Sevinc Pərvanə. Yeni şeirlər

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 30 Aralık, 2009

Sevinc Pərvanəəlləri düyməli
sol biləyində
nəzər muncuqlu qolbağı
kenquru kisəsindən
bir cocuq güldü üzümə…

alt çənəsindəki
yeganə qoşa dişləri ağardı
sağ yanağı çuxura düşdü

piş-piş deməmişdim
gülümsəməmişdim
nə görmüşdüsə məndə gülməli
güldü xatakar

az qala ac heyvan hərisiylə
üstünə atlanmağı
dişləməyi
yeməyi
o qədər istədim ki…

niyyətimi anlayıb da elə bil
ağlamağa başladı qəfil

şipşirin dadı vardı
ququ tükündən yastıq misalında
yumşaq dərisi
bəxtəvərdi kenquru anası
hoppana-hoppana çıxıb getdi.
Qurban bayramında vegeterianın düşündükləri

səhərlər balaca tavanın
kənarına çırpıb
gözlüklər bişirdiyimiz
yumurtalarmı şanslı
başını dibindən üzüb
isti qazanlarda qaynadacağımız cücələrmi?

yumurta qoxusunu vanillə
toyuğun iyini tomatla gizləyib
vicdanını yüngüllət…

nə vaxtdan
harda
necə
bir-birinin ətini yeməyə başladı canlılar?
buz  dövründən sonramı,
o vaxt ki
bitkilər donub
karnaval gecələrindəki saxta
yolkalara oxşadılar…
buz bağladılar

dünyanı su basandamı
istilik və susuzluq ağuşuna alandamı
Nuhun gəmisindəmi
ya İsmayılın yerinə qoç göndəriləndəmi?
mən bilmirəm  
qabağımda bir qazan ətsiz borş
rahat vicdanımla yeyirəm
ət bulyonu təyin etdi həkim
yeddi aylıq qızıma
qızımı hər şeydən çox sevirəm.

 Yaşar …gedərik

aman, düşməsin
sınmasın
itməsin
qoruyuram başımdakı
hörümçək şəklindəki sancağı
eyni zamanda əzərək
pəncərəmin bucağında yuvalamış hörümçəyi

doludur evlərimiz
it-pişik
hətta ilan-qurbağa
fiqurlu oyuncaqlarla
qovuruq qapımıza gələn
pişikləri-itləri
bir qarın belə doyurmadan
ürəyimiz gedir
təzəcə yumurtadan çıxmış
sap-sarı ətcə cücələrdən ötrü
vaz keçmirik hər səhər qayğanaqdan
divarlarımız
albomlarımız
mələk üzlü uşaq rəsmləriylə bəzənmişkən
dörd yanımız
üz-gözü çirk içində
əllərini önə açmış uşaqlarla dolu
ötərik yanlarından heç baxmadan
tısbağa cizgili köynəklər
yastıq üzü
çətirlər
sarmış ikən hər yanımızı
nəsli tükənməkdə ölkəmizdə
yox olub getməkdə gerçək tısbağalar
həyatda yap-yalnız
Chatda
virtual məkanda
bol dostlarımız
yaşar… gedərik     
Daxıl

qoltuğunda qırmızı çiyələk tutmuş
gözləri inci dənəsi
burnu fındıq
sinəsinə “love” yazılmış ayıcıq
lentli başının arxasındakı dəlikdən
sivişdikcə qarnına doğru
qəpiklər, quruşlar
və sən cingildədikcə
içimdə bir sızı başlar
o böyük gün gələcək
tikən qulağın boyda olacaq
velosiped alacam qızıma
xoşbəxt edəcəm uşaqlığını
amma qəm yemirəm
yemə sən də
belə getsə
böyüyəcək qızım
velosiped də sürməyəcək
ölməyəcəksən sən də
deyəsən
qızım da alışdı sənə
velosiped də çıxdı yadından.
Üzü payıza sarı

