Ayazbəy Turan. Zərdüşt də belə deyirdi… (Esse)

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 16 Ocak, 2010

1Bu gün ayın doqquzudur
Dünən isə səkkizi idi- düz yarım saat bundan əvvəl…

Axşamınız xeyir!

Bir az bədbinləşmək lazımdır
Xanımlar, gözünüzə düşən teli incə barmaqlarınızla qulağınızın dibinə burun
Bəylər, papağı başınızdan çıxarın, o, gözünüzü tutur
Önünüzdə ayna var, ora bir baxın
Üzünüzdən gülüş əskik deyil
Babalarınıza, nənələrinizə xəyanət etdiniz, onlardan miras qalan bütün qırışları alnınızdan sildiniz
Ötkəmlik sizə yaraşmır
Riyakarlıq etməyin, bir-bir danışın!
Aynada bütün bəşəriyyət canlanır
Avropa “ağ qitə”dir
Afrika “qara qitə”
Burda yeməyə quru çörək də tapılmır
İnsanlar acından ölməmək üçün nisbətən zərif daş yeyir
Ey, Avropalı, sən mədənə daş qıyarsanmı?
-Nə danışırsan
-Həkim məsləhət bilmir
-Bərk maddənin rahat həzm olunması üçün mədə izafi şirə ifraz etməlidir
- Olmaz, qida intizamım pozular.
Afrikada isə uşaqlar animeksiya xəstəliyindən əziyyət çəkir
Bu bəlaya mübtəla olan insanların əzaları inkişafdan qalır, bədən dayanmadan arıqlayır
Ey, Avropalı, bir dişlək alıb leqeydliklə zibil qutusuna atdığın hamburgeri ac insanlara qıyarsanmı?
- Onlar buna layiq deyil.
Amma Afrikalı uşağın gözləri zibil qutusuna dikilib…
Bir yaxşılıq et…
-Yox
Anladım, ortada sədd var
Axı sən fövqəlbəşərsən, Tanrı vücudunu qızıl suyuna çəkib
Nədən narazısan?
- Altun qiymətdən düşüb
- Mən merac etmək istəyirəm
- Bədənim almaz suyuna çəkilməlidir
- Tanrıya qarşı qəzəbimi boğa bilmirəm
Amma ac insanlar dara düşəndə Tanrıya qəzəblənmirlər
Onlar mütiliklə Tanrının hüzurunda baş əyirlər, dillərində qəzəb yerinə şükranlıq var
…Biz nənəmizin, babamızın üzündəki qırışları alaq etdik-vaxtından əvvəl bitən tikan kolları kimi
Bir ayağımız gorda olanda taqətsiz halda hücrədə “Quran” axtardıq tövbə elədik, Tanrı yanağından göz yaşları süzülə-süzülə bizi bağışladı
Bu artıq neçənci dəfədir, Tanrı belə, öz adətinə xilaf çıxdı, insanlar isə düzəlmək bilmir
…Mən tək vuruşuram, axına qarşı gedirəm
Zaman isə düşmənimin sahilində lövbər salıb.
Zərdüşt də belə deyir- pənah gətir!
Dostlar məndən inandığım dəyərlərin doğru olduğunu sübüt etməyim üçün nümunə göstərməyimi, möcüzə yaratmağımı istəyirlər. Qurana baxın, “Əl-bəqərə” surəsi
İnsanlar Allaha inanmaqları müqabilində Məhəmməddən möcüzə göstərməyi tələb edirlər
Tövratda İsrail oğullarının Musadan qeyri-adi bir qabiliyyət göstərməyi tələb etdiklərindən də bəhs olunur
Zərdüşt insanları kamilliyə dəvət edir
Bu zaman bazar meydanında tamaşa gedir, sirk ustası ona qayıdıb deyir- kəndirbaz kimi hoqqa çıxarsan sənə inanaram.
Dostlar, şəfqətlə başınıza sığal çəkirəm, gözlərinizi yumun
Yox hərənizin altında bir maşın olmayacaq. Mən sizə “mənəvi dəyərlər”, “sədaqətli dost” kimi nəsnələrdən başqa heç nə verə bilməyəcəm
Mən nə karəyəm ki, Tanrı yaratdıqlarını yenidən yaratmaq eşqinə düşüm
Biz hamımız bir otaqda yaşayırıq
-Nəfəsliyi açın, boğulduq!
Bu çıxış yolu deyil
Asketik həyat!
Meşələrə çəkilin!
İnsanların dilini başa düşmürsünüz? Onlar ezop dilində danışır? Hər şey deyir, amma heç nə demir?
Heyvanlarla ünsiyyət qurmalıyıq!
Onlar təmkinlidir, sizi dinləyərlər, inqilabi çıxışlarınıza məmnuniyyətlə qulaq asarlar
Bəs nə bilmişdin?
Hitler, Stalin- kifayət qədər nümunə var
Tarixin ironiyasına bax
SSRİ-də stenoqramlarda Hitlerin nitqi itin hürməyi ilə müqayisə edilirdi, Almaniya qalib gəlsəydi , yəqin əksinə olardı
Mən tarixə yenidən qayıdardım
Bəşəriyyət hər iki zülmkara rişxənd etməlidir
…Rahat nəfəs al, dostum
Əlini cibinə təpib bir siqaret çıxar, qullab vurub buğum-buğum tüstülət, Yoxdursa mən verim, hamımız bir gündəyik-valideynlərimizə hörmət əlaməti olaraq evə siqaret almırıq
Mən istəyirəm atam cəsarətlə üzümə desin
Sənin üçün “ata”-nın hörmətini saxlamaq yanımda siqaret çəkməməkdirsə, mənə belə hörmət lazım deyil
Bilirəm, sən bunu xəyalən fikrindən keçirirsən
Bu məsuliyyətin altından çıxmaq lazımdır
Yəqin ürəyində deyirsən ki, yazıda kədər hanı?
Birincisi, oxucu müəllifin üzünə bozarmalıdır, bu nə həlim danışıqdır
İkinci də, adətən kədər nöqtələrdə gizlənir…
Bu şeri sənə ithaf edirəm
Heç vaxt ümüdsüz olma
Biz bir yerdə hələ çox yol qət edəcəyik

