Əsəd Qaraqaplan. Allah Fərhadı qorudu

Yazar: Admin | Bölmə: Köşələr | Tarix: 07 Şubat, 2010

I

Hə, gənc yazar dostumuz Fərhad Mete araba qəzasında həlak oldu, artıq bu xəbəri hamımız bilirik…
Dost-tanışların çoxu bu barədə yazdı; kimi həqiqi sevgiylə, kimi özünü dostcanlı, ürəyiyanan göstərməkdən ötrü, kimi də başqalarına baxıb bu yazı marafonuna qoşuldu…

Ama heç bir yazıda xüsusi bir məqam diqqəti çəkmədi, bir-birini “tamamlayan” bu yazıları həqiqətdən uzaq bir yazı da adlandırmaq olardı. “Həqiqətdən uzaq” deyəndə, bəlkə də tam belə deyildi, məncə, dediyim kimi, bu ya saxtakarlıqdan, ya qeyri-peşəkar yazı təcrübəsindən, ya da başqa səbəblərdən irəli gəlirdi.

Bu tezbazar yazılar mənə həm də onu xatırlatdı ki, sanki bu dostlar Fərhadın ölmünü gözləyirmişlər ki, oturub yazı yazsınlar. Hətta bir dostumuz ölümün səhəri yazıb çap etdirdiyi ah-naləli yazısıyla guya ürəyiyanmışlıq göstərmişdi.

Mənsə bu xəbərdən ən azı bir ay özümə gələ bilmədim, demirəm bu Fərhada olan sevgimdən idi, bəlkə qoxduğumdan da ola bilərdi, ama hər halda bu şokda nəinki oturub bir yazı yazmaq, heç söz demək iqtidarında da özümü bulmadım. Həm də yazımı bir az da ona görə yubatdım ki, görüm bu “dostların” işi hara kimi davam edəcək.

Konkret desək, bu yazını gec yazmaqda məqsədim bunlar idi:

1. Kütləvi yazı marafonuna qoşulmamaq;
2. Suların durulmasını gözləyib, hadisələrin hansı yerə gəlib çıxacağını gözləmək;
3. Bunun əsas səbəbini özümçün müəyyənləşdirmək, hadisəyə fərqli və dəqiq yanaşmaq.

Yazının adını oxumusunuzsa görürsünüz ki, “Allah Fərhadı qorudu”du. Bu, həqiqətən də belədi. Ama necə qorudu? Məsələ bundadı.

Çoxlarına maraqlı olacaq deyə, məsələyə elə bu yöndən yanaşmağa çalışacam. Bu həm də, içi mən qarışıq, bir çoxlarının və bir çox şeyin mahiyyətini açmağa yönələcək.

Allah Fərhadı niyə və nədən qorudu…

Gənc Ədiblər Məktəbinin ilk toplantılarından oradakı saxtakarlıqları görüb etiraz edənlərdən biri mən, biri İlham Çərkəzoğlu, biri də onun ayrılmaz dostu Fərhad Meteydi. Bunun əsas sübutu ondadı ki, Yazıçılar Birliyi və prezident təqaüdünə gedən yolda o qədər gəncdən imtina edən, yəni onlara qoşulub axına düşməyəm məhz bu üç gənc yazar oldu.

Lap əvvəl İlham mənə imtina etmək haqqında demişdisə də, məndən çox sonralar da İlhamla Fərhad ayda bir dəfə hansıza yazarım mətbəx söhbətlərini danışdığı bu yığıncaqlarda iştirak edir, özlərini Gənc Ədiblərin üzvü hesab edirdilər. Ama faktiki olaraq Birliyin üzvü olmamaları və təqaüd almamaları onları haradasa sığortalayırdı.

Burda bir şeyi etiraf etməliyəm ki, dönüklük edən dostlar kimi Fərhaddan da bir az üzüm dönmüşdü.
Onu deyim ki, Yazıçılar Birliyinə və prezident təqaüdünə gedən yolda mənim kəskin dönüş etməyim çoxlarına saxta və yalançı qəhrəmanlıq kimi göründü, bir çoxu da bunu özünüreklam kimi başa düşməyə çalışdı. Ama həmin adamlara demək istəyirəm ki, məsələyə öz düşüncələriylə (?), öz vicdanlarıyla (?) yanaşanlar məni başa düşə bilməzdilər. Düzdü, bunu qəhrəmanlıq deyil, başlanğıc sayıram. Bu çirkaba batmamağımda mənə kömək edənin ilahi qüvvə olduğunu da deməliyəm. O ilahi qüvvəyə inandığımdan sanki gizli bir əl mənim təmizliyimi qorudu…

Həm də əsası Bakı Slavyan Universitetinin Yaradılılıq Fakültəsinin müdavimlərindən təşkil olunan bu “Ədiblər Məktəbi” deyilən mənasız qrumda olanların bizə dönüklüyü də göz önündəydi…
Nə isə.

Fərhad Metedən çox da uzaq düşmədən, əsas məsələyə gələk.

Məsələnin kökü ondadı ki, YB-yə üzv olub təqaüd almağa başlayan bir çoxu sonucda Fərhadı da yoldan çıxartmağa müyəssər oldular. Ama bu, axıra kimi olmadı…

Bu dost-tanış Fərhadı Birliyə üzv olsa, növbəti ildən təqaüd alacağına əmin edəndən sonra onu Elçin Hüseynbəyliylə görüşdürdülər. Bir tərəfdən yerli məsələsi, bir tərəfdən də belə şan üçün gəzən bu adamlar Fərhada lazım olan sənədləri gətirməyi tapşırdılar. Ama… ama… bir də ama ortaya bu qəza və ölüm düşdü…

Bu, təsadüfi deyildi, əslində həyatda təsadüf deyilən bir şey də yoxdu…

Allah Fərhad Meteni məhz bundan – Birliyə üzv olub bu çirkaba batmaqdan qorudu. Bu gənclərin ən istedadlısı olan Fərhadı Yaradan məhz ölümlə durdura bildi…

Bəli, Allah Fərhadı qorudu…

II

Burda Fərhad kimi gənc yaşında vəfat edən böyük şair Əli Kərimin bir şeiri üzərində yazımızı davam etdirmək, məncə, fikrimizi daha dəqiq ifadə edər…

Bəzən haqq qazanır insan öləndə,
Hətta unudulur ağır günahı…

Hə, Fərhad haqq qazandı ölümüylə; bütün bu pisliklərə düşməmək, bu çirkaba bulaşmamaq haqqı. Etdiyi ən böyük səhvlər də, günahlar da unuduldu. Halbuki onun da hamımız kimi səhvləri, günahları var idi. Ən böyük səhvi və günahı da o idi ki, heç kim demədi Fərhad da bu pisliyin, bu çirkabın bir addamlığındaydı…

Hamıya dərd olur cavan getməyi,
Olduqca az görüb, az yaşamağı…

Onun məhz cavan getməyi hamıya dərd oldu, əks halda kimə bu qədər təsir edərdi ki… Fərhad istedadlı olsa da, az görüb, az yaşayıb, az yazdı. Təzəcə qoşulduğu ədəbi prosesdə hələ çox şeylər görə biləcəyini düşündülər. Bəlkə də bu, belə idi, bəlkə də bu pislik, bu çirkab onun elə cismən olmasa da, mənən ölümü olacaqdı. Buna görə də, mənə elə gəlir onun fiziki ölümü daha ədalətli idi…

Deyirlər bilsəydik ayıq olardıq,
Onu qoyardıqmı heç gözdən iraq…
Hər bir dərdinə də çarə qılardıq,
Nə bilək o, belə az yaşayacaq…

Hə, Fərhaddan ötrü nə ayıq olmaq, nə onu gözdən irağa qoymamaq, nə də hər bir dərdinə çarə qılmaq bizdən asılı olmadığı kimi, onun belə az yaşaması da bizdən asılı deyildi. Ama bizdən asılı olan şeylər də var idi: məsələn, onu bu çirkabdan, pislikdən vaxtında xəbərdar etmək. Şəxsən mənim bircə təəssüfüm bundadı ki, onun bu addımı atmağa hazırlaşdığını vaxtında duyub və onunla bu barədə, bir çoxlarıyla olduğu kimi, danışa bilməməyimdi. Düzdü, başqalarında olduğu kimi, bu da nəticəsiz ola bilərdi, ama ən azından öz vicdan borcumu yerinə yetirmiş olardım…

Eh, bu gün nə qədər xəyala daldım,
Ürəyim nə qədər alışdı, dindi…

Doğrudan da, mən bu gün nə qədər nostalji, kövrək hisslərə qapıldım, ürəyim də məhz alışdığı üçün dindi.

Və sonda bütün bu pislikləri, çirkabları, iyrənclikləri görəndə adam şərəfsizlərin üzünə hayqırmaq istəyir:

Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi…

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

15 Şərh var
Şərh yazın »

  1. boy, boy kimi görürəm….

    Əsəd, inan ki, möhtəşəım yazıdı, elə isti-isti oxudum… sən var ya sən çox sədləri yıxacaqsan – cəsarətin, səmimiyyətin, istedadınla…
    indi görək danışa biləcəklərmi?
    sənə uğurlar, unutma, səndən təzə roman gözləyirəm…

  2. Əsəd salam.Yazını diqqətlə oxudum,düzünü yazacağam incimə.Yazımda zərrə qədər qərəzli olmadığımı da bilməni istiyirəm.Məni az-çox tanıdığına görə buna inanmağım gəlir.Düşünürəm ki,hazırki yazınla sən əslinə qalsa rəhmətlik Fərhadın simasında öz emosiyalarını kağıza köçürmüsən(əlbətdə bu mənim subyektiv fikrimdir).Öz inciklərini,kinini,bilmirəm bunu necə adlandırım,ancaq hər iki halda bu yazıda Əsədi daha çox gördüm.Əlbətdə nə qədər qəribə də olsa,sənin”qəhrəmanlığın” təqdirə layiq saymaq olar,(tarixdə hansısa qəliz suallara cavab vermək məsələsinə gələndə),ancaq real baxsaq Yazıçılar Birliyi Gənc ədiblər məktəbinin özəl sektoru deyil,ora Azərbaycan xalqının,Azərbaycan Respublikasına aid olan bir qurumdur.Bu birinci tərəfi,ikinci tərəfi bu məsələnin bu ola bilərdi ki,sənin namizədliyini GƏM-i irəli sürə bilərdi ki,sən bunu öz istedadınla normal yolla da edə bilərsən.Məncə əsl istedad pəncərəni bağlasan,qapıdan və yaxud əksinə çıxıb özünü mütləq amma mütləq birüzə verər.Prezident təqaüdünü isə təyin edir Azərbaycan respublikasının prezidenti-cənab İlham Əliyev.Bir daha deyirəm şairin yox,istedadın namizədini isə YB-i irəli srə bilər.Kimdənsə asılı olmaq,kiməsə umu-küsü etmək məncə cahillikdir indiki zamanda.Ancaq digər tərəfdən bəli,YB-də hansısa bir məsələnin həlliylə bağlı kimdənsə xahiş etmək olar(bir daha qeyd edirəm könüllü sürətdə xahiş etmək olar)ki,hansısa bir məsələdə yardım etsin,bunu da normal sayıram.Daha heç kimdən küsmək,uşaq kimi haqq-ədalət dərsi keçmək düzgün deyil.
    Qaldı rəhmətlik Fərhada,bircə anlıq gözünün önünə gətir ki,bu yazını onun ailəsi,anası oxuyur və sənin haqqında nə düşünürlər!!!!Öz sözünü öz dilindən desən daha məqsədəuyğun olar məncə.

    Hörmətlə Elnarə Şəms

  3. cox gozel qelemin dahada iti olsun Esed muellim

  4. Çox emosionalsan, Əsəd, çox…

    Mənim sənin yanaşmanla bağlı bir neçə variantım var:
    ya səninlə mənim “çirkab” anlayışlarımız fərqlidir;
    ya mənim xəbərim yoxdu, sənin var;
    ya da sən çox emosionalsan, çox…-)

