Sevinc Çılğın. Şeirlər.
Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 26 Aralık, 2009Elə gözlərində yox oldu həyat
kimsə bilmədi nələri itirdim
Nələr qaldı yarı yolda
susmağa məcbur
yaşamağa təhkim
olmasan olmur
qoynuna sığınmadan
ovuclarında itmədən
olmur, hərşeyim, olmur
dodaqlarını hiss etmədən
gəl
yaşamaq istəyirəm
səni
səni
səni istəyirəm
olmur, hərşeyim, olmur
gəl…
Hisslərimə qadağalar yaraşmır
etmə, eləmə
əllərimi təşnə etmə saçlarına
bu bədbəxt taleyimin yazılmamış səhifəsisən
istəmirəm
sənsiz ölmək istəmirəm
bacarmıram,
sənsizliyin əsarətindən qurtar məni
qurban olum
qurtar
olmur, hərşeyim, olmur
Gəl…
Ürəyimdə yara kimi göynədir yerin
dodaqlarımda adının çat yeri
səndən başqa görə biləcəyim kimsəm yox
başımda rüzgarlar dolaşar
sən yoxsan
sən yoxsan
ol,
qurban olum, ol
olmur, hərşeyim, olmur
Gəl…
CAVİDANIMA ETİRAF
Sevgi
bədəndə söndürülən
siqaret.
Çılpaq vücudlar var
közərməyə möhtac.
Sevilməyə acan,
hər gələnə qucaq açan
hər qadına mərhəmət də
kişilərə yaraşmaz, oğlum.
Sonra
dəli kimi sevən xanımın
aldığı hər “5”-ə
pul borcu ödədiyin oğlun
ya da
qapısının döyülən vaxtı çatan
qızın olsa belə,
səni sevərlər.
Dünyada
bilmirsən nə qədər
arvadın kimi ana
məşuqən kimi qadın
var, yavrum.
Məsələn, mən…
OLA BİLƏR
Xəyalların bolluğundan
hücum çəkə bilər
vahimələr.
Asta-asta
qaçıb gizlənmək olar
masaların altında
sancılardan qovrula bilərəm
olmayanda sığalların.
Bəlkə o an sən olsan da,
səndən də qorxmaq olar
qorxuludur…
vəhşi olur axı
sevgi etirafların.
ÜÇ GÖRÜŞƏ
Bu gün sus
Heç nə demə
qırmızı paltar geyinəcəyəm
yerində olsaydım, düşünməzdim də.
Elə bax!
Necə olsa, səhərdir.
Sabah gülərsən
“vur bura” deyərsən arada
sarı paltar geyinəcəyəm
alaqaranlıqda.
O biri gün sevinərsən
elə bilərsən dünyanı sənə veriblər.
Sən nə desən,
istəsən…
sultansan da.
O gecənin yarısında
Yaşıl paltar geyinəcəyəm!
***
Səni istəməkdən
başımı qaşımağa
vaxt tapa bilməmişəm
son günlər.
Bu gecənin də ətəyindən tutub
çırpınıram sabaha.
Səhər çözüləcək düyünlər
sabah oxuyacağam əfsanəmi.
Sənə baxıb
məhəbbət yollayacağam sənə
tutub atarsan mənə.






Yüklənir...
Mən birinciyəm!)))
Quzum, doğumun mübarək!
Rəbiqə də yanımdadı, o da təbrik eliyir)))))))
Şeirlərini Rəbiqə təhlil edəcək. Vaxtı olan kimi)))
Seva, təbrik edirəm..həm şeirlərinə görə…
Həm də ən əsası, doğum günün münasibətilə…
Adını Cavidan qoyacaqsan ya yox, ya qismət!…
Qoy dünyanın ən gözəl, ən xoşbəxt, ən rahat körpələrindən biri kimi doğulsun,yaşasın,böyüsün…
Bol-bol sevgi, səadət, sağlamlıq diləyirəm, canım…
Sevinc təbrik edirəm.
olmuyor bir tanem olmuyor…
çox zəif şeirlərdir
Bu da sevgi seiridir, ötən əsrin 70-ci illərində yazılıb. Yuxarıdakı sevgi şeirlərində olanlar bunda yoxdur, bunda olanlar da onlarda yoxdur. Amma nə? Nə? (Bu, “onu bəyənirəm, bunu yox” və ya “bu da onun kimi olsun” demək deyil ha…)
Gözlərinə baxmasam,
göz nəyimə gərəkdir,
Adını çəkməz olsam,
dil nəyimə gərəkdir,
söz nəyimə gərəkdir?
qulaqlarım səsini
eşitməz olacaqsa,
yaxşıdır bu dünyada,
bu aləmdə tək qalam,
könlüm ayrılığında
sızlasın ağlam-ağlam.
Saçlarının ətrini
duymaz olacağamsa,
neyləyirəm yasəmən
ətir saçır, ya saçmır,
neyləyirəm
bənövşə, nərgiz açır,
ya açmır.
