ci ildə-  iniversitetdə xalq şairi Bəxtiyar Vahabzadə ilə görüş keçirilirdi, nə qədər müraciət elədim, aparıcı öz şeirimi oxumağa söz vermədi”- deyən Qəşəm Nəcəfzadə sonra sözü tələbə şairlərə verib. Bir-birinin ardınca  “Metafora” ədəbiyyat dərnəyinin üzvləri yeni şeirlərini oxuyub. Görüşün sonunda Qəşəm Nəcəfzadə tələbələrə yeni çapdan çıxmış kitablarını hədiyyə edib.

Kultaz

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın