Nuridə Atəşi. YENİ İL ARZUSU

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 24 Aralık, 2009

1Bir ərən istərdim,
Yalnız mənim olsun!
Bir ərən istərdim,
Yalnız onun olum!

Bir ərən istərdim,
Hər gecə onun sinəsində yuxuya dalım!
Bir ərən istərdim
Hər sabah onun öpüşüylə oyanım.

Bir ərən istərdim,
Mənim qayğıma qalsın.
Nazımı çəkib halımı sorsun.
üstümdə əssin əsim-əsim.
Hər zaman başım üstdə titrəsin.

Bir ərən istərdim, onunla
həftə sonlarını keçirim.
Bayramları qeyd edim,
Təzə ili, Novruzu…

Bir ərən istərdim.
Ona vəfalı olum.
Bir tək onun üçün döyünəydi ürəyim.
Sevdiyini göz önündə tutaydı,
Buraxmayaydı məni qürbət ellərdə təkbaşına
Və dünyanı yapayalnız dolaşmağa.

Bir ərən istərdim
Başqa qadınlara baxmayaydı o.
Və mən başqa ərkəklərə.
Bir-birimizə bəs ola biləydik.

Bir ərən istərdim
Onunla bir dam altda qocalaydım
Saçlarım onunla ağaraydı
Məni atıb gənc qadınlara qaçmayaydı.

Bir ərən istərdim
Onunüçün mən dünyada hər şeydən uca olaydım.
Və o mənim üçün!
Bir ərən istərdim
Yalnız mənim olaydı
Yalnız mən onun!!!

Bir ərən istərdim ,
Ax, məni ram edən!!!

Berlin
feuertochter@yahoo.de

1 səs2 səs3 səs4 səs5 səs (6 səs, hardasa: 3,83 ilə 5 arası)
Loading ... Loading ...

45 Şərh var
Şərh yazın »

  1. Yaxşı istəklərdir. Amma şerdə ən çox hiss olunan şiddətli ehtirasdır.

  2. bir eren isterdim …de yapsin

  3. maraqlı elandır.
    Allah hər kəsin axtardığını yetirsin, bizimki də içidə, türkn məsəli.

  4. Sən istəməknən döyül ki… gərək ərənlər də səni istəsin!

  5. seviyyenin bu qeder dushecejyini gozlemezdim

  6. bu elanı başqa formada da vermək olardı,məsələn esse və ya gəraylı şəklində… ay nə sazın yeridi!..

  7. Cox tezlikle novbeti seir bele adlanacaq – BIR EREN TAPMISHAM…

  8. Əslində bu hər bir insanın içindən keçən bir arzudur. Hər kəs yanında ona sadiq belə birisinin olmasını istər. Eləcə də bura “səviyyəsiz” deyə şərh yazan da. Düşünürəm ki, Nuridə xanim şairə olduğu üçün və insan psixologiyasini gözəl bildiyi üçün bu şeri yazib.

  9. Her icinden keceni sheirdir deye teqdim etmeyeceysen ki. Belke birinin ureyinden kececek ki, gullu tuman alsin, durub sheir yazsin ki, ay ne bilim alli-gullu tuman kecir konlumden…Insan psixologiyasiiiiiiiiiii fuuuuuuuuuuuuuuu….etimizi tokmeyin siz allah. adam illerdir Almaniyada yasayir, gedebeyin shinix kendile Berlinin ferqini anlamayib hele. Getsin hec olmasa yaadigi olkenin edebiyyat tarixini oxusun, belke ozu yazdiglarindan utana.

  10. Nuride xanim çox sağ ol belə etiraflarin üçün. Bir zamnalar ipe sapa sığmayan xanım sonra ram olmuşdur. Ancaq arzularının çın olması çətin dəyildi. Bunla mənim kimi bir çox ərəni təhqir etmisən. Niyə ölmüşəm, nazını da çəkərəm…

  11. Gözəl arzun, diləyin var. Allah arzuna çatdırsın.
    Amma istəmək azdı. Hem də tək özünü düşünürsən. Buna hər halda ədəbiyyat nümunəsi deməyəcəyik. Arzuların qafiyəli söhbəti kimi qəbul edirəm.
    Heç demədin o ərənin qazancı nə olacaq!? Sən arzuladıqlarına layiq olmağı bacarsan, söz yox ki, ona qovuşarsan… İnşallah.

  12. Bu yazıda ağrı, peşmançılıq və qüssə var, seçilmiş tərz isə bütün bunlara meydan oxumaq istəyindən doğub. Cürbəcür ” ağrıkəsicilər” var, sadalanmasa da, məlumdur. Bu yazı da bir nov ağrıkəsicidir.
    Bu cür yazıları bəyənmək də, bəyənməmək də normaldir, zövqlər müxtəlifdir, amma məzmunundan asılı olmayaraq, hər hansı mətnə qiymət verərkən, şərh yazarkən kinayə etmək, məncə, normal deyil. Bura KULTAZdır, catxana deyil, tənqidi də , teqdiri də ciddiyyət və təmkinlə etmək doğrudur.

  13. Məhşur polşa ədəbiyyatşünası Yan Parandovskinin yaxşı bir sözü var, deyiir ki, lirika — insanın qəlbibinin iç görüntüsüdür. Qəlbini aça bilərsən, bu şərtlə ki, paklıq olsuin.
    İnsanın “içəridən keçən şeylər” nalə demişkən, gedib kor bağarsaqda da dayana bilər….
    Şərhləri ümumiləşdirib nəzmə çəksək, təxminən belə alınardı,
    aldı görək nə dedi:

    GÜLLÜ TUMAN

    Bir güllü tuman istərəm ,
    yel vuranda yellənə.
    ərənlər baxa baldıra,
    ağzını yuma bilməyə,
    suyu axa sellənə.
    kaman çala, tar çala,
    saksafonu dillənə.
    ərənlərin eşqdən
    sinəsini caz dağlaya.
    nərə çəkib sağa, sola,
    bilet alıb düşə yola,
    keyfini saz saxlaya.
    O dönüncə uzaq yoldan,
    nənəsi qaz saxlaya,
    tuta yola,
    tukündən yastıq tuta,
    döçək sala,
    üstündən ağ mələfə…
    ərənlər ayğır kimi,
    kişniyərək şellənə,
    Yaşıl teatrda, açıq havada,
    Millət baxa, şənlənə
    yel vura tuman yellənə,
    yellənə güllü tuman,
    yellənə.

  14. Məmməd Araz, Quran gətir and içim,
    Bu dünyanın düzəlməyi getdi ta…

    Bu sözləri Məmməd Araz deyəndə, bu günü görürmüş. Əzizlərim, bu nə deməkdi? Bu nə gündür biz düşmüşük? Quzeyli ilə razılaşardım, müəllif sonda e-mail adresin yazmasaydı.
    Türk kinosunda (“Kurtlar vadisi”ndə) uşaq hansısa aləti çalmaq istəyir, böyük girib içəri deyir:
    -Bizə hörmətin yoxdursa, sənətə hörmətin olsun!…

    Əziz xalqım, gəlin şeirə bu cür hörmətsizlik etməyək! Şeir İlahinin şairlərə göndərdiyi vəhydi! Söhbət əsl şairlərdən gedir… Allah bizə dərin düşüncə və şeirə, sənətə qiymət verə bilmək bacarığı versin! Amin!

  15. Nə pis istəyir… Və hiss olunur ki, belə adam sevməyi bacarmır. Sevməyi bacaran şərtlərə bunca aludə ola bilməz.

  16. xanım istəyirem demire,isterdim deyir. keçmish zamanda,indi olmasın anlamında.
    İstiyib,alınmıyıb,zaman keeçıb,indide nostaljısın yaşıyırda.
    Nediye düşmüsüz üstünü!!! Yaçuz ötende haluza baxarıq.
    Tam ciddi ))

  17. Mən ona sevindim ki, burda çoxluq şeirlə qeyri-şeiri, ədəbiyyatla qeyri-ədəbiyyatı ayırd etməyə çox zəhmət çəkmədi. Bəli, bu şeir deyil, son dərəcədə bayağıdı, daha doğrusu, elandı e bu, mail adresin də yazıb ki, kimlərləsə mailləşsin, darıxmasın. Vaxtilə bu qadının gözü Alman səfirliyində hansısa vəzifə tutmaq idi, Azərbaycan dövlət başçısına çıxmaq üçün yollar axtarırdı və s. Onun açıq-aşkar cəhdləri oldu. Alınmadı. Əgər alınsaydı, bu qadın Qənirə Paşayeva kimi, Elmira Süleymanova kimi, Bahar Muradova kimi ağa qara, qaraya ağ deyənlərdən biri olacaqdı. Bu, ehtimal deyil! O, əsl yazar və şairlərimizi indi qonorar üçün publisist olmaq məcburiyyətində qoyan bu siyasi hakimiyyətlə elə günü sabah sövdələşməyə gedər. Çünki bu qadın üçün ədəbiyyat həmişə vasitə olub, indi də şeirlə elan verir. Özü də nə qədər çıl-çılpaq elandı bu. Şərh yazanlardan biri gözəl ifadə edib bunu: “güllü tuman”la. Bəli, şeirdə tumana bağ (keçid) var, yəni oxuyanda soyunmaq istəyirsən. Bir sözlə, tipik bir kiç (Kitsch) nümunəsi! RƏZALƏT!

  18. Şaxta babadan istəyirsiniz yəqin o ərəni? Özü də ərən e…..gülməkdən öldüm vallah!
    Nə yazıq ki, aradığımı bula bilmədim şeirdə. Nə isə çatmır. Çox bəsit bir problemdən bəhs edirsiz. Bəlkə də Avropada problemsizlikdən belə şeirlər yazırlar camaat, o da ola bilər. Dərdləri, tasaları azdı, kefləri sazdı. Özü də durub deyir ki, Nərmin Kamal, Günel Mövlud, Sevinc Pərvanədən yaxşı yazıram. Nə Günelin, nə Nərminin, nə də özümün bu qədər bəsit şeirinə rastlamamışam hələ.
    Hələ Cavidan da var. Çox istedadlı qələm sahibi. Azərbaycandan kənara ayaqlarını atmayan biz, bu da Avropanın göbəyindəki siz!
    Orda qadınların problemi yoxdu, tamam. Burdakıların səsini duyurun siz də! Bizim problemlərimiz çoxdu və ən axırıncısı bəlkə də kişi problemidi. Özü də qondarma bir problemdi ki, açıblar başımıza. Özgələri yox. Ata-analarımız. Gözümüzü dünyaya açan gündən bizi həyata hazırlamaqdan öncə ər evinə, arvadlıq həyatına, toy gecəsinə hazırlayırlar. Ərən axtarırlar altdan-altdan.
    Mən bu şeiri belə yazardım:

    bir ərən istərəm
    evi olsun…
    damında qızıl xoruzu…
    səhərləri banlasın…
    yuxudan oyanaq bir yerdə deyə-gülə…
    çıxaq səhərin seyrinə əl-ələ.

    bir ərən istərəm
    altında maşını…
    oynadanda göz-qaşımı
    ürəyi çıxsın yerindən
    al-qırmızı qanını sıçrada-sıçrada
    tup-tup eləsin…
    yenə gedib hininə girsin…

    bir ərən istərəm
    problemsiz
    dərdsiz
    qəmsiz başı olsun…
    “vay-vay dərdli başım” nəğmələrini dinləməsin…

    xonçaları düzsün dalbadal
    gəlin maşını limuzin olsun…
    Qarabağ dərdi olmasın.
    əsgər gedib qayıtmış olsun
    gedib ölüb
    məni dul qoymasın…
    yeddi yerimlə bir dərədə

    bir qızımız, bir oğlumuz olsun
    oğlan ona, qız mənə oxşasın
    qızın adını O
    oğlanın adını Mən qoyum…

    bir ərən istərəm
    üzünü hər gün qırxsın
    corabını dəyişsin
    dişlərini sürtsün
    ayaqyolunun təmizliyinə diqqət eləsin…

    bir ərən istərəm
    məşuqəsi olmasın
    pul qazanan olsun
    ya həkim olsun, ya hakim

    məni evə qapatsın
    ram eləsin məni…
    qolaylanıb üstümə gələndə
    bağrım yarılsın
    yer-yerindən oynasın…
    məni ağuşuna alsın
    nəfəsimi kəssin
    səsimi kəssin
    ayağımı kəssin
    Allah kəssin
    Allah kəssin deyə-deyə gəzə bilməyim.
    onsuz bircə el toyunda qol götürüb
    süzə bilməyim!

  19. Əziz Sevin Pərvanə! Özünüzü məndən yaxşı şairə hesab edirsiniz.Nə gözəl! Amma siz dünyaya gələndə Nuridə Atəşi artıq yüzlərlə şeir yazmışdı. Mənim şeir təcrübəm, həyat təcrübəm, yazarlıq təcrübəmin yaşı sadəcə çox- çoxdur. Siz özünüzü öz yaşıd qələm sahibləriniz ilə müqayisə edin. Amma bunu oxucular və gələcək nəsillər qoyun müəəyən etsin. Biz özümüz yok! Şeir, ədəbiyyat dünyasına kinli, ədavətli və bir şairəyə yaraşmayan toxumlar səpməyi Sizin kimi gənc və gözəl bir istedadlı qələm sahibinə yaraşdırmıram. Mən şeir yazmağa başlayanda Nurəngiz Gün mənim üçün ideal idi. Və mən bu gün də onu dünyalar qədər sevirəm. Sizin “Burdakı qadınların səsini duyurun Avropada“ deyən çağrışınız çox haqsız və kinayəlidir. Siz mənim alman dilində yazdığım “Qadın duyğuların boğulan harayı” kitabımımı heç eşitdinizmi? Mənim yaradıcılığımda ən önəmli Azərbaycan qadınının,müsəlman qadının əzilmişliyini, hüquqsuzluğunu, çəkdiyi əzab-əziyyətləri ərkək dünyasının zindaninda boğulan haqqlarını və haraylarını dünyaya çatdırmaqdır. Bunun üçün provokativ qələm üslubu çox əlverişlidir. Hər oxucu təbii ki öz mədəni səviyyəsində, öz dünya görüşündə dəyərləndirir, qiymət verir.
    Sizin gözəl, təcrübəli, müdrik bir şairə olacağınıza böyük inam və səmimi yeni il arzuları ilə Nuridə Atəşi.Berlin

  20. Müdrik bir nənə olmağı istəməzdim!
    Mən heç də düşmən mövqeyində dayanmamışam. İlk siz başlatmışdınız, hələ 3-4 il bundan əvvəl qəzetlərdə müsahibə verərək, ədəbiyyata gələn gənc qızlara yuxarıdan aşağı baxmışdınız! Mən bunu sadəcə yadınıza saldım. O ki qaldı, yuxarıdakı şeirə… fikirlərimə sadiq qalıram. Və söhbət məhz bu şeirin üstündə qurulmuşdu. Buna diqqət ediniz, lütfən. Bəlkə də xəbərim yoxdu, güclü şeirlərinizi alman dilində almanlar üçün yazırsınız, zəifləri ana dilimizdə bizim üçün. Ola bilər.

  21. deyirəm “Arşın malalan” da o qulluqçu necə oxuyurdu? mən gedərəm o ərənə(bağışlayın O oğlana…) nəyi olsun deyirdi?
    allah sizi alzaymerdən qorusun

  22. Bu şeir mənə də ilham verdi:

    Bir sevgili istərdim
    Q..q tayadan enməmiş oyanan
    Ala inəyi sağıb
    Təzə südlə qəlyanaltı servisi yapan…

    Yeri gəlmişkən, mail adresi də kompozisiyanı tamamlayır ha, feuertochter- yanıq qız…-))

  23. bu sheir – tenha qadinin, hec vaxt semimi sevilmemish qadinin harayidir, feqet vulqar teqdimat sheirin movzusunu mehv etmishdir

  24. Mənə ən maraqlısı bura toplaşan ərənlərin reaksiyası oldu…))

  25. Nuridə Atəşi xanım bu yazısı ilə qoyduğu məqsədinə qismən nail olub.
    Oxucunu qıcıqlandırıb reaksiyasını yoxlamaq. Onun kitablarındakı seksual məzmunlu şeirləri də daxildən gəlməkdən daha çox, görüntü üçün nəzərdə tutulub. Üzrü günahından qəbahətli olmaq məsələsi kimi, qadınlarımızın həyatında olan çatışmamazlığı göz önünə gətirmək, mümükün qədər keçmişin zərərli adətlərindən azad etmək hamımızın borcudur, amma qadını qadın edən mənəvi keyfiyyətlərədən, birinci növədə abır-həyadan azad etmək daha böyük qəbahətimiz olardı. Bax bunları xanım qarışdırır.
    Bu yazısında azərbaycanlı qadınlar üçün nəzərdə tutulası etik və əxlaqi normaları bir yana qoyub, sırf sənətkarlıq baxımından yanaşsaq, “Bir ərən istərdim” cümləsinin (çünki bu şeir misrası deyil) təkraından başqa bir şey yoxdur. Deməli bu, kənd dilində desək, üst-üstə qalaqlanmış ağac-uğacdır, nə hörülmüş divardır, nə toxunmuş çətən.
    Müqəddəsliyi yaratmaq çox çətin, onu alçaldıb tapdalamq isə ən asan yoldur.
    İnsanı yüksəldən illərin sınağından çıxa biləcək sevgi hissləridir, sırf şəhvani hisslərin isə ömrü qısa olur.
    Gənc və yaraşıqlı xanıma özünə, plakat kimi nümayiş etdirilən zahirindən, şeir yuvası da olan qəlbinə dönməyi arzu edirəm.
    Hər gün milonlarla sadə müsəlmanların təkrar etdiyi, amma çox azların dərk etdiyi sadə bir həqiqət var:
    Allahım, sən bizi doğru yola yönəlt! Yolundan azanların, qəzəbinə düçar olanların deyil. Amin!

