ANS kanalına Türkiyədən təklif gəlib

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 17 Aralık, 2009

1ANS kanalınını yüksək reytinqli verilişlərindən biri – “Elgizlə cümə axşamları” proqramının aparıcısı Türkiyə səfərindən qayıdıb. Belə ki, aparıcı Elgiz Əkbər “Türk dünyasının uğurlu televiziya layihəsinin aparıcısı” nominasiyasında mükafata layiq görülüb.
Onu da qeyd edək ki, gümüşdən hazırlanan ödül qızıl suyuna çəkilib.
“Tədbirin belə yüksək səviyyədə keçiriləcəyini həqiqətən gözləmirdim. Ödülü mənə şəhər meri və turizm naziri təqdim etdi”, – deyən Elgiz Əkbər tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Daha sonra aparıcı Türkiyə tərəfindən ANS kanalına televiziya filminin çəkilişi barədə təklif gəldiyini də bildirib.

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 3,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın