Səxavət Sahil. Şeirlər
Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 11 Aralık, 2009Tanışdır siqnal səsi
axşamlar
işıq dirəkləri altında
duran qadınlara.
Bu səs tez-tez
diksindirər onları…
Hər axşam
bu səsi gözləyərlər.
Gözləmək
onların adətidir,
iş yeri kücələrdir.
Vaxt burada
havayıdır.
Saatdan cox
gəlib kecən
maşınlara baxırlar.
Kimi gözlədiklərini də
bilməzlər.
24 saat işləyən
marketlər kimi
hər zaman
xidmət göstərirlər.
Xidmətin dəyəri
onlara yaxınlaşan
maşınların
dəyərindən asılıdır.
“Gecə marketinin malları”
əlavə dəyər vergisindən də
azad deyil-
azad olmayan
insanlar kimi.
Bakı axşamları
Bir az küləkli,
bir az burkülü
bir az coşqun Xəzərli,
bir az da evlərinə
suyu saatla verilən
Bakı axşamları.
Mərkəzi kücələri işıqlı
ətrafı qaranlıq
sabahları aydınlıq
Bakı axşamları.
Göydələnləri
hər gün ucalan
“Kənd uşaqları”nın
qalmağa yeri olmayan
Bakı axşamları.
Sahibsiz kücə itləri
ac qalan.
Yalnız sərxoşları
xoşbəxt görünən
Bakı axşamları.
Xəbərləri qanlı-
axşamları
xeyir olmayan
Bakı axşamları,
sabaha qədər…






Yüklənir...
Hemise oldugu kimi Sexavetin seirleri etirli ve ozunemexsusdur. UGURLAR!!
Təbrik edirəm, Səxavət. Gözəl şeirlərdi. Uğurlar sənə.
Təbrik edirəm, Səxavət Sahil! Yeni-yeni uğurlar sənə! Xaliq Şükürlünün də şeirlərini toplayıb “Kultaz”a vermək lazımdı. Onun da əvəzolunmaz fikirləri var…
Baxıram sənə, sonra da yazılarına… Bir də imkan tapıb səni heyran-heyran alqışlıyanlara….
Olara da yazığım gəlir, sənə də.
gözəl şeirlərdir,men lezzet aldim şeirlərinizdən,uğurlar.elə bilirlər ki Yurdcu heç bir şeiri sevmir,bax bu şeirləri sevdim.bu zövqü mənə əta etdiyin üçün sənə təşəkkür
1-ci şərhçi, yəni ayla xanın birləşməsi çox maraqlı bir şərh yazıb: “Hemise oldugu kimi Sexavetin seirleri etirli ve ozunemexsusdur” .Kompütein ekranını ha iyləsəm də, öz “EXSTRİM” odekolonumun acı yovşan ətri verən qoxusundan başqa bir iy duya bilmədim. Yəqin mənim burnum zəmanədən heri qalıb.
Şeirn şairin “Özünəməxsus” olması da maraqlı gəldi. əcaba , şeir kimə məxsus olmalı idi ki?!
“Gözəl şeirlərdi”, “qəşəng şeirlərdi” kimi sözlər, əslidə dilimizdə işlədilən “zad”, “şey”, türkiyəlilərən “yani”, “əvət” sözləri kimi heec bir məna tutmu daşımayan komplimentlərdir.
Cavan və istedalı adama yazılarındakı müsbət cəhətlərlə bərabər, kəsir sayılan cəhətlər də göstərilməlidir ki, inkişaf edə bilsin, daha da gözəl yazsın, yerində sayıb qalmasın.
İndi ir balac da olsa təhlilə keçək. hƏr iki şeir ictimayi mövzulu, tənqidi məzmunlu yazılardır. Yəni, bu mövzular əslində yurnalistikanın xörəyi sayılsa da, şeir mövzusu da ola bilər. Çünki, bəzən şeir həqiqətən jurnalist məqaləsindən də kəsərli təsir göstərə bilər. aamma, burda məsələ ifrata varmamaqda, janr qarmaqarışıqlığı etməməkdədir ki, 800 il qabaq paapaqçı və palançı misalında bizə tövsiyə edilib.
şeirin ritmi oynaq olsa da yaxşı televiziya kanalının kriminal verlişləri aparan müxbirinin canlı yaınla apardığı reportajı xatırladır.
24 saat işləyən
marketlər kimi
hər zaman
xidmət göstərirlər.
Xidmətin dəyəri
onlara yaxınlaşan
maşınların
dəyərindən asılıdır.
Bunlar hamısı doöru həqiqətdir, amma heyif ki poeziya deyil. Çünki adi jurnalist cümlələridir. bir də baxaq.
“24 saat işləyə marketlər kimi hər zaman xidmət göstərirlər.”
o biri bənd həmşinin. toplanaların yerini dəyişdikdə cəm dəyişmədiyi kimi, burda da məna dəyişmir, baxmayaraq ki, bu yolla jurnalist iicini şair imicinə dəyişmək cəhdi var. Niyə? səbəbini mən bilmirəm. Bütün Azərbycan jurnalistləri bu işə qurşanıb?!
İnsafən deyək ki, Səxavət Sahil problemi görmək, ictimayi əhəmiyyətli sual qoymaq baxımından çox jurnalistlərdən bu işi daha yaşı görə bilir.
Bu iki yazıdan “Bakı axşamları” daha uğurlu sayıla bilər. Burda nəhəng meapolisin ştrixlərlə panoraması verilib. Uanutmamalı ki, şair birinci növədə şeirin sənət baxımından təlblərini ödəməlidir, ağıllı fikir, tənqidi fikir, hətta prezidentlərə eşq olsun! kimi deyilən şüarlarda hələ poeziya demək deyil. Onun öz qanunları var və bu barədə ən azı ədəbiyyta dərsliklərində də müəyyən məlumatlar var. Kimsəyə dərs keçmək dfikrində deyilik, amma hədindən nartıq hər şeyi unudanlara xatırlatmaq faydalı ola bilər.
Yalnız sərxoşları
xoşbəxt görünən
Bakı axşamları.
Bu misralar müəllifin incə müşahidə qabiliyyəti və yumor hissi olduğunu da göstərir.
Özünü “klassik” hesab edənlərdən fərqli olaraq tənqid və təriflərimi özümə rəva bildiyim qədər də başqalarına rəva bilirəm. Uğurlar, Sahil bəy!
Sənət dəryasının sahili yoxdur!
.
Hormetli Sultan Merzili, sizin elektron unvaninizi nece oyrene bilerem, mumkunse, yazin. Serhleriniz maraqlidir.QUZEYLI
Çox maraqlı qələmin var Səxavət, bir daha sənə uğurlar. Adını və şəklini burada görüncə ürəyimdən sənə yazmaq keçdi.
Hörmətli Quzeyli, elekton ünvanım: s_marzili@yahoo.com
Diqqətiniz üçün təşəkkürlər.