Qaynar xəbər portalı

Ədəbiyyatın «işgəncələr kralı»

Elnur Astanbəyli

Bir neçə ay əvvəl «Reytinq»də Ramiz Rövşənin Azərbaycan polisinin şücaəti haqqında filmə məsləhətçi təyin edildiyini yazmışdım. Filmin başqa bir məsləhətçisi isə daxili işlər nazirinin müavini, etirazçı xalq kütləsinə qarşı amansızlığı ilə ad çıxarmış, «Viloş» ləqəbli Vilayət Eyvazovdur. Qısası, allah ömür versə, tezliklə Ramiz Rövşənlə Vilayət Eyvazovun adını titrdə yanaşı görəcəyik. Nə isə. Yazı çıxandan sonra hətta ən aqressiv dostlardan belə, «şər, şər, day bu qədər də yox» janrında mesajlar, e-maillər aldım. Heç kim buna inanmaq istəmirdi. Halbuki 2003-cü ilin şərəfli seçki etirazlarından sonra işgəncələrə qarşı komitəyə rəhbərlik edən, insanları polis zülmündən qorumaq missiyasını üzərinə götürən Ramiz bəyin həmin vaxt işgəncələrin başında dayanan Vilayət Eyvazovla eyni filmə məsləhətçilik etməsində təəccüblü heç nə yoxdur. Davamı…


Elnur Astanbəyli
molodoy25@box.az

Bu gün «altmışıncılar»dan danışacağıq. İndiyə qədər hər üzünə çevirdiyimiz bu mövzu həmişə aktualdır. Həmişə də aktual olacaq - hətta onlar fiziki cəhətdən məhv olandan uzun illər sonra da. Çünki heç kim gələcəkdə bir daha bu qədər merkantil bir nəslin yetişməyəcəyinə təminat verə bilməz.
Möhkəm olun, getdik!  Davamı…


Elnur Astanbəyli

Sən varkən unudulmaq…

bu gün bir başqa gün
ya mənə elə gəlir
günəşli gün amma
havada yağmur qoxusu var
adamlar sevincli və qayğısız
küçələr işıqlı və təmiz
hələ bu dəniz
daha şıltaq daha parlaq
sən də bir başqasan bu gün
ya mənə elə gəlir
gözlərin daha gülümsər
saçların daha əsmər
mənsə həmişəki kimi -
sənə ümidli, sənə yorğun… Davamı…


Elnur Astanbəyli

molodoy25@box.az

Azərbaycan ədəbiyyatıının «Biləcəri sindromu»nun qırılmasını kimdən, kimdən, amma AYB təfəkkürlü yazarlardan gözləmək ayıbdır. Ona görə də bəlkə bir neçə gün əvvəl bəzi qəzetlərdə dərc edilən «Rəşad Məcidin hekayəsi ABŞ-da çap olunub» başlıqlı xəbərə baş qoşmamaq da olardı. Amma və lakin. Əvvəla, Rəşad müəllimin aman-zaman (yəni, madar) «10 sentyabr» hekayəsi ABŞ-da «Başqa səslər» adlı jurnalda dərc edilib. Təəssüf ki, internet axtarış sistemi belə bir jurnalın həqiqətən də olub-olmadığı məsələsində bizə heç bir kömək etmədi. Ona görə də «Başqa səslər» adlı jurnalın varlığı haqqında əminliklə nəsə demək çətindir. Davamı…


Elnur Astanbəyli

“Şikayətnamə” Füzulinin sənətkar kimi faciəsidir. Çünki Şərqin böyük klassiki “Salam verdim, rüşvət deyil deyə almadılar” şikayətini o vaxt edir ki, özündən rüşvət istəyirlər. Füzuli “Şikayətnamə”yədək bir dəfə də rüşvətdən yazmayıb. Ondan rüşvət istəməsəydilər, heç sonra da yazmayacaqdı. Sənətkarın yaşadığı dövrün acı həqiqətini məhz daş öz ayağına dəyəndə dilə gətirməsi onun naqisliyidir. Ömumiyyətlə, Süleyman Qanuniylə doqquz axçanın davasını döyməklə Füzuli təkcə irfan sistemini yox, həm də əsl sənətkara xas əxlaq normasını pozub - özünün merkantil marağını cəmiyyətin mənafeyindən üstün tutub. Nəsimi Teymurləngə bircə misra da vəsf yazmayıb, bədəlini ağır ödəyib - edam. Bununla da Şərq sivilizasiyasının xilaskarına çevrilib. Nəsimi nümunəsi olmadan Şərq ədəbiyyatı çox miskin görünərdi. Yazıçı nə vaxt böyük olur? Şəxsiyyəti və yaradıcılığı arasında bərabərlik işarəsi qoyulanda! Davamı…