  26. Sevincin sheirlerinde sosial problemler ve cinsellik, qadinin beyni, ureyi ve cinsiyyet orqani uzlashir, her uchunun poetikasi, etiraz, ironiya var – bunlar epataj toredir.
    Nuridede ise sade, arxasinda bir shey durmayan cinselliyin epatajidir.
    Nuride epataj edir, ancaq onun 10 il evvel etdiyi epataj da ele bu yuxaridaki sheirin mezmununda idi.
    Oxucunu qiciqlandirmaq meqseddirse, bunu artiq etmisen, Nuride xanim, ele hey ozunu tekrarlayirsan.
    Gel, bu gece xelvet, gel gunaha bataq – misrandan neche-nece aylar, iller sonra senin yazdigin sheir yene eyni sheyi deyr: gel, ey eren, hardasan, gel, bir eren isteyirem… Vermek istediyiniz mesaj sadece budur: oxucu, bax, men ne intim hislerimi etiraf ede bilirem achiq-achiq, bax men nece komplekssizem, sene exlaqsiz kimi gorunmekden cekinmirem hech…
    Ancaq Bakida edebi muhit cox inkishaf edib, artiq ele etiraflarla teeccublendirmek olmur, olmaz. O merhele ashilmishdir.
    Almanlar medeni milletdir, xususen komplimenti xoshlayan sizin kimi bir sherqli xanima nezaket olaraq, sheirlerinizi terifleye bilerler, bu zaman semimi de ola bilerle, ancaq edebiyyatin inkishafi daha canli, qaynar prosesdir, onun terezisi oxucu teshekkuru, oxucu xoshgorusu deyildir. Oz sheirlerinizi fenomen saymaga telesmeyin, chunki sizinle eyni zamanda yashayan, yazan fenomenler var. Bir neche almanin xirda komplimentleri sizi bir yerde saymaga, bataqliqlashmaga getirib chixarib. Eger Bakida bunlar artiq teeccublendirmise, Furux Ferruxzadlari, “Ilk defe fahishelik etdiyim kishi seher menim ovcuma bedenimin pulunu qoyanda o bir neche qurusha baxaraq ferehlendim, ozumu o pulla azad hiss etdim” yazan Merakeshli qadinlari taniyan, “ne qeder ki, analiq instinkti mifi movcuddur, qadinlar boyun eymeye davam edecek” yazan Simona de Bovuari olan Qerb edebiyyatinda sizin bu gosteri – sheiriniz hadise sayila bilmez, bu sheirler – plakat sheir novundendir. Charlz Bukovskinin bir sheiri var, texminen orda bele deyilir ki,
    bir gun bir dostum bashqa shtatdan mene zeng etdi, dedi ki, Charles, senin sheir kitabini oxudum, chox gozel yazmisan sheirleri, ancaq telefonda dostum bunlari mene deyende onun yaninda bashqa bir kishinin sesi geldi: “fuck you, Charles”, dostuma dedim ki, deyesen tek deyilsen, o ise cavab verdi ki, he, yanimda bir neche dostum da var, sen gozel yazmisan bu sheirleri, Charles, ve yene de onun yanindan sesler geldi: you are asshole, you wrtie sh… (ingilisce agir soyushler)…”
    Muellif oz sheirinde ozunu soyur, bunu o otuz il bundan evvel yazib. Charles Bukovski dunyada bu nov sheirleri yazan ilk insan deyildi, ondan evvel de nechesi vardi. Ancaq sizin demeyinizden bele chixir ki, bu novun sheirin banisi sizsiniz ve her kes sizden oyrenib. Aman, diqqet edin, indiki gencler intenetde dogulub boyuyubler, onlari tesirlendiren nece shairler olmushdur dunya edebiyyatinda…
    Nuride xanim, istedadlisiniz, cesaretlisiniz, chalishqansiniz, amazonsunuz, ancaq Azerbaycan edebi muhitindeki shairlerden yalniz birisiniz ve en yaxshisi deyilsiniz. En, en, en, en birinci, en yaxshi kimi gorunmek chabasi kimde varsa, bir an once vaz kechsin, edebiyyat elelerini chox gormushdur, udar sizi de.
    Mudrik oxucu.
    Oxucunun gozu terezidir.

  27. Salamlar. İlk öncə onu deyim ki, N.A hər zaman istəyinə nail olur. Buna səbəb bəlkədə onun qadın olmasıdır. Yoxsa bu saytda çox maraqsız və duzsuz yazılar olur və heç kimdə reaksiya vermir. Maraqlıdır ki, N. A. bir şeirlə mənim intellekt kimi qəbul elədiyim 6-7 nəfəri də münasibət bildirməyə sövq edib. Hansı ki, bu şəxslər də qələm adamlarıdır və poeziya nə olduğunu bilirlər.
    Məncə bu hay-küyə ehtiyac yoxdur. Artıq N. A. bu tipli şeirlər müəllifi kimi tanınır və müəyyən oxucu toplusu da var. Heç kəs ədəbiyyat naminə şərh yazmadığı üçün şərhlər mənasız görünür. Ancaq S. P.nin şeiri də pis alınmayıb. Savaş açmağa dəyməz. Onun “ərən arzusu” normaldır. Bəzi gədələrin şeirlərində yanıqlı “qadın arzusu” boylandığı kimi…
    bu poeziyadır…
    Bir şair arzusundayam
    şeir yazsın.
    bir yazar arzusundayam
    nobel alsın
    bir jurnalist axtarıram
    həqiqəti
    insanlığa çatdırsın.
    və sair və ilaxir
    axtarmağa nə verirlər ki…..

  28. 26-cı şərhçiyə təşəkkürlər!

  29. Buna seir demek, seirleri tehqir etmekdir. Dogrudur, bir cox insanin ureyinden kecen arzudur, amma ne olsun, besit arzudur, belesi barede seir yazmagina deymez, serf olunan zamana heyifdir!

  30. 25-ci şərhçinin sonuncu sözlərinə qüvvət:

    Sən, bəlkə də, güclüsən,
    Sən, bəlkə də, gözəlsən,
    ağıllısan, ustasan,
    çox şeylərə qadirsən,
    Amma nolsun,
    yenə də özün özünə sirsən.

    Sən kimsən ki?
    Allahın bir günahkar bəndəsi,
    Sən heç belə olmazdın
    olmasaydı üstündə
    Yaradanın kölgəsi.

    Bu kölgədən qıraqda sən atəşlər içində
    qıvrılarsan, yanarsan,
    çəkdiyin iztirablar gözündə yaşa dönər,
    bir ümid axtararsan,
    bir təsəlli gəzərsən,
    umidin, təsəllinin
    ürəyi daşa dönər.

    Anlaşılmaz bir qorxu heybətli kabus kimi
    sarılar vücuduna,
    zəhərli caynağını batırar ürəyinə,
    ürəyin qopub düşər ayağının altına,
    ürəksiz vücudunu arxasınca sürüyər
    cəhənnəmin ən dərin, ən dəhşətli qatına.

    Bu kölgədən qıraqda
    nə ağıllısan, nə dəli,
    nə olüsən, nə diri,
    olərsən, dirilərsən
    gündə neçə yüz kərə,
    bir kimsə də tapılmaz
    könlünə dinclik verə…
    Qaytar, İlahi, qaytar
    kölgəndən sapanları
    kölgən düşdüyü yerə!!!

