Rus dilli yazarlar üçün beynəlxalq bədii müsabiqə elan edilir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Aralık, 2009

Rusiya Mədəniyyət Fondu və Rusiyanın Uşaq Kitabı Şurası Sergey Mixalkov adına beynəlxalq bədii müsabiqə elan edir. Rusiyanın İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən xəbərə əsasən, 2010-cu ildə keçiriləcək müsabiqədə rus dilində yazan əcnəbi müəlliflər iştirak edəcək. Müsabiqənin sonunda yeniyetmələr üçün ən yaxşı bədii əsər seçiləcək.
Müsabiqədə iştirak etmək istəyənlər daha ətraflı məlumat almaq və anketlə tanış olmaq üçün www.rbby.ru и www.culture.ru saytlarına müraciət edə bilərlər. Bundan əlavə, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidməti ilə (012-497-01-59 nömrəli telefonla) əlaqə saxlamaq olar.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın