“Eurovision”da Azərbaycan Ermənistanla bir qrupa düşdü

Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 07 Şubat, 2010

Osloda başa çatan səsvermənin nəticələrinə görə, “Eurovision-2010″ mahnı Müsabiqəsində Azərbaycan II Yarımfinalda çıxış edəcək.

39 ölkənin iştirak etdiyi səsvermənin nəticələrinə əsasən mayın 27 Azərbaycanla yanaşı  II-ci Yarımfinalda Ukrayna, İsveç, Kipr, Türkiyə, Danimarka, Rumınıya, İsrail, Ermənistan, Sloveniya, Xorvatiya, Bolqarıstan, İsveçrə, Gürcüstan, Niderland (Hollandiya), Litva, İslandiya təmsilçiləri də şıxış edəcəklər.

Hər iki Yarımfinalda iştirak edəcək ölkələrin siyahısını təqdim edirik:

I-cı Yarımfinal, 25 may:

Serbiya, Finlandiya, Rusiya, Yunanıstan, Slovakiya, Bosniya və Herseqovina, İslandiya, Moldova, Malta, Portuqaliya, Makedoniya, Latviya, Belarus, Belçika, Polşa, Albaniya, Estoniya,

II-ci Yarımfinal, 27 may:

İsveçrə, Litva, Gürcüstan, Türkiyə, İslandiya, Sloveniya, İsveç, Ukrayna, Niderland (Hollandiya), Bolqarıstan, Xorvatiya, Danimarka, Azərbaycan, Kipr, Rumınıya, İsrail, Ermənistan.

Kultaz.Com

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

1 Şərh var
Şərh yazın »

  1. cox qeribedi 1 -1 ile dusmen lkeler 1 finalda goruseceker azerbaycan ermenistan, turkiye ve israil , ne eceb ukrayna rusiyayla dusmedi cox maraqlidi

Şərh yazın