Əli Xəyyami. Yeni şeirlər.

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 06 Ocak, 2010

1Günəşi sondur, sonra gəl

Bilmirəm bu gur süni işıq
Niyə gözlərimi belə qamaşdırır
Allahın da sarayına elə belə böyük bir çilçıraq yaraşır
Nəfəsim, günəşi söndür, sonra gəl

Bu arzu, bu həsrət, bu əclaf sənsizlik həyatımı zəhər elədi
Bildim ki, bu cibimdəki qutudan savayı hər şey yalandı
Mən özümdən keçdim, sənə çatdım
Qurban olum, özündən get, sonra gəl

Mələklər, o nurlu yalanlar, taxma qanadlar
Odlu şeytan, qara günah, o ən pozğun dini yalan
Hərşey yalan, şairlər də, şeirlər də
Yalvarıram, qanadlarını qır, sonra gəl

Of, yenə qış, yenə qar
Qara paltomu geyinib
Ağ qara boyanmış qapqara şəhərdə gəzmək var yenə
Başına dönüm, bərk-bərk geyin, sonra gəl

Hansı kitabdan danışaq gecələr
Hansı filosofu seçək birgecəlik oxu saatına
Hansı anladar bizi bir-birimizə
Sevdiyim, sən mən ol, sonra gəl

Mən nə zahid-i baridəm, nə də zahid-i huşk
Təsəvvuf atəşinə atəş qat
Bir az içinə dön
Canım-gözüm, sufi ol, sonra gəl

Sındır bütün qıfılları
Yıx yalançı sərhədləri
Unut sənə öyrədilənləri
Dəli ol, sonra gəl

Yox eee yox, necə istirsən elə gəl
Elə indi necəsən, elə də gəl
Lə iləhə, kafir ol, sonra gəl
Gəl, nə olursan ol, yenə gəl…

Deyil ki

Hər qaranlığın çarəsi günəş deyil ki
və hər depresiyanın ümidi O deyil ki
İnsanın vətəni hərdən doğulduğu torpaqda olmur ki
və Allaha qurban yalnız ərəblər deyil ki

Hər yolun sonu aydınlıq deyil ki
Hərdən günəş çıxsa da, gündüz deyil ki
Hərdən aynada əksin şəklin olmur
Hərdən qütbdə də, qanın donmur

İnsan ya şeytan, ya mələk də olmur ki
İnsan 100 il də tənha qala bilmir ki
İnsan baş qaldırmaya da bilir hərdən
İnsan ölmədən ölə bilmir də hərdən

Fahişəlik boş yerə ən köhnə peşə deyil ki
İnsan – içində tək itdiyi bir tək qaranlıq meşə deyil ki
İnan mənə, qarğalar hərdən çox da qara olmurlar ki
İnan mənə, uşaqlar bir tək südlə doymurlar ki

İnsan olmaq demək, yalnız ibadət etmək deyil ki
Zərdüştün 3 əmri yalnız 3 dənə deyil ki
Baxçada olan da yalnız qızıl gül deyil ki
İnan mənə, süphələnmək kafirlik deyil

a.khayyami@yahoo.com

1 səs2 səs3 səs4 səs5 səs (5 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

15 Şərh var
Şərh yazın »

  1. Əli Xəyami!
    Gözəl və poetik bir ad sahibidir və təqdim etdiyi gözəl naxışlı xəlçə fonunda xət qoymuş cavanın nurlu və ilhamlı sifətində də bu görünür. “Yeni şeirlər” adı altında təqdim olunan yazılarını oxudum, onun dini savadı, mütaliəsi və yüksək mənəvi ideallra can atmaq məqsədini də yazılarından aydın gördüm. Şübhə etmirəm ki, Əli dini sevən bir gənc kimi daşıdığı adın ucalığına həmişə can atacaq.

    Sevdiyim, sən mən ol, sonra gəl
    Mən nə zahid-i baridəm, nə də zahid-i huşk.

    Bu cümlələr də onun ədəbi və ictimai düşüncələrinin məhsuludur.
    Hələ M.Füzulidən:
    Gər mən, mən isəm, nəsən sən, ey yar?
    Vər sən, sən isən, nəyəm məni- zar?
    Çün mən olubam səninlə məmlu,…

    məhşur, bəlli misralarının zəif təkrarı bir yana qalsın, dilimizi ərəb-fars ibarələri ilə zibilləmək, müstəmləkəçilərin başımıza açdığı bəlaları anlamamaq nədənindən könüllü davan etdirməkdir.

    Of, yenə qış, yenə qar
    Qara paltomu geyinib
    Ağ qara boyanmış qapqara şəhərdə gəzmək var yenə
    Başına dönüm, bərk-bərk geyin, sonra gəl.
    Bu misralar ölçüləri ilə Molla Nəsrədinin Teymurləngə oxuduğu misraları yada salsa da, mənaca nə dərəcədə poetik olduğunu bir tərəfə qoyub adi ölçü hissi ilə baxsaq, biri İtaliya biri də fransa malı olan müxtəlif ölçülü bahalı və qəşəng ayaqqabıları cütləyib geyinməyə bənzəyər.
    Əli Xəyyam ağıllı və gözəl düşüncələr sahibidir, onun ədəbli və layiqli bir cavan olduğuna yazılarının məzmunu da sübutdur.
    Amma bu yazıları uzaqdan şeiri xatırlatsa da, elə uzaqlığında da qalır.
    Əsl şairlərə heç bir maddi, mənəvi və s. qiymət verilməyən bu dövrdə, onu cəmiyyət üçün daha tələb olunan, özünün də daha yaxşı bacardığı sənətlə məşğul olmasını mümkün qədər ədəbi və ədəbli şəkildə şərh etməyə çalışdım. “Sənsiz də dünyanın işi keçərmiş… ” Gözəl şeirlərdən zövq ala bilmək elə yazmaq qədər hünərdir.
    Bu qeydlıərimizi təkcəƏli Xəyyamiyə aid hesab edib bəlkə də sevinənlər, yanılmasınlar,
    biz poeziyanın əbədi tələblərini onun misalında ortaya qoyduq.
    Müqayisəyə gəlincə Əlinin yazıları çoxlarından üstün ola bilər.