Elnur Astanbəyli
molodoy25@box.az

«Ölkə başçısından təqaüd almağa bizim də haqqımız var». Kimdir bu sitatın müəllifi? Elçin Hüseynbəyli? Yox. Səlim Babullaoğlu? Qətiyyən. Əsəd Cahangir? Əsla. Qəşəm Nəcəfzadə? Tapmadınız. Bəs kim? Rasim Qaraca! Allah qoymasa, Azad Yazarlar Ocağının başqanıdır. Artıq onun da könlündən təqaüd keçir. Həm də təkcə onun yox, ətrafındakıların da. Dünənədək Anarı, Elçini, Zəlimxanı, Bəxtiyarı, Qabili, Fikrət Qocanı hakimiyyətdən ummaqda ittiham edən bir qurum və onun başqanı indi təqaüd peşindədir. Təminat varmı ki, bu gün təqaüd istəyən sabah fəxri ad, birisigün Şəhidlər Xiyabanında prezidentdən unitaz istəməyəcək? Davamı…


Elnur Astanbəyli

molodoy25@box.az

Bəli, bu həftə də yazımızın iki qəhrəmanı var: Anar və Seymur Baycan. Öncə Anardan başlayaq. Ona görə yox ki, ağsaqqaldır, gözlətmək yaxşı düşmür. Yox.  Ona görə ki, nə qədər olmasa, Anar ortabab yazıçıdır, «Dantenin yubileyi», «Mən, sən, o və telefon» kimi bir-iki alababat əsəri var, özü də Anar bunları yazanda elə Seymur yaşda olub. Seymur isə… Yaxşısı budur, Anarı yola verək sonra. Davamı…


Elnur Astanbəyli

molodoy25@box.az

İstirahət günü kiminsə qanını qaraltmaq insafdan deyil. Amma nə etməli, əlimizin altında iki-üç qəzet var, onlar da ya zəlzələdən, ya vəlvələdən bazar günləri çıxır. Həm də təcrübə göstərir ki, istirahət günlərində mədəni mühitdə sanitariya işləri aparmaq daha məqsədəuyğundur. Çünki həftə ərzində başarılı olmaq istirahət gününün ovqatından çox asılıdır. Davamı…


ELNUR ASTANBƏYLİ
molodoy25@box.az

«525»in intellektualları: Xeyrəddin Qoca, Elçin Hüseynbəyli

Keçən yazıların birində Azərbaycanın sabun mücəssiməsi Cahangir Məmmədlinin «525-ci qəzet»i intellektual qəzet adlandırmasından yazmışdıq. Bu qəzetin müəlliflərinə baxanda hər şey aydın olur. Musa Urud, Əli İldırımoğlu, Elçin Əfəndiyev, Elçin Hüseynbəyli, Kamil Vəli Nərimanoğlu, Nizaməddin Şəmsizadə, Ramiz Rövşənin kiçik qardaşı Yaşar intellektualdırsa, onda Hikmət Hacızadə kimdir? Davamı…


Elnur Astanbəyli

Azərbaycan ədəbiyyatı dünya üçün deyil. Bunu nənəm də bilir. Səbəb çox sadədir - Azərbaycan yazıçısının içi çox balacadır. Ora yalnız prezidentdən Şəhidlər Xiyabanında yeni mənzilinə unitaz istəmək qədər cılız hisslər sığışa bilər. Azərbaycan yazıçısı indiyədək öz əsərlərinin arxasında gizlənib oxucunu aldatmaqla məşğul olub. Amma dünya oxucusu Azərbaycan oxucusu deyil axı, Azərbaycan oxucusu qədər avam və sadəlövh deyil axı. Davamı…