ümüdlər gələcəyə atılmış tilovdu
gələcəyə atılmış tilovdu ümüdlər
dünyaya ümidlə gələn körpə qızcığaz
həyatda ümidlə bacı, xala, bibi, nənə olur, sonra ölür
ağacdakı yarpaqlar da eyni ahənglə doğulur, ölür
…əbədiyyət xəzan yarpaqlarıdır

nurani nənənin qocalan ümidləri
cocuqların sifətində yenidən doğulur
yeni köçmüş gəlinin ümüdləri isə onun böyründə yatır
dünyaya yeni ümüd gətirmək üçün

zavallı cocuq!
elə bilir ki, anası onun könlünü almaq üçün
özünü yuxuya verib
indi onun həyatda yeganə təsəllisi
tankın tırtılları altından salamat çıxan velosipedidir.
deyirlər Vətən sərhəddən başlayır
onun üçün isə vətən çadırdı! çadır!

ayaz.turan@yahoo.com

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

10 Şərh var
Şərh yazın »

  1. Zərsdüşt belə deyirdi:”Şər daimi deyil, həm mənəvi ,həm də dini pərəstiş
    baxımından ondan təmizlənmək olar”.
    aradan uzun zaman keçdi…
    insanlar çox yorğundurlar.
    insanlar kamilləşə bilmədilər.
    kamilləşmək istəyənlər dindən uzaq düşdülər,yolu itirdilər,
    min bir əziyyətlərə düçar oldular.
    dinə yaxın olanlar kamilləşmək istəmədilər, hər şeyi tanrının üzərinə atdılar,
    özlərini əzab və əziyyətlərdən sığortaladılar,dində rahatlıq qazandıla.r
    Dinə pərəstiş ən ağır məsuliyyyətdir,
    Dinə pərəstiş ən yüngül məsuliyyyətsizlikdir.
    Kamillik bütövlükdür.

    əlavə olaraq, bu gözəl yazı üçün Ayaz bəyə təşəkkürlər və
    uğurlar

  2. Narıngül xanımın şərhinə:

    Güllər narın-narın nələr pıçıldar,
    yarısı ətirdi, yarısı şehdi.
    arılar yolunda uçar yorular,
    yarısı nəğmədi, yarısı mehdi.

  3. “ümüdlər gələcəyə atılmış tilovdu
    gələcəyə atılmış tilovdu ümüdlər”

    Tilovlarınız qırılmasın!!! Ümidləriniz tükənməsin!!!
    Yollarınızı kəsməsinlər!!!- bu ümidlər bitməsin!!!
    Bitərsə bitərsən, Allaha asi olarsan.
    Onda da sənə deyəcəklər ki, “Axı Zərdüşt elə demişdi”
    Ayazbəy, təşəkkürlər!!!

  4. Bu misrları oxudum və demək olar,
    ilk dəfədir ki,adımdan xoşum gəldi…
    Diqqəti üçün hörmətli Məmməd Savalana minnətdaram.
    Və Ayazbəyə bir daha uğurlar…

  5. AYAZBƏY!

    MARAQLI İÇ DÜNYAN VAR… EŞQ, EŞQ, EŞQ….

  6. Ayazbay bay! Essen mana xos tasir baqisladi. Isda nahar fasilasinda amallica “qidalandim”.

  7. AYAZ,GOZEL ESSEDI.SENI TEBRIK EDIREM DAVAMINI GOZLEYIREM.

  8. Ayaz, qelemin yorulmasin inwAllah. Ughurlar. Yazilarini yene de gozleyirik

  9. Ayazbey, senin qeleminin iti olacagina hemishe inanmisham…
    Bunu bu yazinla bir daha subut eleye bildin…
    Qelemin kutleshmesin !!!
    gurlar sene…

  10. Ayaz bəy, oxuduğum ən gözə esslerden di senin bu yazın

Şərh yazın