El-Sevər. Yeni Şeirlər.

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 07 Şubat, 2010

Xəyanət

Xəyanət təkcə basqasını sevmək deyil
Həm də məni sevməməkdir, qadınım.
İlk dəfə bunu tanrı etdı
Həvvanı sevdi

Arxasını ərinə çevirən qadının
Qarnındakı bəbəsini sığallaması da xəyanətdir, qadınım.
Sonra bunu İsa Məsih etdi
İnsanları sevdi.

Qışın oğlan çağında yağmayan qar da
Hələ yarpağını tökməyən ağac da xəyanətkardır, qadınım.
Daha sonra da insanlar başladı
Sevgi uydurdular özlərindən
Bir-birilərini sevdi

İndi bildin ki
Hansı xəstəlikdən ölüb kentavrlar, qadınım,
Xəyanət tanrının xobbisidir, unutma.

Həyat o qədər əyləncəli  ki

Həyat o qədər əyləncəli ki,
avtobusda pul qabını çırpışdıra bilərlər.
Sən də utana-utana düşüb qaçarsan
Ananı söyər kandukdor.

Həyat o qədər əyləncəli ki,
İşıqları yanıb-sönən supermarketi
yarmaq eşqinə düşərsən.
Arxanca yüyürən qoruqçunu aldatmaq üçün
Dar-qaranlıq dalana girərsən
Ayağın nəyəsə ilişər.
bu qaranlıqda səni ələ verənin kimliyini bilməzsən

həyat o qədər əyləncəli ki,
qaşının partlamış yerindən üzünə isti qan axar
diksinərsən,
taparsan üzünü
iki əlli yapışarsan tapdığından göz çıxaran qaranlıqda

həyat o qədər əyləncəli ki,
polis bölməsində açılar gözlərin
sən demə, onlar bir az da qırmızıya çalarmış
güzgüdəki adam söylər bunu

həyat o qədər əyləncəli ki,
təsadüfən cibindən tapança və bir kibrit qutusu nəşə çıxar
polis zabiti iki qızı zorladığını da sənə xatırladar.

Həyat o qədər əyləncəli ki,
Dinləməyə məhkumsan taleləri
Başqaları kimi nəfəs almalı, başqaları kimi yeməli-içməli

Həyat o qədər əyləncəli ki,
Sevgilinin unutduğunu eşidərsən
Bir səhər
damağındakı siqaretlə fatihə verirsən ölənlərə

Həyat o qədər əyləncəli ki,
Saqqalının ağarmış yerinə gülər günəş
utanar külək saçlarından

Həyat o qədər əyləncəli ki,
Bir göz qırpımında ötüşər zaman
Qımışa-qımışa əl yelləyərsən ötən avtobusa.

Tatar qızı

qatarda
yol boyu
Nadejda xanımın isti qucağı da,
soyuq təbəssumü də
unutdurmadı səni, tatar qızı.

Burdakı zamanı bitirdikdən sonra
hökmən dönəcəm xatirələrə.
Məni tikanlı məftillərə fırlatdığın üçün
təssüflənmə heç də, unut getsin.
İnsan tənha olanda aldığı yaralarla ağlayır.

Bax, ümüdlərin üfüqünə,
günəş batdığı yerdən doğar.
Bu həmişə belə olub, tatar qızı.
Bu şerimi də oxuma
Utanaram yoxsa

Üzümə vurduğun sillədən doqquz il də keçdi.
elə bil, dünən idi hamısı.
Gecənin qaranlığında əziyyət çəkir ürəyim
bu bir əlamətdir şizofreniyadan.

Bizdə əri ölən qadınlar sevməz
ərə gedər
get ərə, tatar qızı, get
məni gözləmə.

31 yanvar 2010

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 4,00 ilə 5 arası)
Loading ... Loading ...

17 Şərh var
Şərh yazın »

  1. tebrikler elsever. maraqli yazmisan. amma ,ox qat; asi gorunursen

  2. Xeyanet her adamin ishi deyil; her adamin eleye bileceyi bir ish deyil… Umumi goturende ise babat sheirlerdi, herchend, yazilmasa da olardi, ne muellif bir shey itirerdi, ne de oxuyanlar…

  3. Nə bilim, vallah…

  4. hamiya tesekkür,Novarga xüsusi ile. gelən dəfədən nə yazmağı və necə yazmağı məsləhət bildiyiniz kimi edərəm. Amma siz də insaflı olun elə tapşırıq verin ki, öhdəsindən gələ bilim. Elməddin qardaş çalışın bildiyinizi ifadə edə bilin. bilmədiyinizə isə qarışmayın. ehtiyyatlı olun diliniz yanmasın. dərin sevgi ilə El-Sevər.

