Rəssamların Emalatxana Kompleksinin tikintisi üçün layihələr seçilir
Yazar: Admin | Bölmə: Rəssamlıq | Tarix: 10 Ocak, 2010
Prezidentin sərəncamı əsasında inşa olunacaq Rəssamların Emalatxana Kompleksi üçün layihələndirmə işlərinə başlanıb.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bildirib ki, hazırda bu məsələyə baxılır: “Tikinti hələ başlamayıb və hazırda emalatxananın layihəsi üzərində iş gedir. Layihələr hazırlanır və qəbul olunur. Türkiyədən də layihələr təqdim edilib, ancaq biz öz memarlarımızın üzərində dayanmışıq”.
F. Xəlilov deyib ki, tikintiyə nə vaxt başlanacağı layihə təsdiqləndikdən sonra dəqiqləşəcək.





Yüklənir...