    (Bu sətirlər 2005-cı ildə yazılıb)

  31. Man cox istardim “Cobo” imzasi ila sarh yazan oz kisiliyini aciq soylardi tabbi ki, casarati catmayib yaza. Nurida xanim cox fadakar qadindir va bu gun o Almaniyada Azarbaycan ucun cox islar gorur. Xaricda yasamaq, vatan ucun mucadila etmak hec da asan deyil. Hamin o “Cobo”ya yazardim ki, onun dirnagi edani sizin basiniz etmayib buna aminam. Cunki onun insanlari lakalamakdan basqa maqsadi yoxdur. Man Qanira Pasayevani saxsan tanimiram, amma cox fadakar bir qadin olmagina subham yoxdur. Yazilarini, cixislarini izlayiram imkanimolduqca izlayiram. Casaratli va bacariqli xanimdir. Elmira Suleymanovaya galdikda o yasinda hala bu vazifaya galmazdan onca Azarbaycanin an faal qadinlarindan olub va man onunda faliyyatini yuksak qiymatlandiriram. Onunla birga qadin taskilatlarinda istirak etmisam. Qarda, qisda onunla doyus bolgasinda olmusam, komaksiz insanlarin komayina getmisik. Na yaziq ki onlarin falliyyati indiki catin dovrada va bu gunki iqtidarla islamak olub. Nurida xanima galdikda o Almaniyada “Korpu” adli gozal tartibatda jurnal hazirladi. “Cobo” bir Nurida xanimin “Yuz ilin sirlari” kitabina baxin. Takca varaqlayin. varaqlamak ela kifayattdir ki, onun na qadar zahmat cakdiyini gorasiniz. Dunya arxivlarindan Azarbaycanin unudulmus gozal bir yazarinin – Asad bay haqqinda olan kitabini. Dunyada mahsur olan “Ali va Nina” asarinin muallifinin kimliyini ortaya cixardi. Biz azarilar ona sahib cixmadigimiz halda yahudilar onu ozununkulasdirib. Amma Nurida xanim onu bizlara qaytardi. Vaxtila Asab bayada ayyas, qadinparast, axlaqsiz dedilar. Amma qurbatda agir gunlar keciran, ganckan hayatini itiran va Azarbaycan haqqinda gozal faktlar yazan istedadli , Azarbaycani Almaniyaya tanidan bir insani yenidan bizlara qaytardi. Azarbaycanin tarixi abidasi olan Qobustanin taninmasinda boyuk islara imza atir. Filmlarin cakilmasina nail olur. Galin insanlari is gorduyu zaman ruhdan salmayaq. Bir sozla bir se’rla muhakima etmayak. Nurida xanim bir qadinin yasayib xosbaxt olacagi xosbaxtliya aila qurduqda sahib olamadi. Xasta ugasila doymadiyi qapi qalmadi. Ovladi ucun mucadila etdi. Har bir insanin haqqidir xosbaxt olmag. Se’rlari kiminsa xosuna galib galmaya bilar. Insanlarin dunya gorusu hayata baxisi muxtalifdir. Birda aslinda bu istak har bir insanin arzusudur. Yaninda onu basa dusub ailasina sahib cixan birisinin olmasi. Man Nurida xanima yalniz yaradiciliq ugurlari arzulayiram.

  32. Gelin nezere alag ki, Nuride xanim vetnden uzagda yashayir.Hardasa basha dushulendir.

  33. Nuride Atesi sadece tukenmis bir yazardir ve bu serle ozunu edebi muhitin yadina salmaq isteyib olsun niye qiciq olursunuz onsuz da bundan o yanasi yoxdur

  34. Nuridə Atəşinin “Yeni il arzusu”nun ədəbi meyarlara nə dərəcədə cavab verib-verməməsəi barədə bir sözüm olmayacaq. Cunki bəzi sərhcilər kimi sənətin, ədəbiyyatin xiridarı kimi göstərib özümü gülüş obyektinə cevirmək niyyətində deyiləm. İstəyir şer olsun, istəyir elan, var olan şeydən qacmaq mümkün deyil. Bu insan -qadın arzusudur, hansı ki, kişidə də var. Nuridə xanımın da kefi istəyib düzüb bu hissini bəndlərə. Hə, nə olsun? Bəyənməyən oxumasın. Guya indiyədək yazılanlar və kultaza qoyulanlar hamısı sənət əsəri olub?!
    Yoxsa, “seksual tələbat” sözü sizə yaddır?! Ya da bura yazan şərhcilərin əlinə hələ erkək və ya dışı milcək qonmayıb?! ((( Hansi birinin urəyindən kecməyib bu hisslər?! Allahin verdiyini niye danırsıniz ay balam? Zənnimcə, ancaq seksual həyatında problemləri olan bu sətirlərə belə aqressiv reaksiya verə bilər. Yuxarıda şərhlər də yazılanlara subutdur. Mən demirəm ki, Nuridə Atəşiin yazdıgı sənət əsəridir. Lap tutalım ki, ən bərbad seydir. Ancaq soruşan lazımdır, pisdirsə, niyə diqqət ayırırsan? Niyə dəyərli vaxtını comment yazmaga sərf edirsın?! Unutmayın ki, ən güclü reklam elə antireklamdır, elə ona gırə də zəif dediyiniz YENİ İL ARZUSU ətrafında bu qədər ajiotaj yaratmısınız?! Bununla da “səviyyəsiz” bildiyniz Nuridə Atəşini öz diqqətinizlə səviyyəyə qaldırmısınız.
    Ancaq özunu agilli, ədəbiyyat, poeziya bilicisi kimi aparan kəslər yaxşı olar əvvəlcə etik davranış qaydalarını öyrənsinlər. Mədəniyyət təkcə kitab oxumaq və bura comment yazmaqla ölcülmür. Düşük, səviyyəsiz fikir bildərmıklə “əxlaqsız” dediiyniz şerin müəllifindən hec de geri qalmadıgınızı subut elədiniz.
    Və həmişəki kimi “mentalitet, “əxlaq”, “namus”, “qeyrət”, nə bilim, din, iman, Allahı xatırlamalar dəxlisiz vaxtda və dəxlisiz mövzuda yada düşüb. Belə olan halda mənasız commentlərin yazılmasına da təəccüblənmək sadəlövhlük olaraq.
    Hormətlə, SEVDA

  35. Nuride Ateshinin bir ” sheri” de vard. ” Shexsi kitabxanam” .” Shexsi kitabxanam erkekler, her kesin oz refi var” deyirdi Nuride. Maraqlidir, onun shexsi kitabxanasindaki erkekler bele tukenib ki o yene de eren isteyir?

