Aydın Talıbzadə. MEYXANA
Yazar: Aydın Talıbzadə | Bölmə: Köşələr | Tarix: 07 Mayıs, 2010(sosial-kulturoloji araşdırma cəhdi)
(sosial-kulturoloji araşdırma cəhdi)
(səma üçün bəhanə) Aydın Talıbzadə “Fəhm qıl, gör ki nədir çəngu dəfü bərbətü ud, Nədir onlarda bu ahəngü bu ləhnü bu sürud, Arif ol, rəmz bil, ey mahəsəli-qeybi-şühüd, Ud hər ləhzə gəlib şurə deyər: ya məbud, Tar hər ləhzə gəlib vəcdə deyər: ya səttar”. Seyid Əzim Şirvani Hər hansı bir mədəniyyətdə ki, “DİNLƏMƏK” “BAXMAQ”DAN əfzəldir, [...]
(kübarlıq fenomeni) Qaloş qara, parıltılı bir cisimdir. Rezindən hazırlanar. Tarixi bir filan qədər. Yağışda, tufanda, qar və çovğunda camaat ondan istifadə edir ki, sürüşməsin, ayaqları su çəkməsin. Kəndistan əhli üçün misli yoxdur. Ancaq heç bir evdə onu içəri buraxmazlar. Çünki yaş olar, palçıq olar. Hara getsə aləmi ləkələr, bulaşdırar. Odur ki, qapıda cütlənib qalar, məlul-məlul [...]
“Şikəstə ruh”un havacatı Azərbaycan milli operasının əvvəlinci personajı, bir nömrəli qəhrəmanı, Allah sevgisinə ürcah eşq xəstəsi, zəif, nərmə-nazik, sufisayaq divanə filosof, isti səhranın ərəb şairi MƏCNUN tenordur. Niyə də olmasın? Gözəldir, ilgilidir, vəssəlam. Seyrçiyə ayrı nə lazım? Zəngulə və avazının Azərbaycan teatrında eşidildiyi gündən üzü bəri Məcnun nəsil-nəsil azəri türkünü qocalı-cavanlı, kişili-arvadlı, böyüklü-kiçikli hönkürdüb ağladıb, [...]
Aydın Talıbzadə Onu dəyirmana ölü salsan, diri çıxar. Bu misal Habil Dadaşov haqqında deyilib. Qülləyə bomba qoyub dağıtdılar, uçurtdular, amma Habil daş-kəsəyin altında salamat qaldı. Mən bilirəm ki, o kimin qohumudur. Yadınıza gəlirmi “Qatarda” teletamaşası? Kişinin Azərbaycan televiziya mədəniyyətində gül kimi şəcərəsi var. Salam-əleyküm ay can, sağ ol ki qardaşımsan! Mən “Yoxlama” filminin diskursuna uyğun [...]