payızda  yazılan şeirlər nəmli olur
bir az sətəlcəmli
sayıqlamalı
bildiyim hər şairin
bir misrası var
payıza dair
içi mən qarışıq
sonra da baharı sevdiyini deyir
bütün insanlar
fəsillər günəşə lazım daha çox
yorulmasın deyə
ağaclara lazım
dincəlsinlər
torpağa lazım uyusun
qış yuxusuna gedən heyvanlara lazım
qışdan bahara köç edən yollar yorğunu
quşların ürəyincəmi
yağan yağışlar?
bir əlində çətir
bir əlində məndil
burnunu çəkir
çəkir
çəkirsən
buludları son damlasınadək sıxınca göylər
ağaclar atdıqca sarılı-yaşıllı libaslarını
sən ölmüş hüceyrələrini
kirə çıxardıqca paltarın altında
günəş başqalarının indilik
günəş getmiş
və sən bir çətir umuduna qalmışsan.

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 2,33 ilə 5 arası)
Loading ... Loading ...

18 Şərh var
Şərh yazın »

  1. Birinci şeir necə də şirindir…
    Həqiqətən vegetariansansa, lap əla, sevindim..mənim də bir “Mayada bir gün” silsiləm vardı, off, bilmirəm heç hansı dəftərdə qaldı, gərək axtaram…))

  2. həm şirindir, həm də sərindir,
    bəlkəm də şərbətdir,
    şeir yazmaq yolunda və vegetarianlıq yolunda qırılanlara ehsan olsun!

  3. Lap şirindir, lap sərindir, lap da elə şərbətdir, bu bir analıq duyğusudur, bir qadınlıq hissidir, siz bunu anlamazsınız, Məmməd Savalan, sizə nə, hə???
    Fürsət axtarırsınız ki, kiminsə bir sözünü götürüb fırladıb guya ki məsxərəyə tuş edəsiniz, elə bil sizi burada şeir dequstatoru qoyublar, pah, yazmayın, yaratmayın, Həmzə bağ əkir…bəsdirin də!..
    İllah da ki, üfüqdə bir ya iki xanım yazarın bir kəlməsi göründümü, ümumiyyətlə çıxırsınız özünüzdən, ayıb deyilmi..?
    Mən oxuduğum yazılara şükür Allaha ki, hələ qeyri-səmimi nəsə yazmaq məcburiyyətində qalmamışam, burada da eləcə…
    Vegetarianlığa gəldikdə isə, Tolstoyu, Eynşteyni, Sokratı, Russonu, Emersonu, Bernard Şounu, Taqoru, Leonardo da Vinçini…daha kimləri və kimləri də məsxərəyə qoyun eləysə…bu şəxsiyyətlər qarınlarını doldurmaq xətinə nəinki adama, heyvana belə qıymaq istəməyəcək qədər İNSAN olublar…

  4. SEvinc xanım, gözəl-göyçək qızsan. Sən məhəbbətdən yaz,nə işin var ilahi bayramlara baş vurursan.Amma lap yaxşı olar ki, ərə gedəsən. Şeir sənlik deyil. Bunu bir filoloq kimi sənə deyirəm.

  5. boşuna gedirəm üzü yuxarı küçə boyu.
    sən küçə sonunda məni gözləməkdəsən,bilirəm
    bunu bildiyimdəndir ayaqlarımı özüm idarə edirəm
    tələsirəm və səbr numaiş edirəm ardından

    men hər gün ağrıyardım ayaqlarımda.
    eəllərim yorğunluğunu saçlarınacan gizlədərdi
    bunu onda da deməmişdim sənə
    indi də susuram
    bilirəm ki uduzuram.

    mənə soyuqdur indilərdə
    her kəs sənə tələsməkdə yoraraq ayaqlarını
    və hər kəs …


    yaxçş şer idi, xatırlaya bilmədim.

    yeni iliniz uğurlu olsun. cupbuluları öpmə. sabah gəlib özüm öpəcəm ))

  6. Məmməd bəy,şərhlərnizdən aydin hiss olunur ki, mentalliğiniz sizdə ciddi komplekslər əmələ gətrib.Lütfən onlari yenməyə cəhd edin.

