“Etüd” art kafesi fəaliyyətə başladı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Aralık, 2009

1Art kafedə Zahir Əzəmətlə oxucuların görüşü keçiriləcək

Bakının mərkəzində yeni art kafe fəaliyyətə başlayıb. “Etüd” kitab və rəsm salonunda açılan eyni adlı kafe intellektual istirahətə üstünlük verən oxucuların ixtiyarına verilib. Əhməd Cavad küşəsi 8 ünvanında (Axundov bağının yanı) yerləşən “Etüd” art kafesində oxucular çay və ya kofe içərək, sevdiyi kitablarla baş-başa qalmaq, ədəbi-mədəni müzakirələrə qatılmaq, sevdiyi yazarlarla görüşmək imkanı qazanacaq.
Bundan əlavə, “Etüd” art kafesində çağdaş yazarlar və sənət adamlarıyla mütəmadi görüşlər keçirilməsi, sənət gecələrinin təşkil edilməsi nəzərdə tutulub. İlk belə görüş şənbə günü saat 15-00-da şair Zahir Əzəmətlə keçiriləcək. Görüşdə yazar çağdaş ədəbiyyatla bağlı oxucuların suallarını cavablandıracaq,  həmçinin öz yaradıcılığından nümunələri təqdim edəcək.
Arzu edən oxucular görüşə qatıla bilər.

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

6 Şərh var
Şərh yazın »

  1. Təbrik edirəm hamımlızı))

  2. R, axşam etirazsız-filansız art-kafeyə gəl. Açılışı özümüz eləyək.

  3. Yerim görünür, əminəm…))
    Uğurlar, uşaqlar!..
    Ürəyim və ən xoş arzularım sizinlədir…

  4. Yaxşı… Amma evdə məni öldürəcəklər))) qoy Aynurdan icazə alım)))

  5. Bu, kifayət qədər sevindirici bir xəbərdir. Hərdən insan belə xəbərlər üçün elə qəribsəyir ki… Zahir qardaşım mediadan gedəcəyini bəyan edəndə çox pis oldum. Çünki medianı və ədəbi mühiti Zahirsiz təsəvvür etmək sadəcə, qeyri-mümkündür. Bu insan mediaya büsbütün öz gəncliyini sərf edib. Hansı çətinliklərlə qəzet buraxıb, sayt yaradıb, bunların canlı şahidiyəm.Onu yenə də qaynar xəttdə görmək istəyirəm. Bu xəbərə də ürəkdən sevindim və inşallah, hökmən iştirak edəcəyəm.

  6. Mən də gələYəm ;)
    kimin ürəyi doludursa, zahirə sözü varsa gəlin bura. Məncə maraqlı olacaq

Şərh yazın