Nazilə Gültac. Şeirlər.

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 19 Ocak, 2010

1DİVAR

Dörd divar arasında
kiçilir göy üzü də

bir həsrət
dolanır göy üzündə
qara buludlar kimi.

İşıq da can verir
dörd divar arasında.

Qapı üçün bir divarı
yıxmaq yetər.

Uçulan divardan
görünür həyat.

İNANDIM AYRILĞA

Boylananda sola, sağa,
Başı qarlı “Qarı”dağa.
Baxanda sarı yarpağa,
İnandım ayrılığa.

Yanağımdan yaş sürüşdü,
Gül üzündə şeh üşüdü,
Göydən durna teli düşdü,
İnandım ayrılığa.

ÖMÜR

İnsan yaşayanda
göylərin olur.
Olumu göz ilə qaş arasında,
Bir ömür yaşayırıq,
Ölümü göz ilə yaş arasında.

Ömrün bu başından
o başına yol yaxın,
O başından bu başına
yol uzaq.

İnsan öləndə torpağın olur.
Göy üzünə onun bir ahı,
bir də məhəbbəti çatır.
Bir ömür yaşayırıq
sonunda bağlı qapı.
Onu ancaq ölüm açar.
Ömür – ölümə açar.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. Xoşlandım

  2. SALAM SEIRLERINIZI COX BEYENDIM.SIZE UGURLAR

Şərh yazın