Günel Mövlud. Yeni şeirlər

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 12 Ocak, 2010

1Öküz qanı

Sabahdı, sübhdü, ertədəndi…
Yol gedirdik
Yanımdaydın, əlimdən tutmuşdun
Hər şey boş, hər şey mənasızdı
Ağrıyırdım: bir gecənin içində
İnsanlar yad
Dünya ögey
Hava soyuq
Sən qəddar olmuşdun
Ağrıyırdım…
Ağlamırdım: göyə baxırdım -
İnsanları xoşbəxt ölkələrə aparan
təyyarənin tüstüsü
upuzun, ağappaq, dümdüz bir yol cızmışdı göy üzündə…
Yola baxdım, sənə baxdım
İlk dəfə göylərdəki tüstüyə
Qoşulub gedə bilməmənin ağrısını yaşadım
Bir yandan da sən…
Amma bir tüstü ağrısının yanında
Sənin ağrın nəydi ki?

Sabahın soyuğunda
O yan-bu yana qaçan küçə itləri
Narın tüklü bədənlərini qızışdırırdılar
Yol uzunu isə
Laklı, taxta, satılıq it evcikləri düzülmüşdü
Heyvanlarını əzizləyən insanların
Ərköyün itləri üçün…
Beş addım o yanda
Varlıların yekəqarın evləri
Çoxmərtəbəli gözləri ilə
Üstən aşağı baxırdılar
Yaxınlıqdakı yoxsul komaların üzünə
Bir yandan da sən…
Amma o komaların kədərinin yanında
Sənin kədərin nəydi ki?

Yol gedirdik
Sabahdı, sübhdü, ertədəndi
Səhərin alaqaranlığında
Yüz insanı doyurmaq istəyən dörd kişi
Nəhəng bir öküzü yerə yıxıb
Başını kəsirdilər
Şırnaq-şırnaq torpağa axırdı,
torpağa hopurdu öküz qanı
Dəhşətə gəldim
İlk dəfə ağlıma cinayəti
öldürülən canlının gövdəsi ilə
ölçmək gəldi ağlıma
düşündüm ki,
bu nəhəng, qara öküzü bıçaqlayan
dörd insandan
çox-çox daha az qatildir
barmağı ilə qarışqanı basıb əzən qız
ayağının altındakı kərtənkələni tapdayan qarı
toyuğun başını üzən oğlan
öküzə baxdım, sənə baxdım
bədəninin iriliyinə baxdım
səni öldürsəm, adi insanları öldürənlərdən
daha çox qatil olardım demək
amma qorxmadım
dörd kişinin bıçaqladığı öküzün yanında
səni öldürmək nəydi ki?

Yol gedirdik
Yanımdaydın
Əlimdən tutmuşdun
Ağrıyırdım
Ağlamırdım
Ürəyim bulanırdı
Öküzün qanından
Sənin qansızlığından…

Sənin üçün Zemfiraya rimeyk

Nə olar, ölmə, yoxsa
Sənsiz dünya birtəhərdi
Bax, səni saxlamaq üçün
Şux mahnılar səfərbərdi

Səhərlər tez oyanaram
Oyanıb tək qalma deyə
Şairliyi soyunaram
Qoymur rahat sevişməyə

Ölmə, sənə söz vermişəm
Səni mən öldürüm gərək
Hələ ölmək istəmirəm:
Mən səninlə ölüm gərək

Ölmə, kəsilər nəfəsim.
Bircə an sən yoxsan deyə
Sən istə: saçımı kəsim
Qoymur rahat sevişməyə

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 3,25 ilə 5 arası)
Loading ... Loading ...

18 Şərh var
Şərh yazın »

  1. GÜNEL!

    HƏQİQƏTƏN BU ŞEİRLƏRİ ÖZÜN YAZMISAN?

    “HALROMAN”I KƏNDƏ APARMIŞDIM, QONŞULAR KİTABI GÖRÜB SORUŞURDULAR: “HƏQİQƏTƏN ÖZÜN YAZMISAN BU KİTABI?”. İNDİ O YADIMA DÜŞDÜ…

  2. Nədənsə sanki rus ədəbiyyatı oxuyurammış kimimə gəldi… :)
    Hər halda, Günelin əvvəlki şeirlərindən müsbət mənada fərqlidir.
    Uğurlar. :)

  3. birinci şeir uğurlu şeirdir. uğurlar.

