“Oskar” namizədlərinin siyahısı açıqlandı
Yazar: Admin | Bölmə: Kino | Tarix: 02 Şubat, 2010
2009-cu il üçün “Oskar” mükafatının nominantlarının adları açıqlanıb.
Lent.az-ın məlumatına görə, siyahını Amerika kinoakademiyasının prezidenti Tom Şirak və Enn Hetuey açıqlayıblar.
Əsas kateqoriya olan “İlin ən yaxşı filmi” kateqoriyasında “Avatar”, “Fırtınanın hakimi”, “Təhsil”, “Görünməyən tərəf”, “Rayon №9”, “Şərəfsiz əclaflar”, “Güc ver”, “Ciddi adam”, “Yuxarı” və “Səmaya istəyirəm” filmləri mübarizə aparacaqlar.
“Ən yaxşı rejissor” adına Kventin Tarantino, Ceyms Kameron, Li Deniels, Ceyson Reytman və Ketrin Biqelou iddialıdır.
“Ən yaxşı qadın rolu” mükafatını ala biləcək namizədlər arasında Sandra Ballok (“Görünməyən tərəf”), Kerri Malliqan (“Təhsil”), Qaburi Sidibe (“Güc ver”), Meril Strip (“Culi və Culiya”), Xelen Mirren (“Sonuncu stansiya”) adları var.
Analoji kişi kateqoriyasında Ceff Bridcess (“Dəli ürək”), Corc Kluni (“Səmaya istəyirəm”), Kolin Firt (“Tənha kişi”), Morqan Frimen (“Fəth edilməyən”) və Ceremi Renerin (“Fırtınanın hakimi”) adı çəkilib.
Qeyd edək ki, bu il “Oskar” mükafatının təqdimetmə mərasimi martın 7-də baş tutacaq.





Yüklənir...
“Səmaya istəyirəm” – ela filmdi. Yeqin ki, “Oscar”a layiq goruler.