Yaponiyalı fotoqraf Midori Sakurai: “Bakı çox xoşuma gəldi”
Yazar: Admin | Bölmə: Foto | Tarix: 12 Aralık, 2009
Dekabrın 18-dək davam edəcək IV Beynəlxalq Müasir İncəsənət Biennailisində bir çox ölkədən gələn qonaqlar iştirak edir. Bakı təəssuratlarını bölüşən yaponiyalı fotoqraf Midori Sakurai burada özünü çox yaxşı hiss etdiyini dilə gətirib.
Biennalidə Yaponiyanı təmsil edən, özü isə Parisdə yaşayan fotoqraf Bakıya ilk dəfə səfər etdiyini bildirib. “Bakı mənim çox xoşuma gəldi. Bu günə qədər niyə bura səfər etməmişəm, bilmirəm. Bu gözəlliyi çoxdan görməli idim”, – deyə M.Sakurai bildirib.
Yaponiyalı fotoqraf ilk səfərinin onun yaddaşında xoş və unudulmaz xatirə kimi qalacağını qeyd edib.





Yüklənir...