  2. Şeirlər haqqında bir fikrim yoxdur, amma onlara yazılmış şərh maraqlıdır, müəllifin son günlər yazdığı şərhlərdən yaxşı mənada fərqlənir.Həm də anlaşılır ki, onda yumor hissi var. Adamın ağlına gəlir ki, görəsən, bu müəllifin ixtiyarında özünün bir bədii mətni olsaydı, necə təhlil edərdi onu.

  3. Hörmətli Qüzeyli!
    Təklifiniz çox maraqlıdır, urus demişkən, “zamnçivo”dur, bir təşəbbüs edərdim. Hər halda başqalarına olduğundan daha sərt olardı. Bu bilirsinizmi nəyə bənzəyir? Bir cərrahın özünün kor bağarsdağını kəsməyinə.
    Biz azərbaycanlıları elə bir millət kimi də ən çətin anlrada yaşada bilən yumor hissi olub.
    Həddini aşıb lağlağıya keçməyi olmayaydı.
    “- Ağladım, bacarmadım, Güldüm, günüm keçirtdim” – deyiblər.
    Əslində yumor hissi o adamlarda olur ki, birinci növbədə özünə gülməyi bacarır, heç olmasa güzgüyə baxanda…
    13 bəndlik iki böyük həcmli yazını oxuyub heç bir fikir deməmək , əslində elə bir fikir deyilmi, fikirin nə olduğunu anlayanlar üçün?!

  4. Maraqlıdır, bəs niyə “başqalarına olduğundan daha sərt”?

    Sual:
    –”13 bəndlik iki böyük həcmli yazını oxuyub heç bir fikir deməmək , əslində elə bir fikir deyilmi, fikirin nə olduğunu anlayanlar üçün?!”
    Cavab:
    —Fikirdir və… anladınız!

    Sual(əks istiqamətə və dostcasina verilmiş):—Aşağıdakı yumordur, yoxsa “həddini bir az aşıb lağlağıya keçib”?
    “həm şirindir, həm də sərindir,
    bəlkəm də şərbətdir,
    şeir yazmaq yolunda və vegetarianlıq yolunda qırılanlara ehsan olsun!”

  5. Əli alına şappıltıyla belə yerdə vururlar ey…”Kor bağırsaq” anlatdı ki, “özünün bədii mətni” deyəndə Məmməd Savalan özünün nəzərdə tutulduğunu güman edib , halbuki Quzeylini nəzərdə tutmalıydı, başqa sozlə, sancılanan kor bağırsaq Quzeylinin olsaydı…

  6. Qardasim Eli….Insallah bu serlerin davami geler…Semimi deyim cox beyendim…Ugurlar sene…

  7. Son vaxtlar oxudugum gozel seirlerdendi!!!
    Eslinde seir modern uslubu eks etdirir…
    Menim shexsen chox xoshuma geldi…

  8. qarğa uçurdanlar üçün
    masanınn sol üstünde
    bildirçin etinden iylənmiş balıq yemi
    masanın sağ üştünə gəl.
    bildiyin yolla gelme
    geləndə erdebilden
    savalandan yolunu sal
    bedenine qar deysin
    memmedi gör sonra gel
    halına hal deysin
    bacarmasan da döz
    azma
    ağzına geleni yaz
    ama ağlına gelen her neyi yazma
    anlayacaqsan deye her görünen gün bulud görmez
    sene deyil sene dediklerim
    burasını burasından anlarsan
    başı qarlı dağda qarğa tutmağın keyfi zor
    kim deyir ki
    başı qarlı dağda qarğa olmaz
    olmaq bütün hallarda yashamaq deyil ki

  9. yeni, maraqli movzu, yenilik axtaran millete hediyye, cetin qafiyelenen, insanlarin basha dushmekde cetinlik cekdiyi ereb-fars sozleri, yazarin bele anlamadigi, cetin olsa yaxsi sairdir desinler deye yazdigi sozlerden bezen millete lazimli bi shey.minnetdaram Əli Xəyyam.

  10. Belke mevlana olub sonra gelsin?

  11. Salam super men cox xoshlayiram sher oxumagi

  12. Cox gozel…. cox menali….. cox uzaqlara apardi meni…….bu sozlerin qarshisinda sherh yazmaq cox cetindi.Tebrik edirem uqurlar!!!!! Yenilerini gozleyirik.

  13. geləndə erdebilden
    savalandan yolunu sal
    bedenine qar deysin
    memmedi gör sonra gel

    Super! Elyar bəy, eşq olsun!

  14. Cox gozel seirlerdi.Yolun aciq olsun Xeyyam

  15. Qanadlarini qir sonra gel…

Şərh yazın