Təbəssümün olmasa,
neyləyirəm ki, başqa
dodaq qaçır, ya qaçmır.
Səndən uzaq olanda
Gecələrim uzanır,
sənə yaxın olanda
nitqim, dilim qisalır…
nə deyim, nə söyləyim,
deyim sözün düzünü:
səni görəndən bəri
lap qarışıq salmışam
bu dolaşıq ömrümün
gecə və gündüzünü.
Tebrikler! Gozel gunler, mehebbet, seadet arzu edirem! Boyuk giz olasiz! ))) Opurem choxlu-choxlu. Sherlerine gelince, sonuncu xoshuma geldi. Ugurlar!
Təbrik edən hər kəsə təşəkkür edirəm! Yaxşı dostlar həmişə var olsunlar! Mənim bir günüm də sizsiz olmasın!
Şeirlərə gəlincə, min doqquz yüz çoxdanıncı ildə yazılmış şeirlərdir, boş verin
Salam, Sevinc xanım.
Nə vaxtdı sizin şeirlərinizi oxumurdum. Ümumiyyətlə, sizin şeirinizdə, nəsrinizdə yaxşıdı. Şeirlərinizdən daha çox Cavidana yazdığınızı bəyəndim. Uğurlar arzulayıram.
Salam, sevinc. Təbrik edirəm, Allah verən ömrünü mənalı yaşamaq, əzizlərinlə birlikdə gözəl günlər nəsibin olsun. Öpürəm səni.
Salam Sevinc xanım. Şeirlərini oxudum . Sonuncu şerini çox bəyəndim. Sənə uğurlar arzu edirəm. Sənə kiçik bir şerimi hədiyyə edirəm.
AXTARIŞ
İllər boyu hey səni aradım.
Bəlkə də heç axtarmadığım
sən idin.
Gümanlarımın üzülən yerində
gəldik üz- üzə.
Başımı qaldırıb
gözünə baxdım.
İlahi! Orada mən vardım.
Yaşanmayan bir ömrün
başlanğıcımna dönmək üçün
mən sənli bir yolun
sonuna vardım.
Gün o gün olsun sağlıqla ikinin üstünə bir gəlib, Üç olasınız. Necə ki, biz dördük!
Doğum gününüz kutlu olsun.
Nəsr səndə daha gözəl alınır, Sevinc. O bir hekayən var sənin- Çərənçinin məktubları, sonra o “Anam qadınmış” deyə digəri. Səndən nəsr gözləyirəm. Nə qədər uşaq gəlməyib çox yazmağa çalış. Bir azdan başını qaşımağa vaxtın olmayacaq. Adam saçlarını da daramağa vaxt tapmır bəzən. Amma inan ki, heç bir əsər, heç bir şeir o duyğuyla ölçülə bilməz. Qadın zatən analıq instinktinə yenik bir məxluq! Mən həmişə deyirəm ki, Şah Əsərim Nilufərdi! Nilufərim şah əsərim çağırıram onu evdə.
Uğurlar!
Sevinc baci,ad gününüzü təbrik edirəm.Gün o gün olsun ikinin üstünə bir gəlib üç edəsiniz,sağ-salamat.
ŞEİRLƏRİNİZ GÖZƏLDİR.Amma hekayələrinizə çatmaz.Çərənçinin məktubları yadımda daha çox qalıb.təbrikimə evdə olan canlı-cansız hamı qoşulur.Sevinc P. Nunu,Nərmin və balacaların bütün oyuncaqları,bir daha təbrik edirik.
Sevinc xanim!
sevgi bedende sondurulen siqaret deyil. bedende sondurulen ehtirasdir, shehvet hissidir. o hiss ise heyvanlarda da olur.
sevgi – insanin ureyinde ebedi yanan ocaqdir…eger urekde sevgi ocaqi varsa hech bir umudsizlik, ayrilq insani ushutmez.
Elsevər, Sevinc, Nilüfər, Nərmin və evinizdəki oyuncaqlar! Çoooox sağolun
daha nə deyim? 
Başım qarışıq idi deyə cavab verməyə, təşəkkür etməyə gecikmişəm, bağışlayın.
Münasibətiniz, diqqətiniz üçün minnətdaram
İnşallah, özümü yaxşı hiss edən kimi ilk yollanacağım ünvan sizin ev olacaq – söz verirəm
Sevil Gültən, siz də haqlısız…
), Elnaz xanıma da xüsusi təşəkkürlər.
Nazilə Gültac, yazdıqlarınız çox xoş oldu…
Ədəbiyyatımızın Kiçik bəyinə (Poladına
Sevirəm hamınızı!
Eziz Sevinc xanim,Sizi hemreylik gunumuz,gec olsa da ,dogum gununuz ve bir neche saat tez olsa, da yeni il munasibeti ile tebrik edirem.
Təşəkkürlər, arxivarius