Ay Nur. Bir şeir.
Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 02 Aralık, 2009
Mən bu gün ölürəm
qol saatımın da üstünü örtdüm.
Saat 00:55
(bilməyənlərçün)
22-nə keçdi noyabr.
Vaxt donacaq saatımda
nəbzim vurmayacaq
gözümü özüm yumacam
qayıdıb bağlamasın heç kim
telefonum da xarab
yəqin bilib ki, sahibi öləcək
sənə məktub da yazmışam bir həftə əvvəl
oxuyanda deyəcəksən
bir həftə əvvəl bilirəmmiş öləcəyimi
sabah ayın 23-ü olacaq
mən olmayacam
noyabr qış vaxtına keçəcək,
mən keçməyəcəm
23-ü rəfiqəmin də ad günüdür,
getməyəcəm.
heç soruşmadın neyçün ölürəm…
Mən bu gün ölürəm…





Yüklənir...
O qədər sevindim ki, sən yenə VARSAN deyə…
Səni çox istiyirəm, şeirlərini səndən də çox
Chox sag ol, caan! Men de seni chox isteyirem.
Ne yaxşı ki sayta baxdim.Yoxsa xeberim olmayacaqdı.Şeirse hemişeki kimi əladı.Hetta hemişekinden de…
Ay da! Chox sag ol. Sevinc sag olsun, o, mecbur etmeseydi, hech ne gondermeyecekdim ki… Meni bilirsen de, avara adamam… Chox sevindim. Gozle sozlerchun her ikiniz chox-chox sag olun.
Nee, Sevinc mecbur etdi..? Sevinc, niye insanlari mecbur edirsen..? -))
Savab iş üçün mecbur eliye biler.Halaldı Sevince.
Bele bir shair da varmish, maraqsiz deyil…
“Bu akşam ölürüm,
Beni kimsə tutamaz,
sen bile tutamazsın,
yıldızlar tutamaz,
bir uçurum gibi düşerim gözlerinden,
gözlerin beni tutamaz…
Bir şiir yazarım,
bir türkü söylerim,
bir sen olurum,
bir ben ölürüm.
Bu akşam ölürüm
sırf senin üçün,
beni ölüm bile anlamaz.
OSMAN DEMREN.
Aynur xanim, ugurlu misralarin var. Özü də özünə məxsus. Amma yenidən işlənməyə ehtiyac var, əzizim. Ən əsas odur ki, sevgiyə layiq ruhun var. Ugurlar olsun. (xaqan-am@mail.ru)
aynur, sher eladi, ama senden niye xeber yoxdu?
Her kes sag olsun fikirlerine gore! Minnetdaram.
Ay Nur salam, ölmə sən bizə çox lazımsan. Amma soruşmaq istəyirəm: Neyçün ölürsən?
(heç soruşmadın neyçün ölürəm…)
Aynur, doqrudanda gözel şeirdi. Çoxdan idi senin şeini izlemirdim, daha doqrusu gormurdum. Uqurlar
Salam. Ay Elemdar, sen sorushmali deyildineeee, 1 adam var, o sorushmali idi…. sorushmadi…
(zarafat edirem)
Faig bey, chox sag olun fikrinizi bildirdiyine gore.
Qəmdən öldüm demədin hali-dili-zar nədir,
saatım olmuş xərab, telefon da avarədir.
Qış gəlir, quşlar gedir, yuvaları olmuş viran,
məni qaramı basır, ya fəslin üzü qarədır.
Rəfiqəm inciməsin, ad günü mənsiz keçəcək,
Ayım nurdan ayrılmış, qar da dizdən yuxarədır.
Bele basha dushurem ki, Memmed Savalan, yaman bekar adamsiz. Ishiniz-gucunuz de agziniza geleni yazmagdir.