All entries by this author


Bir milyonluq büdcənin gizlinləri

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr, Xəbərlər | Tarix: 04 Nisan, 2009

Eyni vaxtda həm AYB-də, həm də ədəbiyyatda olmaq qeyri-mümkündür. Ədəbiyyat və AYB – bunlar ağla qara, aydınlıqla qaranlıq, Xeyirlə Şər qədər fərqli anlayışlardır. AYB olan yerdə ədəbiyyat yoxdur, anti-ədəbiyyat var. Ədəbiyyat olan yerdə AYB ölü candır, fil-filodur. Siz odla suyu bir yerdə təsəvvür edə bilirsinizmi? Siz qurdla quzunu bir çəmənlikdə təsəvvür edirsinizmi?



Musa Urudla Basayevin əhvalatı

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 15 Mart, 2009

Elnur Astanbəyli

Əvvəlcə gəlin Musa Urudu yaxından tanıyaq. Yazıçılar Birliyinin üzvüdür, həkim-narkoloqdur. YAP-ın Siyasi Şurasına qədər gedib çıxıb. Tibb elmləri namizədidir. Özünü ziyalı hesab edir. Hakimiyyəti tərifləməkdə Zəlimxan Yaquba çatmasa da, aşıq Əhlimandan geri qalmaz.



Elnur Astanbəyli. Ənvər Seyidovun romanları

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 13 Şubat, 2009

Ənvər Seyidov. Bu ad-soyad sizə nəsə deyirmi? Deməmiş olmaz hər halda. Nədən ki, bu ölkə məhkəmələrinin çıxardığı saya-hesaba gəlməyən sifarişli, ədalətsiz qərarların bir çoxunun altında onun imzası var. Xatırlayıram, hətta bir dəfə Leyla Yunus Ənvər müəllimi «zolaqlı mantiya mükafatı» ilə «təltif etmişdi».



Üçbaşlı yalan

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 28 Ağustos, 2008

Ədəbiyyatın «işgəncələr kralı»
Elnur Astanbəyli
Bir neçə ay əvvəl «Reytinq»də Ramiz Rövşənin Azərbaycan polisinin şücaəti haqqında filmə məsləhətçi təyin edildiyini yazmışdım. Filmin başqa bir məsləhətçisi isə daxili işlər nazirinin müavini, etirazçı xalq kütləsinə qarşı amansızlığı ilə ad çıxarmış, «Viloş» ləqəbli Vilayət Eyvazovdur. Qısası, allah ömür versə, tezliklə Ramiz Rövşənlə Vilayət Eyvazovun adını titrdə yanaşı görəcəyik. Nə isə. [...]



Bir bazar günü aqressiyası

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 16 Haziran, 2008

Elnur Astanbəyli
molodoy25@box.az
Bu gün «altmışıncılar»dan danışacağıq. İndiyə qədər hər üzünə çevirdiyimiz bu mövzu həmişə aktualdır. Həmişə də aktual olacaq – hətta onlar fiziki cəhətdən məhv olandan uzun illər sonra da. Çünki heç kim gələcəkdə bir daha bu qədər merkantil bir nəslin yetişməyəcəyinə təminat verə bilməz.
Möhkəm olun, getdik! 



Yeni Şeirlər

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 19 Mayıs, 2008

Elnur Astanbəyli
Sən varkən unudulmaq…
bu gün bir başqa gün
ya mənə elə gəlir
günəşli gün amma
havada yağmur qoxusu var
adamlar sevincli və qayğısız
küçələr işıqlı və təmiz
hələ bu dəniz
daha şıltaq daha parlaq
sən də bir başqasan bu gün
ya mənə elə gəlir
gözlərin daha gülümsər
saçların daha əsmər
mənsə həmişəki kimi -
sənə ümidli, sənə yorğun…



Rəşad Məcidin yaradıcılıq sirri

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 18 Nisan, 2008

Elnur Astanbəyli
molodoy25@box.az
Azərbaycan ədəbiyyatıının «Biləcəri sindromu»nun qırılmasını kimdən, kimdən, amma AYB təfəkkürlü yazarlardan gözləmək ayıbdır. Ona görə də bəlkə bir neçə gün əvvəl bəzi qəzetlərdə dərc edilən «Rəşad Məcidin hekayəsi ABŞ-da çap olunub» başlıqlı xəbərə baş qoşmamaq da olardı. Amma və lakin. Əvvəla, Rəşad müəllimin aman-zaman (yəni, madar) «10 sentyabr» hekayəsi ABŞ-da «Başqa səslər» adlı jurnalda [...]



