Elnur Astanbəyli. Yeni şeirlər

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 28 Aralık, 2009

1Şəbnəm (tərkedişlərin şeiri)

qarşımızda boş qədəhlər
yan masada mənasız qəhqəhələr
telefonun çalır fərqində deyilsən
ilk günlər mən də beləydim, Şəbnəm,
amma darıxma… keçəcək

bilirəm
mən indi sənə nə desəm boş
nə desəm vızzz…
ayıbdı kənardan baxırlar bizə
sıxıldım artıq… bir üzün gülsün, qız!

bir üzün gülsün… gözlərin gülsün
bəsdi durduğun boynubükülü
bəsdi pərişan zülflərin üzünə tökülü
bilirəm sən indi eşitmirsən məni
bilirəm çox uzaqlarda xəyalın
yeməyinə dağılır siqaretin külü
amma sən fərqində deyilsən
ilk günlər mən də beləydim, Şəbnəm,
amma darıxma… keçəcək

ən uc masada bir cüt sevgili
hərdən baxışların sancılır ora
içində bir az həsəd bir az əsəb
sevgi də bundan ibarət zatən
bir az həsəddən bir az əsəbdən
fəlsəfə vaxtı deyil bilirəm
ağlama deyirəm
ağlamıram deyirsən
oysa gözlərin bulud kimi -
fərqində deyilsən
ilk günlər mən də beləydim, Şəbnəm,
amma darıxma… keçəcək!
Dekabr, 2009

Almadan küsən

gün axşama döndü quşlar yuvaya döndü
sən mənə dönmədin… küsdüm
bir gözüm telefonda bir gözüm qapıda
alma yerinə barmağımı kəsdim

barmağımı kəsdim… qan gördüm qorxdum
bağırmaq istədim qonşunun xətri için susdum
saat səkkiz oldu doqquz oldu on-onbir oldu
artıq gəlməzsən dedim… küsdüm

qapım döyüldü güllə kim atıldım yerimdən
küləkmiş… üşüdüm titrədim əsdim
sən bir də o biri gün axşam gəldin
bu dəfə də almadan küsdüm küləkdən küsdüm
oktyabr, 2009

1 səs2 səs3 səs4 səs5 səs (6 səs, hardasa: 3,67 ilə 5 arası)
Loading ... Loading ...

17 Şərh var
Şərh yazın »

  1. Hər iki şeir gözəl şeirdi. Birinci xüsusilə.

  2. salam Elnur bəy.sizin birinci şerinizi oxuyarkən özümün bir neçə il bundan qabaq yazdığım bir şeri xatırladım.

    HƏYATIN DİBİNDƏ
    Masamız üstündə dolu qədəhlər,
    Qədəhlər içində tutqun istəklər.
    Səbrimizsə dibində…
    Soyuq barmaqlarımız
    alışmayan şam kimi
    gecənin özü rəngdə.
    Qəlbimiz önümüzdə
    Sevdamızın son günündıə….
    Acımızı çırpdıq qədəhimizə,
    Qədəhlər çilkləndi.
    Bir rəssam istəyirəm
    çəksin bu rəsmi.

    Sağ ol.

  3. “…desəm boş
    nə desəm vızzz…
    ayıbdı kənardan baxırlar bizə
    sıxıldım artıq… bir üzün gülsün, qız!”

    Bu qafiyələrin heç yeri yoxdu. Şeirlərin dili isə qurudu, axıcı deyil. İnşaallah, gələcəkdə uğurlu olar. Hələ ki, ilk addımlarımızdı…

  4. Bütün özünü büt bilən lüt şairlərə həsr edirəm!

    Almadan küsən armud yeyər,
    Sevgidən küsən umud yeyər,
    özündən küsən tut yeyər,
    kombədən küsən qurut yeyər…

    Allah kəssin o almanı,
    mən kəssəm barmağım qalmaz.
    Allah qovanda Həvvanı,
    Cənnətdə qalmağım qalmaz.

    hər işdə bir barmaq olur,
    barmaqsız zurna çalınmaz.
    küləyin də barmağı var,
    Barmaqsız şeir alınmaz,

    Söz həqq isə, yalan olmaz,
    Barmaqsız bal yalanəlmaz!

  5. Əla.Duymagi və düşünməyi kim bacarirsa bu şerlər onun üçün trankvilizatordu.

  6. Kenan muellim bir az semimi olun edebiyyat deyilen saqliqlari bol olan qonaqliq masasi deyil ok

  7. Mən duymağı və düşünməyi bacarmıram

  8. Mən də deyirəm nolub…
    Elnur
    tənqid – Elnu
    məqalə – Eln
    hekayə – El
    Şeir – E

  9. Yaxsidi

  10. Gözel, çooox gözel şeirlerdi.
    Heyf ki bu cür parlaq istedad qezet sehifelerinde mehv olur. Elnur bize köshe yazari kim yox, şair kimi lazimdi. Heyf…

  11. O bizə elə köşə yazarı kimi lazımdir bizim çəkinib demədiklərimizi o deyir. Şeirlər isə … Mənə elə gəlir ki ,Elnur bəy vaxtını daha vacib şeylərə həsr edə bilər, bizdə mənqarışıq özünü şair sayan çoxdur.

  12. Çox hörmətli Kəbutər xanım! Məni qeyri-səmimi olmağa məcbur edən bir səbəb yoxdur. Müəllifinin kimliyindən asılı olmayaraq insanı duyğulandıran şeir haqda ağızdolusu, heç bir qısqanclığa yol vermədən, əla şeirdir, deməyi bacarmaq lazımdır.

  13. Kenan muellim, siz o xanimdan ne gözleyirseniz? “Yeni Azerbaycan”a siğinib azad yazarlara qarshi nifreti bashadüshülen deyilmi? Qoy o Fikret Qocanin şeirlerine ela desin.

  14. Kebuter xanimi sexsen tanidigim ucun bele urekle deyirem ki umumiyyle edebiyyatdan anlayisi olan birisi deyil

  15. Seirler ise gozeldir. Elnur bey tesekkur

  16. Ikinci şeir lap xoşuma geldi. Cemal Süreyyanın şeirleri qeder lezzet elədi.
    bağırmaq istədim qonşunun xətri için susdum.

  17. Her şey üçün sağ ol. Şeir üçün de, teselli üçün de, dostum olduğun üçün de.

Şərh yazın