ANS ölkədə ilk dəfə olaraq rəqəmsal yayıma keçdi

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 26 Kasım, 2009

ansANS telekanalı 18 yaşı münasibəti ilə tamaşaçıları üçün daha bir hədiyyə hazırlayıb və telekanal bu gündən tamamilə rəqəmsal yayıma keçib.
ANS TV-nin baş direktoru Yaşar Babayevin sözlərinə görə, 2009-cu il texniki yenidənqurma ili elan edilib: “Ölkədə ilk dəfə olaraq ANS rəqəmsal sistemə keçib. Bu sistemə keçid üçün 1 milyon manata yaxın vəsait yatırılıb. Alınan avadanlıqlar İngiltərə, Rusiya, Amerika, İsrail istehsalıdır. Artıq bütün qurğular tam şəkildə rəqəmsal sistemə keçib”. Y.Babayev yeni sistemin ilk göstəricisinin keyfiyyət olduğunu qeyd edib. Rəqəmsal sistem tamaşaçılara video və audio siqnalların daha keyfiyyətlə ötürülməsini təmin edəcək.
ANS-in efirində bu il baş verən daha bir yenilik isə 24 saatlıq qaçan sətirlərdir. Bu sətirlər tamaşaçılara hər an dünyada və ölkədə baş verən proseslər barədə məlumat almaq imkanını verir, daim son məlumatları əldə etməyə şərait yaradır.
Qeyd edək ki, hazırda ANS Azərbaycan ərazisinin 85 faizini əhatə edir.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. Mən hələ da analıram ki, bu rəqəmsal sözünün mənası nədir.Axı bizim dilimizdə -sal, səl sözdüzəldici şəkilşiləri yoxdur.İngilislıər digital, Rus dilində цифравой -dursa, bizim dilimizdə yəqin kiç rəqəmli olmalıdır, bəlkə də başqa cür, amma, əsla rəqəmsal deyil. Türk dilindəki rakamsal sözünü kor-koranə tərcümə edərək istifadə etmənin nə mənasi var?Əslində heç türk dilində də belə bir şəkilçilər yoxdur.Deyəsən bu səkilçilər fransız dilindədir.Məs. paradoksal sözündə olduğu kimi . Amma səhv olaraq Türkiyədə bu şəkilçiləri ərəb,türk və fars mənşəli sözlərdə istifadə edirlər.Məs. bir də görürsən ki, yazərlar dinsəl,hüquqsal, tarihsel.Halbuki. bunlar kobud sehvlərdir.Bu Əlinin papağını vəlinin başına,Vəlinin papağını isə Əlinin başına qoymağa oxşayır.Xahiş edirəm ki, başqalarının etdikləri səhvləri təkrarlamayaq.

  2. qardaw,,,bizim millet niye beledir???durub xeberine qulaq asib oxumur,-sal wekilcisini muzakire edir…bizde hemiwe beledir eee…camaat roman oxuyur sonra gelir deyir ki,bes filan yeri var haaa…her weyi unudur bir dene o qalir yadda…

Şərh yazın