Bərabərlik işarəsi (esse)

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 14 Nisan, 2008

Elnur Astanbəyli
“Şikayətnamə” Füzulinin sənətkar kimi faciəsidir. Çünki Şərqin böyük klassiki “Salam verdim, rüşvət deyil deyə almadılar” şikayətini o vaxt edir ki, özündən rüşvət istəyirlər. Füzuli “Şikayətnamə”yədək bir dəfə də rüşvətdən yazmayıb. Ondan rüşvət istəməsəydilər, heç sonra da yazmayacaqdı. Sənətkarın yaşadığı dövrün acı həqiqətini məhz daş öz ayağına dəyəndə dilə gətirməsi onun naqisliyidir. Ömumiyyətlə, Süleyman Qanuniylə [...]



Azad yaltaqlar

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 24 Mart, 2008

Elnur Astanbəyli
molodoy25@box.az
«Ölkə başçısından təqaüd almağa bizim də haqqımız var». Kimdir bu sitatın müəllifi? Elçin Hüseynbəyli? Yox. Səlim Babullaoğlu? Qətiyyən. Əsəd Cahangir? Əsla. Qəşəm Nəcəfzadə? Tapmadınız. Bəs kim? Rasim Qaraca! Allah qoymasa, Azad Yazarlar Ocağının başqanıdır. Artıq onun da könlündən təqaüd keçir. Həm də təkcə onun yox, ətrafındakıların da. Dünənədək Anarı, Elçini, Zəlimxanı, Bəxtiyarı, Qabili, Fikrət [...]



Anar – Seymur sağdışlığı

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 08 Mart, 2008

Elnur Astanbəyli
molodoy25@box.az
Bəli, bu həftə də yazımızın iki qəhrəmanı var: Anar və Seymur Baycan. Öncə Anardan başlayaq. Ona görə yox ki, ağsaqqaldır, gözlətmək yaxşı düşmür. Yox.  Ona görə ki, nə qədər olmasa, Anar ortabab yazıçıdır, «Dantenin yubileyi», «Mən, sən, o və telefon» kimi bir-iki alababat əsəri var, özü də Anar bunları yazanda elə Seymur yaşda olub. [...]



Onlar haqqında hər şey

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 26 Şubat, 2008

Elnur Astanbəyli
molodoy25@box.az
İstirahət günü kiminsə qanını qaraltmaq insafdan deyil. Amma nə etməli, əlimizin altında iki-üç qəzet var, onlar da ya zəlzələdən, ya vəlvələdən bazar günləri çıxır. Həm də təcrübə göstərir ki, istirahət günlərində mədəni mühitdə sanitariya işləri aparmaq daha məqsədəuyğundur. Çünki həftə ərzində başarılı olmaq istirahət gününün ovqatından çox asılıdır.



Bir böl iki

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 22 Şubat, 2008

ELNUR ASTANBƏYLİ
molodoy25@box.az
«525»in intellektualları: Xeyrəddin Qoca, Elçin Hüseynbəyli
Keçən yazıların birində Azərbaycanın sabun mücəssiməsi Cahangir Məmmədlinin «525-ci qəzet»i intellektual qəzet adlandırmasından yazmışdıq. Bu qəzetin müəlliflərinə baxanda hər şey aydın olur. Musa Urud, Əli İldırımoğlu, Elçin Əfəndiyev, Elçin Hüseynbəyli, Kamil Vəli Nərimanoğlu, Nizaməddin Şəmsizadə, Ramiz Rövşənin kiçik qardaşı Yaşar intellektualdırsa, onda Hikmət Hacızadə kimdir?



Cəsur ürək

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 10 Şubat, 2008

Elnur Astanbəyli
Azərbaycan ədəbiyyatı dünya üçün deyil. Bunu nənəm də bilir. Səbəb çox sadədir – Azərbaycan yazıçısının içi çox balacadır. Ora yalnız prezidentdən Şəhidlər Xiyabanında yeni mənzilinə unitaz istəmək qədər cılız hisslər sığışa bilər. Azərbaycan yazıçısı indiyədək öz əsərlərinin arxasında gizlənib oxucunu aldatmaqla məşğul olub. Amma dünya oxucusu Azərbaycan oxucusu deyil axı, Azərbaycan oxucusu qədər avam [...]



