Atəşli bir görüş haqqında

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Şubat, 2010

Adını ilk dəfə  uzaq 2003-cü ildə eşitdiyim şairə xanım Nuridə Atəşi ilə “Etüd” kitab dükanında görüş olacağını eşidəndə  kitabxanamdan onun “Yaşanmamış Qadınlıq” kitabını götürüb vərəqlədim. Ol zamanlar gəldiyim qənaətim daha da möhkəmləndi.

Nuridə xanımın yazılarının əsas xüsusiyyəti odur ki, onun yazdıqlarını oxuyanda adam bilir ki, bu əsərin müəllifi qadındır. 20-ci əsr Azərbaycanının qadın yazarlarından Mirvarid Dilbazidən başqa hamısının əsərlərinin üstündən adını götürüb kişi imzası ilə çap edə bilərik. Yəni o dövr xanım yazarlarının şeir-hekayələrində zərif cinsə məxsus özəlliklər yoxdur. Xanım Atəşidə isə bu özəlliklər var.

Onun əsərlərində qadınlara məxsus ən incə hisslər qələmə alınıb. Yaxşı yadımdadır, bəşər tarixinin ən təhlükəli qadınlarından olan İlhamə Quliyeva (Əüzü-billəhi minəş şeytanir racim) Nuridə xanımın “Neylərsən” şeirinə mahnı oxumuşdu və diskin üstünə müəllif kimi əsl müəllifin yox, başqa bir adamın adını yazmışdı. O vaxtlar müəlliflik hüququnun bərpa olunması üstündə bərk mübarizə gedirdi.

Tədbirdə bu işin axırı barədə soruşmaq istəsəm də, imkan tapıb soruşa bilmədim. Azərbaycan yazıçıları özlərinin ənənəvi mövzuları-  sənətkar və şəxsiyyət barədə mübahisələrə başladılar. Qan Turalı “Gənc Ədiblər Məktəbi” nin üzvlərini təqaüdə satılmaqda suçladı. Onlar da cavabında bildirdilər ki, hökumət verilən imtiyazların müqabilində onlardan heç nə istəmir. O, təqaüd onların halal haqqıdır.

Mən Turala etiraz edib bildirdim ki, yaxşı yazıçı olub şəxsiyyətsiz də olmaq olar. Nümunə kimi Pol Elüar və Artur Rembo arasında yaşanan qeyri-ənənəvi eşq macərasını göstərdim. Gözünə dönüm Zahir Əzəmət. Yaxşı verdi ağzımın payını- O, onların şəxsi həyatıdır. Sən də get “Avropa” otelinin qabağında dayan, amma ictimai məsələlərdə münasibət bildir. Çox sağ ol Zahir, sənə dərin minnətdarlığımı bildirirəm. Bundan sonra ancaq sənin şeirlərini oxuyub əzbərləyəcəm. Bu yazı vasitəsi ilə Zahirdən, Turaldan, Natiq Güləhmədoğludan, Pərviz Cəbrayıldan, Seymur Həziyevdən, Sənubər Heydərovadan, Şahvələd Çobanoğludan üzr istəyirəm.

Doğrudan da yazıçının mövqeyi olmalıdır. Şəxsi həyatdaki məişət pozğunluqlarını isə nənəmin tez-tez təkrar etdiyi bir sözlə qiymətləndirə bilərik- “Kim nə eləyir özünə eləyir.” Yəni, məsələn Dostoyevski qumar oynayıb araq içirsə, bu onun özünün canına və cibinə ziyandır.  Bunun cəmiyyətə heç bir ziyanı yoxdur. Amma tutaq ki, Elçin Hüseynbəyli “Qarabağşina” janrında yanında bulunduğu İsa Qəmbərə 2003-cü il Oktyabr hadisələrindən sonra xəyanət edib hakimiyyət tərəfə keçirsə, istəyir lap gündə beş vaxt namaz qılsın, Həccə getsin, zikr də eləyəndə dili qatlansın, yenə xeyri yoxdur. Onun yazdıqlarının da heç bir təsiri qalmır. Yazar cəmiyyətə müxalif olmalıdır, tək iqtidarla iş bitmir. Amma bu sözün ucundan tutub, yas yerlərində stola şirniyyat qoyanları da tənqid etmək bizə yaraşmaz. Belə yanaşmalar Fazil Qəzənfəroğlu kimi adamlarda olur.

Tədbirin sonunda Nuridə xanım qadın yazarlar arasında müsabiqə keçirmək və qalibə bir “Notebook” bağışlamaq istədiyini dedi. Çox sağ olsun. Çox yaxşı fikirdir. Mənim bu müsabiqənin şəffaf keçiriləcəyinə inanıram. Əsər təqdim etmək istəyən xanımlar “Etüd” kitab dükanına müraciət etsinlər. (Respublika sarayının arxası, Səməd Vurğun-33).

Və nəhayət, sonda- Nuridə xanım şərab kimidir, qaldıqca cazibəsi artır.

Mövlud Mövlud

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

14 Şərh var
Şərh yazın »

  1. movlud get ozune is tap.

  2. Movlud dediyin yazi bu idi?

  3. Salam. Ugur ozume artiq is tapmisam.
    Ayxan dediyim yazi bu idi.

  4. Nuride xanima bele simpatiya hardandir?
    Duzu o haqqinda ne yaxwi ne de pis bir sohbet ewitmemiwem

  5. Mövlud Rembo ilə Elüar arasında olmayıb qeyri-ənənvi eşq macərası. Rembo ilə Verlen arasında olub. Qəribəsi budur ki, tədbirdə sən heç bu misalı çəkməmişdim. Tədbirdə sən Bodlerdən nəsə danışırdın…

  6. Salam. Ayka sevirem onu.

  7. Qismet duz deyir. Men qarisdirmisam. Hemiseki kimi. Amma Qismete sexsi sohbetde demisdim sehv etdiyimi…

  8. get onda basqa ish tap yox yada qal ; Nuride Xanim Atesli kimi sairi olan edebiyyatin ele senin kimide bucaqcisi olar

  9. Yox e etiraf elə ki qarışdırmısan Mövlud ))))))))))

  10. Salam. Qismet axi men etiraf elemisdim ve burda da etiraf etdim… 2-ci serhini anlamadim.

  11. Movlud, qarwiliqlidir?

  12. Salam. Nədənsə Nuridə xanımın adını eşidəndə bir misra yadıma düşür:
    “Allı-güllü tuman keçir könlümdən”…
    Mövlud bəy, İlhamə Quliyevanın adından sonra mötərizədə verdiyin söz ləzzət elədi. Allah səni güldürsün!…
    Müəllif məsələlərində İlhamə “xanıml”la yanaşı bir neçəsi səhv edir; Könül Kərimovanın oxuduğu “Belə qəmli dayanma!!” mahnısının sözləri Şamxal Rüstəmin olduğu halda, özgəsinin adına çıxarmışdılar. Əsası odur ki, diqqətli oxucular müəllifi bir misrasından tanıyır. Yarpağı külək uzaqlara aparsa da, hansı ağacın olduğu bəlli olur…

  13. Mövlud, mənölüm, Mirvarid Dilbazini hardan tapıb çıxartdın?

  14. Eziz Ayka menim butun sevgilerim kimi bu da qarsiliqsiz mehebbetdir. (icelim arkadas…)

Şərh yazın