Anar Amin. Səviyyə testi silsiləsi

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 13 Mart, 2010

Nurlana üçün

Sərxoş olub ağlayanda xoşbəxt oluram,
ağlayanda.
Xoşbəxt görünən adamlar bədbəxt adamlardı:
sənin kimi,
mənim kimi,
onun kimi…
Ağaclar yarpaqlarından,
kişilər papaqlarından…
Nəsə baş verir, nəsə…
Ölənə kimi səbr elə, döz, onu deyə bilmirik,
Bax həqiqət odur ki, o- biz onu deyə bilmirik.
Nə deyirsən de, yaddaşım daş yaddaşıdı.
Bu ölkədə ya susub yaşamalı,
ya danışıb getməlisən, getməli…
Gözlər yaşla, fikir başla,
ağrı ürəklə oynayır.
Əsə bilən nə vardısa,
hamısı küləklə oynayır.
Bu görüş bəlkə də son görüşdü.
ümid bağlama mənə.
Ümidini qırmasam da aça bilərəm,
səndən çox-çox uzaqlara qaça bilərəm…
Uzaqlara baxarsan, yaxın yadından çıxar.
Dərd ətəyindən tutar, yaxan yadından çıxar.
Axtararsan, axtararsan, tapa bilməzsən məni.
Tapsan da, o mən olmaram.
Mənə ümid bağlama.
Gedirəm.
Arxamca gül, ağlama.
Ağlasan…

* * *

Ulduzlar min illərdi doğan ayın balalarıdı, balaları.
Günəş şərqdə doğulur,
böyüyür, böyüyür…
ağlı kəsəndə qərbə gedir.
Deməli qərbdə nəsə var, nəsə…
Qərbə getmək lazımdı, qərbə…
Qərbdə soyunmaq, şərqdə yuyunmaq…
Eh, soyunmaq istəyəndə yuyunmaq,
yuyunmaq istəyəndə soyunmaq yada düşür, soyunmaq.
Elə soyunmaq var ki, yuyunmaq yaddan çıxır.
Ondan sonra yuyunmaq…
Onda da…

***

Əvvəl sözümü,
sonra özümü sevdi qızlar.
Şair dedilər,
məni şeir yazmağa məhkum etdilər.
Getdilər, getdilər…
Tək qaldım, təklik dahilikdi, dahilik.
Düşünürəm, düşünürəm…
Keçmişə şükür, gələcəyə fikir lazımdı, fikir.
Əllərimi masanın üstünə qoyub, barmaqlarıma baxıram.
Barmaqlarım məndən başlayan yollar,
mənsə bu yolların yolçusu.
Yorulmuşam, yorulmuşam.

***

Nədənsə kövrəlmişəm
güzgüyə baxıram,
gözlərim gözümə girir.
Gözlərimin ağı ağ,
qarası qara günlərimi xatırladır mənə…
Göz yaşlarımsa…
Gözlərim göz yaşlarımdan
içiblər, kefləniblər,oynayırlar
aşağa- yuxarı, sağa- sola…
Könlümdən oynamaq keçir,
dərdlərimlə qol-qola.
Oynayaram, oynayaram,
gözlərimin oynadığı havanı
mənim üçün çalan ola…

***

Dünyada ən böyük dərd
bəlkə də vicdan dərdidi.
Vicdanı narahat olanlar bilər bunu…
Vicdanı  rahat olan qadınım soruşdu :
“nolub sənə, Anar Amin ?”
“ şeir yazmaq istəyirəm”.
İnandı, aldandı, yatdı.
Mənimsə vicdanım çox narahatdı.
Qadınlar təklikdən qorxduğu qədər
qorxuram allah, səndən, təkliyindən
məni qadınıma bağışla…

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 3,67 ilə 5 arası)
Loading ... Loading ...

6 Şərh var
Şərh yazın »

  1. Menali ve deyerli seirlere gore tesekkurler!

  2. Yaxşı şeirlərdi. Doğrusu, ilk dəfədi şeir oxuyuram sizdən. Uğurlar olsun!

  3. Anar bəy!
    Yazıların, daha doğrusu şeirlərin haqqında camaat demişkən, palaz boyda yazı yazdım, gördüm ki, ona bürünüb el ilə sürünmək daha yaxşıdır, amma büküb rəfə qoydum, daha mötəbət məqsəd üçün.
    “heçkimibəyənməyən” titulunu almış ədəbiyyat adamı sənin şeirlərini bəyənidi!
    bu üsluba ” kaskadşəkilli obrazlar sistemi” demək olar, yaxud da intellektual poeziya, bax belə.
    P.S. Anar, qəlyandan siqaretə keçən daha yaxşı şeylər yazmış,
    Alllah canını və təbini daha da sağlam etsin, Amin!

  4. Anar uğurlar, Sulta Mərzilinin nə dediyini mənə də başa salarsan.

  5. Anar bəy, salam! Şeirlərini oxudum, maraqlı tapıntıların var. Bu yolda sənə uğurlar arzulayıram!

  6. salam.
    Uqurlar, Anar Amin. Senin sairliyiniz oz tesdiqini sen doqulanda tapib. Amma icaze ver, bir fikrinle razilasmayim, seni qizlara sevdiren sairliyindi, cunki bir sair ancaq seir yazanda ozune donur. Sairi sevmekle Anari sevmeyi bir-birine qatma! Uqurlar!!!
    Senin uqurlarin menim kimilerin sevincidir. Ozunu meneviyyatina dusen viruslardan qoru ve dunyanin min ezabindan bezmis insanlara menevi rahatliq bexs elemeye davam ele. Qelemine, ruhuna quvvet!

    Sayqilarla Nigar Ibrahimova.
    Turk Herekati Ictimai Birliyi

    P.S Sabutaya izah elemek lazim gelse ozume muraciet elesin) Medeniyyet qezetinin fexri Turkustanin ciliz numayendesini yaxsi basa duser) haminiza uqurlar

Şərh yazın