    Allah rəhmət eləsin bizim qarabənizə…

  5. Mənim nə Gənc Ədiblər Məktəbindən xəbərim var, nə də Fərhad Meteni tanıyırdım. Heç bir dənə də
    şeirini oxumamışam. Amma ölümündən sonra çoxlu yazılar yazdı dostları. Tapıb oxuyacam. Amma hardan heç bilmirəm. Nə isə…
    O ki qaldı bu yazı. Çox emosional yazıdı, həm də səmimi yazıdı.
    İlahi, hələ də bu çirkinliklər davam eləyir deməli. Uşaqları şirnikləndirirlər. Onlara mükafatlar söz verirlər. Gah aldadırlar, gah müəyyən şərtlərlə verirlər. On il, 20 il, 50 il bundan əvvəlki kimi. Bax, bu həqiqət vardı Əsədin yazısında. Söhbət heç Metedən də getmir burda. Allah rəhmət eləsin. Cavan adamlar öləndə çox kədərlənirəm. Bu olaya da kədərləndim. Təxminən 7-8 ay əvvəl rəfiqəmin əri də avtomobil qəzasında həyatını itirdi. Rəfiqəm hamilə idi ikinci qızına. Ata-bala bir-birinin üzünü görmədilər belə. Uşağın adını da Rəvanə qoyub anası. Uşaq atasına necə də oxşayır. Elə bil biri mütləq getməliymiş, o biri gəlsin! Nə isə… acıdı. Çox acı. Sevənlərinə səbr arzulayaq.
    Yadıma bir yazım düşdü. 3-cü kursda oxuyanda bir qrup yoldaşım xərçəngdən rəhmətə getdi. Mən də ona bir məktub yazdım. Səhvləriylə, yaxşılıqlarıyla hər şey vardı o məktubda. Bütün qrupu ağlatmışdı.

  6. Tebrik edirem Qardasim gozel yazidir. sene ugurlar arzulayiram.

  7. Esedin yazisi belke de kimileri ucun qeyri-adi gorune biler. Amma burda diqqetli olsaq gorerik ki, Esed tam haqlidir. Ve burda heqiqet var. Bir meseleye de toxunmaq isteyirem. Esed cox dwzgun qeyd eledi ki, Ferhadin olumunden sonra bir sira yazilar yazildi ve bu yazilar belke de ozunu gostermek xarakteri ile tez-bazar yazilmisdi. Her halda Esede ugurlar arzulayiram.

  8. Basha dushmedim, bu nece yanashmadi..? Esed, Allah seni de qorusun, deyimmi..?

  9. SALAMLAR…
    MƏN FƏRHAD METENİ TANIMIRDIM. YAZILARINI DA OXUMAMIŞDIM. ÖLÜMÜNDƏN SONRA DOSTLARI XEYLİ YAZI YAZDI. YAZILARIN İÇİNDƏ ƏN ÇOX MƏNİ TƏSİRLƏNDİRƏN BİR XANIMIN, SƏHV ELƏMİRƏMSƏ RƏBİQƏ XANIMIN YAZISI OLDU.İÇDƏN YAZILAN BİR YAZI İDİ.
    NƏİNKİ RƏHMƏTLİK FƏRHADIN, BÜTÜN DÜNYADAN GƏNC KÖÇƏN QƏLƏM ADAMLARININ ÖLÜMÜ İNSANI AĞRIDIR. YARADICI ADAMLARIN GƏNC GETMƏYİ İNSANI GERÇƏKDƏN YANDIRIR…
    QALDI Kİ, QARAQAPLANIN YAZISAINA- DÜZÜ ÇOX SƏRT YAZILIB.
    HƏQİQƏTLƏRİ ÇOX SƏRT DİLLƏ QƏLƏMƏ ALMISAN, ƏSƏD.
    TƏƏSSÜF Kİ, BU GÜN ƏDƏBİYYATDA BÖYÜK BİR NƏSİL MƏHV OLUB GEDİR. VƏDLƏRƏ, ADA, ŞÖHRƏTƏ, EFİRƏ ALDANIB MƏHV OLURLAR. BİZDƏN ƏVVƏLKİ NƏSİLLƏR KİMİ…
    ACI DA YAZSAN HAQLISAN ƏSƏD!
    İNAN Kİ,MƏN DƏ SƏNİN QƏDƏR BU PROSESLƏRİN ƏLEYHİNƏYƏM. ƏFSUS Kİ, HEÇ BİR MƏNASI YOXDUR.
    BU İNSANLAR YALNIZ MAADDİYATDAN İBARƏTDİR.
    ALLAH FƏRHADA RƏHMƏT ELƏSİN….
    TƏƏSSÜF Kİ, ÖLÜMÜNDƏN SONRA İNSANLARA DƏYƏR VERMƏYƏ BAŞLAYIRIQ…

    P.S

    ƏSƏD, SƏN İSTEDADLI OĞLANSAN, SƏNİ ÇƏRÇİVƏYƏ SALMAQ ÇOX ÇƏTİNDİR. MƏN SƏNİ GƏM-DƏ TƏSƏVVÜR EDƏ BİLMİRƏM :)