  36. Nermin Kamalin Alahla seviwme weiri qezetde 4ixanda men telebe idim. O vaxt birinci bele wer idi 4ox boyuk dehwetle qarwilanmiwdi cemiyetde. Birinci defe onda qezete pul vererek aldim ki, bilim neye gore universitetde muhazire bir kenara qalir muellimimiz bu werden daniwir. Weirin ustunde Eksperimentlere noqte yazilmiwdi. Muellif en son tabunu sindirmiwdi, Allahi yatagina 9agirmiwdi.

    O wer menim dunyaya baxiwimi deyiwdi. Yeni edebiyyatla maraqlanib hemin werin 4ixdigi Edalet qezetinin yeni newre bawlamiw Alatoran elavesini, sonra jurnalini oxumaga bawladim. Ancaq sonra Sevinc Pervanenin Atamin xatirine werini oxuduqdan kor kor gor gor, artiq ugursuz tesirlenme var idi. Nermin Kamalin eksperimentlere nöqtesini o vaxt oxumamiw adamlar u4un ‘Atamin xatirine’ ugurlu bir wok oldu. Lakin 2000ci illerden oxuyan menim kimi oxucular gore-gore gelirik. Nuride Atewinin bu werindeki kiwi, eren 4agiriwi ise Nermin Kamalin Allahla poetik emeliyyatindan sonra size ele gelmir ki, sönükdur? Bunlarin daha cesaretli ve istedadlisini artiq eden olub.

    Gunel Necef
    Baki Dovlet Universitetinin kimya fakültesinin mezunu,
    Qerb Universitetinin biznes idareetmesi uzre magistri,
    Iqtisad Univ-nin Qiymet kafedrasinin assisenti.

  37. Hörmətli Günel xanım!
    Sizin yazdığınız şərh məni toxunduğunuz məsələyə bir az da aydınlıq gətirməyə sövq etdi.
    Düşünürəm ki, qalan oxuculara, ədəbiyyatı sevənlərə də maraqlı ola bilər.
    Elm adamlarınını ədəbiyyatı, poeziyanı sevməsi çox gözəl xüsusiyyətdir. İstər kimya, istər fizika, istərsə də başqa elm sahəsi olsun. Məsələn, kimyavi reaksiyalar üçün valentliyin necə vacib olduğunu, katalizatorların, tempetatur və maddlərin götürülən nisbətini zənnimcə sizə izah etməyə ehtiyac yoxdur!
    Bunlar elm şəklində öyrənilir və praktikada tətbiq edilir!
    Çox təəssüf ki, əlinə qələm, karandaş, dəhrə, balta, yaba, hətta daş-kəsək və daha betər zir-zibil almış adamlar Poeziya deyilən aləmə məhlə davası kimi iddialarla cumuşurlar. Axı, poeziya da elmdir, və heç də riyaziyyatdan, fizikadan, kimyadan əskik bir elm də deyil!
    Bax bu sadə həqiqəti insanalara başa salmağa nəinki zurna-balaban, truba-saksafon, hətta top-tüfəng də bəs eləmir!
    Alt-üst qalaqlanmış çör-çöplər, ip və kəndir qırıqları, şirniquş çöpləri, yarıçiy bişmiş duzsuz makaronlar, küt bıçaqla kəsilmiş əriştələr oxuculara keyfiyyətli, bahalı ədəbi xörəklər kimi sırınır…
    Dekoltenin dərinliyi ağılın və gözəlliyin dərinliyi olmadığı kimi, açıq-saçıqlıq da, adət-ənələrimizi heç edib tapdalamaq da, əslində həyasızlığın, milli dəyərlərimizi dərk etməmək və sayammağın, manqurtluğun bir növüdür. Qadını da qadın edən ilk növbədə onun həyası, ismətidir. Seks-bombaları çox kişilər arzu edər, amma heç kəs özünə həyat yoldaşı, xanım seçməz. Yaponların geyşaları, avropalıların kurtiziankaları var, amma qırmızı fanarlı küçələrin ucuz gündəlik təlabat mallarının təbliği bəlkə də biznes sayıla bilər, peşə sayıla bilər, qibtə ediləcək sənət sayılmaz. Yəni belə bir elementar ağıl tələb edən həqiqətləri bilməyən , dərk etməyən, qulaqlarına qurğuşun və başqa ağır metallar doldurulmuş adamlara başa salmaq çox çətindir. Çünki zirvəyə qalxmaqdansa dərəyə yumalanmaq daha asandır.
    Zahirən sadə və adi görünən bu məsələlərin arxasında çox böyük, vacib mənalrar dayanır! Çünki, mədəniyyətimizi, mənəviyyatımızı qorumaq əslində, elə xalq və millət kimi maddi varlığımızı da qorumaqdır.
    Kürələşmə, qloballaşma dövründə ən böyük təhlükə elə budur. Özünü Azərbaycanlı, Türk sayan, harda olur-olsun bu sadə, amma vacib həqiqətləri unutmasın: Erməni-fars kralların oğluna ərə getməkdən, qızını almaqdansa, aşiqlik, məşuqəlik etməkdənsə, öz millətinin nökəri ilə ünsiyyət qurmaq üstün tutulmalıdır. Əks halda türk deyilən, azərbaycanlı deyilən bir millət, xalq yeni tarixin səhifəsindən itib gedəcək.
    Zahirən adi bir şey kimi görünən ədəbiyyat da əslində çox böyük məqsədlərə qulluq edir.
    Xalqın mənəviyyatına gözə görünməyən, amma hiss ediləcək təsir göstərə bilir.
    Akademik Ramiz Mehiyevin mətbuatda ədəbiyyat və mədəniyyət məsələri ilə bağlı son çıxışları da ölkə rəhbərliyinin bu vacibliyi bir daha diqqət mərkəzinə çəkməsidir.

  38. Sultan bey, yazdiqlarinizla raziyam, amma…
    Wamanizm – qedim turk inanclaridir.
    Wamanizmde insanlarin Allahla seviwerek muqeddes ruhdan waman istedadi ve vergisi almasina inam var. Bu bir elmi meseledir ve qeyd etdiyim Allahla seviwme weiri bu baximdan naqis deyil, mifoloji bir meseleni poeziyaya getirmekdir. Xulase men bu teze qadinlara qatmiram Nermin xanimin yaradiciligini. Onun poeziyasi elmlidir.