  4. Gunel xanim xoş ğördük!Salamlar Sankt Peterburgdan!
    Birinci yaziniz daha uğurlu sayilmalidir.İndiyə kimi oxumuş olduğum yazilarinizin əksəriyyətindən yaxşı mənada seçilir.Daha uğurlu olmanızı istərəm!
    Döydə tüstü izi qalan sərnişin uçaği deyil.Dediqiniz,yazdıgınız təyyarə reaktiv təyyarəyə oxşayır tüstüsü ilə.
    Onun qəddarlığı tam aydin deyil deyə diiqqəti sarpdırır.”Ərkəsöyün itlər”,”çox mərtəbəli” ğözlər” ağırlıq ğətirmirmi yazıya Sizcə?Ən uqurlu parçanı okuz kəsilən yeri sayardim.Bütünlükdə nəsrlə yazilmiş (“стихи в прозе”,və ya”проза в стихах”) nümunə kimi panaramali,ğeniş obyektivli (həm maddi,həm də məcazi mənada)bir ğörüntü yaradir.Uqurlu bir ğörüntü.Guman eləyirəm nəsr yazacaq astanaya yanaşirsınız ki,burda pis heç nə yoxdu və nəsr yazmanin məsuliyyəti heç də az deyil.
    İkinci yaziniz da uqurlu ola bilmək imkanindan uzaq deyil.Ruslarda məişət səviyyəsində işlədilən bir ifadə var:iş
    içməyə mane olursa-işi atmag lazimdir.Rahad sevişmək üçün şairliyi soyunmag,saçlaniri kəsdirmək məntiqli sayilmaz.Adamin şairliyə və illər uzunu uzanan saçlara yazıgı gəlməsı lazim.
    Firudin bəylə razı deyiləm.Günel şeyiri analoji rus yazılarindan səmimiyyəti ilə seçilməkdədir.Umumiyyətlə Günelin yazilarinda yüklü potensial və inkişaf var.Mənim fikirim obyektiv olmaya bilər,Günel xanim,yazilariniza daha ciddiyyətlə yanaşmanızi istərəm.Hər zaman uqurlu olasiniz.Şairliyi goruyun-nə vaxtsa nəsr-proza yazmaga başlasanız belə…

  5. Günelin ikinci yazısına gözəl bir şərh yazmışdım, qafiya sisteminin struktural analizi haqqında. heyif ki düyməni basanda itdi-batdı, pozuldu, təkrar yazmaq çox zülm gəıtirir mənə, ona görə təəssüflənməkdən başqa bir iş qalmır.
    bəlkə ərinməyən bir nəfər bu işi görə,
    heyiflər…

  6. Oxuduqca içimi çəkdim nə gözəldilər deyə.

    Sən istə: saçımı kəsim
    qoymyr rahat sevişməyə

    Ay qız bu nədi? Dəli eləmə camaatı. Gözəldi.

  7. Səhərlər tez oyanaram
    Oyanıb tək qalma deyə
    Şairliyi soyunaram
    Qoymur rahat sevişməye

    - bu, poeziyadir. Chox sag olun! Birinci sheir o qeder de ugurlu alinmayib, amma her halda mezmun melumdur. sag olun! ugursuz Vetende ugurlar!

  8. Günelin bütün yazılarını oxumuşam. həmişə də mənə stimul verib. İkinci şeir doğurdan da əladı! Əla deməyə bəzən çoxu ehtiyatlanır, ama əlaya əla deyərlər də… Uğurlar!

  9. Günel,gözəl şeirlərdir.təşəkkür.çoxdandır belə şeir oxumurdum

  10. Cox xosuma geldi. Esl poeziya deyende bu seirler tam yerine dusur.

  11. bu səhər nə isə yaxşı bir yazı oxumaq keçdi ürəymdən və bu amacla oxudum yuxarıdakı şeirləri.
    Sən qəddar olmuşdun
    Ağrıyırdım..
    bu misralarıdan sonra oxumamaq da olardı. Müəllifin imzasını tanıdığımdan(müsbət tərə
    fdən) canımı dişimə tutub oxudum.Sonra şərh yazmaq istədim.
    Zəif şeirə şərh yazmağın ağırlığını yaşadım və yazmamaq qərarına gəldim,
    amma deyəsən nə isə yazdım axı…

  12. gelin ag elemeyek dee… hansi imza ile sherh yazmagimizdan asili olmayaraq. 1-ci sheir sheir olmaqdan evvel cumle yiginidi, 2-ci sheirin de alayi menasi var
    fotoya soz yoxduç ugurlarç Gunel xanim

  13. Salam. Günel xanım çox gözəl yazırsınız. Uğurlar Sizə

  14. Mənim şairim! Möhtəşəmsən! Qəlbi irin tutanlara fikir vermə! Səni misra-misra sevənlər var! Mənim Axmatovama eşq olsun!

  15. Coxdadir belə gozel seir oxumamisdim inanin ki lezet eledi. salam sarvanin kitabinda gozel seirlerden sonra mene bu seirler poeziyanin tamam basqa bir terefini gosterdi. tesekkur edirem İlhaminizi Allah qorusun Gunel xanim bu Sizin oxudugum ilk seirinizdi.
    Ürəyim bulanırdı
    Öküzün qanından
    Sənin qansızlığından…

    ureyim bulanirdi
    teze ozune edebiyyat adami deyen insanlarin sozunden
    bu “soz sahibleri”nin qansizligindan

    fan-fiction yeqin yazarin xetrine deymez

  16. Elinize ve yüreğinize saglık

  17. Günel xanım, şe”r yazmaqdansa başqalarını oxusanız daha yaxşı olar.

  18. Gunel xanim ikinci ser bir musiqiye benzeyir gozledir beyndim
    bezen heqiqetende sevismeye sairlik de mane olur sac da amma ucu bir arada olmagi ozu de golzedir

Şərh yazın