  7. Dəyərli məsləhətləriniz üçün hamınıza təşəkkürlər!
    Yeni iliniz mübarək!
    Hamınıza Ağıl, ruh, zövq və can sağlığı, xoşbəxtlik arzu edirəm!
    Cavidan xanım, təmkininizi pozmayın!
    Yaxşıya pis, pisə yaxşı demək də elə haqsızlıqdır.
    Kimsəyə qəlbimdə kinim yox, sevgi və hörmətdən başqa, sizə də qarşı həmçinin.
    Yeni ildə mentalımın komplekslərindən əl çəkib daha yaxşı keyfiyətlələrdən komplektləşməyə,
    sənətcil xanımlara qarşı daha diqqətcil olmağa çalışacağam.

  8. Məşhur bir əsərdən parça:
    —————————————–

    —Sən ihökmdar yanına çağırır.
    —-Mən kimsəni istəmirəm, məni istəyənin özü yanıma gələr…

    —Mən səni dəvət etdim, nədən gəlmədin?
    —Sənə bir ehtiyacım yoxdur ki! Olsaydı, gələrdim.
    —Bu hazır məzarlar nədir, niyə onları diri ikən qazmısıniz?
    —Var-dövlət arxasınca düçməmək ücün belə etdik. Məzarlarımızı görüncə oraya girəcəyimizi xatırlayırıq və dünyalıq deyilən qarğaşadan vaz keçirik.
    —-Niyə səbzədən başqa yeyəcəyiniz yoxdur? Heyvan saxlayarsınız, südündən, ətindən istifadə edə bilərsiniz.
    —Mədələrimizin canlı heyvanlara məzar olmasını istəmədik,dolanışığımızı bitkilərlə keçiririk, zatən boğazdan aşağı keçdikdən sonra heç birinin dadını ala bilməyəçəyik…

    _________________________________
    Əlavə olaraq:

    Mədədə düyü bir saata, çiy yumurta bir saat 20 dəqiqəyə, təzə süd iki saata, ət isə…3-6 saata həzm olunur, buna görə də ət yedikdən sonra adam xeyli müddət özünü tox hiss edərək yemək istəmir, məhz bu zaman qan damarları korluq çəkməyə başlayir, bədənə isə enerjidən cox qan lazımdır, enerjini başqa şeylərdən də almaq mümkündür( hərçənd onların coxu orqanizm üçün zərərlidir), amma qanı, həm də təmiz qanı qida yaradır, təmiz qida. Ət məhsulları da təmiz qan yarada bilərdilər, əgər mədədə normal həzm oluna bilsəydilər, amma indiki mədələrin, demək olar ki, çoxu həzm funksiyasını normal yerinə yetirə bilmir. Son nəticədə orqanizm toksinlərlə zəhərlənir.

    Bunlar vegetarianları müdafiə məqsədi ilə deyil, elə-belə məlumat üçün yazıldı.

    Daha bir qeyd:” Yaxşıya pis, pisə yaxşı DEMƏMƏYİ də YAXŞI demək YAXŞIDIR.

    Qiymətli əsərdən daha bir parça:

    “Sən var-yoxunu, mal-mülkünü ver,əvəzində bir könül qur,qur ki, o könül məzarda, o qapqara gecədə sənə işıq tutsun. Əgər bizi və rizamızı istəyirsənsə, bunun ancaq bir könül qazanmağa bağlı olduğunu unutma!”