Vaqif Təriflinin tənqidi

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 01 Şubat, 2008

Elnur Astanbəyli
molodoy25@box.az
Ölkənin ən adlı-sanlı falçısından tutmuş ən SMS-li meyxanaçısınadək çoxları haqqında tərifli kitablar bağlamış tənqidçi Vaqif Yusifli bir az əvvəl Türkiyədə nəşr olunan «Kardeş kalemler» adlı dərgidə «Şiir və zaman» adlı bir yazı dərc etdirib. Dərgi təsadüfən əlimə düşdü və Vaqif müəllimin «Azerbaycanda 2006 yılının şiir manzarası» altbaşlığı ilə dərc etdirdiyi məqaləni oxuyub «hər təsadüfdə [...]



Publisistikamızın Rəqsanəsi və onun sponsoru

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 25 Aralık, 2007

Elnur ASTANBƏYLİ
Pis əsər yazmaq üçün də xüsusi istedad lazımdır. İki cüt, bir tək kitab oxuyanlar deyəndə ki, Seymurun romanı bərbaddır, inanmadım. Axı mənim tanıdığım, bir kitabını redaktə etdiyim, özü ilə bir-iki dəfə babat vurduğum Seymurun bu qədər müzakirə olunacaq roman yazmağa istedadı çatmaz. Adının it çeynəyən sayaq çeynənməyinə baxmayın, Seymur da bizim publisistikanın Rəqsanəsidir.



Rasim Balayevə kiçik xatırlatma

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 28 Eylül, 2007

ELNUR ASTANBƏYLİ
molodoy@box.az
«Vacib deyil ki, insan öz ömrünü bütövlükdə ən böyük Şər qüvvənin məhvinə sərf etsin – onun başqa qayğılarla yaşamağa da haqqı var. Amma hər kəsin borcudur ki, Şər qüvvədən heç olmasa, uzaqlaşmağa çalışsın, ona yardım göstərməsin»
[...]



Muxalifət ziyalıları

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 16 Ağustos, 2007

Elnur ASTANBƏYLİ
molodoy25@box.az
Bu həftə rayona getmişdim. Əyalət camaatının xasiyyətidir, Bakıdan gələnləri Nostradamus hesab edirlər. Hamı mənə eyni sualı verirdi: «2008-ci ildə nə olacaq?». Aydındı ki, söhbət prezident seçkilərindən gedir. Açığı, daha məndə belə suallara, məsələn, 2003-cü ildə olduğu kimi, ümid və ehtiras dolu cavab vermək həvəsi qalmayıb. Hətta «hər şey yaxşı olacaq, gələn il irticanı tarixin [...]



AYO-nun maskası-2

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 11 Ağustos, 2007

Elnur ASTANBƏYLİ
molodoy25@box.az
Bu dəfə daha çox Azad Yazarlar Ocağından (AYO) yox, onun nəşri olan «Alatoran» dərgisindən danışacağıq. Çağdaş dünyada nəinki AYB, hətta AYO tipli ədəbi birliklər də öz ömrünü başa vurub. İndi məhz ədəbi dərgilər ətrafında birliklər dəbdədir. «Alatoran» Azərbaycanda bu təcrübənin yaranmasına və yayılmasına ilk cəhd kimi təqdirəlayiqdir. İlk cəhdin adəta uğursuz nəticələnməsi ehtimalı yüksək [...]



AYO-nun maskası (birinci yazı)

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 30 Temmuz, 2007

Elnur ASTANBƏYLİ
molodoy25@box.az
Gəlin bir az da AYO-dan danışaq, yəni Azad Yazarlar Ocağından. AYO-nun Azərbaycanda ədəbi azadlığın yaranmasında müstəsna xidmətləri var. Amma bu, bizi AYO haqqında tənqidi fikirlərimizi söyləməkdən məhrum etmir.
Bu yaxınlarda Ocağın banilərindən Murad Köhnəqala təşkilatdan istefa verdi.