Türkiyə ermənisi İstanbuldan roman yazdı
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Ocak, 2010
İstanbulda yaşayan erməni əsilli yazıçı Aret Vartanyanın kitabı təqdim edilib. “Bir nəfəs İstanbul” adlı romanında İstanbul və istanbullular barədə yazılıb.
“Bu dəfə səninlə İstanbulu və İstanbuldakı səni, məni yaşıyacağıq. Bu dəfə yolumuzun tanışları var. Zəngini, yoxsulu, kürdü, ələvisi, mühavizəkarı, ermənisi, rumu, musəvisi… Bir arada yaşaya bilmənin hekayəsi… İstanbulun küçələrində itərkən sənin, mənim, yaşamlarımızın, sevgilərimizin, düşüncələrimizin, xəyallarımızın, qorxularımızın, ümidlərimizin, tənhalığımızın arasında dolaşırıq. İstanbul, Türkiyə, dünya, “sən”sən, “mən”əm, “biz”ik… İnandığım tək gerçək budur.
İstanbul elə bir şəhərdir ki… Heç bir kitab səni bu şəhər qədər bəsləməyəcək, heç bir musiqi ruhunu bu qədər doldurmayacaq.İstanbulda nəfəs aldım… İçimə doldu… İndi o nəfəsi, səhifələrə yazıb, səninlə bölüşürəm…”
Aret Vartanyan 1978-ci ildə anadan olub. 1998-ci ildən bu yana müxtəlif yerli və xarici jurnallar, qəzetlərdə çap olunub. Aret Vartanyan internetdə ən çox “click” edilən gənc yazarlardan biridir. Mərmərə Universitetinin məzunudur. 2002-2004-cü illərdə Oksfor Universitetində təhsilini tamamlayıb. 2008-ci ilin sonunda “Sən və Mən” adlı kitabı çıxıb.
Turxan Qarışqa
Kultaz.Com






Yüklənir...
Nobele geden yola oxshayir…
Bu yazarin ve onun yazdiginin bize ne dexli varki burada reklam olunur? Kultazin ishi gucu yoxdur beyem?