  39. Salamlar her kese Beyaz Rusiyadan! Menim fikrimce sherlere iki semtden baxmaq lazimdir : bir populyar , hami icin olan sherler, bir de senet icin, mutexessisler icin, edebiyyat tarixi icin olan sherler ! Bu tekce sherlere aid deyil ele musiqi de beledir , nesr de beledir ! 20-ci yuz illikden kim qaldi tarixde 21 den kim qalacaq ? Bizim Azeri turkcesinde 30-40 milyonluq azeri oxucusunu maraqlandiran eserlerden bashqa , Bileceriden o yana cixan hansi senet numuneleri var ? Dunya medeniyyetine ne ile qovushmaq olar ? Senetde de lobbiciliyin olduqu bir zamanda neyimiz var ortaya cixasi ??? Bir toy shenliyinde adina guclu shair deyilen birisi ozunu Shekspir hesab edir… Nuride Ateshinin sheri shedevr deyil amma oz oxucusunun diqqetini celb eden , bir nece defe “azerbaycansayaqi” ishledilen birdefelik sprislere benzeyir ! Lazimlidir kimese zovq verecek ve sonra da unudulacaq ! yene de muellife yaradiciliq uqurlari arzu edirem !

  40. Günel xanım!
    şamanlıqdan ən çox yazan şair Rüstəm Behrudidir.
    Bu yay onun bir kitabını alıb oxudum. Çox təəssüfki, şamanlıqdən xəbərsiz gördüm .
    Allahl sevmək, Allahla ələqəyə girmək deyil, nə fizioliji, nə cinsi mənada.
    İstər elm, istərsə də din Allah anlayışınını yalnız konturunu , yəni sərhəd cizgilərini verir.
    Əlbəttə, ali təhsil aldıqdan sonra yenidən əlifba kitabını varaqlamaq, bəlkə də nə isə maraqlı şey tapmaq olar,
    şamanizam isə tamam başqa bir şeydir, şüurun inforasiya sahəsi deyilən sahə ilə komutataiv kanalla ələaqəyə girə bilməsidir, deyiliş qəliz də görünsə, mahiyyətəəcə belədir.Yəni, şeir yazan şir də şaman kimi müəyyən intuitiv kontakta girə bilər, amma şamanlıq fərqli məqsədlə istifadə olunur.

    Şərhçi Ülvi vacib sual qoyur: Bileceriden o yana cixan hansi senet numuneleri var ? Dunya medeniyyetine ne ile qovushmaq olar ?
    SUAl çox maraqlıdır, cavabı da var: 40 ildir biz də bu yolda zəhmətə qatlaşırıq, nəticəsi də olar inşallah.
    Dünyanın Füzuli səviyyəli şairi kimdir?!
    400 ilə heç olmasa bir neçə sm. önə gedə bilmişikmi?! Şübhəsiz!

  41. Seyyid Əzim Şirvani yazır:
    “Əmərəm ləblərini ta nəfəsim vaar mənim”
    Bu misranı o zaman bir qadın yazsaydı onu öldürərdilər burdakıların o zamankı türü. Məsələn yazsaydı ki:
    “Əm də gəl ləblərimi ta nəfəsin vaar sənin” Belə yazsaydı yaşatmazdılar.
    Burada çoxları o zaman “Natəvan”a fahişə deyən zehniyət kimi münasibət bildirmişlər. Yazıq Natəvan da erotik içərikli şeirlərini yırtıb atmalı idi, Ya da Məhsəti.
    Hətta adlarını modernist olaraq qoyanlar da Natəvana fahişə deyənlər kimi münasibət bildirmişlər. Qadın bir şeir yazmış Cabo adlı “filisof” adam onu başqaları ilə qiyaslayır. Azərbaycanda olsaydı öylə olurdu, böylə olurdu. Bunun şeirlə nə əlaqsi? Sänä nä? Bu bir əsərin sənət yönünü dəyərləndirmək deyil. Ya da başqaları da şeirin haqqında danışmağı buraxıb başqa şeylərdən, onun şəxsiyətindən danışır. Şeirin tənqidi nə deməkdir? Şeirin sarmallığını (hələzuniliyini) anlamaq, ya da anlamamaq. Onun bir şeir olub— olmamasını bir yana buraxalım. Bir qadının belə bir istəkdə bulunması nədən bu şəkildə dəyərləndirilməlidir? Eyni sözləri bir erkək yazsaydı təqdir edilərdi. Seyyid Əzim yazanda gözəl görünür, Natəvan yazanda fahişə görünür. Erotik istəkləri Nizami yazanda dahi adlanır, Məhsəti Gəncəvi “Ey gəncəli Purxətib yandım həsrətində, gəl içimdəki atəşə su çilə söndür” yazanda əxlaqsız adlanır öz devrində! İnsanın belə istəyi ilə alay etmək, ironik yanaşmaq bizim özgürlüyə qapalı olan kültürümüzə xasdır. Bu şeirdə kötü görünən nədir? Bütün qadınlar bunu istəməzlərmi? Qadının sevişmə istəyini dilinə gətirməsi nədən məsxərə edilir?
    Şeir tarix deyil, hekayə deyil, roman deyil. Bir anlıqdır. Heç bir zaman da bəlkə təkrar olmayacaq bir anda istəklərin musiqiyə, xəyalın sonsuz kosmosuna calanmasıdır. Bu çərçivədə bir şeir parçasını ələ alıb dəyərləndirmək lazımdır. Yoxsa, alman səfirliyinə uğrayırdı, nə bilim hara uğrayırdı… Görünür ki, Məhsəti Gəncəviyə, Natəvana, İranda Füruğ Fərruxzada əngəl törədən zehniyət modernizm donuna girsə də çürük əski zehniyətdən hələ ayrıla bilmir. Sanki adam millət vəkilli olmaq istəyir və rəqibləri də onun həyatını araşdırıb ifşa edirlər. Sadəcə bir şeir üzərinə ya fikrini bildirəcəsən, ya da susacaqsan.
    ***
    Şeir haqqında fikrimi bildirmək istərdim.
    Sayın Nuridə xanım, “ərən” sözünün daşıdığı tarixi yükümlülüklə şeirdəki yükü həm uyğun gəlmir, həm də şeirin bütün insanlara eşit davranma fəlsəfəsinə ziddir. Şeir dünyasında bir iflic, bir zəlil və əlil də bir ərən qədər erotik zövqdən yararlana bilər. Bu ədalət ancaq şeirdə həyata keçə bilər. Siz “ər” istəmişsiniz sanıram, “ərən” deyil. Güclü bir ər istəyi hər bir dişi cinsdə ola bilər. Gözəl bir qadın düşləyən kişi kimi. “Ərən”lərdən əslində yaxşı bir ər olmaz. Çünkü “ərən”lər qadına diqqət etməzlər bir o qədər də. Onlar daima böyük ideya arxasınca qoşub durarlar. Onları bu şəkli ilə qəbul edən qadınlara rast gəlmək çətin məsələdir. “Ərənlik”, “ərən”, “ərmişlik” həm günümüzdəki ozan ədəbiyatında, həm də klasik ədəbiyatımızda istisna insanlar olmuşlar. “Ər” ailə çərçivəsində, qadın—kişi ilişkilərində tanımlanan bir qavramdır. “Ərən” bunun ötəsindədir. Evrənin sirlərinə varmış, varlığın qarşısında bir fikir məsuliyəti daşıdığına inanan və sadəcə toplum üçün deyil, həm də əbədi olan “mən” üçün yaşayan insandır. Bədbəxtliyi daha çox sevən insanlar! Əslində bir qadının ehtiyacı olan erotik enerji bu kimi kişilərdə daha yüksək düzeydə olur. Çünkü böyük sənət adamlarını yaradıcılığa zorlayan həm də onların yapılarındakı erotik gücdür. Seksual enerjidən məhrum olan, ya da seksual enerjisi düşük olanlar böyük sənət adamı ola bilməmişlər. Çünkü yaradıcılıq insan vücudunda barınan bütün enerjinin ortaq ürünüdür. Passionerliyin sənətə yansıması deyəlim buna. Böylə bir insanla qadınlar mutlu olamazlar. Qadınların əlinə fürsət və imkan düşəndə fərqli şeylər arzu edirlər.
    Bu şeiri 20-30 yaş arasında bir qızın istəkləri kimi görmək normaldır. Yalnızlığın acılarını yaşamamış bir qadının. Bir də yanlış və keçici hisslərə könülünü qapdıraraq fürsətləri qaçırmış, mutluluğunu keçmişdə buraxıb gəlmiş, gəncliyini dəyərləndirə bilməmiş və öz içində paylaşamadığı yalnızlığı dərd edən bir qadının ruh halı kimi də anlamaq mümkündür. Yəni qadını bu istəklərə zorlayan psixoloji bir tablov var. Bir durum var. Hər kəs üçün ola biləcək bir durum. Bu durumu şeirə yansıtmanın heç bir zərəri yoxdur. Zatən şeir bir də ağrıların yuvasıdır. İstəklərin dünyası. Gerçəkdən də həyat sevgisiz nə qədər acıdır, nə qədər anlamsızdır sevgisiz və eşqsiz istəklər və ilişkilər. İnsanı bu yalnızlıqdan çıxaracaq bir tək güc sevgidir. Bu sevginin objəsi bir gözəl olmaya bilər, bir ərən olmaya bilər. Sadə bir insan da ola bilər. Evrənin yürüyən canlı örnəyi. Bu üzdən də mənə görə heç utanmadan burada “ərən” yerinə “ər” qoya bilərsiniz. “Ərən” ər-arvad ilişkilərinin ötəsində bir qavramdır. Daha geniş qavramdır. Ancaq “ər”in isə, missionu bəllidir.

