Nazir müavini: “Azərbaycanda yaxşı dram əsəri yazılmırsa…”
Yazar: Admin | Bölmə: Teatr | Tarix: 10 Mart, 2010
Azərbaycan teatrı artıq bu gün 20-30 il əvvəl üzləşdiyi problemlərlə üzləşmir. Bu barədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev məlumat verib.
Bu gün Azərbaycan teatrlarında problemlərin olduğunu deyən nazir müavini vurğulayıb ki, əgər hazırda yaxşı dram əsəri yazılmırsa, qələmə alınmırsa, bu, problemdir: “Teatr müdiriyyəti, sənətkarlar, sənəd adamları, ictimaiyyət birlikdə bu problemli məsələlərin həllində bizim yardımçımız olsun”.
137 yaşı yaşı tamam olan Azərbaycan teatrının keçdiyi yola nəzər salan Ə.Vəliyev bildirib ki, Azərbaycan teatrı yüksələn yoldadır: “Cənab Prezidentin imzaladığı “Azərbaycan teatrının 2009-2019-cu illərdə inkişaf proqramı”, milli teatrın inkişafı ilə bağlı qəbul olunan “Teatr haqqında qanun”, Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər planı və digərləri bu gün Bakı şəhərində, o cümlədən bütün Azərbaycanda adekvat şəkildə gözə çarpır”.
Artıq əsaslı təmir və bərpadan sonra Kukla Teatrı, S.Vurğun adına Rus Dövlət Dram Teatrı, Gənc Tamaçılar Teatrı, Musiqili Komediya Teatrı öz qapılarını tamaşaçıların üzünə açdığını qeyd edən nazir müavini əlavə edib ki, sənət adamlarına verilən fəxri adlar, prezident təqaüdləri və digər bəxşişlər sənətdə öz əksini tapmış xoş və yaddaqalan məqamlardır.





Yüklənir...
Azərbaycan teatrı köləlikdən qurtulmayınca inkişaf-filan tapmayacaq. Boş xəyaldır.