Elbrus Ərud. Əsgər quduz olub
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 29 Ocak, 2010
Müdafiə naziri Səfər Əbiyevin 60 illiyinə ithaf edirəm
Komandirini öldürən əsgər quduz olub. İnanmırsınız? Mən ölü, siz diri. Daşkəsəndə baş verən hadisəni aparıb psixi problemlərə, əsgərin qudurmasına, quduzlaşmasına çıxarmasalar, adımı dəyişməyə hazıram. Əsgərin hərbi hissə komandirini öldürməsinə, qərargah rəisini yaralamasına başqa nə ad vermək olar axı? Artıq indidən əsgərin dəli olduğunu sübut eləyən kifayət qədər dəlil-sübut da saymaq olar. Məsələn, demək olar ki, bu əsgər son günlər özünü qəribə aparırmış. Hərbi hissənin sağ qalan bütün şəxsi heyəti bu faktı bir ağızdan təsdiqləyə bilər. Ya da belə ola bilər ki, hadisəni törədən əsgərin hələ xidmətdən qabaq psixi dispanserdə qeydiyyatda olduğu üzə çıxsın.
Rica edirəm, bu boyda rüsvayçılığa heç kim ayrı cür don geyindirməsin. Onsuz da hadisə bütün çılpaqlığı ilə ortadadır. Heç kim çaşıb bu hadisədə ordumuzun rəhbərliyini günahlandırmağa cəhd eləməsin. Möhtəşəm müdafiə nazirimizin istefasını-zadı ağlınıza gətirməklə, küfr eləməyin. Çiynində ulduzdan, yaxasında medaldan yer olmayan müdafiə nazirinə kimin həddi nədir bir söz deyə? Ümumiyyətlə bu hadisəyə görə məsuliyyəti hörmətli nazirin üzərinə qoymaq lazım deyil. Axı cənab nazirin nə günahı? Hadisə Daşkəsəndə baş verib, nazir isə Bakıda oturur. Özü də son günlər üzrlü səbəbdən generalın başı ayılmır. Neyləsin ki, yubiley mərasimləri, 60 yaşın psixolji təsiri adama əlavə qayğılar haqqında düşünməyə imkan vermir…
Birdən hansısa jurnalist tədbirdə-zadda yaxınlaşıb Səfər Əbiyevdən Azərbaycanın hərb tarixində görünməyən bu hadisə ilə bağlı açıqlama almaq istəyər. Onda həmin jurnalist unutmasın ki, jurnalistika tarixində görünməyən cavab ala bilər. Necə ki, Sarkisyan işğal altındakı torpaqlara səfər eləyəndə mən həyəcanlı halda həşəmətli generalımıza yaxınlaşıb, açıqlama almaq istəmişdim. Onda cənab general camaatın içində mənim sualıma elə cavab verdi ki, indi də o sözlər yadıma düşəndə dizlərim əsir.
Təsəvvür eləyin, jurnalist nazirə düşmənin hərəkəti haqqında sual verir, o, da cavabında müxbirə agent deyir. And olsun yeri göyü xəlq eləyən Tanrıya ki, bu adamın bəlkə də heç agentlə, informasiya agentliyinin əməkdaşı arasındakı fərqdən xəbəri yoxdur…
Son bir ildə Azərbaycan ordusunda bir-birinin ardınca baş verən hadisələrə nəzər salanda adamın başına hava gəlir. Videosu bütün ölkədə yayımlanan “Dedovşina” filmindən tutmuş, indi məhkəmə prosesi gedən yoldaşlarını öldürən əsgərdən, vəhhabi olan zabitdən tutmuş, əsgərdən rüşvət aldığına görə həbs edilən zabitlərə qədər baş verən bütün bu hadisələrdən sonra el arasına necə çıxmaq olar? Özü də bu hadisələr Cənubi Qafqazda ən böyük hərbi xərclərə malik dövlətin ordusunda baş verir. Dövlət bu qədər vəsait xərcləyir, boğazından kəsib orduya yedizdirirsə, heç olmasa bundan utanmaq lazımdır. Əgər kimsə utanmaq hissini itibsə, onu utandırmaq heç də pis olmazdı. “Utananın oğlu olmaz” deməyin, cənab nazir! Onsuz da sizə oğul etibar eləmək olmaz…
Bu da iki gün əvvəlki polkovnikin intiharı deyil ki, yaxanızı qırağa çəkib “bu bizlik deyil, bizlik deyil” söyləyəsiniz. Guya yalan yazıblar. İntihar eləyən polkovnik yox, polkovnik-leytenant imiş. Özü də hələ bir müddət əvvəl ordudan tərxis olunubmuş… Adam da intihar elədiyinə görə öz zabitindən imtina eləyər?
Bu da sənə öldürülən polkovnik-leytenant… Yoxsa, bu da Sizlik deyil, cənab?..
apa12@mail.ru





Yüklənir...
Həmin hərbi hissədə qulluq eləmişəm. Çox pis oldum bu xəbərə. Görəsən, haqlı kimdi…
Elmeddin bey, yaxshi ki salamat qurtaribsan))))
Bu yazıya görə sizə təşəkkür edirəm, Elbrus bəy! “Sizə oğul etibar etmək olmaz!” cümləsi ilə quşun düz gözündən vurmusan. Sağ ol! Hamımız ordumuz haqqında acı həqiqətləri yazmalıyıq, haqsızlığın qurbanı olmuş yüzlərlə şəhid əsgərimizin qanı kimin üstündədir, bu qurbanlara görə kimlər cavab verəcək? Bu qədər faciələrdən sonra Səfər Abiyev yenə də Müdafiə Naziridirsə, mən gələcəyə baxanda çox pessimistəm…
bu- analoqu olmayan ölkənin analoqu olmayan hadisələridir.
Elik bəy, qismət belə imiş, sən qəm yemə buna görə)))
3-cü şərh bizi kimliyimiz tanımağa çağırır! Quru ağac kötüyünə oxşar bu insan ordumuz üçün nə edib??? Yoxsa qorxuruq həqiqəti deməyə??? Orduda nələr baş verdiyindən xəbərsizdimi??? Əsgərlərin payının satılmasına niyə kor baxır zabitlərimiz??? Bunun üçün Səfər “müəllim” nə edib??? Hansı qadağalar qoyub???
P-ullu
O-ğlan
S-əngər
T-tanımır
“POST” sözünə yazılmış bu həqiqəti, görəsən, eşidibmi Səfər “bəy”??? Görəsən, oğul vətəndən üstündürmü? Niyə gedib qulluq etməsin ki, pulu çox olan??? Niyə???
Elbrus salam ..Sen eskerlikde olanda ozunde gorururdunki bu tip hadiseler en cox soyus ustunde olur
bezi qoyun afcerlere basa salmak lazimdir ki eskerleri soymek olmaz…..onlar bu vetenin en qeyretli oglanlaridir onlari soyende onlarda adam bele eder
Razi bey salam, men esgerlikde olanlari bir defe yazmisham. inanin ki, onulari bir de yazssam yene de qan dusher. esgerlikden gelende fikirleshirdim ki, kim veteni sevirse o calishib esgerlikden bir yolla yayinmalidir