  5. Elsevər bəy, Məqsəd demiş, “qardaş, qardaş” deyirsən, ancaq kinayə altında. Nəyə qarışıb, nəyə qarışmayacağımı mən çox gözəl bilirəm. Sənin yazdığın tipli şeirlərə şərhlər çox yazılıb, təkrarçılıq olmasın deyə, yuxarıdakı şərhi yazdım. Çalış səmimiyyətinə fikir ver! “Ehtiyatlı olun diliniz yanmasın” kimi ifadələri saxla, arxivinə tikərsən…
    Düzü, 1-ci şərhimdə uğurlar diləmədiyimdən təkrar gəlməyi qərarlaşdırdım, qərarımdan da dönmürəm-uğurlar!Dərin sevgi ilə Elməddin Mətləbov!

  6. Elməddin qardaş, mənim sözümdən inciməyin.Sizin ədəbi biliyinizin,həm də zövqünüzün olduğuna inanıram,o səbəbdən də yazdığınız şərh məni əsəbləşdirdi. bir şeiri sevmək olar,elə sevməmək də.amma eh deyib keçmək lazım deyil. unutma ki,sizin bu gün gündən qorunasız deyə girdiyiniz çətirli ağacları biz əkmişik. biz ədəbiyyatı hansısa reanimasiya otağında tapanda nə Novarg var idi,nə də Elməddin. yenə deyirəm məni sevməmək olar,heç oxumamaq da. amma eh deyib də keçmək haşa. yuxarıdakı ifadəmi də lütvən vulqar qəbul etməyin.unutmayın ki,bəzən vicdanının ittihamlarını eşitməyə məcbur olur.odəm bütün vücudu yanır,nəinki dili.mənim istedadlı insanlara hörmətim var,o cümlədən sizə də.sevmədiyiniz filmə baxmamaq üçün televizoru sındırmağa ehtiyac yoxdur,sadəcə kanalı dəyişməyiniz yetər.

  7. Xəyanət təkcə basqasını sevmək deyil
    Həm də məni sevməməkdir, qadınım.
    Xoshuma geldi, ugurlar!

  8. təşəkkür Ay Nur xanım,bəs bizə qonaq gəlirdiniz.Sevinc sizi dəvət etmişdi axı.niyə gəlmədiniz?

  9. Hörmətli Elsevər, səmimiyyətə görə təşəkkürlər! Elə adamlara rast gəlmişəm ki, lap səhv olsa da, çalışıb səhvinə haqq qazandırmaq istəyir. Burda isə həm mənim səhvim var, həm də sənin.
    Dəyərli oxuculardan üzr istəyirəm narahatçılığa görə! Sənə isə yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Qələmin yorulmasın!

  10. Elməddin qardaş,sadəcə bir az səbirsiz və qaba davrandım.Mən sizin istedadınıza inanıram,və sizin yaradıcılığınızla az da olsa tanışam.Əlbətdə ki,bu saytda yayımlanan şeirləri nəzərdə tuturam. Tanrı bütün günahkarları bağışlasın.Adam əsəbini özünə yaxın hesab etdiyi insanlardan çıxarar,necə deyərlər oğurlrğa gedəndə dayın gilə get ki,tutanda döyməsinlər.Nə isə,qanınızı qaraltdım deyəsən…uğurlar,inanıram ki,gözıl şeirlərlə oxucuları sevindirəcəksiniz. oxucunuz El-Sevər

  11. Sizdən bir xahişim var: qafiyə janrında şeiriniz varsa, ya bura, ya da e-mail adresimə yaza bilərsinizmi?
    (Poeziya-87@mail.ru) Əvvəlcədən təşəkkürlər!

  12. Jalənin “Etüd”ündə kitabım satılır. Orda qafiyəli və qafiyəsiz köhnə “səflərim” var. Oxusanız sevinərəm,adı da “El-Sevərin kitabı”dır.

  13. Sabaha kadar ezizlerim seni
    Sabaha kadar severim
    Sabah olunca ishe geder
    Axsham düsher eve dönerim
    Yeniden
    Sabaha kadar severim seni,
    Sabaha kadar ezizlerim.
    Bunu öylesine yaparim ki,
    Menden kenarda
    Gerçek bir sevgilin olduqundan duyuq dushmem bele
    Böyle bir ömür sürürsek habersiz biri birimizden
    Ve siir olaraq saxlarsaq sonuna kadar
    Kim deyer mutlu bir ömür yashamadım ben?
    Kim deyer mutlu bir ömür yashamadın sen ?
    31 января в 7:24 ·

  14. Onda, gərək, Bakıya gələndə oxuyum. Mən Beyləqanlıyam. Tapıb oxumağa söz verirəm… Hələlik!

  15. Chox sag olun deveteinize gore, Elsever! Inshallah bu defe Bakiya gayidanda size de gelerem. Ugurlar!

  16. Cooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooox maraqli idi.

  17. BÜTÜN oxuculara dərin sevgi sunuram.

Şərh yazın