Sevil Gültən. Şeirlər

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 10 Ocak, 2010

1Bağlamaq istəyirəm
Sənsizliyin qapısını…
Açmaq istəyirəm
Sənə doğru gedən yolların hamısını.
Gücüm çatmır,
Sənsizliyin qapısı elə ağır ki…
Sənə doğru gedən yollar
Elə alaqlı,
Elə çayır ki….

***

Ürəyimin dərinliyində,
arzularımın ən çox olan yerində
Ümid toxumu əkmişdim,
üstünə də olub qalan
şirin xatirələrimi səpmışdim.

Çox gözlədim
ümidlərimin boy atmasını,
arzularımı yaşıl rəngə boyamasını…
Bir vaxtlar elə bilirdim ki,
atrıq  çoxdan çürüyüb o bircə ümid toxumu.
Hətta unutmuşdum
hərdən üstünə səpdiyim şirin xatirələrin içini
ələk-vələk etməyi də…

O gün his etdim ki,
ən xoşbəxt, ən şirin xatirəmin içindən
bapbalaca bir ümid boylanır-
Əsə-əsə, titrəyə-titrəyə-
köhnə arzularımdan
bir nimdaş paltar da tkib geyib əyninə…

Bəlkə  hərdən nəfəsimə qovuşan
səsinin istisi  həyat verib ona?!
Ya bəlkə
o toxumun üstünə səpdiyim
ən şirin xatirəmin göz yaşına yazığı gəlib
Və o göz yaşını kiritmək üçün
boy atıb qəlbimdə?!
Arzularım başına dolanır
o körpə ümid fidanın
Ancaq qorxuram o balaca fidan güdazına gedər
arabir qəlbimi bürüyən  şübhə adlı tufanın…

***

Əgər görüşünə bir az geciksəm
danlama məni-
anla səni sevəni!
Neyləyim,
yatıb yuxuya getmişəm
bircə kəlmə xoş sözünün qucağında…..

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 1,50 ilə 5 arası)
Loading ... Loading ...

7 Şərh var
Şərh yazın »

  1. Təbii poetizmi olan çox cəmimi ,kövrək sərbəst şeirlərdir. Qrammatik qafiyələri olmasa, daha xoş təsir bağışlayar. Lakonikliyi gözləməklə… uğurlar !

  2. Kopiyalayıb götürdüm, şeer əhvalında olanda oxuyacağam.

  3. Mahitəvan xanım ədəbiyyatımıza gətirdiyi yeni terminlər: 1.”Təbii poetizm” , 2.”Qrammatik qafiyələr”, 3.”Lakonikliyi gözləmək” mənim üçün də çox faydalı oldu. Zatən, hər özüdən deyən filologiya doktorlartı heç ömründə bir temim yarada bilmir, maşllah, Mahtəvan xanım üçnü birdən yaradaıb.
    Şeirlərin kefiyyəti haqqında fikir söyləməyi Cavidan xanıma həvalə edək.
    “Bəsdirin dəəə???” hələ də qulaqlarımda hərbi orkestrin sincləri cingildəyir.

  4. fizulinin ruhu özünü asdı

  5. Axırıncı şeir yaxşıdı…

  6. Çox gözlədim
    ümidlərimin boy atmasını,
    arzularımı yaşıl rəngə boyamasını…
    Bir vaxtlar elə bilirdim ki,
    atrıq çoxdan çürüyüb o bircə ümid toxumu.
    Hətta unutmuşdum
    hərdən üstünə səpdiyim şirin xatirələrin içini
    ələk-vələk etməyi də…

    bu misrani cox oxudum elek velek eledim amma basa dusmedim ki insan arzusunu nece unudar>?
    eger unudulubsa nece cox gozleye biler ?
    ilk baxisdan insana xos tesir bagsihlayir amma aradsirdiqca sehvler cixir

  7. Sonuncu seirin maraqli seirdi.”Sozun qucaqinda yuxuya getmek”ifadesi gozel tapintidi.Uqurlar.

Şərh yazın