    Və son qeyd: Əgər könül qurmaq əlimizdən gəlmirsə, heç olmasa, könul qırmayaq, onsuz da bütün könüllərin harasındasa mütləq ən azından bir çatlaq var…

  9. Təşəkkür edirəm, İmarət xanım…
    Yeni ildə kultazdan oxuduğum ilk bu ismarış oldu və olduqca xoş bir təəssürat yaratdı…
    Çox sağ olun…

    Və əziz, doğma, dəyərli kultazımıza, onun bir-birini sevən və sevməyən bütün sakinlərinə, qonşularına, təsadüfi ziyarətçilərinə, kultazı həyatında bir dəfə belə açmış olan hər kəsə 2010-cu ildə bolluca sevgi, ruzi, sağlamlıq, uğurlar diləyirəm…
    Ən yaxşı əsərləri oxumaq, ən xoş xəbərləri paylaşmaq diləyiylə, dostlar!..
    Bir də, ən əsası, Sevincimiz daim Əzəmətli, Əzəmətimiz Sevincli olsun deyək!..-))
    Yeni iliniz mübarək!..

  10. Siz də sağ olun, həm xoş sözlərinizə, həm də yeni il diləklərinizə görə.

    Bir insanın digərinə əsl münasibəti əksər hallarda fövqəladə məqamlarda üzə çıxır. Əgər bu məqam kimisə az qala itirmək(həm fiziki, həm də məcazi anlamda) fonudursa, onu sevməyən demirəm, amma onun itkisinə təəssüf etməyən cətin ki, tapılsın!
    Əgər bu məqam kiminsə digərlərindən yaxşı mənada cox-cox fərqlənməsi fonudursa, üzə çıxan qibtə, həsəd, ən pis halda paxıllıq olacaqdır.
    Üzə çıxan təəssüf və paxıllıq olmursa, onda… xoşagəlməz vərdişdir. Və təəssüf ki, bu portalda belə xoşagəlməz vərdişə malik xeyli “şərhçi”ylə qarşılaşırsan.

    Pis vərdişlərimizi tərgitməyə cəhd etmək əvəzinə, onların mövcudluğunu niyə bütün dünyaya bəyan edək ki?! Vətənimizə, millətimizə olan əsl münasibətimizin üzə çıxması üçün mütləq fovqəladə vəziyyət yaranmalıdırmı? İndiyədək baş verənlər kifayət etmədimi?

  11. Birinci sheirde daha cox sevgi, zeriflik gordum. Maraqli idi. Teshekkur.

  12. Salam Sevinc, Zahir! Yeni il tevriki varmış ki, burda. Təşəkkürlər!
    Cavidan salam canım. Nə vaxtdı internet imkanım yoxdu. Keçən ilin dekabrın 26-dan.
    İndi baxdım ki, burda varam. Pazalininin çox sevdiyim sözü var: “Yaşadıqca insanlığa bir o qədər az inanıram”. Mən də Pazalinidən azacıq fərqlə bu fikirdəyəm ki, Ət yeyən heyvan olan İnsan özü də ətdən və qandan olduğu halda, özünü “ilahiləşdirməyə” çaılışır az qala. Cənnətdə də ət yeyilməyəcək, fikir verin. Bu, elə Allahın arzusudu. Nə isə… Ət yeyirəm mən də təəssüf ki… Bu, mənim utopist arzumdu , nə vaxtsa bəşəriyyətdə ət yeyilməsin. Şairin utopist olmağa bir balaca haqqı var, məncə. Üzr istəyirəm, Məmməd müəllim, buna görə. Hisslərinizə toxunmuşamsa.
    Azər bəy, mən az qala on ildi ərdəyəm. Xəbəriniz yoxdu? Boşanım, təzədən gedim bəlkə? Skarlet kimi.
    Nə isə … yalan dünya… yalan dünya…
    Yaxşı oxuculara təşəkkürlər.

  13. Oxuyandan sonra kitabin vereqlerini ciran, qatlayan, kitabi tualetde oxuyan, yemeyi kitabin ustune dagidan, kitabi selbe kimi firladan oxucuya pis oxucu deyilir… Day bashqa cur oxucuya nece pis demek olar ki..?