  10. Hardan başlayaq ay Allah. 4 aydı ədəbiyyata, yazıya, şeirə, hekayəyə yad oluşam. Ədəbiyyatda kimlər var, kimlər nə edir… xəbərim də yoxdu. Aradabir kimlərinsə səsini eşidirəm, amma pıçıltı kimi gəlir qulağıma. Yalanlar pıçıldıyanda insanın ürəyi süətlə döyünməyə başlayır. Keçmiş gəlir göz önünə. Hər şey qarışır bir-birinə Yağışdan sonra çıxan göbələklərin məqsədini axtarmağa başlayırsan.
    Hardan başlayım ay Allah? Bu Əsədə necə deyim ki, sənin Ədiblərdən getməyi, etiraz etməyi heç kimin vecinə deyilldi. Necə deyim ki, Əsəd biz heç sənin haçan gəlib, haçan getdiyini belə xatırlamırıq. Necə deyim ki, Əsəd sən heç vaxt həqiqəti həqiqət olaraq görə bilməmisən. Sənin nostalgiyan çin malları kimidi.
    Hardan başlayım ay Allah? Fərhada de Əsədin qulağına həqiqəti qışqırsın pıçıldamasın. Fərhada de ki, təqaüddən niyə imtina etmək istədiyini Əsədin qulağına qışqırsın pıçıldamasın.
    Görəsən bu Əsədə xəyanət edən kimlərdi ay Allah? mənmi, Qismətmi… başqaları ağlıma gəlmir.Kimədi onun nifrəti. Ədbilərdə kim onun səsini eşitmədi? Kim qəsdən olaraq Əsədə təqaüdd vermədi. O boyda gəclərin içindən nəyə görə Əsədi dışladılar? (Sakit ol Nahid, Əsəddi də) Kimdir müqqəsir? Hansımız öndə gedəndə Əsədi arxada qoymuşduq, hansımız onun haqqında yalan böhtanlar yazmışdıq? Bilirəm bu yazını Qsimət və ya başqa biri oxuduqda “Nahid gərək yazmazdın” deyir. Məndə Əsədə deyirəm. Əsəd gərək yazmazdın. Yazsaydında pıçıldamazdın. Yalanlar pıçıldıyanda insanın ürəyi sürətlə döyünməyə başlayır. Keçmiş gəlir göz önünə. Yağışdan sonra çıxan göbələklərin məqsədini axtarmağa başlayırsan anlamsız olaraq. Geriyə çönüb baxırsan nə qədər pıçıldayan var, nə qədər.
    Allah sənə rəhmət eləsin Fərhad. Rəhmət eləsin ki, yoxluğundan kövrələnlər üzərinə yalanlarla gəlməsin.

  11. Salam Əsəd.Şərh yazmaqla o qədər də aram yoxdu.Amma bu şərhi yazmaq istədim. Yazı pis yazı deyil. Ayb-yə bağlı olan fikirlərinlə bağlı heç nə yazmıram.Subyektiv düşüncəndi. Mətn Fərhadla bağlıdı deyə daha çox bu istiqamətdə yazıram.Yalnış anlama lütfən kiçik bir irad : mənə qəribə və daha dəqiqi gülməli gələn bir məsələ oldu ki, sənin mətnindəki Allah ( bu bilmirəm hamımızın inandığı Allahdı, yoxsa yunan miflərindəki qəzəbli tanrılardan biridi )insanları xilas edərkən nədənsə ədalətsizlik eləyir. Məsələn, o səni “çirkaba” batmaqdan durduğu yerdəcə çəkindirir və sən birdən-birə hər şeyi anlayıb Nirvanaya çatırsan, amma həmin Allah Fərhadı avtomobil qəzasında öldürüb bir otaqlı evdə bir qadınla və iki körpə uşaqla tək qoyur. Tək qoyur ki, təki Fərhad tutaq ki, AYb-yə üzv olmasın və s.
    Allah Fərhada rəhmət eləsin. Sənin yazındakı Allah yox…
    Sağ ol Əsəd.

  12. Esed, besdir ingilis bayragi kimi ora-bura esdin!

  13. Nahid, saçlarını niyə yonursan?

  14. ey “yazar” adlı şərhçi, Əsəd ingilis bayrağıdısa, sən də başqa adlar altında gizlənən qorxaqsan…

  15. QARDASH iSLAMLA ARAN NECEDI.MENE E-MAIL UNVANINI YOLLA XAHISH EDIREM

Şərh yazın