  42. “Bir ərən istərdim,
    Yalnız mənim olsun!
    Bir ərən istərdim,
    Yalnız onun olum!”

    Ərən yalnız sənin ola bilməz. O həm də başqalarınındır. Bunu belə yazalım:
    Bir ər istərdim,
    Yalnız mənim olsun!
    Bir ər istərdim,
    Yalnız onun olum!”
    Məncə bu şəkildə həm şeiriyət güclü olur. Həm də bu istəklər yalnız “ər” qavramı içində məna daşıyır. Yəni lazım deyil “ər” filosof olsun.

  43. etirasli ve istedadli xanimdir ve cox gozel ozune mexsus terzde yazir,yaza bilmirsiz bele serrast tenqid yox tehqir edirsiz.

  44. Sultan Merzeli, xususi olaraq sizincun bir arawdirma etdim. Hemin dediyim weirin cixdigi qezeti arxivimden tapib baxdim. Ve qerara geldim ki, Sultan bey, siz wamanizmi Sibir wamanlairnin tedqiqatcisi olmuw Rodlovdan yaxwi bile bilmezsiniz, o bu iwe omrunu adayib. Rodlov tesvir edir ki, Sibirde adam tarlaya ve ya meweye gedir. Onu orda iflic olmuw yatmiw yerde tapirlar sonradan, oyananda daniwir ki qefilden tanimadigi bir quvve onu zorladi. Bundan sonra onlarda ekstaz hallari olur ve waman vergisine yiyelenirler.

  45. Hörmətli Günel xanım!
    Sizin xüsusi araşdırmalarıınız üçün təşəkkürlər! Xoxdur ki, mən də Bakı U?niversitetinin fizika fakültəsini bitirmişəm, o zamanlar bizə də kuimya fənnitədris olunurdu!
    Kolleqam! Elə sizin verdiyiniz məlumatdakı şamanların iflic vəziyyətinə düşməsi, ruhun informasiya qurşağl ilə kontaktını göstərir. Şamanln ekstazına gəldikdə isə, Freyd nəzəriyyəsini xcatırlatmadan, Güntayın şərh etdiyi seksual enerji haqqında dedikləri ilə də kifayətlənmək olar. Yaradıcı adam ki. təcrübəmdən deyə bilərəm ki, yaradılışda hər bir insan seksual sevincə çox yaxın bir ekstaz duyur. Çünki, mahiyyətcə enerji mənbəi eyni, təzahür forması müxtəlif olur. Ola bilsin, Radlovun tədqiqatçı kimi Siibir şamanları haqqında topladığı materiallar çox olsun, mənim də doğru nəticə çıxarmaq üçün kifayərt qədər nəzəri məlumatım var. Və Radlovun vaxtından bəri alınana informasiyar daha bitkin nəticəyə gətirir. Ümumiyyətlə, şamanlıq əsasən türk əsilli xalqlara məxsusdur, slavyan əsilli ruslara yox. Bizə məlum olan, adi sayılan şeyləri onlar çün çətin bir elm kimi görünür. “Təzadlar! qəzetinin saytında “Falçılar, falşçılar və möcüzələr”im var, maraqlansanız, baxın.
    bir daha təşəkkürlər və uğurlar.

Şərh yazın