  14. Oxuyandan sonra kitabın vərəqlərini cıran, qatlayan, yeməyi təsadüf deyilsə, kitabın üstünə dağıdan, selbə kimi fırladan, tualetdə oxuyan, amma işini bitirəndən sonra kitabla arxasını təmizləyən, şkaf yerində taraz dursun deyə kitabı şkafın altına qoyan, Marksın, Engelsin kitablarının vərəqlərini tualet kağızı əvəzinə işlədən, bir də müəllifə “ərə get” deyə əmr eləyən oxucu pis oxucudu.

  15. Sevinc Xanım!
    Lütfən mən çox ciddi adam olsam da hərdən tənqidi fikirlərimi ciddi qəbul edib inciməyin!
    Könlünü istəyəndə bir valaşa işarə edin, yazılarını elə tərifləyim ki, oxucular sətirləri bal kimi yalasınş
    Heyvan və quş əti də yeməyin elə bir qəbahəti yoxduar, allah onları insan üçün yuardıbş amm insanların bir birinin ətini yeməsi bax budur faciə!
    Və sizin çürbəcür (özümü də qatıram) şərhlərə qarşı doğurdan da çox ağllı və təmkinli cvablrınız məni bir maraqlı nəticəyə gətirdi:
    Çoxumuz şeir yazanda çox şeylər itiririk! Bu niyə belə olur, vallah səmimi fikirimdir, deyə bilmərəm! Araşdırmaq lazımdır! Özünüzə götürməyin, sadəcə imkan olduqca müşahidə edin maraqlı nəticələr alınır.
    Şəxsən mən bu səbəbdən şeir yazmağa qorxuram. Ürəkləndirən olsa yazaram.
    Zənnimcə, səmimi, mehriban və dostluğa- yoldaşlığa sədaqətli insansınız.
    Xoşbəxtlik üçün yetərli keyfiyyətlərdir.Sizdən də inciməmişəm.Gözəl xanımlardan heç vaxt inciməmişəm, xüsusən şair olanlardan icimək günahdır.
    Söz verirəm ki, növbəti şeirlərinizi ürəkdən tərifləyim, siz də məni rus demişkən, “padvadit” etməyin,
    elə olsun ki, yazanda heç kimi üçün deyil, ancaq ən yaxın bildiyiniz bir insan, ya da ancaq özünüz üçün düşünülmüş olsun!
    Mümkünsə mənim sifarişimə cavab heç olmasa 1 şeir yazın. Əminəm ki, çox gözəl şeir olacaq!
    Mən kitablarımı çox sevirəm, onlara dost kimi baxıram, sədaqətli dostlar kimi.
    Bir şeyi yüz dəfə soruşsan, bütün adamlar bezər, yazıq kitab vərəq qulaqlarıı şəkləyib səbrlə dinləyər və bir də məsləhət verər. Bundan gözəl nə olar ki? Kitabdan yaxşı həmsöhbət ancaq poetik qəlbə malik canlı insan ola bilər.
    Zənnimcə, sizin yazıçı üçün çox vacib olan müşahidə və ümumiləşdirmə qabiliyyətiniz də var.

  16. Şəklinizə baxanda çoxdan oxuduğum bir şeir yadıma düşdü. məllifini unutmuşam, amma plagiatlıq etmək istəmirəm, “ədəbiyyat və incəsənət” də çıxmışdı, təxminən belə idi:

    GÖRƏ BİMƏDİN

    Soyuq-soyuq
    yellərə bənzədi illər.
    Qara ipək,
    tellərə bənzədi yollar.
    Saçların kimi qoşa,
    çiynindən aşa-aşa,
    hörə bilmədin.

    Gözlərindən də yaxın
    oldum sənə,
    onuinçün məni
    görə bilmədin.

    maraqlıdır, sanki sizin üçün yazılıbmış.

  17. Bizdə hələ mədəniyyət də düzgün formalaşmayıb.

  18. Salam, Sevinc! 2-ci sherin son setirleri, 3-cu sher xoshuma geldi. Isteyerdim elage saxlayag. Zehmet olmasa mene yazarsan (turabova.aynur@mail.ru) Opurem. Ugurlar!

Şərh yazın