Azərbaycan deyilən məmləkətdə yaşayan bəndələrin - bizlərin həyatının, gün-güzəranının içində həmişə Sabirin şerlərini kimsə pəsdən oxuyur. Bu, millət üçün qaçılmaz bir qismət kimidir. Əgər o səs kəsilsə, diksinib azəri olmağımızdan şübhələnəcəm. Davamı…

Sen
23
Avq
17
Mənim briqadir balam
Bölmə: Publisistika | ≅ Şərh yazın
xırdapara qeydlər
Aliyə
İlk növbədə çox maraqlı bir əhvalatı yazmaq istəyirəm. Bu əyalətin mədəniyyətə münasibətinə aiddi. Hələ keçən əsrin ortalarında mənim ulu nənəm, yəni babamın anası körpə nəvələrini əzizləyərmiş. Çox qəribə sözlərlə. Kəndə təzə gəlmiş sözlərlə: «Ay mədəni, ay kolxoz, ay sovxoz, ay briqadir balam…» Qulağı təzə söz eşitmiş ulu nənəm bu sözü nəvəsinə aid edəndə ağlına da gəlməzmiş ki, ilin günün bu vaxtı nəticə - mən bu yazını yazacam və ondan bəri Azərbaycan əyalətlərində mədəniyyət bu əzizləmədən uzağa getməyəcək. Davamı…
İyl
30
Kitablar və adamlar
Bölmə: Publisistika | ≅ Şərh yazın
Kitablar hələ onların üzünə baxanda nəsə deyir. Müəllif hansısa şəkildə kitablarda özünü göstərir, kitabın içində yox, hələ cildində, üzündə, rəngində… Köhnə, solğun, küskün, susqun kitablar, yorğun səhifələr, enerjili rənglər. Davamı…
İyl
13
Axundov adına kitabxana ölkənin bir nömrəli və ən böyük kitabxanasıdır. Oxucuları əksərən tələbələr, alimlər, dissertantlar və hərdən-hərdən jurnalistlərdir. Yüz əlli il əvvəl Mirzə Fətəli Axundovdan başlayan maarifçi realist dalğa XXI əsrin əvvəlində yenə bizim, sahildə yaşayan Bakı sakinlərinin üzünə çırpılır. «Alma» qəzeti 2007-ci ili kitab ili elan edir. Günəşli, isti bir aprel günündə adamdan soyuyan kitabxanaya daxil olunca bayırdakı işləri və havanı anındaca unudursan. Davamı…
İyl
11
əyalətdəki yaşıdlarıma təkliflər paketi
bilmirəm daha nə?
Bəlkə adını «ailə» qoydum
ALIYƏ
keçmiş əyalət cocuğunun
pis-pis xatirələri
qorxudurmu onu bu sözdən
ailə qurmaq qorxusunun
psixoloji tərəfləri
kauzal fəsadları deyərəm buna
fəlsəfə açmayacam şairlər kimi
bəxtindən
atanın
anana söydüyü
hələ yumşaq söyüşləri eşitmisən Davamı…
İyn
25
Su həyatdı - (amma həyat su deyil ki, onu başına çəkəsən) bu, Azərbaycan rayonlarında ən dəbdə olan şüarlardandı. Adətən ən susuz yerlərdə asılan və susuzluqdan can verən sözləri hər kəs heç olmasa bir dəfə oxuyub. Amma bu heç reklam da deyil, insafən əyalət əhlinin gözləri reklam şitlərindən döyənək olmayıb. Yol uzunu görəcəyiniz reklam lövhələri isə sıxlaşa-sıxlaşa paytaxta dirənir. Rəngbərəng, müxtəlif mövzulu reklamlar paytaxt əhlinin birrəng, ya da ağ qara gününü rəngbərəng etməyə iddialıdı. Hərçənd, “zaman yalançıdır reklam şitlərində…” Davamı…








