“Etüd” kitab evində Nuridə Atəşi ilə görüş- FOTOLAR

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 31 Ocak, 2010

“Etüd” Kitab evi və rəsm salonu yeni ünvanda sənət görüşlərini bərpa etdi. İlk görüş Almaniyada yaşayan azərbaycanlı şairə, Nizami adına Ədəbiyyat İnstitunun direktoru Nuridə Atəşi ilə keçirildi.
Görüşə çoxsaylı gənc yazarlar,  jurnalistlər və oxucular gəlmişdi.
Öncə qarşılıqlı tanışlıqla başlayan görüş daha sonra qızğın diskussiyalara meydan oldu. Çağdaş ədəbi proses, Avropa və Almaniya ədəbiyyatının bugünki mənzərəsi, amazonlar, yeni-köhnə ədəbiyyat arasındakı estetik fərqlər və sair məsələlər geniş müzakirə olundu.
Nuridə xanım, Almaniyada öz kitablarının qonorarıyıa dolana bildiyini, hər hansı tədbirdə şeir oxumaq təklifi aldıqda 1 000 avro qonorar tələb etdiyini bildirdi. Onun sözlərinə görə, Almaniyada, ümumiyyətlə, Avropada intellektual, mürəkkəb şeirlər geniş yayılıb. Ədəbi gənclik isə bu şeirlərei “intellektual zibil” adlandıraraq, yenidən hiss və duyğuları şeirə qaytarmağa çalışır.
“Şeirlərimdə qadın hiss və duyğuları qabarıq olduğuna görə, diqqət cəlb etdim. Bir Şərq qadınının bu şəkildə yaza bilməsi onları heyrətləndirdi”- deyə nuridə xanım bildirdi.
Bu gün daha çox Əli və Nino” romanının müəllifinin kimliyi və amazonların tarixi vətəni haqqında elmi araşdırmalarla məşğul olsa da, Nuridə xanım yaradıcılığa da vaxt tapır. İndiyə qədər 15 kitabı dərc olunan müəllifin Almaniyada artıq konkret nəşriyyatla daimi müqaviləsi var: “Nəşriyyat kitablarımı çap edir, həm internet, həm də yayım şəbəkələrində onun satışını təşkil edir, normal qonorar ödəyir”.

Nuridə xanım onu da bildirdi ki, artıq onu bir alman şairi kimi qəbul edirlər:

“2008-ci ildə Almaniyanın «Matezun Zayts» nəşriyyatından sifariş aldım. İkimizin müştərək arzusu oldu ki, Azərbaycan klassik şairlərini alman dilinə çevirək. Nizamidən, Məhsətidən tutmuş, klassik şairlər və müasirlərdən də seçmələr. Şərq poeziyasının bilicisi şair Yan Vaynerti də mənə köməkçi verdilər. Bir ildən artıq, hər gün 8 saat işlədik. Almanlar Hafizdən, Xəyyamdan və Nizamidən başqa heç kimi tanımırlar. Nizamini də Göte tanıtdırıb, amma fars şairi kimi. İnanın, Məhsətini oxudular, bayıldılar. Dedilər, necə olur ki, Azərbaycanın klassik ədəbiyyatı belə güclüdür və almanlar bundan xəbərsizdirlər. Kitab Frankfurt Kitab sərgisində göstərildi və mən şair-tərcüməçi kimi kitab bazarına girdim. Ondan sonra «Karel Fişer» nəşriyyatından şeirlərimin çapı üçün təklif aldım. Ötən il seçmə şeirlərim «Od qızı» adı ilə çap olundu. Dərhal kitab bazarında satılmağa başladı və artıq məni alman şairi kimi qəbul elədilər. Həmin nəşriyyatın buraxdığı «Müasir alman poeziyası və nəsri» antologiyasına 5 şeirimi saldılar. ”

Kultaz.Com


1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. Nuridə xanim bizim fəxrimiz istedadlı şairimiz sizə bir gənc yazar kimi minnətdarıq çox minnətdarıq

  2. Nuride xanimin shairliyi her azerbaycanlinin shairliyi qederdir

Şərh yazın