Afaq Məsud: “Azərbaycanda layiqli əsərlər yazılır…”

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Ocak, 2010

“Azərbaycanda müasir ədəbiyyat var və əsərlər də yazılır. Ancaq Azərbaycan Yazıçılar Birliyi fəaliyyət göstərməsinə baxmayaraq, qurum bu əsərlərə fikir vermir. Ümumiyyətlə, əsərlər arasından hansının yaxşı, hansının pis olduğunu demir”.

APA-nın məlumatına görə, bu sözləri yazıçı Afaq Məsud deyib.

Yazıçının sözlərinə görə, AYB birlik olaraq gənc ədiblərin ədəbiyyata marağının artırılması yolunda lazım olan müsabiqələri həyata keçirmir: “Niyə bu gün Milli Kitab Mükafatı Yazıçılar Birliyi tərəfindən təsis olunmur? Hər halda bu cür mükafatların təsis olunması müasir ədəbiyyatdakı prosesi də üzə çıxarır. Son illər Azərbaycan ədəbiyyatında layiqli əsərlərin yazılmaması fikri ilə razılaşmıram. Bu gün layiqli əsərlər var, sadəcə, həmin lazımlı əsərlərin və müəlliflərin üzə çıxarılması yolunda addım atılmır”.

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 3,67 ilə 5 arası)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. SALAM. Mənim fikrimcə də son illərdə yazılan əsərlər layiqli və həddindən artıq öz marağını qoruyan, dğvrümüz üçün yararlı əsərlər sayılır. Sadəcə bu əsərləri üzə çıxarmaq, müasir dövrümüzdə oxucu həvəskarlarına təqdim etmək kifayətdir. Bu yolda əziyyət çəkən bütün insanlara uğurlar arzu edirəm. ALLAH AMANINDA…

  2. Elə dırnaqarası şair görmüşəm ki, imkanına güvənib az qala həftədə bir kitab çıxarır. “Dəyərli” fikirlərini dillər əzbəri eləmək istəyir… Ancaq elə istedadlı insanlar da var ki, imkanı çatmır kitab çap elətdirsin.
    İndi başqa rayonlarda o qədər şairlər var ki, adını belə eşitməmişik. Füzuli rayonu, Horadiz qəsəbəsində yaşayan Oruc Səda imzası ilə yazan şairi çoxumuz tanımırıq. 75 yaşı var. Elə maraqlı da orasıdır ki, hələ gənc deyil tanınmır. Onun gənc ikən yazdığı bəzi şeirlərdə kifayət qədər istedaddan xəbər verən misralar var:

    ***
    …Ümid ilahəsi gülməzmi bir az?!
    Zamanın hökmündən çox xardı Araz!
    Bağrı çatlayardı, daşardı Araz
    Ürəyi dənizə boşalmasaydı!

    ***

    Səda deyər balta götür, Bəxtiyar,
    Şəhriyarın bəxti yatan taxtı yar!
    Bəlkə bir az Məmməd Araz toxduyar,
    Aramıza Araz atan dünyadı!

    ***

    Məhəbbətin yollarında qüssədən
    Səadətdi saçlarıma düşsə dən!
    Məhəbbətsiz ömür sürən kimsədən
    Bir aşiqin məzar daşı yaxşıdı!…

    Vasif Süleymanın bloguna baxanda, orda da bir gözəl imzaya rast gəldim-Şamxal Rüstəm. Çox istedadlı şairdi. Oxumaq istəyən “Google”da adın yazıb tapa bilər. (bu yazı gələcək: “Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz!”)

    Gileyli Bəylər! Bu imza da çoxuna yaddı! Könül Xasıyeva onun yazıların çox oxuyub.

    ***
    Səksən yaşa kim razıymış,
    Onun ağlı dayazıymış!
    Həyatımız nə azıymış-
    İnsan ömrü-çiçək ömrü!

    ***

    Şuşa bir tac idi Azərbaycana,
    Qoruya bilmədik boyandı qana!
    Kiminin gözündə müqəddəs ana,
    Kiminin cibində puldu Qarabağ!
    Qaldı, yad əllərdə qaldı Qarabağ!…

    Füzuli rayonundan Ələddin Qənbər:

    Həsrət qaldıq buz bulağa, dağlara,
    Daşın yansın, qayan ölsün, ay Vətən!
    Cavanşirlər, İsmayıl övladına
    “Qaçqın” adı qoyan ölsün, ay Vətən!

    Niyə qıydıq Şuşa kimi qalaya?
    Xocalıda çatammadıq haraya!
    Bu milləti sağalmayan bəlaya,
    Dərdə-qəmə salan ölsün, ay Vətən!
    (ardı var)

    Beyləqanlı Razı! Bu gənc yazardı (1984), ancaq istedadlı gəncdi. Mənə maraqlı gələn isə budur ki, onun nəinki ali, heç orta təhsili də yoxdu. Ancaq dəyərli fikirləri, gözəl ruhu var…

    Bu yazılarım reklam xarakterli görünsə də, əsla bundan bir təmənna ummuram. Mən inanıram ki, hər bir rayonda istedadlılar çoxdu və təəssüf ki, tanımırıq. İndi Afaq xanım kimi insanlar istedadlıları üzə çıxarmağa nail ola biləcəklər. Bu işdə uğurlar sizə!

Şərh yazın