Sərraf Balaxan. 361 dərəcə (Esse)

Yazar: Admin | Bölmə: Proza | Tarix: 07 Şubat, 2010

İnsan. Əlbəttə, insan idi. Hamı kimi, əlli, ayaqlı, gözlü, qaşlı, qulaqlı. Yeriyir, dayanır, oturur, yeyir, içir, danışır, dinləyir, hətta imkanı olanda yatır.

Gözəl. İlan dərisi kimi dərisi vardı. Gözləri yanmış ağac koğuşu kimi qara, dərin idi. Brok göstəricilərinə tam uyğun gəlirdi – 176-76. Saçları qara idi, parıldayırdı. Həmişə ağ üzünə dağılırdı. Alnı enli idi. Qulaqları və burnu özünə yaraşırdı.

Əcaib. Qan damarları üzündə, boynunda, əl və qollarında – bədəninin bütün nahiyələrində, sanki, dərinin üzərində idi. Çiyinləri, sinəsi və belində asimmetrik döymələr var idi. Qaşları uşaqlıqda miksödema xəstəliyindən tökülmüşdü. İndi də çox seyrək idi. Kiprikləri, demək olar ki, yox idi.

Ağıllı. Hərəkətlərində nizamlılıq, danışığında məntiqlilik hər an duyulurdu. Gördüyü işlər nöqsansız idi. Verdiyi sözə əməl edərdi. Tanışları məsləhət üçün onun yanına gələrdilər. Maraq dairəsi geniş, biliyi əhatəli idi. Bikar vaxtlarında kompyuterdə məntiqi oyunlar oynayardı.

Dəli. Onun nə vaxtsa yatdığını görən olmamışdı. Xəstəliklərə tutulmaqdan qorxurdu. Nozofobiya. Yüksəklikdən və geniş küçələri keçməkdən qorxurdu. Akrofobiya və Aqorafobiya. Histeriya əlamətləri müşahidə olunurdu. Bəzən düşüncəsi uşaq səviyyəsinə enirdi. Tək qalmağa çox meyilli idi…

Bütün bunların bir qismini öz gözlərimlə görmüşəm, çox azını isə özü mənə danışıb. Onu danışdırmaq hər qadından doğulanın işi deyil. Çünki onun özünün bəşər övladı kimi dünyaya gəlməsinə şübhə edirəm.

Sonsuz bir ailədə yaşadığını; ata, ana dediyi insanların qoca olduğunu; 3 yaşından onlarla yaşadığını; bu yaşadək heç nəyi xatırlamadığını; 4 yaşında atasının, 7 yaşında anasının öldüyünü; bu vaxtdan 21 yaşınadək küçələrdə qəzet satdığını; təsadüf nəticəsində adını demədiyi bir şirkətdə işə düzəldiyini; 10 il sonra naməlum səbəbdən işdən çıxarıldığını; indi isə bankda olan pulunun faizi hesabına yaşadığını söyləyib mənə.

Onun haqqında bildiklərim və bilmədiklərim məni sakit buraxmırdı. Həyati müşahidələrim, kitablardan oxuduqlarım, televizorda və radioda görüb eşitdiklərim, o “lənətə gəlmiş” internetdənəldə etdiyim məlumatlar məni məcbur etdi ki, ona vur-tut cəmisi iki sual verim:
- Əgər bu yaxınlarda Üçüncü Dünya Müharibəsi başlansa sən təhlükəsizliyin üçün nə edərdin?
- Mən ikinci kosmik süətlə qaçmağı bacarıram.
- Sənin adın həqiqətən də mənim bildiyim kimidir?
- Yox, Mənim əsl adım SellixAdır. 3 yaşımadək olan ömrümdən yadımda bircə bu qalıb. Adım: SELLİXA!

Son
——————————————————-

Tanıtım:

Hüseynov Sərraf Balaxan oğlu. 1986-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində doğulub. BSU-nun filologiya və yaradıcılıq fakültələrini bitirib. Hazırda BSU-nun magistratura şöbəsində təhsil alır.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

10 Şərh var
Şərh yazın »

  1. Once tebrik edirem.Essede Borxessayagi nese var.Deyesen Sellixa Dervis Mesteli sahin Selixasidir.Ugurlar.BSU-dan Neznayka.

  2. cox sagolun tebrike ve fikirlere gore SellixA menim oz mifik qehremenimdir. xahis edirem imkan varsa sonlugu – dilaoqu diqqetle oxuyun sagolun

  3. mumunum a mumunum!! sen kimin haqqinda bele yazmisan he.sen o adami taniyirsan ki? yiyerema seni men busekilde.

  4. Seni azdan coxdan tanidigim ucun eminlikle deye bilerem ki,sen edebiyyati bilirsen ve yeni edebi numunelerin de ugurlu olacaq..
    Bol sans

  5. BSU BM, gozum, “edebiyyati bilmek” ne demekdi..?

  6. Maraqlidir, balka man da yazmaqa baslayim, hazarat?!.

  7. gözəldir!

  8. Sərraf!

    bu yazı mənə Yaradıcılıq Fakültəsinin ilk günlərini xatırlatdı… gözəl idi o günlər… elə indi də hər şey gözəldi yazın kimi..

    sağ ol qardaş.. uğurlar

  9. Maraqli ve ozunemexsus yanashma gordum…

  10. Gözəldi,maraqlıdı,qəribədi.yenidi.Amma tam deyil.Bunun səbəbin özün daha yaxşı bilirsən.Sənə uğur,bol-bol oxucu kütləsi arzulayıram.Yenilərini oxumaq ümidi ilə…

Şərh yazın