Elnur Astanbəyli

molodoy25@box.az

Ölkənin ən adlı-sanlı falçısından tutmuş ən SMS-li meyxanaçısınadək çoxları haqqında tərifli kitablar bağlamış tənqidçi Vaqif Yusifli bir az əvvəl Türkiyədə nəşr olunan «Kardeş kalemler» adlı dərgidə «Şiir və zaman» adlı bir yazı dərc etdirib. Dərgi təsadüfən əlimə düşdü və Vaqif müəllimin «Azerbaycanda 2006 yılının şiir manzarası» altbaşlığı ilə dərc etdirdiyi məqaləni oxuyub «hər təsadüfdə bir zərurət var» deyən ağırtonnajlı filosofun atasına rəhmət oxudum. Çünki xeyli vaxt idi Vaqif Yusiflini sancmaq istəyirdim, amma bir türlü bəhanə tapa bilmirdim. Buyur, bəhanə öz ayağı ilə Türkiyədən el basa-basa ayağıma gəlib. Davamı…


Elnur ASTANBƏYLİ

Pis əsər yazmaq üçün də xüsusi istedad lazımdır. İki cüt, bir tək kitab oxuyanlar deyəndə ki, Seymurun romanı bərbaddır, inanmadım. Axı mənim tanıdığım, bir kitabını redaktə etdiyim, özü ilə bir-iki dəfə babat vurduğum Seymurun bu qədər müzakirə olunacaq roman yazmağa istedadı çatmaz. Adının it çeynəyən sayaq çeynənməyinə baxmayın, Seymur da bizim publisistikanın Rəqsanəsidir. Davamı…


ELNUR ASTANBƏYLİ

molodoy@box.az

«Vacib deyil ki, insan öz ömrünü bütövlükdə ən böyük Şər qüvvənin məhvinə sərf etsin - onun başqa qayğılarla yaşamağa da haqqı var. Amma hər kəsin borcudur ki, Şər qüvvədən heç olmasa, uzaqlaşmağa çalışsın, ona yardım göstərməsin»
Henri Toro

Azərbaycan ziyalısının sifəti haqqında çox yazmışıq. O, xislətcə karyeristdir, qorxaqdır. Etiraz hissi ona yaddır. Azərbaycan ziyalısı o vaxt etiraz edir ki, öz adını hansısa prezident təqaüdü və ya fəxri ad siyahısında görmür. Davamı…


Elnur AstanbəyliElnur ASTANBƏYLİ

molodoy25@box.az

Bu həftə rayona getmişdim. Əyalət camaatının xasiyyətidir, Bakıdan gələnləri Nostradamus hesab edirlər. Hamı mənə eyni sualı verirdi: «2008-ci ildə nə olacaq?». Aydındı ki, söhbət prezident seçkilərindən gedir. Açığı, daha məndə belə suallara, məsələn, 2003-cü ildə olduğu kimi, ümid və ehtiras dolu cavab vermək həvəsi qalmayıb. Hətta «hər şey yaxşı olacaq, gələn il irticanı tarixin arxivinə göməyəcəyik» desəydim də, inanan olmayacaqdı. Çünki adamlar əvvəlki kimi sadəlöhv deyillər. O üzdən də əyalət adamlarının bu suallarına eyni cavabı verirdim: «Mən hardan bilim nə olacaq?». Davamı…


Elnur ASTANBƏYLİ
molodoy25@box.az

Bu dəfə daha çox Azad Yazarlar Ocağından (AYO) yox, onun nəşri olan «Alatoran» dərgisindən danışacağıq. Çağdaş dünyada nəinki AYB, hətta AYO tipli ədəbi birliklər də öz ömrünü başa vurub. İndi məhz ədəbi dərgilər ətrafında birliklər dəbdədir. «Alatoran» Azərbaycanda bu təcrübənin yaranmasına və yayılmasına ilk cəhd kimi təqdirəlayiqdir. İlk cəhdin adəta uğursuz nəticələnməsi ehtimalı yüksək olur. «Alatoran» təcrübəsi bunu bir daha sübut etdi. Davamı…


Elnur ASTANBƏYLİ

molodoy25@box.az

Gəlin bir az da AYO-dan danışaq, yəni Azad Yazarlar Ocağından. AYO-nun Azərbaycanda ədəbi azadlığın yaranmasında müstəsna xidmətləri var. Amma bu, bizi AYO haqqında tənqidi fikirlərimizi söyləməkdən məhrum etmir.
Bu yaxınlarda Ocağın banilərindən Murad Köhnəqala təşkilatdan istefa verdi. Davamı…